Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Payne
Payne (alm. Peine‎) — Almaniyanın Aşağı Saksoniya vilayətində şəhər, eyni adlı rayonun paytaxtı. Burada Fuhse və Mittelland çayları axır, Braunşveyqdən təqribən 25 km qərbdə və Hannoverdən 40 km şərqdə yerləşir. == Tarixi == 1130-cu ilə aid edilən aktda Roma imperatoru II Lotarın ministerialı olan Bertold fon Paginin adı çəkilir, hansı ki öz adını şəhərə "Payne" formasında vermişdi. Burq Payne qalası bu dövrə və ya daha əvvələ aid olunur. 1201-ci ildə Hildeshaym salnaməsində, yepiskop Hartbert fon Hildeshaym və Ekbert və Gunselin von Volfenbüttel qardaşları arasındakı nifaq təsvir edilib. Qraf Gunselin fon Volfenbüttel, Alman ordusunun baş komandanı və Müqəddəs Roma İmperatoru IV Ottonun yanında seneşal idi. Qələbəni Gunselin qazandı və Burq Payne və ətraf əraziləri nəzarət altına aldı. Qalanın cənubunda Gunselin 1218 və ya 1220-ci illərdə Payne şəhərini qurdu. 1223-cü ildə qəsəbə şəhər imtiyazlarını aldı.
Alayne Baquerot
Feliks Ştayner
Feliks Ştayner (Tam adı: Feliks Martin Julius Steiner, (23 may 1896, Nesterov – 12 may 1966 və ya 17 may 1966, Münxen), Birinci Dünya Müharibəsi dövründə piyada zabiti olmuşdur. İkinci Dünya Müharibəsində isə Vaffen-SS generalı olmuşdur. 1914-cü ilin martında Quru Qoşunlarına daxil olaraq 41-ci Piyada Ordusu olan "von Boyen" piyada alayına (4-cü Şərqi Prussiya Piyada alayı) namizəd zabit olaraq verilmişdir. I Dünya Müharibəsinin gedişi dövründə – 1914-cü ilin noyabrında ağır yaralanmış, sonra 1915-ci ilin yanvarında leytenant, 1918-ci ilin oktyabrında isə baş leytenant rütbələrinə layiq görülmüşdür. Müharibə dövründə birinci və ikinci dərəcəli Dəmir Xaç medallarını əldə etmişdir. Müharibə başa çatdıqdan sonra o, 1919-cu ildə Şərqi Prussiyadakı Freykorpların sırasına daxil olmuş və 1921-ci ildə Reyxsverə işə götürülmüşdür. 1933-cü ildə mayor rütbəsinə layiq görülmüşdür, lakin Adolf Hitler hakimiyyətə gəldikdən sonra, 1933-cü ildə mayor rütbəsində ikən ordudan ayrılaraq Nasist Partiyasının üzvü olmuş və burada SA-ya qoşularaq bu orqanın təlim və tədris işlərindən məsul olmuşdur. 1935-ci ildə isə SS-ə göndərilmiş və 1 iyul 1936-cı ildə "Deutschland" alayının komandiri təyin edilmişdir. 1936-cı ilin oktyabrında Bad Tölzdəki SS Zabitlər Məktəbinin (SS-Junkerschule) taktika müəllimi olmuşdur. İkinci Dünya müharibəsi dövründə tabeliyində olan alayları ilə Polşa yürüşündə və Fransa yürüşündə iştirak etmişdir.
Georgi Vayner
Georgi Aleksandroviç Vayner — Rusiya yazıçısı. == Həyatı == Georgi Vayner 10 fevral 1938-ci ildə Moskva şəhərində doğulub. O, qardaşı Arkadi ilə birlikdə bir çox detektiv romanı yazarıdır. Qardaşı ilə yazdığı 150-dən çox kitabın arasında "Ya sledovatel" ("Mən təhqiqatçıyam"), "Vizit k Minotavru", "Qonki po vertikali", "Çası dlya mistera Kelli" kimi ünlü əsərlər də var. 1979-cu ildə rejissor Stanislav Qovoruxin Vaynerlərin "Era miloserdiya" kitabı əsasında məşhur "Görüş yerini dəyişmək olmaz" filmini çəkib. 1990-cı ildən bəri ABŞ-də yaşayırdı. O, 11 iyun 2009-cu ildə vəfat edib. G. Vayner keçmiş SSRİ Yazıçılar İttifaqının və Daxili İşlər Nazirliyinin çoxsaylı mükafatlarına layiq görülüb.
Anton Vayno
Anton Vayno (est. Anton Vaino, rus. Анто́н Эдуа́рдович Ва́йно; d. 17 fevral 1972, Tallin, Estoniya SSR, SSRİ) — Rusiya prezidenti Administrasiyasının rəhbəri (12 avqust 2016-cı ildən). == Həyatı == 17 fevral 1972-ci ildə Estoniya SSR-in paytaxtı Tallində anadan olmuşdur. 1996-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Rusiyanın Yaponiyadakı səfirliyində, Xarici İşlər Nazirliyində işləmişdir. 2003-cü ildə Rusiya Prezident Administrasiyasına keçmiş və protokol xidməti İdarəsinə təyin olunmuşdur. O, bu idarədə müxtəlif vəzifələr tutmuşdur. Putin prezident postunu Dmitri Medvedyevə ötürdüyü dövrdə baş nazir postuna keçəndə Anton Vayno Hökumət Aparatına təyin olunub, daha sonra aparat rəhbərinin müavini, baş nazirin protokol xidmətinin rəhbəri olmuşdur.
Haynrih Hayne
Kristian İohan Henrix Heyne (alm. Christian Johann Heinrich Heine‎, transkripsiya: Kristian Yohan Haynrih Hayne; 13 dekabr 1797[…], Düsseldorf, Müqəddəs Roma imperiyası[…] – 17 fevral 1856[…], Paris, İkinci Fransa İmperiyası[…]) — XIX əsr alman şairi və jurnalisti. Heyne öz əsərləri ilə gündəlik alman dilini inkişaf etdirərək, onu lirik bir səviyyəyə çatdırmış, felyeton və səyahət xəbərlərini ədəbi şəkildə təsvir etməklə alman dilinin aydın və sadə şəkildə formalaşmasına töhfə vermişdir. Heyne dövründə tənqidçi, siyasi jurnalist, esseist, satirik və polemikaçı kimi də tanınırdı. Bu gün o, ən çox tərcümə olunan alman şairlərindən hesab edilir. == Uşaqlığı və təhsili == Heyne Düsseldorf şəhərində yəhudi tacir Samson Heynenin (1764 – 1828) və Betti Heynenin ilk övladı kimi dünyaya gəlmişdir. İlk təhsilini yerli katolik liseydə almış və burada da balaca Henricdə xristian dininəə rəğbət yaranmış və bu rəğbət onu bütün həyatı boyu izləmişdir. Fransızlarla müharibə zamanı böyük vətənpərvərlik ruhunda olan gənc Henrix Napoleonun məğlubiyyətindən sonra məyusluğa uğrayır, çünki müharibədən sonra onun vətənində qalib prussiyalıların feodal qayda-qanunlarını bərpa etməklə yanaşı, Napoleonun yəhudilərə verdiyi dini və digər azadlıqlar ləğv etmişdilər. Heynenin valideynləri oğullarını Napoleon ordusunun generalı kimi görmək istəsələr də, məğlubiyyətdən sonra onlar onun üçün tacir peşəsini seçirlər. 1816-cı ildə o milyonçu əmisi Solomon Heynenin yanına ticarət işini öyrənməyə yollanır.
Karl Vayno
Karl Vayno (est. Karl Vaino, rus. Карл Ге́нрихович Ва́йно; 28 may 1923, Tomsk – 12 fevral 2022, Moskva) — Estoniya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1978–1988). == Həyatı == 28 may 1923-cü ildə Tomsk şəhərində eston kommunisti Henrix Vaynonun ailəsində anadan olmuşdur. 1978–1988-ci illərdə Estoniya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləmişdir. Estoniyada etirazların başlamasından sonra vəzifəsindən çıxarılmış, Moskvaya, Sov. İKP MK-da vəzifəyə təyin olunmuşdur. Son illərə qədər Moskvada yaşamışdır.
Liam Payne
Liam Peyn (əsl adı Liam James Payne; 29 avqust 1993, Vulverhempton, Uest-Midlends[d]) — İngilis müğənni,model və söz yazarı, One Direction qrupunun keçmiş üzvü. == Həyatı == Liam James Payne 29 avqust 1993-cü ildə İngiltərə West Midlandsda anadan olmuşdur. 4 yaşında olanda bir böyrəyində yara olduğunu öyrənib. Ağrını hiss eleməməsi üçün səhər və axşam 32 ədəd iynə vurdururdu. Liam bir böyrəyi olduğu üçün sevgilisinin onu tərk etdiyini deyir. Üç həftə əvvəl doğulan ve xəstəxanada tutulan Liam'ın tək bir böyrəyi işləyirdi ancaq 7 avqust 2012 tarixində ikinci böyrəyinin də işlədiyini də öyrəndi. Atası Geoff və anası Karen'ın tək oğludur, Ruth ve Nicola adında iki bacısı var. Məktəb həyatı üçün özünə "məktəbdəki dəcəl uşaq" adını verir. Məktəb vaxtlarında boks dərsləri alıb. Dərslərdən birində burnunun qırıldığını deyir.
Momodu Sayne
Tayna Halasima
Tayna Halasima (11 dekabr 1997) — Tonqalı sprinter. Tayna Halasima Tonqanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tayna Halasima birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 12.80 saniyəlik nəticə ilə 2-ci cığırda 6-cı yeri tutdu və mübarizəni dayandırdı.
Ətayə Əliyeva
Ətayə Qulam qızı Əliyeva (2 may 1920, Poltoratsk, Türkistan Muxtar Sovet Sosialist Respublikası – 6 aprel 1995, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR əməkdar artisti (1964). Azərbaycanda çəkilmiş onlarla filmdə rol alıb. == Həyatı == Ətayə Əliyeva 1920-ci il mayın 2-də Poltoratskda anadan olub. Səhnə fəaliyyətinə həvəskar kimi başlayıb. İlk dəfə 1933-cü ildə Rza Əfqanlının Aşqabad musiqili dram teatrında tamaşaya qoyduğu "Aşıq Qərib" tamaşasında Qəribin bacısı rolunu oynayıb. Bakı Teatr Texnikumunda ixtisas təhsili alıb. Burada Fatma Qədrinin təşəbbüsü ilə dram dərnəyində bir neçə rollarda çıxış edib. 1934-cü ildə texnikumun birinci kurs tələbəsi olan Ətayə Əliyeva M. Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilib. 1936-cı il Ətayə xanım teatrın bir qrup aktyoru ilə birlikdə İrəvana gedir və burada İrəvan Dövlət Azərbaycan Dram Teatrı on il işləyir. O, İrəvan teatrında həm milli, həm də xarici əsərlərinin tamaşasında onlarla səhnə obrazları yaradır.
Məhəmməd Ştaye
Məhəmməd İbrahim Ştaye (ərəb. محمد اشتية‎; 17 yanvar 1958) — fələstinli siyasətçi, akademik və iqtisadçı, 2019-cu ilin mart ayından Fələstin Dövlətinin baş naziri. == Həyatı == 1958-ci ildə Nablus ştatının Tell şəhərində anadan olan Ştaye 1981-ci ildə Birzeit Universitetini biznesin idarə edilməsi və iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə bitirib. Daha sonra o, 1989-cu ildə Böyük Britaniyanın Brayton şəhərindəki Sasseks Universitetinin İnkişaf Araşdırmaları İnstitutunda iştirak edərək iqtisadi inkişaf üzrə doktorluq dərəcəsi alıb. Məhəmməd Ştaye 1989-1991-ci illərdə Birzeit Universitetində iqtisadi inkişaf fənni üzrə professor vəzifəsində, 1993-cü ilə qədər isə tələbə işləri dekanı vəzifəsində çalışıb.
Alayne Mata-Baquerot
Uilyam Hovard Stayn
Uilyam Hovard Stayn (ing. William Howard Stein; 25 iyun 1911[…], Nyu-York, Nyu-York ştatı – 2 fevral 1980[…], Nyu-York, Nyu-York ştatı) – Amerika biokimyaçısı. ABŞ Milli Elmlər Akademiyasının (1960il) və Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü. == Bioqrafiyası == Harvard Universitetini (1933il) bitirmiş və Kolumbiya Universitetinin Tibb və Cərrahlar Kollecində (1938il) PhD dərəcəsi almışdır. 1938-ci ildən Rokfeller Universitetində (Nyu-York) işləyir, 1955-ci ildən isə biokimya professorudur. 1968–1971-ci illərdə Biological Chemistry jurnalının redaktoru olub. == Əsas işləri == Uilyam Hovard Staynın əsas işləri zülalların və fermentlərin analitik kimyası üzrə olmuşdur. O, ilk dəfə olaraq (başqaları ilə birlikdə) ribonukleaza fermentinin ilkin strukturunu təyin edərək, ion mübadilə xromatoqrafiyası əsasında amin turşularının kəmiyyət üsulunu işləyib hazırlamış, fermentlərin aktiv mərkəzlərinin strukturunu tədqiq etmişdir. == Nobel mükafatı == Kimya üzrə Nobel mükafatını 1972-ci ildə Stanford Mur və Kristian Anfinsen ilə birgə "Ribonukleaza molekulunun aktiv mərkəzinin katalitik təsiri və kimyəvi strukturu arasındakı əlaqənin aydınlaşmasındakı xidmətlərinə görə" almışdır.
Vilyam Hovard Stayn
Uilyam Hovard Stayn (ing. William Howard Stein; 25 iyun 1911[…], Nyu-York, Nyu-York ştatı – 2 fevral 1980[…], Nyu-York, Nyu-York ştatı) – Amerika biokimyaçısı. ABŞ Milli Elmlər Akademiyasının (1960il) və Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü. == Bioqrafiyası == Harvard Universitetini (1933il) bitirmiş və Kolumbiya Universitetinin Tibb və Cərrahlar Kollecində (1938il) PhD dərəcəsi almışdır. 1938-ci ildən Rokfeller Universitetində (Nyu-York) işləyir, 1955-ci ildən isə biokimya professorudur. 1968–1971-ci illərdə Biological Chemistry jurnalının redaktoru olub. == Əsas işləri == Uilyam Hovard Staynın əsas işləri zülalların və fermentlərin analitik kimyası üzrə olmuşdur. O, ilk dəfə olaraq (başqaları ilə birlikdə) ribonukleaza fermentinin ilkin strukturunu təyin edərək, ion mübadilə xromatoqrafiyası əsasında amin turşularının kəmiyyət üsulunu işləyib hazırlamış, fermentlərin aktiv mərkəzlərinin strukturunu tədqiq etmişdir. == Nobel mükafatı == Kimya üzrə Nobel mükafatını 1972-ci ildə Stanford Mur və Kristian Anfinsen ilə birgə "Ribonukleaza molekulunun aktiv mərkəzinin katalitik təsiri və kimyəvi strukturu arasındakı əlaqənin aydınlaşmasındakı xidmətlərinə görə" almışdır.
Vane (ada)
Vane (fr. Île Vanier) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları ürupuna daxildir. Adada yaşayış yoxdur (2012). == Etimalogiyası == Ada Kanadanın general qubernatoru Jorj Vanenin şərəfinə (1959-1967) adlandırılıb. == Coğrafiyası == Sahəsi 1126 km², sahil xətdinin uzunluğu 169 km təşkil edir. Ada dairəri quruluşa malikdir. Uzunluğu (şərqdən qərbə) 53 km, maksimal eni (şimaldan cənuba) 28 kilometrdir. Hündürlüyü 200 m çatır. Vane adası — Aleksandr (ada), Messi (ada), Vane, Kameron adaları arasında ən irisidir.
Nyukasl-apon-Tayn
Nyukasl apon Tayn — Böyük Britaniyada, İngiltərədə şəhər.
Nyukasl apon Tayn
Nyukasl apon Tayn — Böyük Britaniyada, İngiltərədə şəhər.
Vane Xorn-Miller
Vane Xorn-Miller (d. 30 noyabr 1975) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Vane Xorn-Miller, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.