Anton Vayno (est. Anton Vaino, rus. Анто́н Эдуа́рдович Ва́йно; d. 17 fevral 1972, Tallin, Estoniya SSR, SSRİ) — Rusiya prezidenti Administrasiyasının rəhbəri (12 avqust 2016-cı ildən)[3].
Anton Vayno | |
---|---|
rus. Антон Эдуардович Вайно est. Anton Vaino | |
| |
Rusiya Federasiyası Prezident Adminstrasiyasının rəhbəri[d] | |
Vəzifədədir | |
12 avqust 2016-cı ildən | |
Əvvəlki | Sergey İvanov[d] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 fevral 1972[1] (52 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
17 fevral 1972-ci ildə Estoniya SSR-in paytaxtı Tallində anadan olmuşdur[3].
1996-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir[3].
Rusiyanın Yaponiyadakı səfirliyində, Xarici İşlər Nazirliyində işləmişdir[3].
2003-cü ildə Rusiya Prezident Administrasiyasına keçmiş və protokol xidməti İdarəsinə təyin olunmuşdur. O, bu idarədə müxtəlif vəzifələr tutmuşdur[3].
Putin prezident postunu Dmitri Medvedyevə ötürdüyü dövrdə baş nazir postuna keçəndə Anton Vayno Hökumət Aparatına təyin olunub, daha sonra aparat rəhbərinin müavini, baş nazirin protokol xidmətinin rəhbəri olmuşdur[3].
2012-ci ildə yenidən Putinlə Kremlə qayıtmış və Prezident Administrasiyasının rəhbərinin müavini təyin edilmişdir[3]. 12 avqust 2016-cı ildə Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunana qədər həmin vəzifədə işləmişdir[3].