Feliks Ştayner

Feliks Ştayner (Tam adı: Feliks Martin Julius Steiner, (23 may 1896[1], Nesterov[2]12 may 1966 və ya 17 may 1966[2], Münxen[2]), Birinci Dünya Müharibəsi dövründə piyada zabiti olmuşdur. İkinci Dünya Müharibəsində isə Vaffen-SS generalı olmuşdur.

Feliks Ştayner
alm. Felix Steiner
Şəxsi məlumatlar
Doğum adı Felix Martin Julius Steiner
Doğum tarixi 23 may 1896(1896-05-23)[1]
Doğum yeri
Vəfat tarixi 12 may 1966(1966-05-12) (70 yaşında) və ya 17 may 1966(1966-05-17)[2] (70 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Üçüncü Reyx
Xidmət illəri 1914-cü ildən
Döyüşlər
Təltifləri German Cross in Gold Knight's Cross of the Iron Cross with Oak Leaves and Swords Knight's Cross of the Iron Cross with Oak Leaves
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1914-cü ilin martında Quru Qoşunlarına daxil olaraq 41-ci Piyada Ordusu olan "von Boyen" piyada alayına (4-cü Şərqi Prussiya Piyada alayı) namizəd zabit olaraq verilmişdir. I Dünya Müharibəsinin gedişi dövründə – 1914-cü ilin noyabrında ağır yaralanmış, sonra 1915-ci ilin yanvarında leytenant, 1918-ci ilin oktyabrında isə baş leytenant rütbələrinə layiq görülmüşdür. Müharibə dövründə birinci və ikinci dərəcəli Dəmir Xaç medallarını əldə etmişdir.

Müharibə başa çatdıqdan sonra o, 1919-cu ildə Şərqi Prussiyadakı Freykorpların sırasına daxil olmuş və 1921-ci ildə Reyxsverə işə götürülmüşdür. 1933-cü ildə mayor rütbəsinə layiq görülmüşdür, lakin Adolf Hitler hakimiyyətə gəldikdən sonra, 1933-cü ildə mayor rütbəsində ikən ordudan ayrılaraq Nasist Partiyasının üzvü olmuş və burada SA-ya qoşularaq bu orqanın təlim və tədris işlərindən məsul olmuşdur. 1935-ci ildə isə SS-ə göndərilmiş və 1 iyul 1936-cı ildə "Deutschland" alayının komandiri təyin edilmişdir. 1936-cı ilin oktyabrında Bad Tölzdəki SS Zabitlər Məktəbinin (SS-Junkerschule) taktika müəllimi olmuşdur.

İkinci Dünya müharibəsi dövründə tabeliyində olan alayları ilə Polşa yürüşündəFransa yürüşündə iştirak etmişdir. O, 1940-cı il avqustun 15-də isə Cəngavər Dəmir Xaç ordeni ilə təltif edilmişdir. 1943-cü ilin aprelində Ştayner yeni yaradılmış III SS Panzer Korpusunun komandiri təyin edilmişdir. Onun bölməsi Yuqoslaviyadakı partizanlar əleyhinə aparılmış olan müharibələrdə aktiv formada iştirak etmişdir. 1943-cü ilin noyabr/dekabr aylarında onun korpusu Şərq Cəbhəsinə köçürülmüş və Şimal Ordu Qrupunun tərkibində Leninqradda şimal sektorunda yerləşdirilmişdir. Ştaynerin Panzer Korpusu Narvadakı nisbətən az müvəffəqiyyətli olmuş müdafiə xarakteri daşıyan döyüşlərdə aparıcı rol oynamışdır.

1945-ci ilin mayında müttəfiqlərə təslim olduqdan sonra 1948-ci ilə qədər həbsdə saxlanılmışdır. O, Nürnberq Məhkəməsində müttəhimlər sırasında əyləşərək ittihamlarla üz-üzə gəlmiş, lakin günahları sübuta yetirilmədiyi üçün sərbəst buraxılmışdır. Ştayner daha sonra bir neçə kitab yazmışdır ki, o kitablardan biri də 1958-ci ildə ifrat sağçı Plesse-Verlag tərəfindən nəşr olunan Die Freiwilligen (Könüllülər) kitabı idi. Həmçinin, əksər hadisələrinin süjet xətti İkinci Dünya Müharibəsi zamanı cərəyan edən bir neçə roman yazmışdır. 1966-cı il mayın 12-də vəfat etmişdir.

  1. 1 2 Felix Steiner // Munzinger Personen (alm.).
  2. 1 2 3 4 5 6 Deutsche Nationalbibliothek Record #122354036 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.