Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
GeV
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur. Fizikada, kimyada və səhiyyədə istifadə olunur. == eV enerji vahidi kimi == Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur. 1 elektron volt= 1.602 176 565(35) × 10−19 coul Vahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt == eV/c2 kütlə vahidi kimi == Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kg Bəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Qney Pompey
Qney Pompey (tam adı: Qney Pompey Maqn, lat. Gnaeus Pompeius Magnus, tələffüzü: [ˈgnae̯.ʊs pɔmˈpɛj.jʊs ˈmaŋ.nʊs]), Böyük Pompey (lat. Gnaeus Pompeius Magnus) və ya sadəcə Pompey (lat. Pompeius, tələffüzü: /ˈpɒmpiː/; ən tezi 29 sentyabr e.ə. 106 və ən geci 30 sentyabr e.ə. 106, Piçen[d], Roma respublikası[…] – 28 sentyabr e.ə. 48, Pelusi[d], Ellin Misiri[d]) — Roma siyasi və hərbi xadimi, e.ə. 70-ci, 55-ci və 52-ci illərdə Roma Respublikası konsulu, e.ə. 49–45-ci illərdə gerçəkləşmiş vətəndaş müharibəsində senata ləyaqətli olan qüvvələrin komandiri. E.ə.
Qney Arri Antonin
Qney Arri Antonin (lat. Gnaeus Arrius Antoninus; 31) — Roma dövlət xadimi, hərbi rəhbəri və şairi. O, imperator Antonin Piyin babası olmuşdur. == Həyatı == Antonin təxminən 30-cu və ya 31-ci ildə, Tiberinin hakimiyyəti dövründə anadan olmuşdur. 69-cu ilin iyulundan avqust ayına qədər Avl Mari Sels ilə birlikdə konsul-suffekt vəzifəsində çalışmışdır. 78-ci ildə, Vespasianın hakimiyyətinin sonunda Antonin Asiya vilayətinin prokonsulu vəzifəsində idi. O, 97-ci ildə ikinci dəfə birlikdə konsul-suffekt olduğu Nervanın dostu idi. Antonin təxminən 101-ci ildə Sili İtalikin ölümündən sonra senatdakı ən yaşlı konsulyar olmuşdur. 105-ci və ya 106-cı ildə onun təxminən 75 və ya 76 yaşı var idi. Antonin Kiçik Plini ilə məktublaşmışdır .
Qney Domisi Korbulon
Qney Domisi Korbulon (lat. Gnaeus Domitius Corbulo; təq. 7 – 67, Korinf, Peloponnes) — Roma sərkərdəsi, 39-cu ildə konsul-suffekt. O,Domisilər zadəgan plebey ailəsinin adı indiki dövrdə məlum olmayan qolundan olmuşdur. Korbulon ilk növbədə, imperator Neronun Şərqə yürüşündə iştirak edən sərkərdə kimi tanınır. == Həyatı == Adını paylaşdığı atası imperator Tiberi dövründə pretor kimi senata daxil olmuşdur. Fahişə olan anası Vistiliya pretorian statuslu ailədən gəlirdi və altı fərqli kişidən yeddi uşağı olmuşdur. Bu uşaqlardan bəziləri dövrün siyasi səhnəsinin mühüm fiqurları idi. Romanın sərhəd ərazilərində artan Parfiya təsirindən narazı qalmış Neron Romanın vassal padşahlarının hakimiyyətini bərpa etmək missiyası ilə legat Qney Domisi Korbulonu böyük bir ordunun başçısı təyin edərək Ermənistana göndərmişdir. 58–63-cü illər Parfiya–Roma müharibəsi zamanı Ermənistan çarı I Trdat Parfiya hakimi olan qardaşı I Vologezin köməyi ilə Roma ordusunu sıxışdırmaq üçün çevik qüvvələr göndərmiş, Korbulon da eyni taktikadan istifadə edərək muşkiləri Ermənistanın periferik rayonlarını qarət etmək üçün göndərmişdir.
Qney Pompey Maqn
Qney Pompey (tam adı: Qney Pompey Maqn, lat. Gnaeus Pompeius Magnus, tələffüzü: [ˈgnae̯.ʊs pɔmˈpɛj.jʊs ˈmaŋ.nʊs]), Böyük Pompey (lat. Gnaeus Pompeius Magnus) və ya sadəcə Pompey (lat. Pompeius, tələffüzü: /ˈpɒmpiː/; ən tezi 29 sentyabr e.ə. 106 və ən geci 30 sentyabr e.ə. 106, Piçen[d], Roma respublikası[…] – 28 sentyabr e.ə. 48, Pelusi[d], Ellin Misiri[d]) — Roma siyasi və hərbi xadimi, e.ə. 70-ci, 55-ci və 52-ci illərdə Roma Respublikası konsulu, e.ə. 49–45-ci illərdə gerçəkləşmiş vətəndaş müharibəsində senata ləyaqətli olan qüvvələrin komandiri. E.ə.
2NE1
2NE1 (kor: 투애니원) — ikinci nəsil k-pop qız qrupu. 2009-cu ildə YG Entertainment idarəçiliyi altında "Fire" sinqlı ilə debüt etmişdirlər. Qrup 4 üzvdən ibarət idi: CL, Bom, Minzy, Dara.
ANTV
ANTV — Cənubi Qafqazda vətəndaş jurnalistikasının internet TV sahəsində ilk layihəsidir.
Eney
Eney (q.yun. Αἰνείας, lat. Aenēās) — qədim yunan mifologiyasında dardan hökmdar nəslindən olan Troya müharibəsi qəhrəmanı, Qədim Roma mifologiyasında isə Romanın banisi olan Rem və Romulun Troya müharibəsi zamanı sağ qalmış troyalıları məhv edilənlər içərisindən çıxarıb İtaliyaya gətirmiş əfsanəvi əcdadı.
Gent
Gent — Belçika şəhəri. Bu şəhər orta əsrlərdə paltar ticarət mərkəzi və Parisdən sonra ən böyük Avropa şəhəri olmuşdur. Bu gün bu qədim şəhərin Müqəddəs Bavo Baş Kilsəsi, Qraflıqlar Qəsri daxil olmaqla tarixi binaları mövcuddur.
Genç
Genç (türk. Genç) — Bingöl ilinin ilçəsi.
Gənə
Gənə- tünd qırmızı qəhvəyində yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrində vardırlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım- Kongo qanamalı qızdırma(KKKA) sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür. KKKA xəstəliyi gənə dişləməsindən 1-3 gün içində (ən çox 9 gün ) qızdırma, qırıqlıq, baş ağrısı, halsızlıq, oynaq ağrıları, iştahsızlıq, bəzən qusma, qarın ağrısı və ishalla başlar. Bədənin dəyişik yerlərində özbaşına yaranan göyərmələr, burun qanaması və qan itirməyə davam edər.
Qdov
Qdov — Rusiya Federasiyasında yerləşən şəhər Pskov vilayətinə daxildir
Qjel
Qjel – rus farforu olub, adını yarandığı Qjel şəhərindən götürüb. Adı ilk dəfə 1328-ci ildə çəkilir. Farfordan düzəldilmiş qablar, oyuncaqlar ağ və mavi rəngli boyalarla bəzədilir.
Qley
Qley - Q.N.Vısotski tərəfindən işlənmişdir. == Xüsusiyyəti == Torpaq profilinin struktursuz azməsaməli hissəsi yaşıl, mavi, tünd göy, yaxud göyümtül pas rəngli olur. Bataqlaşmış və bataqlıq torpaqlarda oksigenin torpağa çətinliklə daxil olduğu və ya heç daxil olmadığı şəraitdə torpağın qleyləşməsi nəticəsində əmələ gəlir. == Qleyli torpaqlar == İkivalentli dəmir birləşməsinin olmasından irəli gələrək, torpaq horizontu mavi-tünd göy, yaxud yaşıl rənglidir. Dayanıqlı rütubətlilik şəraitində güclü inkişag etmiş qleyləşmə prosesi nəticəsində formalaşır.
Qneys
Qneys — çökmə və ya püskürmə süxurların metamorfizmə uğraması nəticəsində əmələ gələn süxur. Birinci halda paraqneyslər, ikinci halda isə ortoqneyslər əmələ gəlir. Qneys əsas etibarilə çöl şpatlarından, mika, buynuzdaşı (hornblend), qranatlardan, kvars və b. minerallardan təşkil olunmuşdur. Qneys təşkil edən ayrı-ayrı mineral dənələrinin yerləşməsi paralel-təbəqəli quruluşla səciyyələnir. == Həmçinin bax == Çökmə süxurlar Püskürmə süxuru == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Qənd
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. == Tarixi == Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.
CNET
CNET ("Computer Network" sözünün qısaldılmış versiyası) — qlobal miqyasda texnologiya və istehlak elektronikası ilə bağlı rəylər, xəbərlər, məqalələr, bloqlar, podkastlar və videolar dərc edən amerikan media veb-saytı. CNET, internet televiziya şəbəkəsi olan CNET Video və onun podkast və bloq şəbəkələri vasitəsilə yeni media yayımlama üsullarını tətbiq etməzdən əvvəl ilkin olaraq radio və televiziya məzmununu öz internet saytında təqdim edirdi. 1992-ci ildə Halsi Minor və Şelbi Bonni tərəfindən əsası qoyulmuşdu və CNET Networks-ün flaqman brendi idi. 2008-ci ildə həmin bölmənin CNET Networks-ü alması ilə CBS Interactive brendinə çevrildi. 30 oktyabr 2020-ci ildən Red Ventures-a məxsusdur. İngilis dilindən başqa, CNET-in regiona və dilə aid nəşrlərinə çin, fransız, alman, yapon, koreya və ispan dilləri daxildir. == Tarixi == PepsiCo-dan ayrıldıqdan sonra Halsi Minor və Şelbi Bonni 1992-ci ildə kompüterlər və texnologiya ilə əlaqəli 24 saatlıq kabel televiziyası olan c/net-i yaratdılar. Fox Network həmtəsisçisi Kevin Vendl və Disney-in keçmiş əməkdaşı Dan Bakerin köməyi ilə CNET kompüterlər, texnologiya və internet haqqında dörd pilot televiziya verilişi istehsal etdi. CNET TV "CNET Central", "The Web" və "The New Edge"-dən ibarət idi. "CNET Central" ilk dəfə ABŞ-də USA Network-də yayımlanmışdır.
Enez
Enez (türk. Enez) — Türkiyənin Ədirnə ilinin bir rayonu, eyni zamanda rayon mərkəzində yerləşən qəsəbə. Rayon, Enez mahalından 21 km şimalda İpsala, 60 km şərqdə Keşan mahalı, cənub və qərbdə dənizdən və qurudan Egey dənizi və Yunanıstanla əhatələnərək, Maritsa çayının töküldüyü Egey dənizinin şimal sahilindəki yarımadada yerləşir. Rayonun ümumilikdə 30 km dəniz, 44 kmlik quru sərhədi vardır. Egey dənizinin şimal sahilində, Maritsa çayının dənizə töküldüyü yarımadada yerləşir. Enezin ümumi əhalisinin sayı 2011-ci il siyahıyaalınmasına görə 11.066 nəfər, ərazisi isə 473 km²-dir. Qəsəbənin əhalisi isə 4301 nəfərdir (2022). Bələdiyyə sədri Özkan Günənçdir (CHP). == Etimologiyası == Enez adı qədim zamanlarda bölgədəki yaşayış məntəqəsi olan "Aynosdan" gəlir. Keçmiş adı Ayesintoz Vepolti Urya idi və bu gün də "bəyəndim" mənasını verən Məmduh İnoz kimi tanınır.
A.Chev.
Oqüst Jan Batist Şevalye (fr. Auguste Jean Baptiste Chevalier; 23 iyun 1873 – 3 iyun 1956, Paris) — Fransa botaniki. == Əsərləri == Mission Chari-Lac Tchad, 1902—1904, 1907 Sudania: Énumeration des plantes récoltées en Afrique tropicale, 1911 La forêt et les bois du Gobon, 1917 Les kolatiers et les noix de kola, 1911 (совместно с Émile Constant Perrot) == Biblioqrafiya == Bonneuil, C. Auguste Chevalier Savant colonial == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == La bibliothèque d’ethnobiologie (fr.) JSTOR: The Bryologist, Vol. 80, No. 3 (Autumn, 1977), pp.
Agnes Arber
Aqnes Robertson Arber (ing. Agnes Robertson Arber; 23 fevral 1879[…] – 22 mart 1960[…], Kembric) — Böyük Britaniya botaniki.. == Elmi fəaliyyəti == Aqnes Robertson Arber toxumlu bitkilər üzrə (kələmkimilər) ixtisaslaşmışdır. == Əsərləri == Arber, A. (1912). "Herbals: their origin and evolution. A chapter in the history of botany, 1470–1670". Cambridge: Cambridge University Press. Arber, A. Water Plants: A Study of Aquatic Angiosperms (ing.). — Cambridge, 1920. Arber, A. The Gramineae (q.müəy.).
Agnès Jaoui
Agnès Jaoui (19 oktyabr 1964[…], Antoni[d]) — alman aktrisa. == Filmoqrafiyası == === Kino === 1991: Canti 1993: Cuisine et dépendances 1993: Smoking/No Smoking 1996: Un air de famille 1997: Same Old Song 2000: The Taste of Others 2000: An Outgoing Woman 2002: 24 Hours in the Life of a Woman 2004: Look at Me 2004: The Role of Her Life 2005: Nina's House 2012: The Dandelions 2013: Under the Rainbow 2014: The Easy Way Out 2015: I'm All Yours 2015: The Sweet Escape 2017: I Got Life! 2018: Place publique 2018: Best Intentions Harmonie === Teleserial === 1997: Nulle part ailleurs.
Alber Qlez
Alber Qlez (8 dekabr 1881[…], Paris[…] – 23 iyun 1953[…], Sen-Remi-de-Provans[d]) — Fransa rəssamı, nəzəriyyəçisi və yazıçısı. Daha çox rəssam kimi tanınır. == Həyatı == 1881-ci ildə Parisdə anadan olmuşdur. Qlez, ilk rəsm əsərlərində Pol Sezannın təsiri ilə rəngdə dəyişikliklər etdi. Bundan sonra kubizm üslubuna yönəlib dövrün digər kubizm sənətçiləri olan Jorj Brak və Pablo Pikassonun üslublarına yaxınlaşmışdır. 1912-ci ildə Jan Metzinger ilə birlikdə kubizmdən bəhs edən "Kubizm haqda" (DuCubisme) adlı kitabı nəşr olundu. "Bruklin körpüsü" (1917; Quqqenhaym muzeyi, Nyu-York) əsəri ən məşhur əsərlərindən biridir. Ömrünün son illərində dini kubizmə yönəlmişdir.
Alev Alatlı
Alev Alatlı (16 sentyabr 1942, Menəmən, İzmir ili – 2 fevral 2024, İstanbul) – Türkiyə yazıçısı. == Həyatı == 1944-cü ildə Fürüzan və Ərtuğrul Alatlının qızı olaraq İzmirin Menemen ilçəsində anadan olmuşdur. Atası zabitdir. İbtidai məktəbi Anakara Memar Kemal İbtidai Məktəbində başlamış, bir müddət Karakösədə oxuduqdan sonra Ərzurum Mədəniyyət Qurumu İbtidai Məktəbindən məzun olmuşdur. Anakara Namıq Kəmal Orta Məktəbini bitirdikdən atasının Yaponiyaya hərbi ateşe kimi təyin olunmasına görə liseyi Tokio şəhərindəki Yaponiya Amerika Məktəbində oxumuşdur. Burada ingilis və yapon dillərini öyrənmişdir. Orta Şərq Texniki Universitetinin statistika fakültəsinə daxil olmuş və 1963-cü ildə məzun olmuşdur. "Fullbright" təqaüdü ilə ABŞ-yə gedərək orada Vanderbilt Universitetində rifah iqtisadiyyatı və ekonometriya üzrə magistr təhsili almışdır və 1965-ci ildə universitetdən məzun olmuşdur. Daha sonra iqtisadiyyatı buraxaraq Nyu-Hempşirdə yerləşən Dartmut Kollecində fəlsəfə üzrə təhsil almış və düşüncə tarixi, ilahiyyat biliklərinə yiyələnmişdir (1968). Təhsili zamanı alman və rus dillərini də öyrənmişdir.
Alev Altın
Aqnes Valkay
Aqnes Valkay (27 fevral 1981) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Aqnes Valkay, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Aqnes Valkay, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.