Qney Arri Antonin

Qney Arri Antonin (lat. Gnaeus Arrius Antoninus; 31) — Roma dövlət xadimi, hərbi rəhbəri və şairi. O, imperator Antonin Piyin babası olmuşdur.

Qney Arri Antonin
lat. Gnaeus Arrius Antoninus
Şəxsi məlumatlar
Doğum tarixi 31
Fəaliyyəti siyasətçi

Antonin təxminən 30-cu və ya 31-ci ildə, Tiberinin hakimiyyəti dövründə anadan olmuşdur.[1] 69-cu ilin iyulundan avqust ayına qədər Avl Mari Sels ilə birlikdə konsul-suffekt vəzifəsində çalışmışdır. 78-ci ildə, Vespasianın hakimiyyətinin sonunda Antonin Asiya vilayətinin prokonsulu vəzifəsində idi. O, 97-ci ildə ikinci dəfə birlikdə konsul-suffekt olduğu Nervanın dostu idi.

Antonin təxminən 101-ci ildə Sili İtalikin ölümündən sonra senatdakı ən yaşlı konsulyar olmuşdur. 105-ci və ya 106-cı ildə onun təxminən 75 və ya 76 yaşı var idi. Antonin Kiçik Plini ilə məktublaşmışdır . Bundan əlavə, o, yunan dilində epiqramlar yazmışdır ki, Kiçik Plini onları latın dilinə tərcümə etməyə çalışmışdır.[2]

Antoninin həyat yoldaşı Boyoniya Prosilla idi. Qızları Arria Antonina və 89-cu ildə konsul olmuş Tit Avreli Fulv ilə evlənən Arriya Fadilla idi. Onların evliliyindən gələcək imperator Antonis Piy adlı bir oğul anadan olmuşdur Antonin Pneyin hakimiyyəti dövründə Qney Arrinin şərəfinə heykəl ucaldılmışdır.[3]

  1. Annette Flobert, Lettres de Pline, Flammarion, 2002, p. 149.
  2. Annette Flobert, Lettres de Pline, Flammarion, 2002, p. 461.
  3. Юлий Капитолин. История Августов. Антонин Пий. V. 2.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Hans Georg Gundel: Arrius II. 7. In: Der Kleine Pauly (KlP). Band 1, Stuttgart 1964, Sp. 607.