Qney Pompey (tam adı: Qney Pompey Maqn, lat. Gnaeus Pompeius Magnus, tələffüzü: [ˈgnae̯.ʊs pɔmˈpɛj.jʊs ˈmaŋ.nʊs]), Böyük Pompey (lat. Gnaeus Pompeius Magnus) və ya sadəcə Pompey (lat. Pompeius, tələffüzü: /ˈpɒmpiː/; ən tezi 29 sentyabr e.ə. 106 və ən geci 30 sentyabr e.ə. 106[1][2], Piçen[d], Roma respublikası[8][9][…] – 28 sentyabr e.ə. 48[2], Pelusi[d], Ellin Misiri[d]) — Roma siyasi və hərbi xadimi, e.ə. 70-ci, 55-ci və 52-ci illərdə Roma Respublikası konsulu, e.ə. 49–45-ci illərdə gerçəkləşmiş vətəndaş müharibəsində senata ləyaqətli olan qüvvələrin komandiri.
Qney Pompey | |
---|---|
lat. Cn. Pompeius Cn.f.Sex.n. Clu. Magnus | |
| |
Qədim Roma senatoru[d] | |
bilinmir – bilinmir | |
e.ə. 70 – e.ə. 70 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ən tezi 29 sentyabr e.ə. 106 və ən geci 30 sentyabr e.ə. 106[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 28 sentyabr e.ə. 48[2] (57 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bıçaq xəsarəti[d] |
Fəaliyyəti | siyasətçi |
Atası | Qney Pompey Strabon[d][4] |
Həyat yoldaşları | |
Uşaqları | |
Dini | Qədim Romada din |
Rütbəsi | Leqat |
Vikianbarda əlaqəli mediafayllar |
E.ə. 83-cü ildə Sulla ilə yaxınlaşmış, ölümündən sonra (e.ə. 78) onun düşmənlərinə qarşı mübarizə aparmışdır. E.ə. 71-ci ildə Spartak üsyanının yatırılmasında iştirak etmiş, e.ə. 70-ci ildə konsul (Krassla birgə) seçilmişdir. E.ə. 66-cı ildə Pont padşahı VI Mitridat əleyhinə müharibədə Roma qoşunlarına başçılıq etmiş və onu məğlubiyyətə uğratmış, e.ə. 66-65-ci illərdə Qafqaz Albaniyasına soxulmuş, lakin oranı tuta bilməmişdi.[10].
E.ə. 60-cı ildə 1-ci triumviratda Sezar və Krassla birgə iştirak etmiş, triumvirat dağıldıqdan sonra (e.ə. 53) optimatlarla yaxınlaşmışdı. E.ə. 48-ci ildə Dirraxiya (Bu şəhərə bəzən Dyracchium da deyirlər.Əsl adı Dürres şəhəridir və Albaniyada yerləşir).yaxınlığında Sezarı məğlubiyyətə uğratmış, lakin Farsal yaxınlığında darmadağın edilərək Misirə qaçmış və orada öldürülmüşdür.