Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Murom
Murom — Rusiya Federasiyasında yerləşən şəhər Vladimir vilayətinə daxildir.
Qurum
Təşkilat (yun. ὄργανον alət) — konkret şəxsin rəhbərliyi altında konkret vəzifəni həyata keçirən və birgə fəaliyyət göstərən insanlar qrupu. Bu resursların məqsədli birliyidir. Təşkilat daxilində insan özü aktiv resurs rolunu oynayır. Təşkilat daha böyük təşkilatın daxilində fəaliyyət göstərərsə təşkilatın özü resurs rolunu oynayır. Təşkilatın mütləq məqsədi və fəaliyyət planı olmalıdır.
Dilək Gürsoy
Dilək Gürsoy (türk. Dilək Gürsoy) — 1976-cı il təvəllüdlü türk əsilli Alman ürək cərrahı. 2012-ci ildə Avropada süni ürək implantasiyası edən ilk qadın cərrah. == Erkən həyatı == Dilək Gürsoy 1976-cı ildə Noysda, 1969-cu ildə qastarbayter olaraq Türkiyənin Ordu ilinin Fatsa şəhərindən Almaniyaya işləmək üçün mühacirət edən ailədə anadan olmuşdur. İki qardaşı var. On yaşında olanda atası ürək tutmasından vəfat edir. Anası Zeynep Pyerburq zavodunda montaj işçisi idi. Dilək Türkiyədə uşaq ikən məktəbə getməsinə icazə verilmədiyi üçün oxumağı və yazmağı özü öyrənmiş, anası tərəfindən böyüdülmüşdür. Məktəbəqədər uşaq baxçasında alman dilini öyrənir,ona Alman dünyası və məmləkətində bələdçilik edən bir ailə ilə tanış olur. İbtidai sinif üçün Martin-Lüter-Qrandskul məktəbinə getdi və sonra Noysdakı Kyurinias-Gimnaziyada orta məktəbi bitirdi.
Filipp Quston
Filipp Quston (tam adı:Phillip Goldstein; ing. Philip Guston; 27.7.1913, Monreal, Kanada - 7.6.1980, Nyu-York, ABŞ) - amerikalı rəssam. == Həyat və yaradıcılığı == Filipp Quston, Kanadada yəhudi mühacir ailəsində anadan olmuşdur. Ailəsi, Rusiya İmperiyasının Odessa şəhərindən Kanadaya və ordanda Los-Anceles şəhərinə köçümşüdür. O, gənc yaşlarınsan komikslər çəkməyə başlamışdı. Təhsilini Klivlənd rəsm məktəbində almağa başladı. XX əsrin 30-cu illərində Corc de Kirikonun metafizik realizm stilinə və həmçinin qocaman italyan rəssamları olan Andrea Manteni, Mazaçço, Paolo Uççelonun rəsm əsərlərinə diqqət ayırırdı. XX əsrin 30-cu illərin sonlarında Quston divar rəsmlərinin inkişafı haqqında dövlət proqramı üzərində işləyir, ancaq 40-cu illərin əvvəllərində dəzgah rəsmlərinə geri qayıdır. Filipp Qustonun əsas xüsusiyyəti ondan ibarət idi ki, o yeni rəsm əsərləri üzərində işləyərkən əvvəllki rəsmlərin fraqmentlərindən tez-tez istifadə edirdi. 1947-ci ildə Quston öz "Cəlladlar" (ing.
Qurdon (rayon)
Qurdon (fr. Gourdon) — Fransanın Cənubi Pireney regionun rayonlarından biri. Departamenti — Lo. Suprefektura — Qurdon. Rayon əhalisi 2006-cı ildə 42 872 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 29 nəf / km². Rayon ərazisi — 1487 km².
Nilufər Gürsoy
Nilüfər Gürsoy (1 iyun 1921, Bursa, Osmanlı imperiyası) — türk filoloq və siyasətçisi. Nilüfər Gürsoy, 1965-1969, 1973-1980-ci illərdə parlamentdə çalışıb. Türkiyənin üçüncü prezidenti Cəlal Bayarın qızıdır. == Təhsili == Nilüfər Bayar ibtidai təhsilini evdə fərdi şəkildə alıb. Daha sonra orta və lisey təhsilini Maarif Kollecində (sonralar TED Ankara Kolleci) almış, 1939-cu ildə oranı bitirmişdir. Həmin il o, İstanbul Universitetində fəlsəfə təhsili alıb. Bir ildən sonra ailəsinin Ankaraya köçməsi ilə əlaqədar Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinə daxil olub və klassik filologiya sahəsi üzrə təhsil alıb. Məzun olduqdan sonra 1949-cu ildə Qədim yunan dili kafedrasında assistent kimi çalışmağa başlayıb. O, “Evripidlərin siyasi baxışları” adlı doktorluq dissertasiyasını müdafiə edərək, 1954-cü ildə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1960-cı il dövlət çevrilişindən sonra atası prezident Cəlal Bayar və həyat yoldaşı Demokrat Partiyasından Kütahya millət vəkili Əhməd İhsan Gürsoy, bir çox başqa dövlət rəsmiləri və siyasətçilərin xunta tərəfindən həbs edilməsi ilə universitetdən qovularaq, Ali Ədalət Məhkəməsində mühakimə olunması üçün İstanbul sahillərindəki kiçik bir ada olan Yassıa adasına göndərilib.
ABAD (qurum)
"ABAD" — Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. == Yaranma tarixi == Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində "ABAD" publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. "ABAD" pilot layihə olaraq Masallıda 7 ailə təsərrüfatı ilə başladı. Hazırda dəstək proqramina daxil olan ailələrin sayı 553-ü ötüb. Sərəncam əsasında "ABAD"ın yaranmasına 1.000.000 manat tranş alınıb. Layihə publik hüquqi şəxs olduğundan özünümaliyələşdirmə sistemi üzrə fəaliyyət göstərir. Dəstək və yeni mərkəzlərin tikilişi donor və tərəfdaşlar (yerli və beynəlxalq, özəl və dövlət) tərəfindən ayrılan vəsait sayəsində həyata keçirilir (məsələn, nazirliklər, SOCAR, TİKA, PAŞA Holding, GILAN Holding, EU, UNDP, GIZ, AZAL, Azər-Türk Bank və s.). == İstiqamətlər == Hazırda "ABAD" mərkəzləri tərəfindən prioritet olan 2 sahə üzrə fəaliyyət göstərən ailələrə dəstək göstərilir: dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsi. ==== Qida ==== "ABAD" ilkin yeyinti məhsullarının, yəni ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsulları deyil, məhz insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar daxildir.
Quram Kaşia
Quram Kaşia (gürc. გურამ კაშია; 4 iyul 1987[…], Tbilisi) — Gürcüstanın "Slovan Bratislava" klubunun və Gürcüstan milli futbol komandasının futbolçusu. == Klub karyerası == === Dinamo Tbilisi === Kaşia karyerasına "Dinamo Tbilisi" klubunda başlayıb. 2006-cı ildən 2010-cu ilədək olan dövrdə Quram klubun heyətində 91 oyun keçirib və 12 qol vurub. O, klubun heyətində iştirak etdiyi sonuncu mövsümdə Gürcüstan çempionatında 33 matçda oynayıb və 8 qol vurub. === Vitess === Kaşia 2010-cu il avqustun sonunda Niderlandın "Vitess" klubuna transfer olunub, o zaman klubun prezidenti milliyətcə gürcü olan Merab Jordaniya idi. O, klubun heyətində debüt oyununa sentyabrın 18-də "NAK Breda" ilə oynanılan görüşdə çıxıb. Bu oyunun əvvəlində klubun əsas heyət oyunçusu olan Frank van der Streyk isinmə hərəkətləri zamanı özünü pis hiss etdiyindən, Quram bu oyunda onun əvəzinə start heyətində çıxmışdır. 2011-ci il martın 29-da Kaşiya "Vitess" ilə olan müqaviləsinin müddətini 2013-cü ilədək artırmışdır. 2011–2012-ci illər mövsümü öncəsi Quram klubun kapitan sarğısını alıb.
Quram Marxuliya
Quram Marxuliya (gürc. გურამ მარკჰულია) — Tarix elmləri doktoru, professor, AMEA–nın fəxri doktoru. == Bioqrafiya == Quram Rajdenoviç Marxuliya 1972-ci il Gürcüstan SSR–in tərkibinə daxil olan Abxaziya MSSR–də, Suxumi şəhərində anadan olmuşdur. Tarix elmləri doktoru, professordur. 1995–2007-ci ildə Ekvtime Takaişvili adına umumi Gürcüstan Tarix Cəmiyyətinin Gənclər təşkilatının sədri olmuşdur. 2003-cü ildə Suxumi Dovlət Universitetinin şöbə müdiri olmuşdur. 2007-ci ildə "İberiya" Universiteti nəzdində Strateji Araşdırmalar İnstitutunun direktoru olmuşdur. Hal-hazırda "Hüquq və Politologiya" jurnalının redaktor müavini, "Macne" Suxumi Dövlət Universitetinin elmi jurnalının redaktoru və "Кавказ и мир" beynəlxalq jurnalının baş redaktorudur. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Azərbaycan MEA A. A. Bakıxanov adına Tarix Institutunun fəxri doktorudur.
Quram Tikanadze
Quram Tikanadze (12 sentyabr 1932, Kviriketi[d], Ozurgeti bələdiyyəsi – 27 avqust 1963, Şhara dağı) — gürcü sovet fotoqrafı və alpinisti. == Həyatı == 7-ci sinifdən bəri fotoqrafiyaya maraq salmışdı. 1959-cu ildən "Bayraq" (დროშის) jurnalında korrespondent işləməyə başlamışdı. 1962-ci ildən isə Tbilisi Fotojurnalist Həmkarlar İttifaqının sədri vəzifəsini icra etməyə başlamışdır. Onun işləri əsasən poetik janrdadır. Fotoları Almaniya, Çexoslovakiya və Polşada çap olunmuş, beynəlxalq sərgilərdə göstərilmişdir. 1963-cü ildə Kabardin-Balkariya sərhəddindəki Şxara zirvəsində faciəvi şəkildə vəfat etmişdir. Ölümündən sonra Murman Lebanidze ona rekviyem şeir yazmış, Qafqazın zirvələrindən biri onun şərəfinə adlandırılmışdır. Yaxın dostu yazar Quram Rçeuşvili də gənc vaşında vəfat etmişdi.
Quron gölü
Huron (ing. Lake Huron) — Şimali Amerikanın ABŞ və Kanadaya aid ərazilərində yerləşən Böyük göllər sisteminə daxil olan göllərdən biri. Miçiqan gölündən şərqdə yerləşib onunla Makinak boğazı ilə birləşib. Miçiqan və Huron göllərinin coğrafi olaraq ayrıca göllər qəbul edilməsinə baxmayaraq, hidroqraflar bu göllərin Makinak boğazı ilə birləşərək vahid sistem əmələ gətirdiyi qənaətindədirlər.
Malo Qusto
Malo Qusto — (19 may 2003) Fransa Liqa 1-də çıxış edən Lionun futbolçusu.
Quton dağı
Quton dağı (avar. Гъудон, rus. Гутон) — Azərbaycan Respublikası (Balakən və Zaqatala rayonları) və Rusiya Federasiyası (Dağıstan Respublikası) sərhədində yerləşən dağ. Qutonun cənub yamacları Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. == Coğrafiya == Dağ Baş Qafqaz silsiləsi silsiləsində yerləşir. Hündürlüyü 3648 m-dir. Samurçay və Katexçay çayları Quton dağın yamaclarından başlayır. Dağda subalp və alp çəmənlikləri var, dağın zirvəsi qayalıqdır.
Ben-Qurion Universiteti
Negevdə Ben-Qurion adına Universitet (ivr. ‏אוניברסיטת בן-גוריון בנגב‏‎; ing. Ben-Gurion University of the Negev, qısaca BGU) — İsrailin Beer-Şeva şəhərində yerləşən ali təhsil müəssisəsi. Kampusları həmçinin Sde-Boker və Eylatda vardır. İsrailin cənubunda bir neçə akademik kolleci himayə edir, məsələn, Pinxas Sapira adına kollec, Beer-Şeva mühəndis kolleci və s. 2010-cu ildə tələbələrin sayı 18 347 idi. == Universitetin tərkibi == Universitet İsrailin ən böyük təhsil və tədqiqat mərkəzlərindən biri sayılır. Universitetin aşağıdakı fakültələri vardır: Təbiət elmləri fakültəsi Mühəndis fakültəsi Humanitar və ictimai elmlər fakültəsi Sağlamlıq və tibb fakültəsi İdarəetmə məktəbi Səhranı öyrənən beyməlxalq institut Dərin təhsil Kraytman məktəbi Universitetin tərkibində həmçinin aşağıdakı böyük tədqiqat institutları vardır: Neqevedə biobiotexnologiya milli institutu Ceykob Blauşteyn adına səhraları öyrənmə institutu (Albert Kats adına səhraları tədqiqat beynəlxalq məktəbi daxil olmaqla) İsrail və sionizmi öyrənmək üzrə Ben-Qurion tədqiqat institutu.
Con Burton Klilənd
Con Burton Klilənd (ing. John Burton Cleland; 22 iyun 1878 – 11 avqust 1971, Adelaida) — Avstraliya botaniki, mikoloqu, ornitoloqu, mikrobioloqu. == Elmi fəaliyyəti == Con Burton Klilənd bitkiləri, göbələklər, quşları təsnifləndirmişdir. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Clelandia J.M.Black 1932 (=Hybanthus Jacq. 1760, Violaceae) Clelandia Trappe 1979 (=Mycoclelandia Trappe & G.W.Beaton 1984, Pezizaceae) Amanita clelandii E.-J.Gilbert 1941 (Amanitaceae) Austrogautieria clelandii E.L. Stewart & Trappe 1985 (Gallaceaceae) Cortinarius clelandii A.H.Sm. 1944 (Cortinariaceae) Fomes clelandii Lloyd 1915 (=Perenniporia clelandii (Lloyd) Ryvarden 1972, Polyporaceae) Hohenbuehelia clelandii Grgur. 1997 (Pleurotaceae) Hydnangium clelandii Rodway 1924 (=Horakiella clelandii (Rodway) Castellano & Trappe 1992, Sclerodermataceae) Lachnella clelandii Hansf. 1954 (=Torrendiella clelandii (Hansf.) Spooner 1987, Sclerotiniaceae) Lactarius clelandii Grgur. 1997 (Russulaceae) Lenzites clelandii Lloyd 1919 (=Gloeophyllum trabeum (Pers.) Murrill 1908, Gloeophyllaceae) Leucopogon clelandi Cheel 1915 (Epacridaceae) Macrolepiota clelandii Grgur. 1997 (Agaricaceae) Melanoleuca clelandii Grgur.
David Ben-Qurion
David Ben-Qurion (ivr. ‏דָּוִד בֶּן-גּוּרִיּוֹן‏‎ oktyabr 1886-cı il, Plonsk, Rusiya imperiyası — 1 dekabr 1973-cü il, Təl-Əviv, İsrail) — İsrail dövlət xadimi, Mapay partiyasının yaradıcıları və başçılarından biri (1930-65). 1948-ci il mayın 14-də İsrail dövlətini bəyan etdi və ilk baş naziri oldu. Həmçinin İsrail Müstəqillik Bəyannaməsini ilk imzalayan şəxs oldu. Ben-Qurion 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı İsrailə rəhbərlik etdi və müxtəlif yəhudi milislərini İsrail Müdafiə Qüvvələrində (IDF) birləşdirdi. Sonradan o, "İsrailin qurucu atası" kimi tanındı. Şərəfinə aeroport adlandırılmışdır (Ben-Qurion Beynəlxalq Aeroportu). Müharibədən sonra Ben-Qurion İsrailin ilk baş naziri və müdafiə naziri vəzifələrində çalışıb. Baş nazir kimi o, ölkənin inkişafına yönəlmiş milli layihələrə rəhbərlik edərək dövlət qurumlarının qurulmasına köməklik göstərib. O, həmçinin dünyanın hər yerindən çoxlu sayda yəhudinin mənimsənilməsinə (Aliyah) nəzarət edirdi.
Edvard Burton (ilahiyyatçı)
Edvard Burton (ing. Edward Burton; 1794[…] – 1836[…]) — İngiltərə ilahiyyatçısı. O, Oksfordda ilahiyyat üzrə professoru olmuşdur. == Həyatı == Edvard Burton 13 fevral 1794-cü ildə Şrusberidə anadan olmuşdur. O, mayor Edvard Burtonun oğlu olmuşdur. O, Vestminster məktəbində təhsil almışdır. Burton 15 may 1812-ci ildə Oksford Krist kilsəsinin ümumi üzvü kimi təhsil təhsil almış, növbəti il il tələbə adını qazanmış və 1815-ci ildə həm klassik, həm də riyaziyyat üzrə birinci sinif əldə etmişdir. O, 29 oktyabr 1815-ci ildə bakalavr dərəcəsini aldıqdan sonra Staffordşirin Pettenhall kuratorluğuna təyin edilmişdir. O, 28 may 1818-ci ildə magistratura təhsilini davam etdirmişdir. == Əsərləri == Onun əsərləri arasında var: ‘An Introduction to the Metre of the Greek Tragedians,’ 1814.
Qurdon (Dənizkənarı Alplar)
Qurdon (fr. Gourdon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Valbonn kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Le-Bar-sür-Lu kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 22,53 km², əhalisi — 437 nəfərdir (2006) artım tendensiyası ilə: 416 nəfər (2012), əhalinin sıxlığı 18,5 nəfər / km²-dir. Qurdon Fransanın ən gözəl kəndləri siyahısına daxildir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 413 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 416 nəfər.
Ben-Qurion adına universitet
Negevdə Ben-Qurion adına Universitet (ivr. ‏אוניברסיטת בן-גוריון בנגב‏‎; ing. Ben-Gurion University of the Negev, qısaca BGU) — İsrailin Beer-Şeva şəhərində yerləşən ali təhsil müəssisəsi. Kampusları həmçinin Sde-Boker və Eylatda vardır. İsrailin cənubunda bir neçə akademik kolleci himayə edir, məsələn, Pinxas Sapira adına kollec, Beer-Şeva mühəndis kolleci və s. 2010-cu ildə tələbələrin sayı 18 347 idi. == Universitetin tərkibi == Universitet İsrailin ən böyük təhsil və tədqiqat mərkəzlərindən biri sayılır. Universitetin aşağıdakı fakültələri vardır: Təbiət elmləri fakültəsi Mühəndis fakültəsi Humanitar və ictimai elmlər fakültəsi Sağlamlıq və tibb fakültəsi İdarəetmə məktəbi Səhranı öyrənən beyməlxalq institut Dərin təhsil Kraytman məktəbi Universitetin tərkibində həmçinin aşağıdakı böyük tədqiqat institutları vardır: Neqevedə biobiotexnologiya milli institutu Ceykob Blauşteyn adına səhraları öyrənmə institutu (Albert Kats adına səhraları tədqiqat beynəlxalq məktəbi daxil olmaqla) İsrail və sionizmi öyrənmək üzrə Ben-Qurion tədqiqat institutu.
Munja I Grom
Munja I Grom (azərb. İldırım və şimşək‎) — Bosniya və Herseqovinanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş mahnı. Mahnını Vukajin Brajic ifa edib.