Quram Kaşia

Quram Kaşia (gürc. გურამ კაშია; doğum 4 iyul 1987, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Niderlandın "Vitess" klubunun və Gürcüstan milli futbol komandasının futbolçusu.

Quram Kaşia
gürc. გურამ კაშია
Ümumi məlumatlar
Doğum tarixi (36 yaş)
Doğum yeri Tbilisi, Gürcüstan SSR, SSRİ
Vətəndaşlığı Gürcüstan Gürcüstan
Boyu 1.85 m
Çəkisi 76 kq
Mövqeyi Müdafiəçi
Klub haqqında məlumat
Klub Vitess
Nömrəsi 37
Karyerası
Klub karyerası[* 1]
2006—2010 Gürcüstan Dinamo Tbilisi 91 (12)
2010— Niderland Vitess 191 (11)
Milli yığma[* 2]
2009— Gürcüstan Gürcüstan 36 (1)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Dinamo Tbilisi[redaktə | mənbəni redaktə et]

Kaşia karyerasına "Dinamo Tbilisi" klubunda başlayıb. 2006-cı ildən 2010-cu ilədək olan dövrdə Quram klubun heyətində 91 oyun keçirib və 12 qol vurub. O, klubun heyətində iştirak etdiyi sonuncu mövsümdə Gürcüstan çempionatında 33 matçda oynayıb və 8 qol vurub.

Vitess[redaktə | mənbəni redaktə et]

Kaşia 2010-cu il avqustun sonunda Niderlandın "Vitess" klubuna transfer olunub, o zaman klubun prezidenti milliyətcə gürcü olan Merab Jordaniya idi. O, klubun heyətində debüt oyununa sentyabrın 18-də "NAK Breda" ilə oynanılan görüşdə çıxıb. Bu oyunun əvvəlində klubun əsas heyət oyunçusu olan Frank van der Streyk isinmə hərəkətləri zamanı özünü pis hiss etdiyindən, Quram bu oyunda onun əvəzinə start heyətində çıxmışdır.

2011-ci il martın 29-da Kaşiya "Vitess" ilə olan müqaviləsinin müddətini 2013-cü ilədək artırmışdır.[1] 2011-2012-ci illər mövsümü öncəsi Quram klubun kapitan sarğısını alıb.[2] 2012-ci il martın 22-də o, klubu ilə olan müqaviləsini 2016-cı ilin ortalarınadək artırıb.[3]

Milli komanda karyerası[redaktə | mənbəni redaktə et]

2009-cu ildən milli komandaya dəvət olunur. İlk oyununu 1 aprel 2009-cu ildə 2010-cu il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro yığmasına qarşı keçirmişdir. Yığmada ilk qolunu 12 oktyabr 2013-cü ildə 2014-cü il Dünya çempionatının seçmə mərhələsi zamanı Finlandiya milli futbol komandasının qapısına vurmuşdur.[4]

Uğurları[redaktə | mənbəni redaktə et]

Klub[redaktə | mənbəni redaktə et]

Gürcüstan Dinamo Tbilisi

Şəxsi[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Kashia en Yasuda langer bij Vitesse[ölü keçid] Vitesse.nl (29 maart 2011)
  2. Kashia is trots op aanvoerdersband Arxivləşdirilib 2014-10-15 at the Wayback Machine Vitesse.org (26 juli 2011)
  3. Vitesse breekt contract Kashia open (Video)[ölü keçid], Vitesse.nl (22 maart 2012)
  4. "NATIONAL TEAMS → appearances of Guram Kashia" (ingilis). 2022-06-21 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]