Filipp Quston

Filipp Quston (tam adı:Phillip Goldstein; ing. Philip Guston; 27.7.1913, Monreal, Kanada - 7.6.1980, Nyu-York, ABŞ) - amerikalı rəssam.

Filipp Quston
Philip Guston
Doğum adı Phillip Goldstein
Doğum tarixi
Doğum yeri Monreal,Kanada
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Nyu-York, ABŞ
Vəfat səbəbi ürək tutması
Vətəndaşlığı Amerika Birləşmiş Ştatları
Fəaliyyəti rəssam, illüstrasiyaçı[d], litoqraf, qravüraçı[d], boyakar[d], rəssam-qravürçü[d], memarlıq çertyojçusu[d], incəsənət xadimi
Təhsili Otis İncəsənət İnstitutu
Janrlar Abstraktsionalizm, Sosial realizm
Stillər abstrakt ekspressionizm
Tanınmış işi Cəlladlar (rəsm əsəri)
Üzvlüyü
  • Amerika İncəsənət və Ədəbiyyat Akademiyası[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Filipp Quston, Kanadada yəhudi mühacir ailəsində anadan olmuşdur. Ailəsi, Rusiya İmperiyasının Odessa şəhərindən Kanadaya və ordanda Los-Anceles şəhərinə köçümşüdür. O, gənc yaşlarınsan komikslər çəkməyə başlamışdı. Təhsilini Klivlənd rəsm məktəbində almağa başladı. XX əsrin 30-cu illərində Corc de Kirikonun metafizik realizm stilinə və həmçinin qocaman italyan rəssamları olan Andrea Manteni, Mazaçço, Paolo Uççelonun rəsm əsərlərinə diqqət ayırırdı. XX əsrin 30-cu illərin sonlarında Quston divar rəsmlərinin inkişafı haqqında dövlət proqramı üzərində işləyir, ancaq 40-cu illərin əvvəllərində dəzgah rəsmlərinə geri qayıdır.

Filipp Qustonun əsas xüsusiyyəti ondan ibarət idi ki, o yeni rəsm əsərləri üzərində işləyərkən əvvəllki rəsmlərin fraqmentlərindən tez-tez istifadə edirdi. 1947-ci ildə Quston öz "Cəlladlar" (ing. The Tormentors) əsərini hazırlayır. 40-cı illərin sonları 50-ci illərin əvvəllərində rəssam abstrakt ekspressionizm stilinə keçir.

  • Barbara Hess «Abstrakter Expressionismus», Köln 2005.