Quram Marxuliya

Quram Marxuliya (gürc. გურამ მარკჰულია) — tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru, AMEA–nın fəxri doktoru,[1] "Tərəqqi" medalı laureatı.

Quram Marxuliya
Quram Rajdenoviç Marxuliya
Doğum tarixi
Doğum yeri Suxumi, Gürcüstan SSR, SSRİ
Mükafatları "Tərəqqi" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Quram Rajdenoviç Marxuliya 1972-ci il Gürcüstan SSR–in tərkibinə daxil olan Abxaziya MSSR–də, Suxumi şəhərində anadan olmuşdur.

Tarix elmləri doktoru, professordur. 1995–2007-ci ildə Ekvtime Takaişvili adına umumi Gürcüstan Tarix Cəmiyyətinin Gənclər təşkilatının sədri olmuşdur. 2003-cü ildə Suxumi Dovlət Universitetinin şöbə müdiri olmuşdur. 2007-ci ildə "İberiya" Universiteti nəzdində Strateji Araşdırmalar İnstitutunun direktoru olmuşdur. Hal-hazırda "Hüquq və Politologiya"jurnalının redaktor müavini, "Macne" Suxumi Dövlət Universitetinin elmi jurnalının redaktoru və "Кавказ и мир" beynəlxalq jurnalının baş redaktorudur. Azərbaycan alimləri ilə sıx əlaqə saxlayır. Azərbaycan həqiqətlərinin təbliğində təkcə Gürcüstan Respublikasında deyil, İsraildə və başqa ölkələrdə fəal iştirak edir.

2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[2]

Azərbaycan MEA A. A. Bakıxanov adına Tarix Institutunun fəxri doktorudur.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Армяно–Грузинские взаимоотношения в 1918–1920 годах (С сокращениями). Автор: Гурам Мархулия. Научные редакторы: докторы исторических наук Гурам Майсурадзе и Зураб Папаскири. Тбилиси: Тбилисский государственный университет имени Иванэ Джавахишвили, 2007, 81 стр. ISBN 9789994003174
  2. "Dashnaksutun" and Its Politics in 1918–1920 Years. Author: Guram Markhulia. Tbilisi: Universal, 2010, 64 pages. ISBN 9789941171277
  3. Армяне в поисках Армении. Автор: Гурам Мархулия. Редактор: Доктор исторических наук, профессор – Б. Е. Кварацхелия. Тбилиси: Универсал, 2010, 295 стр. ISBN 9789941171727
  4. Многострадальная Армения: мифы и реальность. Авторы: Гурам Мархулиа, Шабнам Нуриева. Баку: 2011, 344 стр. ISBN 9789952443127

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ризван Гусейнов, В.Т. "Гурам Мархулия: «В Грузии есть множество героев любой национальности, кроме армян, которые всегда воевали против нас»" (az.). 1news.az. 2011-11-23. 2016-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-20.
  2. "Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2011-ci il tarixli Sərəncamı". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (az.). president.az. 04 iyul 2011. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-20.

Xarici Keçidlər[redaktə | mənbəni redaktə et]