Seyran Muşeqi Ohanyan (1 iyul 1962, Şuşa, DQMV) — Ermənistanın sabiq müdafiə naziri. Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri. İkinci Qarabağ müharibəsində iştirak etmişdir.
Seyran Ohanyan | |
---|---|
erm. Սեյրան Մուշեղի Օհանյան | |
| |
Ermənistanın Baş Qərargah rəisi[d] | |
may 2007 – 14 aprel 2008 | |
Əvvəlki | Mikael Arutyunyan |
Sonrakı | Yuri Xaçaturov |
Ermənistan Respublikasının müdafiə naziri[d] | |
14 aprel 2008 – 3 oktyabr 2016 | |
Əvvəlki | Mikael Arutyunyan |
Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri[d] | |
avqust 1999 – 11 may 2007 | |
Əvvəlki | Samvel Babayan |
Sonrakı | Movses Akopyan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1962 (62 yaş) |
Doğum yeri |
|
Təhsili | |
Fəaliyyəti | əsgər, siyasətçi |
Hərbi xidmət | |
Mənsubiyyəti | Ermənistan, Dağlıq Qarabağ Respublikası, general-polkovnik |
Qoşun növü | Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu, Ermənistan Quru Qoşunları |
Rəhbərlik edib |
|
Döyüşlər | |
Rütbəsi | general-polkovnik |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Seyran Ohanyan 1 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.
Qarabağ müharibəsinin əsas simalarından biridir. Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib və soyqırımın rəhbərlərindən biri olub. Bu səbəblə barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.[1]
1999–2007-ci illərdə qondarma "DQR"in "müdafiə naziri", 2007–2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub.[2] 2008–2016-cı illərdə Ermənistanın müdafiə naziri olmuşdur.[3]
İkinci Qarabağ Müharibəsi zamanı təkrar Azərbaycana qarşı döyüşmək üçün "Qondarma Dağlıq Qarabağ Respublikası"na gəlmişdir. 6 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun həmlələri nəticəsində o və oğlu ağır şəkildə yaralanmışdır.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |