Dveyra qülləsi (malta Torri tad-Dwejra) ― Maltanın Qozo adasındakı Dveyra körfəzində yerləşən kiçik gözətçi qülləsi. İnşası 1652-ci ildə tamamlanmışd tikili bu gün yaxşı vəziyyətdədir və xalqa açıqdır.
Dveyra qülləsi | |
---|---|
(Malta) | |
Tipi | Gözətçi qülləsi |
Yer haqqında informasiya | |
İctimaiətə açılıb | Bəli |
Vəziyyəti | Sağlam |
Tikinti yerinin tarixi | |
Tikilib | 1652 |
İstifadə illəri | 1652-1873 1914-1940 |
Materiallar | Əhəng daşı |
Döyüşlər/müharibələr | İkinci Dünya müharibəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Dvejr qülləsi 1652-ci ildə Malta cəngavərlərinə rəhbərlik edən Jan de Laskaris-Katellaranın hakimiyyəti dövründə inşa edilmiş və Qozo Universiteti tərəfindən maliyyələşdirilmişdir. Tikili Laskaris qüllələrindən biridir və tikilməsinin səbəbləri arasında gözətçi qülləsi rolunu oynamaq və ətrafı yaxınlaşan düşmənlərdən, xüsusən də piratlardan qorumaq var idi. Bu qüllə də digər qüllələr kimi müvafiq olaraq gecə və gündüz alov və tüstü ilə yaxınlıqdakı müdafiə istehkamları ilə əlaqə qura bilirdi. Qüllənin işlədilməsi üçün gərək olan xərclər yaxınlıqdakı duz mədənlərindən çıxarılan duz hesabına ödənilirdi. Qüllə on səkkizinci əsrdə üç silahla təchiz olunmuşdu.[1]
Qüllə 1839-1873-cü illər arasında Malta Krallığı Müdafiə Artilleriyası tərəfindən idarə edildi. Qüllə II Dünya Müharibəsində yenidən müşahidə məntəqəsi olaraq istifadə edildi və 1942-ci ildə orada olan kapitan Frank Debono və Karmelo Zahra körfəzdə qəzaya uğrayan RAF pilotunu xilas etdi.[2]
Qüllə 1956-cı ildə Cerald de Trafforda icarəyə, daha sonra isə tamamilə çürümüş vəziyyətdə borc olaraq "Din l-Art Helva" qurumuna verilmişdir.
Qüllə 1997-1999-cu illər arasında "Din l-Art Helva" qurumun tərəfindən bərpa edilmişdir. İndi yaxşı vəziyyətdədir və pulsuz olaraq xalqa açıqdır.[3]
Dveyra qülləsi 1963-cü ildə "Maltada xəzinə" və 1985-ci ildə "Canavarlar arasında" filmlərinin çəkilişində istifadə edilmişdir.[4]