Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dinamika
Dinamika — fizikada hərəkəti, onu doğuran səbəbi nəzərə almaqla öyrənən bölmədir. Mexanikanın səbəbiyyət prinsipi — cismin başlanğıc vəziyyəti və sürəti onun sonrakı mexaniki hərəkətini və vəziyyətini müəyyənləşdirir müddəasından ibarətdir. Ətalət — cismə qüvvə təsir etmədikdə öz sükunət və ya bərabərsürətli hərəkət halını saxlama xassəsidir. Kütlə — cismin ətalət ölçüsüdür. Deməli, cismin sükunət və düzxətli bərabərsürətli hərəkət halı, Əbülhəsən Bəhmənyarın XII əsrdə dediyi kimi, xarici təsirə məruz qalmayan bütün cisimlərin təbii halıdır. Qalileyin ətalət prinsipi — cisim xarici təsirə məruz qalmazsa, ya sükunətdə qalar, ya da sabit sürətli hərəkətini davam etdirər. Dinamikanın üç qanunu klassik və ya Nyuton mexanikasının əsasını təşkil edir: Cismə başqa cisimlər təsir etmədikdə və ya ona edilən təsirlər bir-birini tarazlaşdırdıqda o sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır. Cismin hərəkət təcili ona təsir edən qüvvələrin əvəzləyicisi ilə düz, kütləsi ilə tərs mütənasib olub, əvəzləyici qüvvənin təsiri istiqamətində yönəlir: a=F/m və ya F=ma. İki cismin qarşılıqlı təsir qüvvəsi qiymətcə bərabər olub istiqamətcə əksdir, F1=-F2 . Bu qanunlar Nyuton qanunları da adlanır.
Dinamit
Dinamit — Nitroqliserinin diatomitə hopturulması ilə hazırlanan partayıçı növü. Dinamit İsveçli kimyaçı Alfred Nobel tərəfindən 1866-cı ildə kəşf edilmişdir. Nobel 1867-ci ildə dinamitin patentini əldə etmişdir. Adətən dinamitlər 20 sm uzunluğunda və 2.5 sm genişliyində olur və çubuqlar şəklində istehsal edilir. Ancaq müxtəlif məqsədlər üçün istifadə edilən, müxtəlif ölçülü dinamit növləridə vardır. == İstifadə sahələri == Dinamitin əsas istifadə sahələri inşaat, mədən sənayəsi və dağıntı üçün istifadə olunur amma son illərdə daha üstün xüsusiyyətlərə sahib partlayıcıların bazara çıxarılması ilə istifadəsi azalmışdır. Hal hazırda, əsasən su altı dağıntılar törətmək və digər sahələrdə əlavə partlayıcı kimi istifadə olunur . Dinamit bəzi silahlı qüvvələr tərəfindən, düşməni yavaşlatmaq məqsədilə yol və körpülərin istifadəsiz hala salınması zamanı istifadə olunur. Kassalar kimi zirehli əşya və ya otaqlarin partladılmasında dinamit yox, dinamitin qaynadılmasından əmələ gələn mayenin üstündəki nitrogliserin qaymağı istifadə olunur. == Tərkibi == Dinamit, 3 ölçü nitrogliserin, 1 ölçü diatomit ve kiçik miqdarda sodiyum karbonatın qarışdırılması ilə əldə olunur.
Dinamik IP
Telefon ilə internetə girən userlərin IP adresləri çox vaxt dinamik-tir, yəni servis provayder — de həmin anda boş olan bir IP adresini internetə girən kompüterlərə verər. Buna görə də hər internetə girəndə IP adreslərinin bir bölümü dəyişər. Dinamik IP adresleri, zaman içində dəyişir: Bağlantı qopartılıp yenidən bağlandığında dəyişər, Periyodik olarak (misal her axşam saat 00:00'da) dəyişəbilər, Yük altında vəya yüksüz durumda dəyişəbilər vs. Dinamik IP adresi olduğu halda kompüterini server kimi işlətmək isteyenler NO-IP kimi pulsuz olan servisleri istifadə edəbilərlər. Bu cür xidmətlər normal DNS'e görə daha yavaş olsa da (dinamik DNS'te önbellekleme edilməz) az ziyaret ediləcək saytlar üçün uyğundur.
Dinamik manqalar
Dinamik manqa— Avtomatik idarəetmə nəzəriyyəsinə aid anlayışdır. == Dinamik manqaların növləri == Funksional təyinatlarından, konstruktiv quruluşlarından, mürəkkəbliyindən, fiziki təbiətindən asılı olmayaraq dinamiki sistemləri elementar manqaların (bəndlərin) vəhdədi şəklində göstərmək olar. Belə manqalar eyni tipli riyazi modellərlə yazıldığından tipik manqalar da adlanırlar. Tipik manqalar birinci və ikinci tərtibli diferensial tənliklərlə yazılırlar. Tipik manqaları aşağıdakı qruplara ayırmaq olar: Sadə manqalar: gücləndirici (ətalətsiz), inteqrallayıcı və diferensiallayıcı; Bir tərtibli manqalar: aperiodik, ətalətli – diferensiallayıcı, izodrom və s. İki tərtibli manqalar: ətalətli-inteqrallayıcı, aperiodik, rəqsi, konservativ və s. === Bir tərtibli aperiodik manqa === Praktikada ən geniş yayılmış manqalardan biri də aperiodik (ətalətli, və ya birtutumlu ətalətli) manqadır. Bu manqanın giriş və çıxış dəyişənləri arasında əlaqə aşağıdakı diferensial tənliklə ifadə olunur: T y ˙ ( t ) + y ( t ) = k x ( t ) {\displaystyle T{\dot {y}}(t)+y(t)=kx(t)} Burada T — manqanın zaman sabiti, k- gücləndirmə əmsalıdır. Manqanın zaman sabiti elə bir zaman müddətdir ki, əgər y(t) çıxış kəmiyyəti ilk anda aldığı dy(t)/dt, t=0 , y(t) əyrisinə sıfır nöqtəsində çəkilmiş toxunanın bucaq əmsalının qiyməti) sürəti ilə dəyişməkdə davam etsə idi, onda o öz y(∞)=ku qərarlaşma qiymətinə T müddətindən sonra çatardı. Həqiqətdə isə, y(y)-nin dəyişmə sürəti azaldığından o, halında T müddətinə öz qərarlaşma qiymətinin yalnız 63,2%-ni alır.
Molekulyar dinamika
Dinamik proqramlaşdırma dili
Dinamik proqramlaşdırma dili (ing. dynamic programming language, rus. динамический язык программирования)— statik proqramlaşdırma dillərinin kompilyasiya müddətində yerinə yetirdiyi bir sıra ümumi proqramlaşdırma hərəkətlərini proqramın icra müddətində (RUNTIME) yerinə yetirən yüksək səviyyəli proqramlaşdırma dilləri sinfi. Belə hərəkətlərə proqrama yeni kod əlavə etməklə, obyektləri və təyinləri (DEFINITIONS) artırmaqla onun genişləndirilməsi, yaxud tiplər sistemini dəyişdirilməsi aid ola bilər. Belə hərəkətləri, demək olar ki, yetərincə mürəkkəblikli istənilən dildə emulyasiya etmək mümkündür, ancaq dinamik dillər istifadə üçün birbaşa alətlər təqdim edirlər. Bu funksiyaların çoxu ilk dəfə Lisp proqramlaşdırma dilində gerçəkləşdirilib. Dinamik proqramlaşdırma dillərinə aid olan dillər: Perl Tcl Python PHP Ruby Smalltalk JavaScript Visual Basic də bəzi dinamik xüsusiyyətlərə malikdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dinamik stoxastik ümumi tarazlıq
Dinamik stoxastik ümumi tarazlıq, DSÜT (ing. Dynamic stochastic general equilibrium, DSGE) tətbiq olunan tarazlıq nəzəriyyəsi və mikroiqtisadi prinsiplərə əsaslanan ekonometrik modellərdən istifadə edərək iqtisadi böyümə və iş dövrləri kimi iqtisadi hadisələri, habelə iqtisadi siyasətin təsirlərini izah etməyə çalışan makroiqtisadiyyat metodudur. == Terminologiya == Praktikada insanlar tez-tez müəyyən bir ekonometrik, kəmiyyət iş dövrü və ya real iş dövrü (DSÜT) modelləri adlanan iqtisadi böyümə modellərinə istinad etmək üçün "DSÜT modelləri" ifadəsini istifadə edirlər. Klassik kəmiyyət DSÜT modelləri Kydland & Prescott, və Long & Plosser tərəfindən təklif olunan modellərdir. Çarlz Plosser DSÜT modellərinin RBC modellərinin "yüksəldilməsi" olduğunu bildirdi. Çarlz Plosserə görə DSÜT mödellər RBC modellərin "yenilənmiş" halıdır. Adından da göründüyü kimi DSÜT modelləri dinamik (iqtisadiyyatın zamanla necə inkişaf etdiyini öyrənən), stoxastik (iqtisadiyyatın təsadüfi şoklardan təsirləndiyini nəzərə alaraq), ümumi (bütün iqtisadiyyata istinad edərək) və tarazlıqdır (Valrasiyanın ümumi tarazlıq nəzəriyyəsinə abunədir) == Həqiqi bir iş dövrünün modelləşdirilməsi (RBC) == Erkən real iş dövrü modelləri yüksək rəqabətli bazarlarda fəaliyyət göstərən bir təmsilçi istehlakçının yerləşdiyi bir iqtisadiyyatı postula etdi. Bu modellərdə yeganə qeyri-müəyyənlik mənbələri texnologiyalardakı "şoklar" dır. RBC nəzəriyyəsi iqtisadiyyatda baş verən real zərbələrin iş dövrü dalğalanmalarına necə səbəb ola biləcəyini öyrənmək üçün çevik qiymətlər götürdüyü neoklassik böyümə modelinə əsaslanır. "Təmsilçi istehlakçı" fərziyyəsi sözün əsl mənasında qəbul edilə bilər və ya Gormanın fərqli gəlir şokları ilə qarşılaşan və bütün varlıqlar üçün bazarlarla təchiz edilmiş fərqli istehlakçılarının toplusu ola bilər.
Daxili dinamiki tarazlıq qanunu
"Daxili dinamiki tarazlıq qanunu"-zəncir reaksiyası daxili dinamiki müvazinətin pozulmasına səbəb olur. == Ümumi məlumat == İlk dəfə olaraq N. İ. Reymers tərəfindən irəli sürülmüş bu qanun onunla izah olunur ki, hər hansı bir maddə, enerji, informasiya, ayrı-ayrı təbii sistemlərin dinamiki keyfiyyətləri bir-biri ilə o qədər sıx əlaqədə olurlar ki, onların hər hansı birində baş vermiş dəyişiklik digərində müəyyən dəyişikliyin yaranmasına səbəb olur. Həmçinin bu halda sistemin dinamiki, məlumat vermə və energetik keyfiyyətləri saxlanılır. Bu qanun ekosistem və biosfer də daxil olmaqla ayrı-ayrı təbii sistemlərin maddə, enerji, məlumat vermə və dinamiki keyfiyyətlərinin bütövlükdə qarşılıqlı əlaqədə olduğunu müəyyən edir və bu göstəricilərdən hər hansı birinin hər hansı dəyişməsi sistemim ümumi keyfiyyətinin saxlanılması ilə bütün digər göstəricilərinin funksional struktur kəmiyyət və keyfiyyət dəyişməsinə səbəb olur. Təbii mühitin istənilən bir elementinin dəyişməsindən sonra mütləq zəncirvari reaksiyalar artır ki, bunun da nəticəsində həmin dəyişikliyin neytrallaşmasına cəhd olunur. Qeyd etmək lazımdır ki, göstəricilərdən birinin cüzi dəyişməsi bütün ekosistem üzrə digər göstəricilərin güçlü dəyişməsinə də səbəb ola bilər.
Dinamizm
Dinamizm [[[alman dili|alm.]] Dynamismus; fr. Dynamisme; ing. Dynamism; osm. tr. kuviye; ər. لى حَ ] — Materiyanın güc ya da qüvvətin bir təzahür forması olduğunu önə sürən fəlsəfə təlimi. Şeylərin mahiyyətinin qeyri-maddi qüvvələrdən ibarət, materiyanı isə şeylərin hərəkətinin təzahürü olan həmin qüvvələrdən törəmə hesab edən fəlsəfi təlimlər.
Dinamo
Azərbaycanda Dinamo Bakı — "Bakı" futbol klubunun keçmiş adı. Dinamo Kirovabad — Azərbaycan SSR-də futbol klubu. Gürcüstanda Dinamo Tbilisi FK — Gürcüstanda futbol klubu. Dinamo Tbilisi BK — Gürcüstanda basketbol klubu. Ukraynada Dinamo Kiyev — Ukraynada futbol klubu. Belarusda Dinamo Minsk — Belarusda futbol klubu. Rumıniyada Dinamo Buxarest — Rumıniyada futbol klubu. Xorvatiyada Dinamo Zaqreb — Xorvatiyada futbol klubu. Almaniyada Dinamo Berlin — Almaniyada futbol klubu.
Bəhreyn dinarı
Bəhreyn dinarı (Ərəbcə: دينار بحريني; ISO 4217: BHD) - Bəhreyndə istifadə edilən pul vahididir. 1 Bəhreyn dinarı təqribən 1000 filsəyə bərabərdir. Bəhreyn dinarı Bəhreyn Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Bəhreyn dinarı = 2.65210 ABŞ dolları.
Dinamo GOHM
Dinamo GOHM FK — Bakı şəhərini təmsil etmiş sovet futbol klubu. 1928-ci ilə qədər yaradılmışdı. == Adlanması == 1987-ci ilə qədər — "Dinamo"; 1988-ci il — "Bakılı" GOHM; 1989–1990-cı illərdə — "Termist" GOHM; 1991-ci il — "Dinamo" GOHM. == Nailiyyətləri == Birinci dəstədə — 14-cü yer (1945-ci il Futbol üzrə SSRİ çempionatı, ikinci qrupda). SSRİ kuboku — 1/4 finalda məğlubiyyət (1944). == Xarici keçidlər == Footballfacts bazasında klub haqqında məlumat Wildstat bazasında klubun qeydə alınmış oyunları История азербайджанского футбола.
Dinamo əməliyyatı
Dinamo əməliyyatı (ing. Operation Dynamo), Dünkerk əməliyyatı, Dünkerk möcuzəsi (ing. Miracle of Dunkirk), və ya Dünkerk təxliyəsi (ing. Dunkirk evacuation) — İkinci Dünya müharibəsi dövründə Fransa hərbi kampaniyası zamanı Dünkerk döyüşündən sonra Almaniya hərbi qüvvələri tərəfindən Dünkerk şəhəri yaxınlığında mühasirəyə alınmış ingilis, fransız və Belçika hərbi birliklərinin dəniz yolu ilə təxliyə əməliyyatı. Evakuasiya əməliyyatı 26 may — 4 iyun 1940-cı il may ayının 26-dan iyun ayının 4-ə qədər davam etmişdir. Altı həftəlik Fransa döyüşləri zamanı çox sayda Belçika, İngiltərə və Fransa hərbi bölmələri Almaniya qoşunlarının mühasirəsinə düşdükdən sonra əməliyyatın başlanılması qərara alındı. Britaniya İmperiyasının Baş naziri Vinston Çörçill İcmalar Palatasında çıxışında bunu "böyük bir hərbi fəlakət" adlandırdı və "İngiltərə ordusunun bütün özəyinin, əsasının və beyni"nin Dünkerkdə mühasirədə qaldığını və onun məhv olmaq ya da ələ keçirilmək təhlükəsi yaranığını söyləmişdi. İyunun 4-də etdiyi "çimərliklərdə döyüşəcəyik" çıxışında Çörçill onların xilas edilməsini "qurtuluş möcüzəsi" olaraq qiymətləndirmişdi. Nasist Almaniyası 1939-cu ilin sentyabrında Polşanı işğal etdikdən sonra Fransa və Böyük Britaniya İmperiyası Üçüncü Reyxə müharibə elan etdilər və onu iqtisadi blokadaya saldılar. Böyük Britaniya Ekspedisiya Qüvvələri (BEQ) Fransanın müdafiəsinə kömək üçün qitəyə göndərildi.
Dinnik gürzəsi
Dinnik gürzəsi (Vipera dinniki) — Əsl gürzələr cinsinə aid ilan növü. Rus zooloqu Nikolay Yakovleviçin şərəfinə adlandırılmışdır (1847–1917). == Görünüşü == Dinnik gürzəsi 500–550 mm uzunluğa malik olur. Quyruğu isə 30–80 mm-dir. Bədənin üzəri boz-yaşıl, narıncı, və qəhvəyi rəng calarlarında olur. == Yayılması == Dinnik gürzəsi Böyük Qafqazın yüksək dağlıq ərazilərində yayılmışlar. Onlara Rusiya, Gürcüstan və Azərbaycanda yayılmışlar. Azərbaycanda Zaqatala Dövlət Təbiət qoruğu ərazisində rast gəlinə bilər. == Həyat tərzi == Dinnik gürzəsi qafqaz gürzəsinfən fərqli olaraq düzən ərazilərdə yayılmışlar. Onlara əsasən 1500 metrdən 3000 m hündürlüyə qədər olan ərazilərdə rast gəlinir.
Küveyt dinarı
Küveyt dinarı — Küveytin milli valyutası, ABŞ dollarına nisbətən dünyada ən bahalı valyutadır. 1961-ci ildə yaradılmış və rupini əvəzləmiş bu valyuta qısa zamanda möhkəmlənə və dünyanın ən bahalı valyutalarından birinə çevrilə bilib. Hazırda bu göstəriciyə görə o, ilk yerdədir və dünyanın ən dəyərli valyutasıdır. İndi 1 Küveyt dinarı 2,52 avro və ya 3,65 dollara bərabərdir. == Mənbə == Dünyanın ən bahalı valyutası hansıdır?
Liviya dinarı
Liviya dinarı(Ərəbcə: ليبي ينار;simgə:ل.د;ISO 4217:LYD)Liviyada rəsmi pul vahidi. == Əsginaslar == 1971-də əsginaslar 1,5,10,20,50,100 dinar idi və üzərində I İdrisin şəkli var idi.Amma 2008-ci il 31 avqust tarixində Liviya dinarında yenilik baş verdi:Dinarlar üzərində Müəmmər Qəzzafinin şəkli yerləşdiriləcəkdi... 2011 hadisələrindən sonra Dinarda dəyişiklik oldu:14 yanvar 2012 Qəddafi xalq düşməni adlandırıldı və Ömər Əlqəbrin əmri ilə 1 və 50 dinardakı Qəddafinin rəsmi çıxarıldı. 2 sonra, 2013-cü il 17 fevralda anti-Qəddafi protestoçuları 1 dinarda Liviya sivil müharibəsinə aid şəkil yerləşdirdi. == Maraqlı Faktlar == Qəddafi öz şəklini dinara yerləşdirmə qərarını verəndə, Xalqı heç bir üsyan qaldırmamışdı:Qəddafi isə reportajların birində belə demişdi: "'Əlbəttə ki, xalqım məni sevir və hər bir xalq özünə sadiq bir lider axtarır.Mən öləndən sonra dinarda qalan portrəm xalqımda əzm və cəsarət yaradacaq və sonrası isə bütün qərb xalqına məlumdur.'" Deyilənlərə görə Qəddafi dinara öz şəklini yerləşdirməyi Səddam Hüseyndən öyrənib. == İstinadlar == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Serb dinarı
Serb dinarı — Serbiyanın istifadə etdiyi pul vahididir. Voyevodina (İnzibati mərkəzi Novi-Sad şəhəridir.) Serbiyanın muxtar bir bölgəsidir və onlar da Serb dinarını istifadə edirlər. Kosovo və Monteneqro Serbiyadan ayrıldıqdan sonra serb dinarı yerinə Avropa İttifaqının rəsmi pul vahidi olan avro istifadə etməyə başladı. Şimali Kosovoda hələ də Serb dinarı rəsmi pul vahidi olaraq istifadə edilməkdədir.
Yuqoslaviya dinarı
Dinar üç Yuqoslaviya dövlətlərin valyutası idi: Yuqoslaviya krallığı (keçmiş Serblər, Xorvatlar və Slovenlər krallığı), YSFR və YFR. Dinar 100 paradan ibarət idi. == Banknotlar == === 1918-ci il dinarı === 1920-ci ildə Serblər, Xorvatlar və Slovenlər Krallığının Milli Bankı 10, 100 və 1000 dinarlıq əskinaslar buraxdı. 1929-cu ildə ölkənin adı Yuqoslaviya ilə dəyişdirildikdən sonra şəkli dəyişdirilmiş 10 və 100 dinarlıq əskinaslar buraxıldı. 1931-ci ildə yeni 1000 dinar, 1935-ci ildə isə 500 dinarlıq əsginas buraxıldı. 1939-cu ildə 10 dinar dəyərində yeni dizayna malik banknotlar buraxıldı. === 1944-cü il dinarı === 1944-cü ildə Demokratik Federal Yuqoslaviyası 1, 5, 10, 20, 50, 100, 500 və 1000 dinarlıq əskinaslar buraxdı. Daha sonra, 1946-cı ildə Yuqoslaviya Federal Xalq Respublikasının Milli Bankı tərəfindən 50, 100, 500 və 1000 dinar nominallı əskinaslar buraxıldı. 1950-ci ildə 5000 dinarlıq əskinas tətbiq edildi. Dinar kollaborasionist hakimiyyətin buraxdığı serb dinarı (1 yuqoslav : 20 serb) və MXD-nın kunasını əvəzlədi (1 dinar : 40 kuna). Həmçinin, 50 para, 1, 2 və 5 dinar dəyərində sink sikkələri buraxılırdı.
İordaniya dinarı
İordaniya dinarı (JOD, qeyri-rəsmi JD) — İordaniyanın pul vahidi.
İraq dinarı
İraq dinarı (ərəb. دينار عراقي‎) ya da qısaca dinar (ərəb. دينار‎), İraqda istifadə olunan pul vahididir. == Nominalları == 1931–1932-ci illərdə 1, 2, 4, 10, 20, 50 və 200 nominallı ilk İraq sikkələri dövriyyəyə buraxılmışdır. Gümüşdən 20, 50 və 200 fils pul cırdı. 1953-cü ildə gümüşdən zərb olunan 100 nominallı dəyəri olan sikkələr dövriyyəyə daxil edilmişdir. 1959-cu ildə İraq Respublikasının qurulduqdan sonra 1, 5, 10, 25, 50 və 100 sikkə sikkələr dövriyyəyə girdi. 1967-ci ildə yeni tipli sikkələr 5, 10, 25, 50 və 100 fillinq nominallaşdırılmışdır. 1970-ci ildən etibarən 250 nominallı nikel sikkələri, 1971-ci ildən etibarən 500 nominallı sikkələr istifadəyə verilmişdir. Bundan əlavə, 1980-ci ildən etibarən 1 dinar dəyərində nikel sikkələri dövriyyəyə buraxıldı.
Ninami Dohaçi
Ninami Dohaçi (仁阿弥道八, 1783[…], Kioto[d] – 9 iyul 1855) – yapon keramika sənətçisi. Takahaşi Mitsutoki və ya Takahaşi Dohaçi adları ilə də tanınmışdır. İmitasiya işlərinə görə məşhurlaşmışdır. == Həyatı == Ninami Dohaçi 1783-cü ildə doğulmuşdur. Onun atası da dulusçu idi. O, Okuda Eysenin şagirdi olmuşdur. Aoki Mokubey və Eyraku Hozenlə birlikdə Edo dövrünün sonunda Kioto keramikasının üç usta dulusçusundan biri hesab olunur. Dohaçi Kioto şəhərinin bir neçə yerində (Nişi Honqan məbədi və Saqa rayonu), eləcə də, Takamatsu və Şikokuda keramika ocaqları qurmuşdur. Çin elementlərinə əhəmiyyət verən Mokubeydən fərqli olaraq o, yapon rəngləməsinə əhəmiyyət vermiş, çay mərasimində istifadə olunan qablarda ixtisaslaşmışdır. Dohaçi fiqur formasında olan buxur qutuları hazırlamışdır.
Namık İsmail
Namık İsmail (türk. Namık İsmail; 1890 – 30 avqust 1935, İstanbul) — Türkiyə rəssamı, yazıçısı, siyası xadimi. == Həyatı == === Uşaqlıq illəri === Namık İsmail 1890-cı ildə Türkiyənin Samsun şəhərində anadan olub. Atası Altunizadə İsmail Zühtü bəy, anası Amasiyalı Yeğenzadə Hüsnü bəyin qızı Bakiyə xanımdır. İsmail anadan olduqdan az bir vaxt sonra ailəsi ilə birlikdə İstanbula köçür. İlk təhsilə 1896-cı ildə Kabataşda yerləşən "Şemsülmekatip"də başladı; daha sonra Beşiktaşdakı "Hamidiye" məktəbində təhsilini davam etdirdi. Rəsim müəllimi Arslanyanın tələbəsi oldu və məktəbi ikinciliklə bitirdi. Saint Benoit Litseyində oxudu. Qalatasaray Litseyi yanğın sonrası yenidən açılınca, Tofiq Fikrətin müdirliyi sırasında bu litseyi bitirərək orta təhsilini tamamladı. Rəsim müəllimi Şevket Dağdan fərdi rəsim dərsləri aldı.
Dinamo Stavropol FK
Dinamo Stavropol FK — Rusiyanın Stavropol şəhərini təmsil edən futbol klubu.
Dinamo Tbilisi BK
Dinamo (Basketbol klubu, Tbilisi) — Gürcüstanın paytaxtı Tbilisini təmsil edən kişi basketbol klubu. Komanda 1934-cü ildə təşkil olunmuşdur, hazırda Gürcüstan basketbol üzrə super liqasında çıxış edir. SSRİ-nin nüfuzlu idman klublarından biri olmuşdur.
Dinamo Tbilisi FK
"Dinamo" — Gürcüstanın futbol klubu.