Dinamizm

Dinamizm (alm. Dynamismus‎; fr. Dynamisme; ing. Dynamism) — Materiyanın güc ya da qüvvətin bir təzahür forması olduğunu önə sürən fəlsəfə təlimi. Şeylərin mahiyyətinin qeyri-maddi qüvvələrdən ibarət, materiyanı isə şeylərin hərəkətinin təzahürü olan həmin qüvvələrdən törəmə hesab edən fəlsəfi təlimlər.[1]