Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Trigonocephalus atro-fuscus
Qonurbaş qalxansifət (lat. Agkistrodon contortrix) — gürzəkimilər fəsiləsinin agkistrodon cinsinə aid ilan növü. Boa contortrix Linnaeus, 1766 Scytale contortrix Sonnini & Latreille, 1801 Scytale Cupreus Rafinesque, 1818 Scytale cupreus Say, 1819 Tisiphone cuprea Fitzinger, 1826 Cenchris marmorata Boie, 1827 Acontias atrofuscus Troost, 1836 Toxicophis atrofuscus Troost, 1836 Trigonocephalus cenchris Schlegel, 1837 Trigonocephalus Contortrix Holbrook, 1838 Trigonocephalus atro-fuscus Holbrook, 1842 Cenchris contortrix Gray, 1842 Cenchris atrofuscus Gray, 1849 Agkistrodon contortrix Baird & Girard, 1853 Trigonocephalus histrionicus Duméril & Bibron, 1853 Ancistrodon contortrix Baird, 1854 Agkistrodon contorting Abbott, 1869 Ancistrodon atrofuscus Cope, 1875 Agkistrodon atrofuscus Yarrow, 1882 Ancistrodon contortrix var.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Dobri Dobrev
Dobri Dimitrov Dobrev (bolq. Добри Димитров Добрев, 20 iyul 1914 – 13 fevral 2018), digər adları ilə Dobri baba, Böyük Dobri (bolq. Дядо Добри) və ya Baylovo müqəddəsi – bolqar xeyriyyəçi. Hər gün 20 kilometr məsafəni piyada qət edərək Sofiyada yerləşən Aleksandr Nevski kafedralının önündə xeyriyyə məqsədilə pul yığırdı. Yığdığı pulu xeyriyyə qurumlarına, kilsələrə, monastırlara, yetimxanalara bağışlayırdı. Adı bolqar dilində "yaxşı" və ya "mehriban" deməkdir. Dobrev 20 iyul 1914-cü ildə Bolqarıstanın Baylovo kəndində anadan olub. Atası Birinci dünya müharibəsində həlak olub və anası Katerina uşaqları təkbaşına böyütməli olub. Dobrev gəncliyini və məktəb illərini xatırlamır. Dobrev illər keçdikcə özünü ruh dünyasına və Ortodoks kilsəsinə həsr etməyə qərar verib.
Persea americana var. americana Synonym L TRO 2012-04-18
Bobrov
Bobrov — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir. == Tarixi == Bityuq çayı (Donun sol qolu) üstündə yerləşən Bityuq yurt vaxtilə bu ətrafda yeganə yaşayış məntəqəsi idi. Yaxınlıqda heç bir ev gözə dəymirdi. Lakin bu sakit və dinc həyat Voronejdən bura qazanc və səadət arayan hünərli adamların ayağı açılmaqla pozuldu. Voronej özü bu zaman 100 ildən də az bir müddər idi ki, rusların sərhəd qalasına çevrilmişdi. 1677-ci ildə Voronejli imkan sahibi iş adamı bir dəstə kəndlisi ilə hökumətdən xahiş etdi ki, Bityuq çayında balıq ovlamaları üçün onlara icazə versin. Lazımi icazə aldıqdan sonra o, başının adamları ilə Bityuq çayına enib Bityuq yurtda məskunlaşdılar. Su porsuqlarının (boburların) burada çox olduğunu görüb porsuq ovlamağa girşdilər. Bundan sonra Bityuq yurdu Bobrovıy Yurt adlandırmağa başladı.1. 1684-cü ildə Bityuq çayı boyu bu torpaqlar Troitsk monastırına verildi.
Doboy
Doboy (bosn. Doboj, serb. Добој / Doboj, xorv. Doboj) — Serb Respublikasında, Bosniya və Herseqovinanın şimalında yerləşən şəhər. Bosna çayının sahilində yerləşir. Böyük dəmiryol qovşağı hesab olunur. Doboy haqqında ilk məlumat 1415-ci ilə aid olub, Dubrovnisa respublikasının sənədlərində qeydə alınmış. Ancaq ərazidə aşkar edilən arxeoloji qazıntılara əsasən ilkin daş dövründə belə bu ərazi yaşayış məskəni olmuşdur. Bizim eranın I ci yüzilliyində müasir Doboy ərazisində roma hərbi düşərgəsi (kastrum) mövcud olmuş. Yaxınlıqda isə Canabea yaşayış məntəqəsi aşkarlanmış.
Dobri
Dobri (mac. Dobri) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Dorote Elmicer
Dorote Elmicer (1985, Vetsikon[d], Sürix kantonu, İsveçrə) – İsveçrə yazıçısı. Hazırda İsveçrədə yaşayır. Elmicer gələcək vəd edən İsveçrə yazıçılarından biridir. 2010-cu ildə Almandilli Ədəbiyyat Festivalında Kelaq mükafatını qazanmışdır. Məktəbi bitirdikdən sonra Elmicer Nyu-Hempşirə getmiş, daha sonra Sürix Universitetində fəlsəfə və siyasi elmlər üzrə təhsil almağa başlamışdır. Bil şəhərində İsveçrə Ədəbiyyat İnstitutunda və Leypsiqdə Alman Ədəbiyyat İnstitutunda təhsil almışdır. 2008-ci ildə Hildeshaymda yeni ədəbiyyat üzrə keçirilən festivalda – Prosanovada iştirak etmişdir. Yazıçının ən məşhur əsəri 2010-cu ildə nəşr olunmuş "Cəsurlara dəvət" (alm. "Einladung an die Waghalsigen"‎) novellasıdır. "Schöner Erfolg für die Schweizer Literatur", Tages-Anzeiger, 27.
Kristian Dobrev
Kristian Dobrev (bolq. Кристиан Добрев; 27 aprel 2001-ci ildə anadan olub) — Botev Plovdiv PFK komandasında hücumçu kimi çıxış edən peşəkar Bolqarıstan futbolçusudur. Kristian öz peşəkar karyerasına yerli komandalardan olan Neftoximik Burqas klubunun gənclər komandasında start vermişdir. 2014-cü ilin may ayında isə Botev Plovdiv PFK klubunun akademiyasına qəbul olmuşdur. Dobrev öz peşəkar karyerasında debütünü Botev Plovdiv klubu ilə 26 noyabr 2016-cı ildə Ludoqorets Razqrad klubu ilə oyunda etmişdir. O, Omar Kossokonu əvəz etmişdir. Həmin görüşdə Botev Ludoqoretsə evdə 1-3 hesabı ilə məğlub olmuşdur.
Nina Dobrev
Nina Dobrev (bol. Нина Константинова Добрева; 9.1.1989) —bolqar mənşəli Kanada aktrisası. Aktrisanın debütü Degrassi: The Next Generation serialında tənha gənc ana rolu Mia Cons (Mia Jones) ilə olmuşdur. Lakin aktrisa The CW telekanalının dram janrında lentə aldığı "Vampirin gündəlikləri" teleserialından sonra dünya şöhrəti qazanmışdır. Dobrev Bolqarıstanın paytaxtı Sofiya şəhərində doğulub. İki yaşında ikən o, ailəsi ilə birgə sonradan məşhurluq qazandığı Kanadanın Ontario vilayətinin Toronto şəhərinə köçüb. Onun anası rəssam, atası isə bilgisayar mütəxxəsisidir. Onun Aleksandr adlı mühəndis təhsili alan böyük qardaşı var. Aktrisa Ontarioda J. B. Tyrrell Sr. Ümumi məktəbində və "Wexford Collegiate School for the Arts in Scarborough"da təhsil alıb.
Cerard Debre
Jerar Debre (ing. Gérard Debreu; 4 iyul 1921[…], Kale – 31 dekabr 2004[…], Paris, Fransa) — fransız əsilli 1975-ci ildən ABŞ vətəndaşlığına keçmiş riyaziyyatçı və iqtisadçı. 1962-ci ildə Berkli Kaliforniya Universitetində iqtisadiyyat üzrə professorluğa yüksələrək məşhurlaşmışdır. 1983-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Jerar Debre Fransanın Atlantik okeanı sahilində yerləşən Kale şəhərində anadan olub. Ailəsi klassik naxışlı tül parça istehsalı şirkətinin sahibi idi. Bakalavr diplomunu II Dünya müharibəsi başlamamış almışdı. Nasist Almaniyası tərəfindən Fransa işğal olunduqdan sonra sərbəst bölgədə yerləşən Qrönobldakı universitetə daxil olmaq üçün hazırlaşdı. 1941-ci ildə Nasist Almaniyasının işğalı altında olan Parisdə yerləşən Yüksək Təhsil Məktəbində (fr. École Normale Supérieure) klassik riyaziyyat təhsili aldı.
Dorçə Piyaz
Dürçə Piyaz – İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,183 nəfər və 12,038 ailədən ibarət idi.
Dörte Şiltz
Dörte Şiltz (21 dekabr 1976) — Almaniyanı təmsil edən bədii gimnast. Dörte Şiltz Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Dövrə şəhristanı
Dövrə şəhristanı— İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sarab Dövrə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 44,146 nəfər və 9,722 ailədən ibarət idi.
Jerar Debre
Jerar Debre (ing. Gérard Debreu; 4 iyul 1921[…], Kale – 31 dekabr 2004[…], Paris, Fransa) — fransız əsilli 1975-ci ildən ABŞ vətəndaşlığına keçmiş riyaziyyatçı və iqtisadçı. 1962-ci ildə Berkli Kaliforniya Universitetində iqtisadiyyat üzrə professorluğa yüksələrək məşhurlaşmışdır. 1983-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Jerar Debre Fransanın Atlantik okeanı sahilində yerləşən Kale şəhərində anadan olub. Ailəsi klassik naxışlı tül parça istehsalı şirkətinin sahibi idi. Bakalavr diplomunu II Dünya müharibəsi başlamamış almışdı. Nasist Almaniyası tərəfindən Fransa işğal olunduqdan sonra sərbəst bölgədə yerləşən Qrönobldakı universitetə daxil olmaq üçün hazırlaşdı. 1941-ci ildə Nasist Almaniyasının işğalı altında olan Parisdə yerləşən Yüksək Təhsil Məktəbində (fr. École Normale Supérieure) klassik riyaziyyat təhsili aldı.
Parametrik dövrə
Parametrik dövrə xassələri zamandan asılı olan və qeyri-stasionar sistem operatoru T(t) ilə xarakterizə olunan xətti dövrədir [1]. Belə dövrəyə dəyişən parametrli dövrə də deyilir. Parametrik dövrələrdə giriş siqnalının ugir(t) çevrilmə qanunu uçıx(t) = T(t)• ugir(t) kimidir. Parametrik dövrə termini xətti dövrənin tərkibində parametrlərindən heç olmazsa biri zaman funksiyası olan elementin olması ilə əlaqədardır. Radiotexnikada rezistiv R(t), tutum C(t) və induktiv L(t) parametrik elementlərdən istifadə olunur. Xətti və qeyri-xətti parametrik dövrələri fərqləndirirlər. Xətti parametrik dövrələrdə elementlərin parametrləri qoşulan gərginlikdən asılı olmur. Lakin reaktiv elementlərdən heç olmazsa biri zamanca dəyişir. Xətti parametrik dövrələr dəyişən əmsallı xətti diferensial tənliklərlə ifadə olunur, məsələn, d2x/dt2+a1•(dx/dt)+a0(t)•x=f(t), burada x — dövrənin elementindəki cərəyan və ya gərginlik, f(t) — xarici təsirdir. Xətti parametrik sistemin fərqləndirici xüsusiyyəti elementin parametrini idarə edən köməkçi rəqs mənbəyinin olmasıdır.
Sarab Dövrə
Sarab Dövrə-İranın Luristan ostanının şəhərlərindən və Dövrə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,312 nəfər və 326 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Çegeni elindən ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.Çegeni elindən əlavə ləklərdə bu şəhərdə yaşayırlar.
Termodinamik dövrə
Termodinamik dövrə — hərəkət edən cismin vəziyyətini izah edən, başlanğıc və son nöqtələri üst-üstə düşən, termodinamikanın kürəvi prosesləridir. Başlıca termodinamik dövrəyə enerji dövrəsi və istilik nasosu dövrəsi aiddir. Güc dövrələrində istilik girişi və mexaniki iş çıxışı vardır. İstilik nasosu dövrələrində isə mexaniki iş girişi ilə aşağı istilikdən yüksək temperatura istilik ötürülür. Базаров И. П. Заблуждения и ошибки в термодинамике. Изд. 2-ое испр. М.: Едиториал УРСС, 2003. 120 с. Александров А. А. Термодинамические основы циклов теплоэнергетических установок.
Dorde Krstic
Dorde Krstic (serb. Ђорђе Крстић; 19 aprel 1851[…] – 30 oktyabr 1907, Belqrad) — Serb realist rəssamı, müəllimi və akademiki. Dorde Krstic Münhen Rəssamlıq Akademiyasını bitirib (1873-1883). 1883-cü ilə qədər ilk əsərlərini alman realizminin təsiri altında yaratmışdır. Serbiyaya qayıdan Krstic realist rəsm janrını daha dolğun janrla dəyişir. Dorde Krstic Serbiyanın ətrafında gəzərək memarlıq abidələrinin, xalq həyatının səhnələrinin, serb təbiətinin tipik guşələrinin eskizlərini çəkir. Dorde Krsticin əsərləri təbiətin diqqətlə öyrənilməsi (“Anatomist”, 1880, “Balıqçı daxmasının qapıları” – hər ikisi Milli Muzeydə, Belqrad), romantik həyəcan xüsusiyyətləri ilə səciyyələnir. Rəssamın sonrakı əsərlərində (“Baba-Kai qəsəbəsi”, 1907, Milli Muzey, Belqrad) canlı dinamika və miqyas təzəliyi onun plener rəssamlığı prinsiplərinə yanaşmasından xəbər verir. O, tarixi janrda portretlər, rəsmlər çəkib. Portret və janr kompozisiyalarında romantizm və realizm xüsusiyyətlərini birləşdirib.
Maqnetik dövrə
Maqnetik dövrə və ya maqnit dövrəsi maqnit seli olan bir və ya daha çox qapalı dövrə keçidindən ibarətdir. Maqnit seli adətən daimi maqnitlər və ya elektromaqnitlər tərəfindən yaradılır və yolda hava boşluqları və ya digər materiallar ola bilsə də, dəmir kimi ferromaqnit materiallardan ibarət maqnit nüvələri ilə məhdudlaşır. Maqnit dövrələri elektrik mühərrikləri, generatorlar, transformatorlar, rölelər, qaldırıcı elektromaqnitlər, SQUIDlər, qalvanometrlər və maqnit qeyd başlıqları kimi bir çox cihazda maqnit sahələri üçün istifadə olunur. Doymamış maqnit dövrəsində maqnit axını, maqnit hərəkətverici qüvvə və maqnit reluktansı arasındakı əlaqəni Hopkinson qanunu ilə təsvir etmək olar, bu qanun elektrik dövrələrində Ohm qanununa səthi bənzəyir, nəticədə Maqnetik dövrə və analoji elektrik dövrəsindəki maqnitin xassələri arasında birə-bir uyğunluq yaranır. Bu konsepsiyadan istifadə edərək, transformatorlar kimi mürəkkəb cihazların maqnit sahələri elektrik dövrələri üçün hazırlanmış üsul və üsullardan istifadə edərək tez bir zamanda həll edilə bilər.
Azərbaycan qədim dövrdə
Azərbaycan qədim dövrdə — qədim dövrdə müasir Azərbaycan ərazisi tamamilə və ya qismən Midiya, Atropatena, Qafqaz Albaniyası dövlətlərinin sərhədlərinə daxil edilmişdir. Müasir Azərbaycan ərazisində dağıstandilli alban tayfaları, irandilli tayfalar və türk tayfaları yaşayırdı. Antik dövrdə Azərbaycan ərazisində (e.ə. II əsr - eramızın VIII əsri) Qafqaz Albaniyası dövləti yaranmışdır. İbtidai icma quruluşunun dağılmasından sonra Azərbaycan ərazisində eramızdan əvvəl IV minilliyin sonu III minilliyin əvvəllərində Mesopotamiya ilə sıx əlaqədə olan erkən tayfa birləşmələri yaranmağa başladı. Bu dövlət qurumlarının dağılmasından sonra yaranan ilk dövlət Manna idi. Manna çarlığı (e.ə. IX-VI əsrlər) Assuriya və Urartu ilə əlaqəsi olan ən qədim çarlıqlardan biri idi. Eramızdan əvvəl 8-ci əsrin sonlarından eramızdan əvvəl VII əsrin əvvəllərinə kimi kimmerlər və skiflər, eləcə də saklar və massagetlər tez-tez basqınlar təşkil etdiyi üçün ərazinin hərbi-siyasi tarixində mühüm rol oynamağa başladılar. Cənubi Qafqaz təxminən eramızdan əvvəl VI əsrdə Əhəmənilər dövləti (e.ə.
Miranda do Douro
Miranda do Douro — Portuqaliyanın Norte bölgəsindəki Alto Tras-os-Montes subregionunun bələdiyyələrindən biridir. Portuqal dilindən fərqli olaraq bu bölgədə yerli Miranda dili danışılır.
Qustav Dore
Qüstav Dore (fr. Gustave Doré; 6 yanvar 1832[…], Strasburq[…] – 23 yanvar 1883[…], Paris[…]) — XIX əsrdə yaşamış fransız rəssam, illüstrator və memar. Qüstav Dore 1832-ci ilin yanvarın 6-da Strasburqda anadan olmuşdur. Anası Aleksandra Plüşar varlı burjua ailəsindən, atası Pyer-Lui Dore isə Vaterloo döyüşündə həlak olmuş fransız əsgərinin oğlu idi. Dore özü nə zaman rəsm çəkməyə başladığını xatırlamırdı. Dayəsi Fransuazanın sözlərinə görə, artıq 4 yaşında olan Qüstavı heç vaxt, hətta yatarkən belə, karandaşsız görmək mümkün deyildi. Qüstav tez-tez atasının dostlarından karandaşını itiləməyi xahiş edirmiş. Gənc istedad tərəfindən 6–7 yaşında yaradılmış ilk əsərlərdən biri "Pluton və Klit" adlanır. 1841-ci ildə Qüstav ailəsi ilə birgə mühəndis atasının işi ilə əlaqədar Bura köçür. Meşələrlə əhatə olunan, qədim binalara malik Bur şəhəri gənc rəssamın təxəyyülünə müsbət təsir edir.
Buteo buteo
Adi sar (lat. Buteo buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü.
Lutra lutra
Adi susamuru (lat. Lutra lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü. Böyük fərdin bədəninin uzunluğu 60–90 sm, quyruğunun uzunluğu 50 sm, çəkisi isə 6–10 kq-dır. Dişi fərdlər erkəkdən daha kiçikdir. Bədənin quruluşu uzunsov, elastik və hərəkətlidir. Başı böyük deyil, yuxarıdan aşağıya doğru yastı formalı və yumrudur. Boyun hissəsi qısa, qulaqları girdə və zəif görünür. Gözləri iridir. İri olmayan dırnaqlara və barmaqlararası bağları sıx olan qısa ayaqlara malikdir. Tük örtüyü tünd qəhvəyi rəngdədir, çox sıx və bədən boyunca bərabər yayılmışdır.
Ftor
Flüor (F) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 9-cu elementdir. Atom radiusu qrupunun elementlərinə nisbətən kiçikdir, flüor atomu elektronu özünə daha güclü cəzb edir, yəni flüor kimyəvi cəhətdən daha aktivdir, oksidləşdiricilik qabiliyyəti daha yüksəkdir və elektromənfiliyi ən yüksək elementdir. Flüor kimyəvi cəhətdən aktiv olduğuna görə yalnız birləşmələr şəklində rast gəlinir. Flüorun təbiətdə ən geniş yayılmış mineralı kalsium-Flüoriddir. Flüor müxtəlif dağ mədənlərinin tərkibində xüsusəndə apatitlərin tərkibində olur. Kristal quruluşu-kub Atom radiusu- 50 pm Atom radiusu(hes.)- 42 pm Kovalent radiusu-72 pm Flüor yüksək aktivliyinə görə sərbəst halda ayrılması çətindir. Halogenlərdən yalnız flüor duzların ərintisinin elektrolizi ilə alınır. Onu, az miqdarda qurğuşun aparaturada biflüorid KF*HF ərintisinin elektrolizi ilə alırlar. Flüor adi şəraitdə açıq sarı rəngli, xarakterik kəskin iyli qazdır. Flüor hətta adi şəraitdə belə su ilə şiddətli reaksiyaya girir və buna görə də onun suda məhlulunu almaq mümkün deyil.
Giro
Giro vulusvalisi — Əfqanıstanın Qəzni vilayətində inzibati ərazi vahidi.