Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Melovin
Konstantin Nikolayeviç Boçarov (ukr. Костянти́н Микола́йович Бочаро́в, rus. Константи́н Никола́евич Бочаро́в; d. 11 aprel 1997, Odessa, Ukrayna) və ya səhnə adı ilə Melovin — Ukrayna müğənnisi və bəstəkarı. O, Ukraynada X Factor musiqi yarışmasındakı qalibiyyəti ilə şöhrət qazanmışdır. Melovin "Under the Ladder" mahnısı ilə Ukraynanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Kostyantın Mıkolayovıç Boçarov 11 aprel 1997-ci ildə Ukraynanın Odessa şəhərində, Nikolay Boçarov və Valentina Boçarovanın ailəsində anadan olmuşdur. Uşaq yaşlarından musiqi ilə maraqlanan Boçarov ilkin olaraq təhsil aldığı məktəbdə keçirilən konsert proqramlarında çıxış etmişdir. O, daha musiqi məktəbinə daxil olmuş, lakin orada təhsilini başa çatdıra bilməmişdir. Ardıcıl olaraq, teatr məktəbinə daxil olmuş və orada təhsilini uğurla yekunlaşdırmışdır.
Elvin
Elvin — Kişi adı. Elvin Abbasov Elvin Abbasov (iş adamı) — Azərbaycanlı iş adamı. Vision TV-nin təsisçisi, "TimeSoft" MMC və "Virtual Azerbaijan Group of Companies" MMC şirkətlərinin həmtəsisçisi və direktoru, Ciu-citsu Federasiyanın idarə heyətinin üzvü (2019). Elvin Abbasov (əsgər) — Vətən müharibəsinin şəhidi. Elvin Abbasov (baş çavuş) — Vətən müharibəsinin şəhidi. Elvin Məmişzadə — 2015 Avropa Oyunlarının qızıl medalçısı. Elvin Beqiri — Albaniya futbolçusu Elvin Rot — amerikalı iqtisadçı. Elvin Kristoffel — alman riyaziyyatçısı Elvin Mirzəyev Elvin Mirzəyev (rejissor) — Azərbaycan rejissoru, aktyoru. Elvin Mirzəyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Elvin Mirzəyev (futbolçu) (ru) — Azərbaycanlı futbolçu.
Elüvi
Elüvi — əsas süxurların aşınma məhsulunun əmələ gəldiyi əvvəlki yerində qalan hissəsidir. Elüvi aşınma qabığını əmələ gətirir.
Ələvi
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. == İyerarxiya nərdivanı == Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
I Klovis
I Xlodviq (fr. Clovis I er; təq. 466[…], bilinmir – 27 noyabr 511, Paris, Frank dövləti) — Frank kralı. 509-511-ci illərdə hakimiyyətdə olmuşdur. I Xlodviq Fransanın və Merovinqlər sülaləsinin ilk kralı hesab olunur. Xlodviq Xristianlıq dinini rəsmi formada qəbul etmiş ilk frank hökmdar kimi də tanınır. == Həyatı == == Fəaliyyəti == Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girdi. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi.486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub etdilər. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə payladı. Frank əyanları iri torpaq sahiblərinə çevrildilər.
Klovis Fernandes
Klovis Akosta Fernandes (port. Clovis Acosta Fernandes; 4 oktyabr 1954 – 16 sentyabr 2015, Portu-Aleqri) — 1990-cı ildən Braziliya futbol yığmasının ən sadiq azarkeşi. "Gaúcho da Copa" ləqəbi ilə tanınırdı. == Həyatı == 1954-cü ildə Braziliyada doğulub və kiçik yaşlarından Braziliya futbol yığmasının ən sadiq azarkeşi idi. 1990-cı ildən bəri Braziliyanın iştirak etdiyi turnirlərdə azarkeşlik etmişdir. 2014-cü ildə Braziliyada keçirilən mundialın yarımfinalında doğma komandasının Almaniyaya 1:7 hesablı məğlubiyyəti zamanı dünya kubokunun maketini qucaqlayaraq ağlayan bığlı və böyük şlyapalı qocanın videogörüntüləri "Youtube"da cəmi 3 gün ərzində 4 milyondan çox baxış toplamışdı. Akostanın 4 övladı var. O, lap uşaq vaxtından Braziliya millisinə azarkeşlik edirdi. Özünün dediyinə görə, uşaqlıqda milli komandasının 1958 və 62-ci illərdə dünya çempionatlarında qalibiyyəti zamanı atası fişənglər atar, bütün fernandeslər ailəsi sevinərmiş. Akosta ilk dəfə milli komandasının dünya çempionatındakı oyununu televizordan 1970-ci ildə izləyib.
Ələviq (Kəleybər)
Ələviq (fars. علويق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (7 ailə).
Ələviq (Vərziqan)
Ələviq (fars. علويق‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,125 nəfər yaşayır (247 ailə).
Klovis mədəniyyəti
Klovis mədəniyyəti — E.ə 11500–11100-cü illərdə Şimali Amerikada mövcud olmuş arxeoloji mədəniyyətdir. == Ümumi məlumat == Klovis mədəniyyəti "Klovis ucları", fil sümüyü və fərqli sümük alətlərinin istehsalı ilə xarakterizə olunur. Klovis mədəniyyəti ilə əlaqəli alətlərin əlamətdar xüsusiyyəti onların iki üzlü və yivli olmasıdır. Klovis alətləri təxminən 300 illik bir müddət ərzində istehsal edilmişdir. Mədəniyyət 1932-1937-cı illərdə Nyu-Meksiko ştatının Klovis və Portales şəhərləri arasındakı 1 nömrəli Blackwater məhəlləsində tapılan artefaktlara görə belə adlandırılmışdır. Bu tapıntılar mamont növləri və nəsli kəsilmiş bizon antikusu ilə bilavasitə əlaqəsi olduğuna görə xüsusilə vacib sayılırdı. 1936 və 1937-ci illərə aid in situ tapıntılar arasında dörd daş Klovis ucları zərbə ilə zədələnmiş iki uzun sümük ucları, daş bıçaqlar, Klovis bıçağının nüvəsinin bir hissəsi və daş lopaları üzərində hazırlanmış bir neçə kəsici alət var idi. Mədəniyyətin yayıldığı ərazilərdən mamont, bizon və digər məməli heyvan qalıqlarının aşkarlanması Klovis icmasının əsas məşğuliyyətlərinin ovçuluq olması fikrini irəli sürür. Qalıqların üzərində araşdırma aparan tarixçilər bu qəbilənin 125 fərqli heyvan və bitki növünü istehlak etdiyini bildirirlər. Klovis bölgələri ABŞ-ın çox hissəsində, eləcə də Meksikada, Mərkəzi Amerikanın bəzi hissələrində, Şimali Amerikanın cənubunda müəyyən edilmişdir.
Eloy
Eloy – Almaniya proqressiv/psixodelik/kraut rok qrupudur. Qrup 1969-cu ildə Frank Bornemann tərəfindən yaradılmışdır. Qrup illər boyu çox üzv dəyişsə də Frank dəyişməz üzv olaraq qalmışdır. Eloy illərlə fəaliyyət göstərsə də 1998-ci ildəki Ocean 2 albomundan sonra məşhurlaşmışdır. Musiqi tərzi Pink Floyd, King Crimson, Yes qruplarının tərzinə yaxındır. == Adı == Qrupun adı H.G.Wells adlı yazarın The Time Machine (Zaman Maşını) kitabından götürülüb. Kitabda 800.000 il sonrakı dünyada yaşayan insan irqi Eloy adlanır.
Elvin Babayev
Elvin Babayev (tam adı: Elvin Əkbər oğlu Babayev; 28 fevral 2001; Gəncə, Azərbaycan — 2 oktyabr 2020; Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Babayev Elvin Əkbər oğlu. 28.02.2001-ci ildə Gəncə şəhərində anadan olub. 2008-ci ildə Bakı şəhəri Leytenant Kərim Kərimov adına olan 8 nömrəli məktəbə daxil olur. 8-cu sinifdə şahinlərin yarışında 1-ci yerə çıxan Elvin məktəbdə hərbi kamandir seçilir. 1-ci sinifdən futbol, karate, 4-cü sinifdən isə qaydasız döyüşlə məşğul olur. Hərbiyə böyük həvəs göstərən Elvin 11-ci sinifi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Sərhəd Akademiyasına verir. Universitetə balı çatmadığından 2019-cu ildə Hərbi xidmətə yola düşür. 02.10.2020-ci ildə 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalır.Cənab Prezidentimizin fərmanına əsasən Şəhadətindən sonra " Vətən uğrunda" "Xocavəndin azad olunması görə" ," Zəngilanın azad olunmasına görə" və "Vətənə xidmətə görə" Ordeni ilə təltif olunub.🇦🇿 === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Elvin Babayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Döyüşlərdə iştirak edəndə onun tərxis olunmasına 3 ay qalırdı.
Elvin Bayramov
Elvin Bayramov (əsgər, 1998) (22.01.1998 – 2020) — MAHHXHQ əsgər, Vətən müharibəsi şəhidi. Elvin Bayramov (əsgər, 1999) (08.07.1999 – 2020) — əsgər, Vətən müharibəsi şəhidi.
Elvin Beqiri
Elvin Beqiri — Albaniya futbolçusu Elvin 27 sentyabr 1980-ci ildə Albaniyada dünyaya gəlib və ampulası müdafiəçidir. Karyerasına 1999-cü ildə "Vllazniya"da başlayıb. 2003-cü ildə Donetsk "Metallurq"una keçib. 2005-ci ildə Rusiyaya üz tutaraq, Vladiqafqaz "Alaniya"sı ilə anlaşıb. 2005/06 mövsümünü Təl-Əviv "Makkabi"sində keçirdikdən sonra, yenidən "Metallurq"a dönüb. 2008-ci ildə Kiyev "Arsenal"ının şərəfini qoruyub və daha sonra "Vllazniya"ya dönüb. İndiyə qədər 47 dəfə Albaniya millisinə dəvət alıb. Məşhur transfermarkt.co.uk saytı ona 1 milyon 250 min avro qiymət qoyub. Qeyd edək ki, Beqiri 2008-ci ildə Bakıda Azərbaycan və Albaniya yığmaları arasında baş tutan yoldaşlıq oyununda iştirak edib. Həmin görüşün ilk yarısında qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu.
Elvin Bədəlov
Elvin Bədəlov — Azərbaycanlı futbolçu, Neftçi klubunun oyunçusu.
Elvin Camalov
Elvin Sərkər oğlu Camalov (4 fevral 1995, Qax ) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Zirə" klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçu. == Bioqrafiyası == Elvin 13 yaşından futbolla məşğul olmağa başlamışdır. O, Qax şəhər uşaq futbol məktəbinin yetirməsidir. Elvin Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının oyun idman növləri fakultəsində təhsil almışdır. == Klub karyerası == Elvin Camalov öz peşəkar futbolçu karyerasına Zaqatalanın "Simurq" klubunun gənclərdən ibarət U-15 yığmasında başlamışdır. 2009-cu ildə Qəbələ Futbol Akademiyasına qəbul olmuşdur. Burada əvvəlcə U-15, U-17 yığmalarında çıxış etsə də, 2012-ci ildə klubun əvəzedicilər yığmasında oynamağa başlamışdır. === Çempionat === Elvin 2013-cü ildən "Qəbələ" klubunun əsas yığmasının oyunçusudur. O, klub ilə debütünü 25 oktyabr 2013-cü ildə Premyer Liqanın XI turunda "Sumqayıt" klubuna qarşı oyunda etmişdir. O, bir müddət klub daxilində № 33 forma ilə çıxış etmişdir.
Elvin Cəfərquliyev
Elvin Cəfərquliyev (26 oktyabr 2000, Bakı) — Azərbaycanlı peşəkar futbolçu. Azərbaycan Premyer Liqasında çıxış edən Ağdamın "Qarabağ" klubunun və Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisi. == Karyerası == === Klub === Elvin Cəfərquliyev Azərbaycan kubokunda 10 dekabr 2017-ci ildə "Keşlə"nin heyətində "Kəpəz"ə qarşı oyunda debüt etmişdir. O, 2018-ci ildə "Qarabağ"la müqavilə imzalamışdır. 2019-cu ilin yayında "Sumqayıt" FK Elvin Cəfərquliyevlə bir illik müqavilə imzaladığını açıqlamışdı. O, 17 avqust 2019-cu ildə Azərbaycan Premyer Liqasında "Sumqayıt"ın heyətində "Qəbələ" ilə oyunda debüt etmişdir. O, 11 sentyabr 2020-ci ildə "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasının "Keşlə" ilə oyununda debüt etmişdir. Elvin Cəfərquliyev 18 avqust 2020-ci ildə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Sileks"ə qarşı oyunda Avropada debüt etmişdir. === Milli komanda === Elvin Cəfərquliyev Azərbaycan milli futbol komandasının heyətində 30 mart 2021-ci ildə Serbiya ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində debüt etmişdir.
Elvin Dadaşov
Elvin İmanqulu oğlu Dadaşov (14 avqust 1993; Neftçala, Azərbaycan — 6 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Dadaşov 1993-cü il avqustun 14-də Neftçala şəhərində anadan olub. Türkan xanımla ailəli idi, bir oğlu var. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Elvin Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Dadaşov noyabrın 6-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Dadaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Dadaşov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin Həsən
Elvin Həsən (10 aprel 1985, İştip[d]) — Makedoniyanın türk əsilli dövlət xadimi, keçmiş Makedoniya Dövlət İmtahan Mərkəzinin müdir müavini, Makedoniyanın hal-hazırkı xarici sərmayə ilə iş üzrə naziri. == Həyatı == Elvin Həsən 1985-ci ildə Makedoniyanın İştip şəhərində türk əsilli ailədə anadan olmuşdur. 2007-ci ildə bakalavr təhsilini bitirdikdən sonra Radoviş şəhərinə bağlı Əliqoç-Qoçəli kəndində müəllim olaraq 10 il çalışmışdır. === Təhsili === 2007-ci ildə Qotse Delçev Universitetinin Metodologiya fakültəsinin Məktəb müəllimliyi bölməsindən məzun olmuşdur. Magistr və doktorantura təhsilini Az. Kiril ve Metodologiya Universitetinin Pedoqoji İnistitutunda almışdır. == Fəaliyyəti == === Qeyri-hökumət təşkilatlarında === 2011-ci ildə qoşulduğu Üfüq dərnəyində bir sıra vəzifələrdə çalışmışdır. 2016–2018-ci illərdə həmin dərnəyin rəhbərliyini etmişdir. Makedoniyanın Türk Hərəkat Partiyası katibinin müavini olmaqla yanaşı, həmin partiyanın III bölgə kordinatorluğunu, partiyanın təhsil komissiyası rəhbərliyini və THP Radoviş təşkilatının rəhbəri vəzfivələrində olmuşdur. === Dövlət orqanlarında === 3 avqust 2017-ci ildə Makedoniyanın Dövlət İmtahan Mərkəzinin müdir müavini vəzifəsinə təyin edilmişdir.
Elvin Həsənov
Elvin Həsənov (əsgər, 1994) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Elvin Həsənov (əsgər, 1992) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Elvin Həsənov (əsgər) - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Elvin Kazımov
Elvin Ədalət oğlu Kazımov (3 dekabr 1987; Bakı, Azərbaycan — 5 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Kazımov 1987-ci il dekabrın 3-də Bakı şəhərində anadan olub. 1993–2003-cü illərdə Xətai rayonunda 221 nömrəli tam orta məktəbdə, 2003–2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2006–2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. 2011-ci ildə Silahlı qüvvələrin Təlim və Tədris Mərkəzinin " Zabit İxtisas Kursu"nu bitirib. Ailəlidir. Bir övladı var. == Hərbi xidməti == Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23 iyun 2010-cu il tarixli əmri ilə " leytnant" hərbi rütbəsi verilib və "N saylı hərbi hissədə " leytnant vəzifəsində işə başlayıb. Mexanikləşdirilmiş taborun qərərgah rəisinin kəşfiyyat üzrə köməkçisi — kəşfiyyat taqımının komandiri, motatıcı taqım komandiri, dağ — atıcı bölüyünün komandiri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AHM) kursant taqım komandiri — müəllim köməkçisi, cəbhə bölgəsindəki hərbi hissənin motatıcı bölük komandiri vəzifələrində xidmət edib. " Kapitan " hərbi rütbəsinədək yüksəlib.
Elvin Krenzlayn
Elvin Kristian Krenzlayn (12 dekabr 1876, Miluoki, Viskonsin – 6 yanvar 1928) — "müasir maneələri dəf etməklə qaçış yarışlarının atası sayılan" ABŞ-lı yüngül atletika idmançısı. O, 1900 Yay Olimpiya Oyunlarında iştirak etməklə Olimpiya Oyunları tarixində ayrı-ayrı növlər üzrə dörd qızıl medal qazanmış ikinci idmançıdır. Beləki, 1896 Yay Olimpiya Oyunlarında almaniyalı idmançı Karl Şuman gimnastika və güləş üzrə dörd Olimpiya qızılı qazanmışdır. 2012-ci ilə kimi Elvin Krenzlayn bir Olimpiya Oyunlarında ayrı-ayrı növlər üzrə dörd qızıl medal qazanmış yeganə yüngül atletika idmançısı idi (Cessi Ouens 1936 Yay Olimpiya Oyunlarında ayrı-ayrı növlər üzrə üç Olimpiya qızılına və komanda estafet yarışlarından isə bir Olimpiya qızlına sahib olmuşdur). Krenzlayn həmçinin açıq ayaqla maneələri dəf etmənin ilk təşəbbüsçüsü kimi də tanınır. == Həyatı və karyerası == Kreznlayn ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində anadan olub. O, milliyətcə alman olan pivəçi İohann Georq Kreznlayn və Mariya Avqusta Şmidtin oğludur. Onun ailəsi sonralar ABŞ-nin Viskonsin ştatının Miluoki şəhərinə köçdü və Kreznlayn burda orta məktəbə gedib. Bu orta məktəbdə o, idmana cəlb olunub. 1895-ci ildə Vinkonsin Məktəblərarası Çempionat zamanı bir neçə növ üzrə - 100 yard məsafəyə qısa qaçış, 120 yard hündür maneələri dəf etməklə qaçış, 220 yard aşağı maneələri dəf etməklə qaçış, hündürlüyə tullanma və mərmi atma yarışlarında birinci yerin sahibi olub.
Elvin Kristoffel
Elvin Kristoffel (alm. Elwin Bruno Christoffel‎ 10 noyabr 1829[…] – 15 mart 1900[…], Strasburq) — alman riyaziyyatçısı. Bir alman riyaziyyatçısı olan Elvin Bruno Kristoffel 1829-cu ildə Reynlandda anadan olmuşdur. Əvvəllər Sürix Politexnikumunda,sonralar isə Berlin və Strasburq Universitetlərində riyaziyyat professoru olaraq işləmişdir. Xüsusilə, Abel funksiyaları, cəbri funksiyalar, törəməli tənliklər və differensial həndəsə üzərində çalışmaları vardır. Reymann ilə birlikdə riyaziyyata tensor anlayışını gətirdilər və tensor hesabı üzərində çalışdılar.
Elvin Kərimov
Elvin Mürşüd oğlu Kərimov (13 sentyabr 1985; Biləsuvar rayonu, Azərbaycan SSR — 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Kərimov 1985-ci il sentyabrın 13-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Ailəli idi. Üç qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Elvin Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Kərimov oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Çaylı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Kərimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Kərimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvis Presley
Elvis Aaron Presli (ing. Elvis Aaron Presley; 8 yanvar 1935[…], Tyüpelo[d], Missisipi ştatı – 16 avqust 1977[…], Memfis, Tennessi[…]) — amerikalı müğənni və aktyor. Ölümündən qırx ildən artıq vaxt keçməsinə baxmayaraq Elvis Presli bu gün də dünyanın ən məşhur və tanınmış müğənniləri sırasındadır. Müğənni kimi onun rekordlarını (kasset satışı, pərəstişkar kütləsi və s.) hətta indi də dünyanın ən tanınmış estrada müğənniləri yalnız özlərinin ən şirin yuxularında "təzələyə" bilirlər. O, bütün dünyada bu gün də "rok-n-rollun kralı" kimi yad edilir. == Erkən dövr (1935–1953) == === Uşaqlıq illəri === Elvis Presli 1935-ci il yanvar ayının 8-də ABŞ-nin Missisipi ştatının Tyüpelo şəhərində, Vernon və Qlədis Preslilərin ailəsində anadan olub (Elvis valideynlərinin hələ anadan olmadan Cess Qaron adı verdikləri əkiz qardaşını doğulduğu gün itirib). Preslilər ailəsi kasıbçılıq içində yaşayıb. Ailənin vəziyyəti gələcək müğənninin atası 1938-ci ildə saxta çek düzəltməkdə ittiham edilərək həbs olunandan sonra daha da ağırlaşıb (atası iki il həbsxanada yatıb). Uşaqlıqdan musiqi və din Elvisin ruhuna hakim kəsilib, kilsəyə baş çəkmək və kilsə xorunda oxumaq onun üçün yerinə yetirilməsi vacib həyati qanunlardan biri olub. Anası oğlunun davranışlarına ömrü boyu xüsusi diqqət yetirib və böyüklərə hörmət etməyin vacib olduğunu bir növ qanun kimi onun beyninə yeridib.
Elvis Presli
Elvis Aaron Presli (ing. Elvis Aaron Presley; 8 yanvar 1935[…], Tyüpelo[d], Missisipi ştatı – 16 avqust 1977[…], Memfis, Tennessi[…]) — amerikalı müğənni və aktyor. Ölümündən qırx ildən artıq vaxt keçməsinə baxmayaraq Elvis Presli bu gün də dünyanın ən məşhur və tanınmış müğənniləri sırasındadır. Müğənni kimi onun rekordlarını (kasset satışı, pərəstişkar kütləsi və s.) hətta indi də dünyanın ən tanınmış estrada müğənniləri yalnız özlərinin ən şirin yuxularında "təzələyə" bilirlər. O, bütün dünyada bu gün də "rok-n-rollun kralı" kimi yad edilir. == Erkən dövr (1935–1953) == === Uşaqlıq illəri === Elvis Presli 1935-ci il yanvar ayının 8-də ABŞ-nin Missisipi ştatının Tyüpelo şəhərində, Vernon və Qlədis Preslilərin ailəsində anadan olub (Elvis valideynlərinin hələ anadan olmadan Cess Qaron adı verdikləri əkiz qardaşını doğulduğu gün itirib). Preslilər ailəsi kasıbçılıq içində yaşayıb. Ailənin vəziyyəti gələcək müğənninin atası 1938-ci ildə saxta çek düzəltməkdə ittiham edilərək həbs olunandan sonra daha da ağırlaşıb (atası iki il həbsxanada yatıb). Uşaqlıqdan musiqi və din Elvisin ruhuna hakim kəsilib, kilsəyə baş çəkmək və kilsə xorunda oxumaq onun üçün yerinə yetirilməsi vacib həyati qanunlardan biri olub. Anası oğlunun davranışlarına ömrü boyu xüsusi diqqət yetirib və böyüklərə hörmət etməyin vacib olduğunu bir növ qanun kimi onun beyninə yeridib.