Elvin Kristian Krenzlayn (12 dekabr 1876[2], Miluoki, Viskonsin[1] – 6 yanvar 1928[2]) — "müasir maneələri dəf etməklə qaçış yarışlarının atası sayılan"[3] ABŞ-lı yüngül atletika idmançısı. O, 1900 Yay Olimpiya Oyunlarında iştirak etməklə Olimpiya Oyunları tarixində ayrı-ayrı növlər üzrə dörd qızıl medal qazanmış ikinci idmançıdır.[4] Beləki, 1896 Yay Olimpiya Oyunlarında almaniyalı idmançı Karl Şuman gimnastika və güləş üzrə dörd Olimpiya qızılı qazanmışdır. 2012-ci ilə kimi Elvin Krenzlayn bir Olimpiya Oyunlarında ayrı-ayrı növlər üzrə dörd qızıl medal qazanmış yeganə yüngül atletika idmançısı idi[5][6] (Cessi Ouens 1936 Yay Olimpiya Oyunlarında ayrı-ayrı növlər üzrə üç Olimpiya qızılına və komanda estafet yarışlarından isə bir Olimpiya qızlına sahib olmuşdur). Krenzlayn həmçinin açıq ayaqla maneələri dəf etmənin ilk təşəbbüsçüsü kimi də tanınır.
Elvin Krenzlayn | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Alvin Kraenzlein | |||||||||||||||||
| |||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||
Tam adı | Elvin Kristian Krenzlayn | ||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||
Doğum yeri | |||||||||||||||||
Vəfat tarixi | (51 yaşında) | ||||||||||||||||
Təhsili | Vinkonsin universiteti | ||||||||||||||||
Boyu | 183 sm[1] | ||||||||||||||||
Çəkisi | 75 kq[1] | ||||||||||||||||
İdman növü | Yüngül atletika | ||||||||||||||||
Medallar
|
|||||||||||||||||
27 iyul 2014 tarixində yenilənib. | |||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Kreznlayn ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində anadan olub. O, milliyətcə alman olan pivəçi İohann Georq Kreznlayn və Mariya Avqusta Şmidtin oğludur. Onun ailəsi sonralar ABŞ-nin Viskonsin ştatının Miluoki şəhərinə köçdü və Kreznlayn burda orta məktəbə gedib. Bu orta məktəbdə o, idmana cəlb olunub. 1895-ci ildə Vinkonsin Məktəblərarası Çempionat zamanı bir neçə növ üzrə - 100 yard məsafəyə qısa qaçış, 120 yard hündür maneələri dəf etməklə qaçış, 220 yard aşağı maneələri dəf etməklə qaçış, hündürlüyə tullanma və mərmi atma yarışlarında birinci yerin sahibi olub.[7]
O, Vinkonsin Universitetində mühəndislik üzrə təhsil alıb. 1896-cı ildə o, 220 yard aşağı maneələri dəf etməklə qaçış və hündürlüyə tullanmada birinci yeri, birinci və ikinci kursda isə yüngül atletika yarışlarında 100 yard məsafəyə qaçış və mərmi atma yarışlarında ikinci yeri tutub. 1897-ci ildə Universitetlərarası Atletika Çempionatında Kreznlayn 220 yard aşağı maneələrlə qaçış və hündürlüyə tullanma yarışlarında qalib gəlib. O, həmçinin 1897-ci ildə Həvəskar İdman İttifaqı təşkil etdiyi yarışda 220 yard aşağı maneələri dəf etməklə qaçış yarışlarının qalibi olub. 1897-ci ildə Elvin Kreznlayn 300 yard aşağı maneələri dəf etməklə yarışda 36.6 saniyə göstərici ilə dünya rekordu müəyyənləşdirib.[7]
1898-ci ildə Pensilvaniya Universitetinin yüngül atletika məşqçisi Mayk Mörfi tərəfindən yeni üzv kimi çağırıldıqdan sonra, o Filadelfiyaya köçdü və elə orada da Stomatoloji Məktəbdə təhsil alaraq, 1900-cü ildə oranı bitirdi.
1897-ci ildə 220 yard məsafəyə maneələri dəf etməklə qaçış yarışlarında ilk qələbəsindən sonra, Kreznlayn hündürlüyə tullanma və maneələri dəf etməklə olan yarışların hər ikisində Həvəskar İdman İttifaqının beş və Amerika Həvəskar İdmançıların Universitetlərarası Assosiasiyasının qısa qaçış, maneələri dəf etmə və uzunluğa tullanma yarışları üzrə səkkiz titulunu qazanaraq daha da məşhurlaşıb. Filadelfiya Univeristetinin tələbəsi olan zaman Kreznlayn 120 metr hündür maneələri dəf etməklə və 220 metr aşağı maneələri dəf etməklə yarışda dünya rekordu müəyyənləşdirib.[7] Kreznlayn həmçinin 1899-cu ildə uzunluğa tullanma yarışlarında da dünya rekordunu yaradıb. O, dörd ardıcıl Amerika Həvəskar İdmançıların Universitetlərarası Assosiasiyasının titulunu qazanaraq, Pensilvaniyanın yüngül atletika komandasının liderinə çevrilib.
Kreznlayn xüsusilə, maneələri dəf etmə texnikası üçün xidmətləri olmuşdur. Belə ki, o açıq ayaqla tullanmanın müasir üsulunu (açıq və torpaqla paralel qalaraq birinci ayaq maneənin üzərindən keçir) ilə məşğul olan ilk idmançılardan idi. Bu sürəti azaltmadan maneəni dəf etmədə idmançılar üçün əhəmiyyətli inkişaf idi.
1900-cü ildə Kreznlayn Yay Olimpiya Oyunlarına İngiltərədə hazırlaşıb. O, 1900 Yay Olimpiya Oyunları başlamazdan əvvəl, Londonda Britaniyanın Həvəskar İdman Assosiasiyasının Çempionatında 120 yard maneələri dəf etmə və uzunluğa tullanma yarışlarında qələbə qazanıb. Kreznlayn ot trekində 120 yard maneələri dəf etmə yarışlarında dünya rekordunu müəyyənləşdirib.
Elvin Kreznlayn 1900 Yay Olimpiya Oyunlarının ən uğurlu idmançısı olub. Yarışlarda üç gün ərzində o, hər dəfə dünya rekordunu müəyyənləşdirərək, dörd qızıl medal qazanıb.
1900 Yay Olimpiya Oyunlarından sonra, Kreznlayn yüngül atletika yarışlarında iştirak etmədi. O, iştirak etdiyi yarışlarda altı dünya və dörd Olimpiya rekordunu müəyyənləşdirmişdi. O, Miluokiyə geri qayıtdı və stomatoloji praktika başladı. Kreznlayn həmçinin Miluoki Atletika Assosiasiyanın rəhbəri oldu. O, 1902-ci ildə Filadelfiyaya geri qayıtdı və tələbəlik vaxtlarından tanıdığı Klaudine Gilman ilə ailə həyatı qurdu. Kreznlayn Mercersburq Akademiyasında yüngül atletika üzrə məşqçisi olana kimi, yəni 1906-cı ilə qədər Filadelfiyada stomotologiya ilə məşğul olub. Onun tələbələrindən olan Ralf Kreyq 1912 Yay Olimpiya Oyunlarında 100 və 200 metr qaçış yarışlarının hər ikisində çempion olub.
1910-1913-cü illlərdə o, Miçiqan Universitetində yüngül atletika və futbol (1910-1911-ci illərdə) üzrə baş məşqçi olub.[8]
1913-cü ildə Kreznlayn 50,000 dollar müqabilində 1916-cı ildə Almaniya keçirilməli olan Yay Olimpiya Oyunlarına görə Alman Atletika komandasını hazırlamaq üçün beş illik müqavilə imzalayıb (bu birinci dünya müharibəsinin başlanması səbəbindən ləğv edilib).[9] Müharibə qurtardıqdan sonra, o Pensilvaniya Universitetinin yüngül atletika komandasının köməkçi məşqçisi olub. O həmçinin qışda Kubada Tennis və Qolf klublarında və yay düşərgələrində məşqçilik edib.
1927-ci ilin sonunda o, plevrit xəstəliyinə yoluxdu. Elvin Kreznlayn 1928-ci ilin əvvəllərində endokarditdən Uilks-Barredə vəfat edib.