Elvin Babayev

Elvin Babayev (tam adı: Elvin Əkbər oğlu Babayev; 28 fevral 2001; Gəncə, Azərbaycan2 oktyabr 2020; Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Elvin Babayev
Elvin Əkbər oğlu Babayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Ağdam, Azərbaycan
Dəfn yeri II Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Əkbər Babayev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019-2020
Rütbə Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Ağdam döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Xocavəndin azad olunmasına görə" medalı — 2020

Həyatı və hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Elvin Babayev 28 fevral 2001-ci ildə Gəncə şəhərində anadan olmuşdur.[1] 2007-ci ildə Bakı şəhərində yerləşən leytenant Kərim Kərimov adına 8 nömrəli orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 9-cu sinifdə məktəbdə gənclər arasında komandir olmuş, Nəsimi Rayonun hərbi tədbirlərində iştirak etmiş və gənclər arasında keçirilən "Şahinlər" yarışına qatılmışdır. 2019-cu ildə orta məktəbi bitirir. 2019-cu ilin iyul ayında hərbi xidmətə yollanmışdır.

İkinci Qarabağ müharibəsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun əsgəri olan Elvin Babayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Döyüşlərdə iştirak edəndə onun tərxis olunmasına 3 ay qalırdı. Elvin Babayev 2 oktyabr 2020-ci ildə Ağdam-Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Babayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.