Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zabul
Zabul vilayəti (puşt. زابل, dəri زابل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 17.343 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminlərə əsasən əhalisi 275.1 min nəfər, inzibati mərkəzi Qalat şəhəridir . Əhalisi əsasən puştunlardan ibarətdir. Vilayətdə yaşayan ən iri puştun tayfaları – puştunların Qılzay yarımqrupuna aid Toxi və Hotaki tayfası, Dürrani yarımqrupuna aid Nurzayi və Pəncabi tayfaları.
Şaqul
Şáqul – ipdən və ucuna bağlanmış yükdən ibarət olan qurğudur və düzgün vertikal vəziyyəti təyin etmək üçün bir vasitədir. Yerin cazibə qüvvəsinin təsiri altında ip daim eyni istiqamət alır. == Tarix == Şaquldan istifadə qədim Misirdə binaların tikintisində yarandığı ehtimal olunur. Üçüncü Sülalənin axır vaxtlarına aid şaqullar tapılmışdır. İngilis dilində plumb – lat. "plumbum", bu da həmin cihazın daşın yerinə qurquşunla əvəz olunması ilə izah edilir. Misirlilər E hərfinin xatırladan bir alət icad etmişdilər, E-nin yuxarı qırağından yükü, yəni şaqulu asırdılar. Aləti divara yaxın qoyaraq baxırdılar. əyər ip E-nin aşağı çıxıntısına dəyirdisə, deməli divar düz dayanıb, yəni tam vertikaldır, şaqulidir. Maraqlısı odur ki, bu faydalı alət çox güman ki əsrlər boyu unudulmuşdur və yenidən indiki zamanda qayıtdı.
Baqul Berdiyeva
Məhəmmədabad (Zabul)
Məhəmmədabad — İranın Sistan və Bəlucistan ostanının Zabul şəhristanının Şibab bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,175 nəfərdən ibarət idi.
Zabul (şəhər)
Zabul- İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Zabul şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 130,642 nəfər və 27,867 ailədən ibarət idi.Bu şəhərin əhalisi Sistani qəbiləsidir.
Zabul Qasım
Qasım İbrahim oğlu Abdullayev və ya Zabul Qasım (1873, Şuşa – 1927, Şuşa, Dağlıq Qarabağ) — xanəndə. == Həyatı == Abdullayev Qasım İbrahim oğlu 1873-cü ildə Şuşada anadan olmuşdur. O, ömrünün son illərində Şuşa musiqi məktəbində muğamatdan dərs demiş, incəsənət işçilərinin respublika həmkarlar ittifaqı şurasının sədri vəzifəsində çalışmışdır. Qasım Abdullayev 1927-ci ildə Şuşada vəfat etmişdir. == Fəaliyyəti == "Zabul" muğamını xüsusilə yaxşı ifa etdiyinə görə tanınan Qasım Abdullayev xalq arasında "Zabul Qasım" adı ilə məşhurlaşmışdı. O dövrdə, Azərbaycan xalqının məclislərində ”Segah" muğamı daha populyar idi. Lakin XIX əsrin son illərində xanəndələr “Zabul-segah”a daha çox meyl edirdilər. Bu populyarlığın əsas səbəbi tarzən Sadıqcanın tarın qoluna "Zabul" pərdəsini əlavə etməsi idi. XX əsrin əvvəllərində Zabul Qasım Bakıda bir neçə dəfə konsert vermiş və tamaşaçıların sonsuz rəğbətini qazanmışdır. Zabul Qasım ilk dəfə Bakı tamaşaçıları qarşısında 1903-cü ilin yanvar ayının 27-də H.Z.Tağıyevin teatr binasında verilən “Şərq konserti”ndə Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər və Seyid Mirbabayevlə birlikdə çıxış etmişdir.
Zabul vilayəti
Zabul vilayəti (puşt. زابل, dəri زابل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 17.343 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminlərə əsasən əhalisi 275.1 min nəfər, inzibati mərkəzi Qalat şəhəridir . Əhalisi əsasən puştunlardan ibarətdir. Vilayətdə yaşayan ən iri puştun tayfaları – puştunların Qılzay yarımqrupuna aid Toxi və Hotaki tayfası, Dürrani yarımqrupuna aid Nurzayi və Pəncabi tayfaları.
Zabul şəhristanı
Zabul şəhristanı- — İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Zabul şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 244,103 nəfər və 53,101 ailədən ibarət idi.
Şaqul xətti
Şaqul xətti - Ağırlıq qüvvəsinin təsiri üzrə olan xəttdir Şaqul xəttinin istiqaməti hər bir nöqtədə ucundan yük (ağırlıq) asılmış sapla müəyyən edilir.
Aqul dili
Ağul dili — Qafqaz dillərindən biri. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Ağul dili
Ağul dili — Qafqaz dillərindən biri. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Ağul rayonu
Ağul rayonu – Rusiya Federativ Respublikasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri . == Coğrafiyası == Rayonun sahəsi 812 km² , inzibati mərkəzi Tpiq kəndidir . == Əhalisi == 2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən rayonun bütün yaşayış məntəqələrində 23,314 nəfər əhali yaşayırdı . 2010-da isə 11,290 nəfərdir. Rayonun ərazisinə 18 yaşayış məntəqəsi var və onların hamısı kənd tipli yaşayış məntələridir . Rayonun əhalisinə görə (2002-ci il siyahıya almasına əsasən) ən iri yaşayış məntəqəsi Tpiq (2.637 nəfər) kəndidir . 1989 – cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisininin 92%-ni ağullar təşkil edir .
Azqur
Azğur (gürc. აწყური Atskuri) — Gürcüstannın Samtsxe-Cavaxeti bölgəsinin Axaltsixe bələdiyyəsində kənd. == Toponimkası == Keçmişdə Axısqa türklərinin yaşayış məntəqələrindən idi. Görkəmli ictimai xadim Ömər Faiq Nemanzadənin doğulduğu kənddir. Budaqov və Qeybullayevin fikrincə, toponim Səlcuqi oğuzlarının Yazqur tayfasının adını əks etdirir. == Kənddə doğulanlar == Ömər Faiq Nemanzadə Məmmədzəki Dursunzadə Məmmədəmin Şeyxzadə Şəfiqə Əfəndizadə Fuad Əfəndiyev valideynləri Gürcüstanın Axıska bölgəsinin Azğur kəndindən olmuşdur.
Azğur
Azğur (gürc. აწყური Atskuri) — Gürcüstannın Samtsxe-Cavaxeti bölgəsinin Axaltsixe bələdiyyəsində kənd. == Toponimkası == Keçmişdə Axısqa türklərinin yaşayış məntəqələrindən idi. Görkəmli ictimai xadim Ömər Faiq Nemanzadənin doğulduğu kənddir. Budaqov və Qeybullayevin fikrincə, toponim Səlcuqi oğuzlarının Yazqur tayfasının adını əks etdirir. == Kənddə doğulanlar == Ömər Faiq Nemanzadə Məmmədzəki Dursunzadə Məmmədəmin Şeyxzadə Şəfiqə Əfəndizadə Fuad Əfəndiyev valideynləri Gürcüstanın Axıska bölgəsinin Azğur kəndindən olmuşdur.
Ağgül
Ağçiçək (lat. Leucojum) — zanbaqçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Leucojum L. - cinsinin adı yunanca "süd kimi ağ" sözündən yaranmışdır. Bu bitkinin 10 növü Avropa və Şimali Afrikanın mülayim iqlim rayonlarında yayılmışdır. Gülçülükdə onların 2 növündən geniş istifadə olunur. Yaz ağgülü (L. vernum) enli, parlaq yarpaqlı, tək-tək, ağ, uzunsaplaqlı çiçəkləri olan çoxillik bitkidir. Çiçəyinin forması zəngiçiçəyinə bənzəyir. Bu bitkidən 1420-ci ildən gülçülükdə istifadə edilir. Yay ağgülünün (L.aestivum L.) çiçək saplağındakı çiçəklərin sayı 2-7 ədəd olub, yarpaqlarının forma və quruluşuna görə fərqlənir. Ağgüldə hər il 1-2 bala soğanaq əmələ gəlir.
Babül
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Bagel
Bagel - ABŞ, Kanada və Böyük Britaniyada geniş şəkildə istehlak edilən mayalı xəmirdən hazırlanmış qalın və halqa şəkilli çörək növü. İlk dəfə Polşada ortaya çıxdığı fərz edilən bagelin istehsalında maya, un, şəkər, duz və su istifadə edilir. Dad baxımından küncütsüz simiti xatırladır. İlk zamanlar yəhudilər tərəfindən istehlak edilən bagel, sonralar ABŞ və Kanadaya yayılmışdır. Amerikada xüsusilə, Nyu-York və Kaliforniya ştatlarında çox istehlak edilir. Simitdən fərqli olaraq suda qaynadılan bagelin küncütlü, çörəkotulu, sarımsaqlı, soğanlı, xaş-xaşlı növləri vardır.
Daquq
Daquq — İraqın Kərkük mühafazasıdə şəhər. Kərkükün cənubunda və Bağdad şossesi üzərində yerləşən Daquq şəhərinin əhalisi təxminən 50.000 nəfərdir. Mərkəzini əsasən türkmanlar təşkil edir və azlıq olaraq ərəblər də vardır.Daquqdakı türkmanlar şiə və azlığda olan ərəblər sünni məzhəbinə inanırlar. Daquq şəhərindən Qaradağdan gələn Daquq çayı keçir və Zab çayının bir qolu da keçir və bütün ərazilərin sulanmasını sağlar. İdari olaraq Daquqa 4 nahiyə bağlıdır (Tazexurmatu, Leylan, Rəşat və Geda). Daquqda çox sayda tarixi əsərlər vardır, bunların ən önəmlisi Daquq Ulu Minaresi (1600 üncü illərdə bir Osmanlı sultanı tərəfindən tikilmiş və eynisi Ərbil şəhərində inşa edilmişdir.
Davul
Davul — çəkiclər ilə çalınan böyük ikibaşlı təbil. Olduğu ölkələrdən asılı olaraq müxtəlif adlara malikdir. == Tarixi == Davul çubuqlarla səsləndirilən zərb alətidir. Onun adına «Kitabi-Dədə Qorqud» dastanında rast gəlinir. Dastanda təsvir olunan adət-ənənələr, bir sıra tarixi hadisələr III-IV əsrlərlə səsləşir. Lakin dastanın bəzi boylarının yaranması eramızdan əvvələ gedib çıxır. Elə davulun da bizim eradan əvvəl yarandığı ehtimal olunur. XIII əsrə aid «Dastani-Əhməd Hərami» poemasında da davulun adı çəkilir. Türk dünyasında davul çox zaman bayraq, xitbə, sikkə və s. məfhumlar kimi hakimiyyət rəmzi sayılıb, müqəddəs tutulub.
Fagus
Fıstıq (lat. Fagus) – fıstıqkimilər fəsiləsinə aid bitki cinsi. == Fıstıq meşələri == Azər­bay­can­da ən ge­niş ya­yı­la­nı fıs­tıq me­şə­lə­ri olub res­pub­li­ka­nın ümu­mi me­şə fon­du­nun 32 fa­i­zə qə­dər­dir. Ki­çik Qaf­qa­zın cə­nub ya­ma­cı ra­yon­la­rın­da (La­çın, Qu­bad­lı, Zən­gi­lan) və Nax­çı­van MR-dən baş­qa fıs­tıq res­pub­li­ka­nın bü­tün dağ ra­yon­la­rın­da bi­tir. Ki­çik Qaf­qa­zın cə­nub ra­yon­la­rın­da fıs­tı­ğın ya­yıl­ma­sı­na qu­ru kon­ti­nen­tal iq­lim şə­ra­i­ti ma­ne­çi­lik tö­rə­dir. Ki­çik Qaf­qaz dağ­la­rın­da fıs­tı­ğın şərq sər­hə­di Dağ­lıq Qa­ra­bağ­da Had­rud və Xo­ca­vənd ra­yon­la­rı ara­sın­da Kirs da­ğı­nın şi­mal his­sə­sin­də mü­şa­hi­də olun­du. Bö­yük Qaf­qa­zın şi­mal-şərq mak­ro­ya­ma­cın­da fıs­tı­ğın şərq sər­hə­di Ata­çay və Tığ­çay höv­zə­sin­də­dir. Bö­yük Qaf­qa­zın cə­nub ya­ma­cın­da me­şə bit­ki­si­nin, o cüm­lə­dən fıs­tı­ğın şərq sər­hə­di şi­mal mak­ro­ya­ma­ca nis­bə­tən qərb­dən ke­çir. Fıs­tı­ğın şərq sər­hə­di­nin be­lə qı­sal­ma­sı fik­ri­miz­cə cə­nub mak­ro­ya­ma­cın­da iq­li­min xey­li qu­raq ol­ma­sı­dır, bu­ra­da in­sa­nın tə­sər­rü­fat fə­a­liy­yə­ti də mü­hüm rol oy­na­mış­dır. Res­pub­li­ka­mı­zın dağ­la­rın­da müx­tə­li­fot­lu, to­pal­lı, ölü ör­tük­lü, çə­tir­yar­paq­lı, qa­ra­çöh­rə­li, su­balp, dəf­nə­gi­las­lı fıs­tıq me­şə tip­lə­ri ya­yıl­mış­dır.
Hangul
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır. == Koreya yazısı == Koreya dilində mətnlərin yazılışında istifadə olunan fonetik hərfi-hecalı yazı. Koreyada bir neçə yazı sistemindən istifadə olunmuşdur. 1444-cü ildə hökmdar Böyük Seconun təşəbbüsü ilə hazırlanmış və 1446-cı ildən dövlət əlifbası kimi (çon əlifbası adlandırılmışdır) təsdiqlənmişdir. Müasir Koreya əlifbası 40 qrafemdən ibarətdir.
Kabul
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Manul
Manul (lat. Otocolobus manul) — Pişiklər fəsiləsinin yırtıcı məməli heyvanıdır. == Ümumi məlumat == Bədənin uzunluğu təxminən 55 sm, quyruğun isə 30 sm çatır. Ölçüləri ev pişiyi boyda olsa da, görkəmcə ondan xeyli fərqlənir. Onun qolları daha qısa, bədəni daha massiv, xəzi isə sıx və uzundur. Enli və yastı başının üzərində kiçik qulaqları bir-birindən aralı şəkildə yerləşmişdir, bəzən tükün içində gizlənmiş olur. Gözlərinin qırağından sifətinin kənarı ilə uzun tüklər (baklar) nəzərə çarpır. Xəzi bəzən tutqun (çirkli-sarı-boz), bəzən isə qırmızımtıl-sarı rəngdə olur. == Yayılması == Orta və Mərkəzi Asiya, cənubi Qafqaz və qərbi İrandan başlayaraq, Baykal ətrafı, Monqolustan və şimal-qərbi Çinə qədər. Azərbaycanda, yalnız Naxçıvanda rast gəlinməsi barədə 3 - 4 fakt vardır.
Requl
Requl α Şir bürcünün ən parlaq ulduzlardan biri olan Günəşdən təxminən 79 işıq ili uzaqlıqda olan Alpha LEONIS (α LEONIS, qısaldılmış Alpha Leo, a Leo) olaraq da adlandırılır. Regulus, iki cüt şəklində təşkil dörd ulduzdan ibarət olan misilli ulduz sistemidir. Requl A açıq-mavi əsas ulduzdan və digər komponenti birbaşa müşahidə etmək olmur, ancaq ağ cırtdan olduğu təxmin edilən spektroskopik qoşa ulduzdur. Daha uzaqda yerləşən Requl B, C və D ulduzları da baş ardıcıllıq ulduzlarıdı. Requl, "Aslanın Ürəyi" olaraq da bilinər. == Terminalogiya == Α LEONIS (Alfa Leonis'e Latinceed) ulduzun Bayer adıdır. Ənənəvi adı Regulus "şahzadə" və ya "kiçik kral" kimi Latıncada qeydə alınır. Beynəlxalq Astronomiya Birlik 2016-cı ildə ulduzlar üçün uyğun adları kataloqlaşdırılması və Standartlaşdırma üçün Star Names (WGSN) üzərinə bir Əmək Qrupu təşkil etdi. WGSN'nin iyul 2016 ilk bülletenində, WGSN tərəfindən təsdiqlənən ilk iki ad siyahısı toplandı; Bu ulduz üçün Requl qeydə alındı. Bu anda IAU Ulduz Adlarının kataloquna daxil edilmişdir.