Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Camışlı
Camışlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Rayondakı Böyük Camışlı və Kiçik Camışlı kəndlərinin birləşdirilməsi əsasında yaradılmıışdır. Alagöz (Araqadz) rayonu təşkil edilənədək, yəni 15 mart 1972-ci ilə kimi Abaran rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur. Toponim camışlı türk tayfa adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qamışlı
Azərbaycanda Qamışlı (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Qamışlı (göl) — Kəlbəcər rayonunun Ağdaban kəndi yaxınlığında göl. 1400 m. yüksəklikdə yerləşir. Qamışlı — Lənkəran rayonu ərazisində çay. Gürcüstanda Qamışlı (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Ermənistanda Qamışlı (Sərdarabad) — Tarixi Azərbaycanda hazırda isə Ermənistan Respublikasına məxsus Qərbi Azərbaycanın Sərdarabad rayonunda kənd. Suriyada Qamışlı (Suriya) — Suriyada şəhər, Həsəkə mühafazasında eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi.
Zarıslı
Zarıslı — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Zarıslı kəndi Daşaltı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Zarıslı kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. == Toponimikası == Yaşayış məntəqəsi Azərbaycan şairəsi, xan qızı Xurşidbanu Natəvana (XIX əsr) məxsus kəndlərdən olmuşdur. Kəndin yaxınlığında Zarıs qalasının xarabalığı var. Mənbələrdə XIII əsrdən adı çəkilən Zarıs toponimi güman etmək olar ki, əslində Sarısudur. Monqol dilində s-z əvəzlənməsi mümkündür. Yəqin ki, monqollar bu toponimi Zarıs variantında qeydə almışlar. Kənd adı ərazisindən axan eyniadlı çayın adı ilə bağlıdır.
Qamışlıq pişiyi
Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür. == Qısa təsviri == Xarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir. Erkəklərin bədəninin uzunluğu 66 - 96 sm, dişilərin bədəninin uzunluğu 59 - 84 sm, quyruğunun uzunluğu 30 sm-ə, çəkisi 16 kq-a qədərdir. Bədəni nisbətən qısa, ayaqları uzun, qulaqlarında kiçik tükcüklər vardır. Xəzinin rəngi birrəngli kürəntəhər-qonurtəhər-boz, ayaqlarında, quyruğunda və sinəsində köndələn tünd zolaqlar var. Quyruğunun uc hissəsi qara rənglidir. Gözünün qüzehli qişası yaşımtıl-sarı rənglidir.
Qamışlıq toyuğu
Qamışlıq vələmirquşu
Qamışlıq vələmirquşu (lat. Emberiza schoeniclus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda Xəzər yarımnövü yuvalayır. Qış vaxtında isə ona daha 6 yarımnöv qoşulur. Onlardan bəzisi qışlayır, bəzisi isə yalnız uçub keçir. Qamışlıq vələmirquşunun erkəyinin başı və boğazı qara, qanadları və quyruğu qonurdur. Beli kürənimtil-boz, qonur alalıdır. Dişinin və cavanların başı bozumtuldur. Cüt-cüt və sürü ilə gəzir. Növün arealı Avropa və Asiya, qışda isə arealın cənubudur.
Böyük Camışlı
Böyük Camışlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. == Tarixi == 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuş, 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra onun tərkibinə daxil edilmişdir. Abaran çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən böyük sözü ilə camışlı türk tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4.l.1938-ci il fərmanı ilə adı dəyişdirilib Alagöz (Alaqəz) qoyulmuşdur.
Camışlı (dəqiqləşdirmə)
Camışlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Böyük Camışlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Kiçik Camışlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd.
Kiçik Camışlı
Kiçik Camışlı (ing. Malyye Dzhamushli) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. == Tarixi == İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonunun yaradılması ilə əlaqədar Alagöz (Araqadz) rayonunun inzibati-ərazi bölgüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Abaran çayının sahilində yerləşir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən kiçik sözü ilə zülqədərlərin camışlı tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qamışlı (Başkeçid)
Qamışlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 40 km cənub-şərqdə, Başkeçid yaylasında yerləşir. Kənd Ermənistanla sərhəd xəttinin 2 kilomertliyindədir. Qonşu kəndləri Səfərli, Qora, Lökcandar və Muğanlı kəndləridir. == Tarixi == 1536-cı ilə aid məxəzlərdə Borçalı bölgəsində Qamışkənd adlı yaşayış məntəqəsi qeyd olunmuşdur. Toponim qızılbaşların Komuşlu tirəsi ilə əlaqədar ola bilər. == Əhalisi == Kənddə 1728-cı ildə 16 ailə, 1870-ci ildə 30 ailədə 508 nəfər, 1926-cı ildə 72 ailədə 509 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 355 nəfər (177 nəfəri kişilər, 178 nəfəri qadınlar) əhalinin 99 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 412 nəfər əhali yaşayır.
Qamışlı (Bicar)
Qamışlı (fars. قمشلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (25 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qamışlı (Borçalı)
Qamışlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 40 km cənub-şərqdə, Başkeçid yaylasında yerləşir. Kənd Ermənistanla sərhəd xəttinin 2 kilomertliyindədir. Qonşu kəndləri Səfərli, Qora, Lökcandar və Muğanlı kəndləridir. == Tarixi == 1536-cı ilə aid məxəzlərdə Borçalı bölgəsində Qamışkənd adlı yaşayış məntəqəsi qeyd olunmuşdur. Toponim qızılbaşların Komuşlu tirəsi ilə əlaqədar ola bilər. == Əhalisi == Kənddə 1728-cı ildə 16 ailə, 1870-ci ildə 30 ailədə 508 nəfər, 1926-cı ildə 72 ailədə 509 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 355 nəfər (177 nəfəri kişilər, 178 nəfəri qadınlar) əhalinin 99 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 412 nəfər əhali yaşayır.
Qamışlı (Hurand)
Qamışlı (fars. قميشلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd.
Qamışlı (Kəlbəcər)
Qamışlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Kənd Qamışlı çayının sahilində, Dağətəyi ərazidədir. Yerli məlumata görə, keçmişdə Qaryagin qəzasinın (indiki Füzuli rayonu) Mərcanli kəndindən Qazixan adlı bir şəxsin burada binəsi olmuşdur. Sonralar onun övladları həmin yerdə daimi məskən salmışlar. Kənddəki nəsillərdən biri indi də qazixanli adlanır. Qamişlı kəndi Qamişlı çayının adi ilə adlanmışdır. Kənd yerləşdiyi ərazinin üst (yuxarı) hissəsində, ətrafında qamış bitən balaca bir göl var. Ona görə də kənd Qamışlı adlanır.
Qamışlı (Qoşaçay)
Qamışlı (fars. قميش لو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (18 ailə).
Qamışlı (Socasrud)
Qamışlı (fars. قمشلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (12 ailə).
Qamışlı (Suriya)
Əl–Qamışlı (ərəb. القامشلي‎) — Suriyada şəhər, Əl-Hasəkə mühafazəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 184.231 nəfərdir.
Qamışlı (Sərdarabad)
Qamışlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == 1590-cı ilə aid mənbədə Rəvan əyalətinin Sürməli nahiyəsində Qamışlı kəndi qeyd olunur. 1918-ci ildə kənddən əhali qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Tsartonk adlandırılmışdır. 1728-ci ilə aid mə'lumatda Kamişli kimidir . Həmin mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Kamişlu kəndinin də adı çəkilir . Rayon mərkəzindən 15 km məsafədə, Böyük Qarasu çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində işlənən qamış bitki adına -lı şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir.
Qamışlı (Urmiya)
Qamışlı (fars. قمشلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 172 nəfər yaşayır (34 ailə).
Qamışlı (Xudabəndə)
Qamışlı (fars. قمشلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (33 ailə).
Qamışlı (göl)
Qamışlı — Kəlbəcər rayonunun Ağdaban kəndi yaxınlığında göl. 1400 m. yüksəklikdə yerləşir. Şirin sulu, axarlı kiçik göldür. Mal-qara suvarmaq üçün istifadə edilir. Adını ətrafındakı qamışlıqdan almışdır.
Qamışlı (Çaroymaq)
Qamışlı (fars. قمشلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 85 nəfər yaşayır (22 ailə).
Qamışlı (Duzluca)
Qamışlı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Camışlı (Ağyaxa)
Camışlı — Türkiyənin Qars ilinin Ağyaxa ilçəsində kənd. == Tarixi == Camışlı kəndi 1927-ci ilə qədər yaşayış yeri olmayıb, Şahnalar kəndinin ərazisidir. Adını kənddən keçən Qars çayının Çamışboğan yerindən almışdır. Köhnə torpaq reyestrində heç bir ad yoxdur. 1940-cı ildə oba ikən sonradan kənd statusu almışdır. Kənddə köhnə tikililər yoxdur.
Qızılca Qamışlı (Çaroymaq)
Qızılca Qamışlı (fars. قزلجه قمشلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 123 nəfər yaşayır (24 ailə).