Qamışlıq vələmirquşu (lat. Emberiza schoeniclus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü.
Qamışlıq vələmirquşu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Qamışlıq vələmirquşu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Azərbaycanda Xəzər yarımnövü yuvalayır. Qış vaxtında isə ona daha 6 yarımnöv qoşulur. Onlardan bəzisi qışlayır, bəzisi isə yalnız uçub keçir. Qamışlıq vələmirquşunun erkəyinin başı və boğazı qara, qanadları və quyruğu qonurdur. Beli kürənimtil-boz, qonur alalıdır. Dişinin və cavanların başı bozumtuldur. Cüt-cüt və sürü ilə gəzir. Növün arealı Avropa və Asiya, qışda isə arealın cənubudur. Azərbaycan hüdudlarında yuvalama dövründə aran rayonlarının su hövzələri yaxınlığındakı qamışlıqlarda məskunlaşır. Respublikada suvarma sisteminin genişlənməsi onun da yayılmasına səbəb olur. Yuvasını yerdə və ya otun, seyrək hallarda kolların üstündə qurur. İldə 2 dəfə - mayda və iyulun əvvəllərində 4-5 bozumtul-çəhrayı, tünd naxışlı yumurta qoyur. Qışlayan populyasiyalar sentyabrın əvvəlindən uçub gəlir. Uçub keçmə zamanı hündür dağlıqlardan başqa hər yerdə rast gəlinir. Aran rayonlarında qışlamada çoxsaylı, dağətəklərində isə adi quşdur. Müxtəlif toxumlar seyrək hallarda giləmeyvə və həşəratlarla qidalanır.[3]