Kiçik Camışlı (ing. Malyye Dzhamushli) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd.[2]
Kiçik Camışlı | |
---|---|
40°41′26″ şm. e. 44°16′25″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.050 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonunun yaradılması ilə əlaqədar Alagöz (Araqadz) rayonunun inzibati-ərazi bölgüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. Abaran çayının sahilində yerləşir.
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən kiçik sözü ilə zülqədərlərin camışlı tayfa adı[4] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.