Qamışlı (Başkeçid)

Bu məqalə Başkeçid rayonunda yerləşən Qamışlı kəndi haqqındadır. Digər mənalar üçün Qamışlı səhifəsinə baxın.

QamışlıGürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir.[3]

Qamışlı kəndi
gürc. სოფელი კამიშლო (sopeli kamişlo)
კამიშლო
41°14′56″ şm. e. 44°20′38″ ş. u.
Ölkə Gürcüstan
Rayon [[Başkeçid]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.460 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 219 nəf. (2014)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (360)
Poçt indeksi 1705[2]
Xəritəni göstər/gizlə
Qamışlı kəndi gürc. სოფელი კამიშლო (sopeli kamişlo) xəritədə
Qamışlı kəndi gürc. სოფელი კამიშლო (sopeli kamişlo)
Qamışlı kəndi
gürc. სოფელი კამიშლო (sopeli kamişlo)

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 40 km cənub-şərqdə, Başkeçid yaylasında yerləşir.[4] Kənd Ermənistanla sərhəd xəttinin 2 kilomertliyindədir. Qonşu kəndləri Səfərli, Qora, LökcandarMuğanlı kəndləridir.

Tarixi[redaktə | mənbəni redaktə et]

1536-cı ilə aid məxəzlərdə Borçalı bölgəsində Qamışkənd adlı yaşayış məntəqəsi qeyd olunmuşdur.[4] Toponim qızılbaşların Komuşlu tirəsi ilə əlaqədar ola bilər.[4]

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kənddə 1728-cı ildə 16 ailə, 1870-ci ildə 30 ailədə 508 nəfər, 1926-cı ildə 72 ailədə 509 nəfər azərbaycanlı yaşayırdı.[4]

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 355 nəfər (177 nəfəri kişilər, 178 nəfəri qadınlar) əhalinin 99 %-i etnik azərbaycanlılardan ibarətdir.[5][6]

1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 412 nəfər əhali yaşayır.[3]

Təhsil[redaktə | mənbəni redaktə et]

Kənddə ilk dünyəvi məktəb 1921-ci ildə yaradılıb.[4] Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.[4]

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Qamışlı kəndinin əsas təsərrüfatçılıq sahəsi heyvandarlıqdır. Südlük-ətlik maldarlıq və ətlik qoyunçuluq geniş yayılmışdır. Kənddə sosial-iqtisadi vəziyyətin çətinliyi, infrastrukturun olmaması və coğrafi mövqeyin əlverişsizliyi ilə əlaqədar olaraq yüksək emiqrasiya mövcuddur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://census.ge/en/home.
  2. http://www.gpost.ge.
  3. 1 2 დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი Arxivləşdirilib 2014-06-22 at the Wayback Machine
  4. 1 2 3 4 5 6 Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 33 Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
  5. National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine
  6. The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005