Böyük Camışlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd.
Böyük Camışlı | |
---|---|
1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuş, 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra onun tərkibinə daxil edilmişdir. Abaran çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[1] qeyd edilmişdir.
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən böyük sözü ilə camışlı türk tayfa adı[2] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 4.l.1938-ci il fərmanı ilə adı dəyişdirilib Alagöz (Alaqəz) qoyulmuşdur.