Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Başarat
Başarat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 4 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Başarat kəndi Kiçik Həkəri çayının sağ sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin ətəyindədir. Oykonim baş (yuxarı) və arat (dincə qoyulmuş sahə) komponentlərindən düzəlib. Görünür, rayonun ərazisində bir vaxtlar Aşağı Arat adlı kənd də mövcud olmuşdur. Mənbələrin məlumatına görə, kəndin əvvəlki sakinləri XVIII əsrin sonlarında Türkiyəyə köçmüşlər. İndiki əhalisi isə XIX əsrdə yaxınlıqdakı Hürneyit kəndindən köçən ailələrdir. R-nun ərazisində eyniadlı dağ da var. XVI əsrə aid bir sənəddə Başaratbey şəxs adı da qeydə alınmışdır.
Zabrat
Zabrat — Bakının Sabunçu rayonunda qəsəbə. Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir. == Toponim == Zabrat toponiminin mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir. Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi(Zərkənd)-Zərbat-Zabrat. Zabrat toponiminin digər elmi izahını isə mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmasıdır. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar.
Zaqora
Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi. == Coğrafiya == Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir. == Toponimika == Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Mikania zamorae
Mikania zamorae (lat. Mikania zamorae) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Milan Zaqorats
Milan Zaqorats — Serbiya futbolçusu. == Karyerası == Milan Zaqorats 10 yaşından "Zemun" FK-da (Belqrad) futbol oynamağa başlayıb. 16 yaşında Belqradın BSK komandasında oynayıb. 17 yaşında Pançevo şəhərinin "Dinamo" klubu ilə müqavilə bağlayıb və 1-ci dəstədə oynayıb. 2000-2001-ci illərdə Almaniyanın ikinci dəstə təmsilçisi olan "Şvaynfurt-05" komandasının şərəfini qoruyub və klub 1-ci dəstəyə vəsiqə qazanıb. 2002-ci ildə Serbiya və Çernoqoriyanın güclülər dəstəsində oynayan OFK komandasında çıxış etməyə başlayıb. 2004/2005 mövsümündə isə Ukraynanın "Krivbass" (Krivoy Roq) klubunun müdafiəçisi olub. Bundan sonra İnter Bakının heyətində çıxış edib (2005-2010). == Uğurları == OFK-nın heyətində UEFA-nın İntertoto kuboku yarışlarında (2002-ci il) oynayıb.
Stara Zaqora
Stara Zaqora (bolq. Стара Загора) Bolqarıstan ərazisində yerləşən altıncı ən böyük şəhər və Stara Zaqora vilayətinin inzibati mərkəzidir. Şəhər mərkəzində yerləşən və dövlət tərəfindən mühafizə olunan qədim Roma abidələri bu şəhərin şanlı tarixini əks etdirir. == Tarixi == Şəhərin əsası bizim eramızdan əvvəl 342-ci ildə makedoniyalı II Filipp tərəfindən qoyulmuşdur. Roma İmperiyasının mövcudluğu ərzində imperator Trayanın şərəfinə şəhər Ulpiya Avqusta Trayana adlandırılmışdır. Mark Avrelinin hakimiyyəti illərində (161-180) şəhər inkişaf dövrünü keçirmiş və öz yerləşdiyi bölgədə Trakiya və Filippopolis şəhərlərindən sonra üçüncü ən böyük yaşayış məntəqəsi olmuşdur. Bu şəhər öz statusunu və vacibliyini Septimi Sever, Karakalla və Diokletianın hakimiyyəti dövründə də qoruyub saxlamışdır. Eramızın 250-ci ilində şəhər yaxınlığında baş vermiş Beroye döyüşü qotların qələbəsi ilə nəticələnmişdi. Çox güman ki, məhz bu hadisədən sonra regionda yerləşən digər şəhərlər kimi bu şəhərin də qala divarları iki qat artırıldı. 377-ci ildə qotlar şəhərə hücuma keçmiş və buranı talan etmişdir.
Zabrat bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zaqora (Mərakeş)
Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi. == Coğrafiya == Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir. == Toponimika == Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər.
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. == Əhalisi == Əhalisinin sayı 36 nəfərdir.
Zarat (Dəvəçi)
Zarat — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Zarat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Zarat (Siyəzən)
Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Haqqında == Kənd Azərbaycanın gözəl guşələrindən biridir. Orada yayda həddindən artıq isti, qışda isə həddindən artıq soyuq olur. Azərbaycanın məşhur Beşbarmaq dağı da bu kənddə yerləşir. == Əhalisi == Əhalisinin sayı 1410 nəfərdir (2009-cu il). == Toponimikası == Siyəzən rayonunun Çuxur-əzəmi inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar.
Zarat (İsmayıllı)
Zarat — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdimançayın sol sahilində yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc- Quba turist marşrutları kəndin yaxınlığından keçir. Kənddən Şamaxının Zarat-Xeybəri kəndinə piyada yol vardır. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Zarat kəndində 54 evdə etnik tatlardan ibarət 416 nəfər (244 nəfəri kişilər, 172 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Əhalisi 31 nəfərdir ki onunda 17 nəfəri kişi, 14 nəfəri qadındır. Kənd əhalisi heyvandarlıq, bostançılıq və arıçılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Zarat Xeybəri
Zarat Xeybəri – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir-birindən fərqləndirmək üçün artırılmışdır. 1933-cü ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634-644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur.
Zabrat Hava Limanı
Zabrat hava limanı (IATA: ZXT, ICAO: UBTT) – Bakı şəhərinin 18 kilometr şimal-şərqində, Maştağa qəsəbəsinin cənub-qərbindən 5 km kənarda yerləşən ictimai hava limanı. III sinif hava limanıdır. Limanın aerodromu E sinifdəndir. == Tarixi == Hava limanı 2008-ci ilə qədər Azərbaycan Hava Yolları Dövlət Konserninə məxsus olub. Həmin il AZAL Qapalı Səhmdar Cəmiyyətə çevrilib, Zabrat hava limanı isə özəlləşdirilərək Silk Way Holding-ə daxil olan Silk Way Helicopter Services-in tabeliyinə keçib. == Xüsusiyyətlər == Təhlükəsizliyin təminatı məqsədilə ərazinin sərhədi boyu İsrailin RB Tech şirkətinin istehsalı olan xüsusi elektron hasarlarla əhatə edilmiş və xüsusi işıqlandırma sistemi ilə təchiz edilmişdir. Sərnişinlərin uçuşa yola salınması buraxılış qabiliyyəti saatda 240 nəfər olan sərnişin və yük terminalı vasitəsilə həyata keçirilir. Terminal gəlmə və getmə zallarından, VİP, brifinq otaqlarından, yük anbarı hissəsindən, qeydiyyat duracaqları bölməsindən, 120 oturacaqlı monitorlarla təchiz edilmiş kafe hissəsi olan gözləmə zalından ibarətdir. Uçuş-eniş zolağı 40 ton yükə hesablanmışdır. Həmçinin gecə uçuşlarının həyata keçirilməsi üçün səviyyədə işiqlandırma sistemi təchiz olunmuşdur.
Şavyer Espot Zamora
Şavyer Espot Zamora (kat. Xavier Espot Zamora; 30 oktyabr 1979, Eskaldes-Enqordan[d]) — andorralı siyasətçi, Andorra Knyazlığının Baş naziri. Antoni Marti hökumətinin rəhbərliyi altında 2012-2019-cu illərdə Roza Ferrer Obiolsdan sonra Sosial İşlər, Ədliyyə və Daxili İşlər Naziri oldu. 2019-cu ildə baş tutan seçkilərdən Baş nazir postuna namizədliyini irəli sürərək 29 fevral 2019-cu ildə nazir vəzifəsindən istefa verdi. Zamora ESADE Biznes Məktəbindən hüquq ixtisası üzrə magistr dərəcəsi almışdır. Bundan əlavə, Barselonadakı Ramon Lul Universitetinin Fəlsəfə fakültəsində humanitar elmlər üzrə də təhsil almışdır.
Alfonso de Zamora
Alfonso de Zamora (isp. Alfonso de Zamora; 1474, Samora[d], Kastiliya və Leon – 1531, Samora[d], Kastiliya və Leon) – yəhudiəsilli İspaniya alimi. Bibliya tərcüməçisi olmuşdur. == Həyatı == Alfonsonun atası Xuan de Zamora 1492-ci ildə İspaniyadan sürgün olunmuş, lakin daha sonra İspaniyaya qayıtmış yəhudilərdən biri olmuşdur. Onlar 1506-cı ildə katolikliyə keçsələr də, gizli yəhudi olmağa davam etmişdirlər. Alfonso katolikliyə keçməmişdən sonra yəhudi təhsili almış və Salamanka Universitetində ivrit dili üzrə professor olmuşdur. Bu universitet Vyana Şurasının dekreti (1311–1312) əsasında ivrticə təhsil verən Avropa universitetlərindən biri idi. O, latın dilində ivrit dili qramatikası və lüğətləri yazmış, Bibliya araşdırmaları aparmış və Roma yəhudilərinə konversionist məktub (1526, Alkala-de-Enares) yazmışdır. Alfonso ilk poliqlot Bibliya olan Komplutensiya Poliqlotta üzərindəki işinə görə tanınır. O, bu Bibliya üzərində 15 il işləmişdir.