Zabrat hava limanı (IATA: ZXT, ICAO: UBTT) – Bakı şəhərinin 18 kilometr[3] şimal-şərqində, Maştağa qəsəbəsinin cənub-qərbindən 5 km kənarda yerləşən ictimai hava limanı. III sinif hava limanıdır. Limanın aerodromu E sinifdəndir.[3]
Zabrat hava limanı | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
40°29′42″ şm. e. 49°58′37″ ş. u.HGYO |
|||||||||||||||
IATA: ZXT – ICAO: UBTT | |||||||||||||||
Məlumat | |||||||||||||||
Hava limanı tipi | ictimai | ||||||||||||||
Ölkə | |||||||||||||||
Yeri | Azərbaycan | ||||||||||||||
Dəniz səviyyəsindən hündürlüyü |
92 ft / 28 m | ||||||||||||||
Xəritə | |||||||||||||||
|
|||||||||||||||
Uçuş-enmə zolaqları | |||||||||||||||
|
|||||||||||||||
Hava limanı 2008-ci ilə qədər Azərbaycan Hava Yolları Dövlət Konserninə məxsus olub. Həmin il AZAL Qapalı Səhmdar Cəmiyyətə çevrilib, Zabrat hava limanı isə özəlləşdirilərək Silk Way Holding-ə daxil olan Silk Way Helicopter Services-in tabeliyinə keçib.[4]
Təhlükəsizliyin təminatı məqsədilə ərazinin sərhədi boyu İsrailin RB Tech şirkətinin istehsalı olan xüsusi elektron hasarlarla əhatə edilmiş və xüsusi işıqlandırma sistemi ilə təchiz edilmişdir.[5]
Sərnişinlərin uçuşa yola salınması buraxılış qabiliyyəti saatda 240 nəfər olan sərnişin və yük terminalı vasitəsilə həyata keçirilir. Terminal gəlmə və getmə zallarından, VİP, brifinq otaqlarından, yük anbarı hissəsindən, qeydiyyat duracaqları bölməsindən, 120 oturacaqlı monitorlarla təchiz edilmiş kafe hissəsi olan gözləmə zalından ibarətdir.[5]
Uçuş-eniş zolağı 40 ton yükə hesablanmışdır. Həmçinin gecə uçuşlarının həyata keçirilməsi üçün səviyyədə işiqlandırma sistemi təchiz olunmuşdur. Vertolyotların qəbulunu təşkil etmək məqsədilə 12 vertolyot dayanacağı inşa edilmişdir.[5]
Zabrat hava limanında Almaniyanın BAN-2000 şirkəti tərəfindən, həm gecə vaxtı, həmçinin mürəkkəb meteo şəraitlərdə vertolyotların qəbulu və buraxılışı üçün nəzərdə tutulmuş ACAMS işıqlandırma kompleksi quraşdırılmışdır.[5]
Hava limanında aşağıdakı işıq-siqnal və radio-texnika avadanlıqları quraşdırılmışdır: Baklan-RN, Sirut-1, R-414 Bereza, ATSP-438 Sineva, işıq fanarları ZOV, ARP-80, PAR-10.[3]