Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İzmit
İzmit ― Türkiyədə şəhər. 2008-ci il məlumatına əsasən əhalisinin sayı 373 034 nəfərdir. Araşdırmalar nəticəsində məlum olub ki, insanlar İzmit və ətraflarında təxminən eramızdan əvvəl 3000-ci ildən bəri yaşayırlar. Qədim dövrlərdə İzmitin yerləşdiyi yer Bitiniya adlanan bölgədə idi. İzmitin eramızdan əvvəl 12-ci əsrə qədərki dövrləri onun qaranlıq dövrləridir. Eramızdan əvvəl 12-ci əsrdə frigiyalılar burada məskun idilər, lakin siyasi təşkilat qura bilmədiklərindən burada uzun müddət hökmranlıq edə bilmədilər. Bitiniya padşahının ölümündən sonra onun yerinə böyük oğlu Nikomed gəldi. Nikomed qarət nəticəsində indiki İzmitin yerləşdiyi bölgədə Astakozla üzbəüz yeni daha təhlükəsiz şəhər qurdu. Nikomedia adlanırdı və Bitiniyanın paytaxtı oldu. Strabonun əsərində ( Coğrafiya , XII, 52-53) Nikomediya kimi qeyd olunan şəhərin adı türk mənbələrində Harizmi Nikumudiya, Şerif el-İdrisi Nikumudiyye və İbnül-İbruziyyə kimi qeyd olunur.
İzmit körfəzi
İzmit körfəzi — Mərmərə bölgəsində Mərmərə dənizinin şərq ucunda yer alan körfəz. Şimalında qərbdən şərqə doğru; Pendik, Duzla, Darıca, Eskihisar, Gebze, Dilovası, Hərəkat, Körfəz və izmit ilə əhatə olunmuşdur. Cənubu isə, Gölməçə, Değirmendərə, Halıdərə, Qaramürsəl və Yalova qədər uzanır. İzmit körfəzinin uzunluğu 48 km, eni 2–10 km, sahəsi 300 km², ən dərin yeri 183 m-dir. Şimalında Kocaeli yaylası, Cənubunda Samanlı Dağları yer alır. == Nəqliyyat == Dəniz nəqliyyatına son dərəcə uyğun təbii bir liman halında olan körfəzdə Eskihisar-Topçular arası bərə yürüşü keçirilir. Bundan başqa, Gebze — İzmir magistralı layihəsi daxilində Dilovası-Hersek burnu arasına körfəz ətrafında nəqliyyat vasitəsi yolunun azaldılması və keçid müddətinin qısaldılması məqsədilə İzmit Körfəz körpüsü tikilib. Körfəzin ətrafında; D 100, magistral 5, magistral 4, avtomobil yolları ilə Ankara-İstanbul yüksək sürətli dəmir yolu var. == Sahillər == Körfəzin cənub sahillərində Samanlı dağlarının şimal yamaclarında şərq-qərb istiqamətli dar və dik quruluşlu bir sahil yaranmışdır. Meylin çox olduğu sahədə sürətli axan qısa boylu axar sular ərazini dərincə aşındırır.
İzmit qətliamı
İzmit qətliamı 24 iyun 1921-ci ildə baş verdi və ingilis jurnalist Arnold Cozef Toynbinin təxmininə görə 300-dən artıq sivil türk o gün öldürüldü. Arnold Cozef Toynbi hadisədən qısa bir zaman sonra şəhəri ziyarət etdi və hadisələri sənədləşdirdi. Hadisələr Türk-Yunan Savaşı (1919-1922) sırasında yunan qüvvələri şəhərdən geri çəkilərkən meydana gəldi, şəhər qarət olundu və bir hissəsi yandırıldı. 29 iyun 1921-ci ildə ingilis parlamenti yunanların geri çəkilməsini və ola biləcək zülmləri müzakirə etdi. == Arxa plan == İzmit (Qədim Nikomedia) İstanbula yaxın şimal qərbi Anadoluda bir sahil qəsəbəsidir. XIX əsrdə burada türklər, yəhudilər, yunanlar və ermənilər birgə yaşayırdılar. 1920-ci ildə ingilislər şəhərin təxminən 13.000 əhalisinin olduğunu təxmin edirdilər. Osmanlı İmperiyası I Dünya müharibəsinə qatılmış və məğlub olduqdan sonra qalib müttəfiq ölkələr arasında bölünməyə başlandı. May 1919-cu ildə İzmirə yunan ordusunun hücumu türk milliyətçi hərəkatının böyüməsi ilə nəticələndi. Nəticədə yunan ve türk milliyətçi orduları arasında savaş baş verdi.
İzmit saat qülləsi
İzmit saat qülləsi (türk. İzmit Saat Kulesi) ― Türkiyənin İzmit şəhərində yerləşən, sultan II Əbdülhəmidin Osmanlı taxtına yüksəlməsinin 25-ci ildönümünü qeyd etmək üçün vilayət valilərinə göndərilən fərman nəticəsində Osmanlı imperiyasında inşa edilən çoxsaylı saat qüllələrindən biri. Qüllə İzmit valisi Musa Kazım bəyin əmri ilə memar Vedat Tek tərəfindən dizayn edilmiş və 1902-ci ildə inşa edilmişdir. Digər mənbələr qüllənin memarının İzmitdə yaşayan erməni-osmanlı mənşəli Mihran Azaryan olduğunu iddia edir. == Memarlıq == Sultan Əbdüləzizə məxsus Hünkar köşkünün tam qarşısında dayanan neoklasik üslublu saat qülləsi 3,65m x 3,65 m ölçülərindədidr və dörd mərtəbəlidir. Birinci mərtəbədə fəvvarələr, sonuncu mərtəbədə isə saat yerləşir. İkinci mərtəbəsində balkonu olan tikilinin gövdəsində pəncərələr var. Orta mərtəbələrin dörd tərəfinin dördünün də fasadı sultan II Əbdülhəmidin möhürü ilə bəzədilmişdir. Tikilinin damı dördbucaqlı piramida formasındadır. Qüllənin təpəsindəki sivri konus qurğuşunla örtülmüşdür.Neoklasik Osmanlı memarlığı üslubunda inşa edilmiş İzmit saat qülləsində neoklasik üslub və İslam memarlığı detalları istifadə edilmişdir Saat qülləsi 20-ci əsr boyunca İzmit tarixinin ayrılmaz bir hissəsi olmuş və şəhərin simvoluna çevrilmişdir.
İzmit zəlzələsi (1999)
İzmit zəlzələsi — XX əsrin sonunda 17 avqust 1999-cu ildə Türkiyənin İzmit şəhərində baş verən zəlzələ. XX əsrin sonunda 1999-cu ildə Türkiyədə (İzmit) baş verən zəlzələnin gətirdiyi fəlakətlər daha böyük olmuşdur. Avqustun 17-də baş verən 7,6 bal gücündə zəlzələ zamanı rəsmi məlumatlara görə, 18373 adamöldü, 48901 nəfər yaralandı, 500 min nəfər isə evsiz-eşiksiz qaldı, amma əksər mənbələr zəlzələ nəticəsində azı 40 min nəfərin dünyasını dəyişdiyi və bir o qədərinin də yaralandığı qənaətindədir. Bundan əlavə, 120 min bina tamamilə dağılmışdı və onları yenidən bərpa etmək məqsədəuyğun hesab edilmədi. 50 min bina isə ciddi şəkildə zədələnmişdi. 2000 bina isə çökmüşdü. Zəlzələ nəticəsində Türkiyəyə 25 milyard dollar zərər dəydi.
Abjit
Abjit — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Abjit Balakən rayonunun Qaysa inzibati ərazi vahidində kənd. Qoyuntəpə dağının ətəyindədir. Yaşayış məntəqəsi ikinci dünya müharibəsindən sonra yaradılmışdır. Kəndin adı eyni adlı çayın adından alınmışdır. 2014-cü il məlumatına görə bu kənddə heç kim yaşamır.
İllit
Hidromikalar - minerallar, H3O, OH, H2O ilə zənginləşmiş mikalar: hidrobiotit, hidromuskovit, hidrofloqopit, illit. Hidromikalar tərkib və xassələrinə görə biotit, muskovit və vermikulitin arasında aralıq mövqe tutur. Vermikulitə nisbətən daha yaxşı köpürlər. Gillərin adi komponentləri, dəniz və kontinental çöküntülərin terrigen və autigen minerallarıdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
İprit
İprit (kimyəvi adı: dixlordietilsulfid) — İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd – qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir. Xüsusi çəkisi 1,3 q/sm3 , qaynama temperaturu 2170 °C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir. == Toksiki xassələri == İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4–24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2–3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3–5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur. Əgər iprit buxarları gözə düşərsə, 2–4 saatdan sonra gözlərin şişməsi, göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması halları baş verir. İprit buxarları tənəffüs yollarına düşdükdə 4–12 saatdan sonra zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur.
İrbit
İrbit — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir
İvrit
İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit] ( dinlə) və ya [ʕivˈrit] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.
İzmir
İzmir — Türkiyənin ən böyük üçüncü şəhəri. İzmir ilinin mərkəzində yerləşir. 2017 TÜİK məlumatlarına görə, İzmirin əhalisi 4.279.677 nəfərdir. Anadolu yarımadasının qərbində, Egey Dənizi bölgəsinin ortasında yer alan və İzmir körfəzi ətrafında yerləşən şəhər, hər il İzmir Beynəlxalq Sərgisini təşkil edən mühüm bir liman şəhəridir. Ərazisi olaraq ölkənin iyirmi üçüncü böyük ilidir. Qərbində Egey dənizi və Egey adaları, cənubunda Aydın, şimalında Balıkəsir, şərqində isə Manisa yerləşmişdir. İzmirin qərbində dənizi, çimərlikləri və termal mərkəzləri ilə məşhur olan Qaraburun yarımadası uzanır. Qədim Dünya dövrünün ən məşhur şəhərləri arasında yerləşən Efes, Roma İmperiyası dövründə dünyanın ən böyük şəhərlərindən biri idi. Bütün İoniya mədəniyyətinin zənginliklərini özündə saxlayan Efes, sıx bədii tədbirlərlə də adını eşitdirirdi. Bu məqsədlə də bu şəhərə "Gözəl İzmir", "Qədim İzmir" və ya "la Perle de l'Ionie" (İoniyanın İncisi) adlanırdı.
İznik
İznik — Bursanın ilçəsi. == Tarixi == İzniklə bağlı əfsanələrdən ən ünlüsü gözəllər gözəli Nikeya ilə bağlıdır. Əfsanəyə görə, Sakarya çayı ilə Tanrıça Kibelanın qızları olan Nikeya, heç vaxt ərə getməməyə and içir. O, meşədə yaşayır və ov edirmiş. Bir gün Himnes adlı bir çobanla qarşılaşır gözəl Nikeya. Çoban bir könüldən min könülə ona aşiq olur. Fəqət Nikeya çobana üz vermir və onu oxla vuraraq öldürür. Məhəbbət tanrısı Eros bu davranışdan çox məyus olur və Nikeyadan intiqam almaq üçün şərab tanrısı Dionisə müraciət edir. İşə baxın ki, Dionis də gözəl Nikeyanı çayda çimərkən görür və ona aşiq olur. Öz aqibətinin də çoban Himnesinki kimi olacağından qorxan Dionis, Nikeyanın su içdiyi çaya şərab qarışdırır və sərxoş olan Nikeyanı yoldan çıxarır.
İzoet
İzoet (lat. Isoetes) — bitkilər aləminin plaunofitlər şöbəsinin i̇zoetopsidlər sinfinin i̇zoetçiçəklilər dəstəsinin i̇zoetkimilər fəsiləsinə aid bitki cinsi.
İzzət
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
İƏİT
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (qısa. İƏİT, ing. Organization for Economic Co-operation and Development, OECD, fr. Organisation de coopération et de développement économiques) — demokratiya və bazar münasibətli iqtisadiyyat prinsipini qəbul edən inkişaf etmiş ölkələri birləşdirən beynəlxalq təşkilat. 36 üzv ölkəli iqtisadi təşkilat olan İƏİT 1961-ci ildə iqtisadi inkişafı və dünya ticarətini təşviq etmək üçün qurulmuşdur. Bu platformaya daxil olan ölkələr siyasi təcrübələrini qarşılaşdırır, ümumi problemlərə həll yolu tapır və təşkilata üzv olan digər ölkələrin daxili və beynəlxalq siyasətinin doğru və koordinasiyalı bir şəkildə tətbiq edilməsinə şərait yaradır. İƏİT-ə daxil olan ölkələrin əksəriyyəti çox yüksək İnsan İnkişafı İndeksinə sahib yüksək gəlirli ölkələrdir və inkişaf etmiş ölkələr olaraq qəbul edilirlər. 2017-ci ildə İƏİT-ə üzv ölkələr qlobal nominal ÜDM-nin 62,2%-ni ($49.6 trilyard), alıcılıq qabiliyyəti üzrə qlobal ÜDM-nin 42,8%-ni ($54.2 trilyard) özündə cəmləşdirirdi. Təşkilat rəsmi BMT müşahidəçisidir. İƏİT 1948-ci ildə Robert Marcolinin rəhbərliyi altında Marşal planının (hansı ki, bu plan SSRİ və onun peyk dövlətləri tərəfindən rədd edilmişdi) idarə olunmasına kömək etmək üçün Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı (AİƏT) adı ilə təsis edildi.
Abjit çayı
Abjitçay — Azərbaycan Respublikasının Balakən rayonu ərazisində çay. == Toponimikası == Abjitçay Qanıxçayın qoludur. Bəzi tədqiqatçıların fikrincə, çayın adı İran mənşəli ab (su, çay) və jət (qatran) sözlərindən ibarət olub "qatranlı çay" mənasındadır. Qədim türk yazılı abidələrində xristianların xeyir-dua mərasimi "abijik/abişik" adlanır. Ehtimal olunur ki, abjit sözü rayonun ərazisində tarixi məlum olmayan qədim məbəd və ibadətgahla bağlıdır.
Aslı Iskıt
Aslı İskit (d. 7 dekabr 1993) — Türkiyəni təmsil edən həndbolçu. Aslı İskit, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Aslı İskit, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Aslı İskit
Aslı İskit (d. 7 dekabr 1993) — Türkiyəni təmsil edən həndbolçu. Aslı İskit, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Aslı İskit, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Badra İrgit
Badra Üjüneyoğlu İrgit (Tuva türkcəsi: Бадра Үжүней-оглу Иргит, d. 10 fevral 1919 – 4 avqust 1984) - Tandı Tuva ölkəsi, Ambın kojununda (indiki Tes-Hem bölgəsi) Çırqalandında anadan olmuşdur. Tuva türklərindən olan yazıçı, nasir. İlk tuvalı uşaq yazıçısı olan Badra İrgit XX əsr Tuva ədəbiyyatının ən böyük nümayəndələrindən hesab edilir.. Tuva Arat Respublikasının Yazıçılar Birliyinin ilk üzvlərindən biridir. == Həyatı == İrgit 10 fevral 1910-cı ildə Tandı Tuva Ambın vilayətində Çırqalandı adlı yerdə anadan olmuşdur. Oxuma-yazmanı Samaqalday Buda düşüncəsi məbədində öyrənmişdir. Kiçik yaşlardan etibarən xarratlıq, əkinçilik etmişdir. 1929-cu ildə Tıvanın inqilab ordusunda xidmət etmişdir. Arat İnqilab Ordsuunun Kiçik Komandanlar Məktəbini bitirib, Moskvanın Frunze adına Hərb Akademiyasında və Sovet Partiya Məktəbində təhsil almışdır.
Badra İtgit
Badra Üjüneyoğlu İrgit (Tuva türkcəsi: Бадра Үжүней-оглу Иргит, d. 10 fevral 1919 – 4 avqust 1984) - Tandı Tuva ölkəsi, Ambın kojununda (indiki Tes-Hem bölgəsi) Çırqalandında anadan olmuşdur. Tuva türklərindən olan yazıçı, nasir. İlk tuvalı uşaq yazıçısı olan Badra İrgit XX əsr Tuva ədəbiyyatının ən böyük nümayəndələrindən hesab edilir.. Tuva Arat Respublikasının Yazıçılar Birliyinin ilk üzvlərindən biridir. == Həyatı == İrgit 10 fevral 1910-cı ildə Tandı Tuva Ambın vilayətində Çırqalandı adlı yerdə anadan olmuşdur. Oxuma-yazmanı Samaqalday Buda düşüncəsi məbədində öyrənmişdir. Kiçik yaşlardan etibarən xarratlıq, əkinçilik etmişdir. 1929-cu ildə Tıvanın inqilab ordusunda xidmət etmişdir. Arat İnqilab Ordsuunun Kiçik Komandanlar Məktəbini bitirib, Moskvanın Frunze adına Hərb Akademiyasında və Sovet Partiya Məktəbində təhsil almışdır.
Bayındır (İzmir)
Bayındır (türk. Bayındır) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 50 km-dir. İlçənin şimalında Kamalpaşa, qərbində Torbalı, cənubunda Tirə, şərqində Ödəmiş ilçələri, şimal-şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 548 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 40,414 nəfərdir.
Bəydağ (İzmir)
Bəydağ (türk. Beydağ) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 102 km-dir. İlçənin qərbində və şimal-qərbində Ödəmiş, şimal-şərqində və şərqində Kiraz ilçeleri, cənubunda isə Aydın ili yerləşir. İlçənin sahəsi 172 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 12,340 nəfərdir.
Hörmət-izzət
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Kamalpaşa (İzmir)
Kamalpaşa (türk. Kemalpaşa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində Bornova və Buca, cənubunda Torbalı və Bayındır ilçələri, şimalında və şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 681 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 107,556 nəfərdir.
Karaburun (İzmir)
Qaraburun (türk. Karaburun) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 60 km-dir. İlçənin cənubunda Urla ilçəsi; qərbində, şimalında və şərqində Egey dənizi yerləşir. İlçənin sahəsi 421 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 10,759 nəfərdir.