Badra Üjüneyoğlu İrgit (Tuva türkcəsi: Бадра Үжүней-оглу Иргит, d. 10 fevral 1919 – 4 avqust 1984) - Tandı Tuva ölkəsi, Ambın kojununda (indiki Tes-Hem bölgəsi) Çırqalandında anadan olmuşdur. Tuva türklərindən olan yazıçı, nasir. İlk tuvalı uşaq yazıçısı olan Badra İrgit XX əsr Tuva ədəbiyyatının ən böyük nümayəndələrindən hesab edilir.. Tuva Arat Respublikasının Yazıçılar Birliyinin ilk üzvlərindən biridir.[1]
Badra İtgit | |
---|---|
Бадра Үжүней-оглу Иргит | |
Doğum tarixi | |
Doğum yeri | Tıva Xalq Respublikası |
Vəfat tarixi | (65 yaşında) |
Fəaliyyəti | yazıçı |
İrgit 10 fevral 1910-cı ildə Tandı Tuva Ambın vilayətində Çırqalandı adlı yerdə anadan olmuşdur. Oxuma-yazmanı Samaqalday Buda düşüncəsi məbədində öyrənmişdir. Kiçik yaşlardan etibarən xarratlıq, əkinçilik etmişdir. 1929-cu ildə Tıvanın inqilab ordusunda xidmət etmişdir. Arat İnqilab Ordsuunun Kiçik Komandanlar Məktəbini bitirib, Moskvanın Frunze adına Hərb Akademiyasında və Sovet Partiya Məktəbində təhsil almışdır. 1932-ci ildə Tuva Arat Respublikasında sovet rus dövlətinə qarşı üsyan edən basmaçılara qatılmışdır.
Daha sonra işçi-inqilabçı gənclərinin birliyində Mərkəz Komitəsinin baş katibliyində işləmişdir: 1941-1942-ci illərdə Tıva Arat Respublikasının Nazirlər Şurası içində mədəniyyət komitəsinin rəhbərliyinə, 1942-1943-cü illərdə Tuva Arat Respublikasının Monqolustana göndərilən səlahiyyətli səfiri olmuşdur.[2] Tıva Sovet Sosialist Respublikalar İttifaqına qatıldıqdan sonra Sİ Kommunist Partiyası Tuba Oblast Komitəsinin katibliyində çalışmışdır. 1950-1960-cı illərdə Şaqaan-Arıq, Arıq-Bajı, Eylig-Hem, Tes-Hem məktəblərində müəllmilik və idarəçilik etmişdir. 1967-ci ildən başlayıb Qızıl şəhər bələdiyyəsində şöbəsinin rəhbərliyini etmişdir. Tuva Respublikasının bir çox dövlət mükafatına layiq görülmüşdür.
Badra İrgit yazıçılıq işinə 1932-ci ildən başlamışdır. 1940-cı illərdə şerləri, ədəbi yazıları “Şın”, “Areve şını”, “Hostug arat”, qəzetlərində və “Revolustun hereli” jurnalında yayımlanmışdır. Onun yazmış olduğu romanlar bunlardır:
“Arzılan Küderek” adlı romanının ilk kitabını yazıçının oğlu olan yazıçı İqor İrgit 1996-cı ildə yayımlaya bilmişdir. 1976-cı ildə “Aldın-Mıyıs” adlı nağıllar kitabı nəşr edilmişdir.[3]