Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antares
Əqrəb bürcünün α ulduzu. Yerdən uzaqlığı dəyişkəndir. Tipik "Qoşa Ulduzdur". Bu ulduz səmada 15-ci ən parlaq ulduzlardan biridir, qırmızı rəngi ilə seçilir. Bu ulduz çox nəhəng olub təxmini diametri 400 milyon km-dir. Yay günlərində Azərbaycandan görünür. Spektral sinfi M1, işıqlıq sinfi isə Iab qırmızı ifratnəhəng olan Antares bilinən ən böyük ulduzlardan biridir. Bu, ən yaxın OB dərnəyinin (Scorpius-CENTAURUS Association) ən işıqlı, ən böyük və ən inkişaf etmiş ulduz üzvüdür. Antares, Scorpius-CENTAURUS Association'ın üst Scorpius alt qrupunun bir üzvüdür və təxminən 145 ps (470 i.i.) məsafədəki 11 milyon illik ortalama minlərlə ulduz ehtiva etməkdədir. Kütləsi 15-18 Günəş kütləsi qədər, radiusu isə 883 Günəş radiusuna bərabər olması düşünülməkdədir.
Inertes
Dəvəquşukimilər (lat. Struthioniformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Dəvəquşukimilər dəstəsinə təkcə bir növ — müasir dəvəquş daxildir. O, Afrikada yarımsəhra və bozqızlarda yaşayır. El arasında ona Afrika dəvəquşu deyilir. Ukraynada, İranda, Monqolustanda və Çində qazıntı halında tapılır. Afrika dəvəquşu 100 kq olur. O, uça bilmir, lakin bərk qaçır.Qanad sümükləri qısalmış, körpücük sümükləri isə reduksiya etmişdir, döş sümüyündə til yoxdur. Arxa ətraflarında ancaq iki barmaq qalmışdır. Dərisinin hər yeri lələkdir (lələksiz hissəsi yoxdur).
Internet
İnternet (internus — daxili və inter — arasında; Internet — şəbəkə) — TCP/IP protokolu istifadə edərək müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış kompüter şəbəkələrinin qlobal sistemi, şəbəkəsidir. Bu qlobal şəbəkəyə bir birilə optik, elektron, wifi və digər vasitələr ilə qlobal və ya lokal şəkildə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s. şəbəkələr daxildir. "İnternet" sözü ilk dəfə olaraq 1990-cı ildə kəşf olunub. 1994-cü ildə ilk dəfə olaraq İnternetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb. Müasir dövrdə İnterneti aşağıdakı kimi xarakterizə etmək olar: hökumət təsisatları, universitetlər, şirkətlər və multimedia formasında (mətndən tutmuş videotəsvirə və səslərə kimi) elektron xidmətləri təklif edən digər təşkilatları – çoxsaylı şəbəkələri birləşdirən nəhəng ümumdünya elektron şəbəkəsi; kompüter rabitə kanalı; tutumlu ixtisaslaşmış informasiya serverlərinə çıxışı mümkün edən və elektron poçtu təmin edən qlobal kompüter şəbəkəsi; bütün dünyada milyonlarla kompüteri vahid informasiya sisiteminə birləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli və b. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal kompüter şəbəkəsi. Məsələn, internet səhifələrində yer alan materiallar, internetə qoşulmaq, internet vasitəsilə məktublaşmaq. 1958-ci ildə SSRİ-nin kosmosa ilk süni peyki buraxması ABŞ-ni müasir texnologiyaların inkişafını sürətləndirməyə sövq etdi. Bu məqsədlə yaradılmış xüsusi tədqiqat agentliyi olan DARPA yerüstü məlumat ötürülməsinin sürətləndirilməsi yönündə tədqiqatlara başladı.
Internews
Internews bütün dünyada açıq kütləvi informasiya vasitələrinin inkişafına yardım edən beynəlxalq humanitar təşkilatdır. Bu təşkilat demokratiyanın yenicə meydana gəldiyi ölkələrdə müstəqil kütləvi informasiya vasitələrinə dəstək məqsədilə yenilikçi radio və televiziya proqramları hazırlayır, mətbuata yardım göstərir, habelə ölkə daxilində və ölkələrarası münaqişələrin azaldılması üçün açıq internet sistemini xüsusi vasitiə kimi inkişaf etdirir. Təşkilat baş qərargahı Amerika Birləşmiş Ştatları Kaliforniya ştatının Arkata şəhərində yerləşməklə dünyanın 30 ölkəsində fəaliyyət göstərməkdədir.
Pinterest
Pinterest — hər növ şəkillərin paylaşıldığı və panoram sistemi vasitəsi ilə çalışan internet vebsaytıdır. Bu şəbəkə 2009-cu ilin dekabr ayında Ben Silbermann, Evan Sharp və Paul Sciarra tərəfindən yaradılmışdır.Bir il müddətində aparıcı sosial şəbəkələr siyahısında öz yerini alan vebsayt, qısa zaman ərzində daha böyük platformalarda təmsil olunmuşdur. Təqribən 70 milyona yaxın istifadəçiyə malikdir.Onların əksəriyyətini qadın istifadəçilər təşkil edir. Pinterest istifadəçilərinin 80%-i qadındır. == İstifadə qaydaları == Pinterest öz istifadəçilərinə müxtəlif kateqoriyalara aid fotolar və videolar paylaşmaq imkanı verir. Bunlara birlikdə pin adı verilir. Digər istifadəçilər paylaşılan pinləri bəyənə, bir başqa yoldaşı ilə paylaşa və təkrarən "iynələyə" (öz profilində reshare edə) bilər. Pinterest həm də qeydiyyatdan keçdikdə biznes hesabı da verir ki, onun vasitəsilə Pinterestlərin nə qədər adam tərəfindən izləndiyini və nə qədər populyar olduğunu izləyib görülən işləri analiz etmək olar.
İnterAz
International Azerbaijan Television və ya qısaca İnterAz — 2002-ci ildə Rusiyada yayıma başlayan, Rusiyanın ilk azərbaycandilli televiziya kanalıdır. == Tarixçə == İnterAz 2002-ci ildən yayımlanıb və Rusiya ərazisində Azərbaycan dilində yayımlanan ilk telekanaldır. Telekanal 2007–ci ildə Rusiya Federal Vergi Xidmətinin rayonlararası müfəttişliyində qeydiyyata alınıb, eləcə də kütləvi kommunikasiyalar və mədəni irsin mühafizəsi sahəsində qanunvericiliyə nəzarət Federal Xidmətindən teleproqramların hazırlanmasına dair ЭЛ № ФС 77–22625 şəhadətnaməsini alıb. Telekanal Azərbaycan və rus dillərində proqramlar yayımlayır. Rusiyanın aparıcı telekanalları ilə yaxın əlaqəyə malikdir. Telekanalın baş ofisi Moskvada yerləşir. Bakıda isə rəsmi nümayəndəliyi fəaliyyət göstərir. İnterAz kanalı 75-ci dərəcədə yerləşən LMİ-1 (ABS-1) peyki vasitəsilə həyata keçirdiyi açıq yayımla Rusiya və MDB ölkələri daxil olmaqla bütün Avrasiya və Şimali Afrikanı əhatə edir. Rusiyada yaşayan izləyicilər peyk antennalarından başqa, Raduqa operatoru və yerli kabel şəbəbkələri vasitasilə kanalı seyr edə bilərlər. 2001-ci ildən İnterAz televiziyasına rəhbərlik etmiş jurnalist Saleh Xudiyev 2016-cı ildə Bakıda vəfat edib.
İnterfeys
İnterfeys (ing. interface) — iki elementin qarşılıqlı təsirini təmin edən qovuşma nöqtəsi. Hesablama texnikasında çeşidli interfeyslər ən müxtəlif səviyyələrdə gerçəkləşdirilib: proqramlarla səmərəli işləməyə imkan verən ən aşkar qrafik istifadəçi interfeyslərindən (GUI) tutmuş, qurğularla kompüterin komponentlərinin qarşılıqlı ələqəsini təmin edən, çox zaman görünməz olan, ancaq çox gərəkli aparat vasitələri interfeyslərinədək. İstifadəçi interfeysləri istifadəçinin kompüterlə səmərəli "ünsiyyətini" təmin edən qrafik təsvir sistemlərindən, komandalardan, sorğulardan və s. ibarət olur. == Növləri == İstifadəçi interfeysinin üç əsas növü vardır (onların bir-birini inkar etməsi vacib deyil): Komanda sətri interfeysi (COMMAND-LINE INTERFACE), məsələn, MS-DOS əməliyyat sistemində A:> və ya C:>) istifadəçini komandanı daxil etməyə "dəvət edir". Çağdaş tətbiqi proqramların əksəriyyətində istifadə olunan menyu sisteminə əsaslanan interfeys istifadəçiyə lazım olan komandanı siyahıdan ya müəyyən klavişləri basmaqla, ya da siçan vasitəsilə seçməyi təklif edir. Qrafik istifadəçi interfeysi (GRAPHICAL USER INTERFACE), "pəncərə" sistemləri adlandırılan (proqramları, sənədləri və digər elementləri pəncərə şəklində göstərən) sistemlərin vacib özəlliyidir; sistemin elementlərini simgələr (ICON) kimi göstərməklə bəzi ənənəvi üsullardan və məcazlardan (məsələn, iş masası və onun aksessuarlarından) istifadə edir. Proqram təminatının daha "dərin" səviyyələrində digər interfeys növləri də, məsələn, tətbiqi proqramın konkret əməliyyat sistemi ilə işləməsini təmin edən interfeys vardır; daha dərinlikdə isə əməliyyat sisteminin işini kompüterin aparaturası ilə korrelyasıya etməyə imkan verən interfeys mövcuddur. Kompüterin aparat vasitələrində interfeys dedikdə, lövhələr (kartlar), bağlayıcılar (CONNECTORS) və xarici qurğuları kompüterlə birləşdirən başqa qurğular nəzərdə tutulur.
İnterreks
İnterreks(lat. interrex — çararası) — Qədim Romada fövqəladə magistratura. Adından göründüyü kimi çar dövründən formalaşmış bir vəzifə olub, varis olmadıqda ən yaşlı on senattor arasından püşkatma yolu ilə 5 gün müddətinə seçilir. O, müddət bitənə qədər (5 gün) komisiya çağıraraq yeni çarın seçilməsini təmin etməli idi. Əgər o, buna 5 gün ərzində nail ola bilmirdisə dərhal səlahiyyətlərini təhvil verməli idi. Belə olan halda yeni interreks seçilirdi. Namizəd on yaşlı senatorlarla razılaşdırıldıqdan sonra senatda elan edilir və onun seçilməsi üçün komisiya çağrılırdı.
İnterseks
İnterseks, interseksuallıq (lat. inter — arasında и lat. sexus — cins) — növlərin fərdlərində kişi və qadın cinsi və fiziki xüsusiyyətlərə malik olan orqanizmin qarışımını ifadə edən termin. "İnterseks" termini XX əsrin əvvəllərində bioloq Rixard Qoldşmidt tərəfindən təqdim edilmişdir. Bu termin altında geniş mənada interseksuallıq anormal hermafroditizmlə sinonimdir, yəni normal iki ayrıcinsli orqanizmlərdə həm kişi, həm də qadın xüsusiyyətlərinin olması deməkdir. Üstəlik, bu əlamətlər bədənin eyni hissələrində görünür. Beləliklə, Qoldşmidt interseksuallıq və mozaik kinandromorfizm arasında fərq qoydu (baxmayaraq ki, başqa elm adamları bunu interseksuallıq kimi təsnif edə bilər). Bu mənada interseksuallıq anormal hermafroditizmin xüsusi halıdır. Hal-hazırda "interseks" termini interseks-əlamətləri olan bir qrup insanı təsvir etmək üçün geniş istifadə olunur. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının broşurasına əsasən, interseksual şəxs “kişi və qadının stereotipik ikili sisteminə uyğun gəlməyən cinsi xüsusiyyətlərlə (genitaliya, cinsiyyət orqanları və xromosom nümunələri daxil olmaqla) doğulmuş şəxsdir." Broşürada həmçinin deyilir ki, “interseks təbiətdə rast gəlinən geniş spektrli anatomik variasiyaları özündə birləşdirən çətir termindir”.
Alexa Internet
Alexa Internet — San-Fransiskoda yerləşən veb-trafik təhlili şirkəti. Amazonun törəmə şirkəti idi. Alexa 1996-cı ildə müstəqil şirkət kimi yaradılıb və 1999-cu ildə Amazon tərəfindən 250 milyon dollara satın alınıb. Alexa 30 milyondan çox veb-saytda veb-trafik məlumatları, qlobal reytinqlər və digər məlumatları təqdim edirdi. Alexa, brauzer uzantılarından istifadə edən milyonlarla İnternet istifadəçisi, eləcə də Alexa skripti quraşdırmağı seçmiş saytlar əsasında veb-sayt trafikini təxmin edir. 2020-ci ilə kimi onun veb-saytını hər ay 400 milyondan çox insan ziyarət edib. 2021-ci ilin dekabrında Amazon, Alexa İnternet törəmə şirkətini bağlayacağını açıqladı. Daha sonra xidmət 1 may 2022-ci ildə dayandırıldı. == Tarixi == === 1996–1999 === Alexa Internet 1996-cı ilin aprelində Brewster Kahle və Bruce Gilliat tərəfindən təsis edilib. Şirkətin adı Ptolemey Misirindəki İsgəndəriyyə kitabxanasına hörmət əlaməti olaraq seçilmişdir və bu, qədim dünyanın ən böyük bilik anbarı ilə internetin oxşar bilik anbarına çevrilmə potensialı arasında paralellik yaradır.
Azərbaycanda internet
Azərbaycanda internet — ölkənin Qafqaz regionu üçün informasiya və kommunikasiya texnologiyaları mərkəzinə çevrilməsinə dair milli strategiya ilə dəstəklənir. Azərbaycan hökuməti telekomunikasiya və İKT sektorunu inkişaf etdirməyə kömək etmək üçün xarici yardımı cəlb etməyə çalışır. 2013-cü ildə əhalinin 85%-nin internet istifadəçisi olduğu iddia edilərkən, xidmət təminatçısı Baktelekom, Bakının Dövlət Bayrağı Meydanı, Bulvar, İçərişəhər, Mərkəz, Sahil, Sabir, Səməd Vurğun parkları, Qış Parkı, həmçinin Port Baku Residence, Port Baku Mall və Heydər Əliyev Mərkəzinin ətrafındakı park kimi bir neçə nöqtəsində pulsuz Wi-Fi zonaları təmin etdi. == Azərbaycanda internetin inkişafı == Azərbaycanda İnternet 1993-cü ildən inkişaf etməyə başlamışdır. İlk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradılmış, ilk dövlət orqanının saytı isə Azərbaycan Respublikası Prezidentinin saytı olmuşdur və 1997-ci ildə yaradılmışdır. 1993-cü ildən yüksək səviyyəli milli AZ domeninin inzibatçılığı həyata keçirilir. İlk günündən İnternetin inkişafı əsasən özəl sektor tərəfindən aparılır. 2000-ci ilədək İnternet Xidmət Provayderlərin (İSP) fəaliyyəti xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilirdi, lakin 2000-ci ildə lisenziyalaşdırma ləğv edilmişdir. Bunun sayəsində hazırda ölkədə İSP kimi xidmət göstərmək istəyən hər bir fiziki və hüquqi şəxs sərbəst olaraq fəaliyyətə başlaya bilər. Hazırda ölkədə 40-dək İSP fəaliyyət göstərir və onlardan yalnız 3-ü (Aztelekomnet, Bakinternet və Azdatakom) dövlət qurumudur.
Internet Archive
İnternet arxivi (ing. Internet Archive) — 1996-cı ildə San-Fransiskoda Bryuster Keyl tərəfindən əsası qoyulmuş qeyri-kommersiya təşkilatı. Arxiv, veb-səhifələrin surətlərini, qrafik materialları, video və audioyazıları, proqram təminatını toplayır. Arxiv, toplanmış materialın uzunmüddətli arxivləşdirilməsini və geniş oxucu kütləsi üçün öz məlumat bazalarına pulsuz giriş hüququ təmin edir. Arxivin bəyan edilmiş məqsədləri — internet texnologiyaları dövründə bəşəriyyətin mədəni-tarixi dəyərlərini qorumaq, elektron kitabxananın yaradılması və dəstəklənməsidir. 2012-ci ilin oktyabrında Arxivdə toplanan materialların ölçüsü 10 petabayta çatdı. 2014-cü ilin oktyabrına olan məlumata görə, Arxivdə 430 milyard veb-səhifə toplanıb. Arxivin serveri San-Fransiskoda, güzgü serverləri Yeni İsgəndəriyyə kitabxanasında və Amsterdamda yerləşir. 2007-ci ildən Arxiv hüquqi olaraq kitabxana statusuna malikdir.
Internet Exploler
Windows Internet Explorer ya da köhnə adıyla Microsoft Internet Explorer — Microsoft tərəfindən inkişaf etdirilən bir veb brauzer. Microsoft Windows və Mac OS distributivləri vardır, digər tərəfdən Mac OS versiyası artıq inkişaf etdirilməkdədir. Microsoft Windows ilə birlikdə ön qurğulu olaraq gələn İnternet Explorerin Windowsa bütün gəlməsindən dolayı skaner bazarının böyük bir hissəsini (təxminən% 60) əlində tutduğu təxmin edilməkdədir. Windows Vista ilə birlikdə adı Windows İnternet Explorer olaraq dəyişdirildi. == Problemlər == İnternet Explorerin yaşadığı ən böyük problem internet dünyası tərəfindən qoyulan standartlara uyğun gəlməməsi və öz standartlarını saxlamasıdır. Internet Explorer 7-də də bu problem davam etməkdədir. Ancaq Internet Explorer 9 üçün işlər zamanı Microsoft W3C-ə uyğun etməkdədir və standartlara uyğunlaşma probleminin böyük ölçüdə aradan qaldırılması gözlənilir. İnternet Explorerə bu qədər çox texnologiyanın bu qədər sürətli əlavə olunması, təhlükəsizlik ilə əlaqədar problemlər yaratdı. Porno və hack saytları başda olmaqla bir çox sayt İnternet Explorerin köhnə versiyalarındakı açıqları istifadə edərək kompüterlərə öz-özünə proqramlar yükləyə bilirdi. Təhlükəsizlik problemləri hələ də tam olaraq həll edilə bilmədi.
Internet Explorer
Windows Internet Explorer ya da köhnə adıyla Microsoft Internet Explorer — Microsoft tərəfindən inkişaf etdirilən bir veb brauzer. Microsoft Windows və Mac OS distributivləri vardır, digər tərəfdən Mac OS versiyası artıq inkişaf etdirilməkdədir. Microsoft Windows ilə birlikdə ön qurğulu olaraq gələn İnternet Explorerin Windowsa bütün gəlməsindən dolayı skaner bazarının böyük bir hissəsini (təxminən% 60) əlində tutduğu təxmin edilməkdədir. Windows Vista ilə birlikdə adı Windows İnternet Explorer olaraq dəyişdirildi. == Problemlər == İnternet Explorerin yaşadığı ən böyük problem internet dünyası tərəfindən qoyulan standartlara uyğun gəlməməsi və öz standartlarını saxlamasıdır. Internet Explorer 7-də də bu problem davam etməkdədir. Ancaq Internet Explorer 9 üçün işlər zamanı Microsoft W3C-ə uyğun etməkdədir və standartlara uyğunlaşma probleminin böyük ölçüdə aradan qaldırılması gözlənilir. İnternet Explorerə bu qədər çox texnologiyanın bu qədər sürətli əlavə olunması, təhlükəsizlik ilə əlaqədar problemlər yaratdı. Porno və hack saytları başda olmaqla bir çox sayt İnternet Explorerin köhnə versiyalarındakı açıqları istifadə edərək kompüterlərə öz-özünə proqramlar yükləyə bilirdi. Təhlükəsizlik problemləri hələ də tam olaraq həll edilə bilmədi.
Internet TLD
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. == Domenlərin tipləri == Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər; Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. == Ölkə İnternet Domen Kodlarının siyahısı == .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: Türkiyə .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
Samsung Internet
Samsung Internet — Android əməliyyat sistemi üçün mobil veb brauzer. İlkin versiyaları Samsung mobil telefonları və tabletləri üçün nəzərdə tutulsa da hazırda bir çox Android qurğularını dəstəkləyir. Render aparatı açıq-kodlu Chromium əsasında hazırlanıb və Samsung şirkətinin Web Service Group-u tərəfindən bir çox təkmilləşdirmələr edilib. 2016-cı ildə 400 milyondan çox aktiv istifadəçisi olmuşdur. 2018-ci il May ayındakı hesablamalara görə dünya brauzer payında 4.98%-lik yer tutur. == İmkanları == Məzmun bloklama genişlənməsi Gear VR və DeX inteqrasiyası. KNOX İmkanı Open Tabs və Bookmark Sinxronizasiyası Oxucu rejimi Səhifələrin yadda saxlanması “Məxfi rejim” və biometrik autentikasiya.
Tor (internet)
Tor (ing. The Onion Router) internetdə senzuradan yayınma alətlərindən biridir. O, istifadəçilərə onlayn məxfiliklərini qorumaq üçün yaradılıb, bu alət vasitəsilə internet istifadəçilərinin məlumatlarının veb saytlar və onlayn cəsuslar tərəfindən ələ keçirilməsi çətinləşdirilir. Tor istifadəçilərə imkan yaradır ki, məxfiliklərini təmin etməklə bərabər internetə daxil olduqları ərazidə baxılmasına qadağa qoyulmuş məlumatlara çıxış əldə etsinlər. Tor istifadəçilərin internet bağlantısını və məlumatlarını bir sistem vasitəsilə yönəldir, bu sistem təsadüfi seçilmiş relelərdən ibarətdir. Bu, təmin edir ki, istifadəçilərin məlumatlarının istəmədikləri insanlar tərəfindən əldə edilməsi demək olar ki, qeyri-mümkün olsun. Bildirişlərə görə, Azərbaycanda TOR-un saytı rəsmi olaraq bloklanmışdır Tor, şəbəkə - (ing. grid, rus. сетка, решетка) - düzbucaq altında kəsişən iki xətlər qrupu. Məsələn, elektron cədvəl sətirlər və sütunlar şəklində olan tordan ibarətdir; displeyin ekranı şaquli və üfüqi nöqtələrin (piksellərin) torudur.
Türkmənistanda internet
Türkmənistanda internet — Türkmənistandakı istifadəçilər üçün nəzərdə tutulan internet şəbəkəsinin bir hissəsidir. Türkmənistanda internet azadlığının vəziyyəti dünyanın bir çox dövlətləri ilə müqayisədə göstəricisi aşağı səviyyədədir. == Tarixi == Saparmurat Niyazov (Türkmənbaşı) dövründə internet qeyri-rəsmi olaraq qadağan edildi. Aşqabaddakı ilk İnternet provayderi Türkmənistan şirkəti Türkməntelecom tərəfindən yaradılmışdır. Prezident Qurbanqulu Berdiməhəmmədovun seçilməsindən sonra internet sürətlə inkişaf etməyə başladı. Bu münasibətlə Berdiməhəmmədov televiziya çıxışında demişdir: 17 fevral 2007-ci ildə Aşqabadda iki internet kafe fəaliyyətə başladı. Bir saatlıq internet istifadəsi 4 avrodan bir qədər az oldu. Bütün ali təhsil müəssisələrinin və tədqiqat institutlarının tələbələri və əməkdaşları, Türkmənistan Mərkəzi Elmi Kitabxanasının oxucuları internetdən pulsuz istifadə edə bilirlər. 2013-cü ildə məhdudiyyətsiz internet tarifləri yaradıldı, Türkməntelecom-un xidmətlərinin ümumi dəyəri azaldı, mobil operator Altın Asır 4G LTE şəbəkəsini təqdim etdi. == Dövlət nəzarəti == YouTube, Facebook, Twitter, Live Journal, kremlin.ru, VKontakte kimi tanınmış saytlar, lenta.ru, russian.rt.com kimi xəbər saytları, habelə WhatsApp, WeChat, Viber kimi messencerlərindən istifadə olunur.
Çat (internet)
Onlayn çat və ya onlayn söhbət (ing. online chat) — mətn mesajlarının göndəricidən alıcıya İnternet üzərindən real vaxt rejimində ötürən kommunikasiya. Digər iştirakçıların tez cavab verməsini təmin etmək üçün söhbət mesajları əsasən qısa olur. Bu sayədə danışığa bənzər bir hiss yaranır ki, bu da söhbəti İnternet forumları və e-poçt kimi digər mətn əsaslı onlayn kommunikasiyadan fərqləndirir. Onlayn çat nöqtədən nöqtəyə kommunikasiya üçün, birdən çox alıcıya məlumat göndərmək və səs və video çat üçün nəzərdə tutula bilər. Veb konfrans xidmətinin bir funksiyası da ola bilər. Daha sadə izahla, onlayn söhbət ilk növbədə hər hansı birbaşa mətn əsaslı və ya video əsaslı (Vebkamera), ani mesajlaşma, IRC, talker, çox istifadəçili zindan və ya onlayn oyunlardakı təkbətək və ya qrup söhbəti ola bilər. Onlayn söhbət ifadəsi "qeyri-rəsmi söhbət" mənasını verən chat sözündən gəlir. Onlayn söhbətə müvadiq veb əsaslı proqramlar daxildir. Veb konfrans daha spesifik onlayn xidmətdir və tez-tez xidmət kimi satılır və satıcı tərəfindən idarə olunan veb serverdə yerləşdirilir.
İlteriş xaqan
Qutluq İltəriş xaqan —İkinci Göytürk xaqanlığının ilk xaqanı. İllig xaqanın nəslindən gəlirdi. Əsl adı Qutluqdur. == Həyatı == Doğum adı "Qutluq"dur. II Göytürk xaqanlığını qurduqdan sonra ona "İltəriş" (eli toplayan) adı verilmişdir. 681-ci ildə Uyğurlara hücum edərək onların yerini tutmuş, 17 sərkərdə ilə birlikdə 5000 əsgər toplamış və Çinə qarşı müharibəyə başlamışdı. 679-cu ildə üsyana qalxmış olan Aşide Yuançjeni məğlub etmişdi. İlk işi Çinin tərəfini tutan türklərə hücum etmək olan İltəriş 7 oğuz tayfasını məğlub etmişdi. Daha sonra Aşide Yuançjen də onun tərəfinə keçmişdi. 683-cü ildə Çin valisi Van Demeunu edam edərək hakimiyyətini elan etmiş, knyaz Qui Yuan onları saxlaya bilsə də, İlterişin orduları döyüşlərdə Çinə ağır zərbələr vurmuşdu.
İltəriş xaqan
Qutluq İltəriş xaqan —İkinci Göytürk xaqanlığının ilk xaqanı. İllig xaqanın nəslindən gəlirdi. Əsl adı Qutluqdur. == Həyatı == Doğum adı "Qutluq"dur. II Göytürk xaqanlığını qurduqdan sonra ona "İltəriş" (eli toplayan) adı verilmişdir. 681-ci ildə Uyğurlara hücum edərək onların yerini tutmuş, 17 sərkərdə ilə birlikdə 5000 əsgər toplamış və Çinə qarşı müharibəyə başlamışdı. 679-cu ildə üsyana qalxmış olan Aşide Yuançjeni məğlub etmişdi. İlk işi Çinin tərəfini tutan türklərə hücum etmək olan İltəriş 7 oğuz tayfasını məğlub etmişdi. Daha sonra Aşide Yuançjen də onun tərəfinə keçmişdi. 683-cü ildə Çin valisi Van Demeunu edam edərək hakimiyyətini elan etmiş, knyaz Qui Yuan onları saxlaya bilsə də, İlterişin orduları döyüşlərdə Çinə ağır zərbələr vurmuşdu.
İnterAz TV
International Azerbaijan Television və ya qısaca İnterAz — 2002-ci ildə Rusiyada yayıma başlayan, Rusiyanın ilk azərbaycandilli televiziya kanalıdır. == Tarixçə == İnterAz 2002-ci ildən yayımlanıb və Rusiya ərazisində Azərbaycan dilində yayımlanan ilk telekanaldır. Telekanal 2007–ci ildə Rusiya Federal Vergi Xidmətinin rayonlararası müfəttişliyində qeydiyyata alınıb, eləcə də kütləvi kommunikasiyalar və mədəni irsin mühafizəsi sahəsində qanunvericiliyə nəzarət Federal Xidmətindən teleproqramların hazırlanmasına dair ЭЛ № ФС 77–22625 şəhadətnaməsini alıb. Telekanal Azərbaycan və rus dillərində proqramlar yayımlayır. Rusiyanın aparıcı telekanalları ilə yaxın əlaqəyə malikdir. Telekanalın baş ofisi Moskvada yerləşir. Bakıda isə rəsmi nümayəndəliyi fəaliyyət göstərir. İnterAz kanalı 75-ci dərəcədə yerləşən LMİ-1 (ABS-1) peyki vasitəsilə həyata keçirdiyi açıq yayımla Rusiya və MDB ölkələri daxil olmaqla bütün Avrasiya və Şimali Afrikanı əhatə edir. Rusiyada yaşayan izləyicilər peyk antennalarından başqa, Raduqa operatoru və yerli kabel şəbəbkələri vasitasilə kanalı seyr edə bilərlər. 2001-ci ildən İnterAz televiziyasına rəhbərlik etmiş jurnalist Saleh Xudiyev 2016-cı ildə Bakıda vəfat edib.
İnternet iqtisadiyyatı
İnternet iqtisadiyyatı — sistemli şəkildə təşkil olunmuş, İnternet vasitəsilə iqtisadi agentlər arasında qarşılıqlı əlaqə əsasında qurulmuş çoxsəviyyəli strukturdur. Geniş mənada, İnternet iqtisadiyyatı – məhsuldar qüvvələrin inkişafının yeni bir mərhələsi olub, İnternetin cəmiyyət həyatında, iqtisadiyyatda rolunun artması, ÜDM-də İnternet məhsullarının və xidmətlərinin payının artması, insanların effektiv qarşılıqlı əlaqəsini, dünya informasiya resurslarına əlyetərliliyi, İnternet məhsullarına və xidmətlərinə sosial və şəxsi tələbatı təmin edən qlobal İnternet məkanının yaradılması ilə xarakterizə olunan iqtisadi fəaliyyət sferasıdır. Beləliklə, İnternet iqtisadiyyatı elektron iqtisadiyyatın inkişafının nəticəsidir. Buna uyğun olaraq, İnternet iqtisadiyyatının elementləri elektron iqtisadiyyatın bütün sistemlərinin inkişafına öz töhfəsini verir. İnternet iqtisadiyyatı - İnternetdəki iqtisadi agentlər arasında təşkilatlanmış çoxsəviyyəli strukturların qarşılıqlı əlaqə şəbəkəsini nəzərdə tutur. Bu münasibətlər özündə yeni informasiya texnologiyalarının və informasiya məhsullarının yaradılmasını, telekommunikasiya və provayder xidmətlərinin göstərilməsini, elektron biznesi, elektron bazarları, elektron birjaları, İnternetbankinqi, teleişi və s. əks etdirir. == İnternet iqtisadiyyatı üçün 12 qayda == Amerika alimi K.Kelli İnternet iqtisadiyyatı üçün 12 qayda işləyib hazırlamışdır: 1. Rabitə qanunu: əgər qovşaqların sayı N ədədi olaraq artırsa, onda əlaqələrin sayı NxN-ə bərabər olur. 2.
İnternet kafe
İnternet kafe (ing. Internet cafe ~ ru. Интернет-кафе ~ tr.İnternet kafe) – İnternetdən istifadə imkanı verən ictimai müəssisə. Adətən, İnternet-kafedə qəlyanaltı etmək, kofe (yaxud başqa içkilər) içmək, söhbətləşmək olar. Bəzi müəssisələrdə İnternetdən istifadə pulsuzdur və giriş qiymətinə daxil edilir. Evdə İnternetə çıxışı olan fərdi kompüteri olmayanlar, yaxud özgə şəhərdə olan və evə məktub yazmaq istəyənlər üçün İnternet kafelər çox əlverişlidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnternet protokolu
İnternet protokolu və ya IP protokolu (ing. Internet Protocol) – İnternet qovşaqları (NODE) arasında məlumatların ötürülməsinə və yönləndirilməsinə (marşrutlanmasına) cavabdeh olan şəbəkə səviyyəli protokol (TCP/IP protokollarının bir hissəsi). RFC 791 sənədlərində təsvir olunub. Verilənlərin uc sistemlər və yönləndiricilər (ROUTER) arasında ötürülən paketlərə bölünmə qaydalarını müəyyən edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.