Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konstantin Knijnikov
Konstantin Lvoviç Knijnikov (rus. Константин Львович Книжников; 20 may 1883, Staraya Kriuşa[d], Voronej quberniyası[d] – 1 noyabr 1952, Bakı) — sovet opera müğənnisi (dramatik bariton), professor, Azərbaycan SSR xalq artisti (1940). == Həyatı == Konstantin Knijnikov 20 may 1883-cü ildə Voronej quberniyasının Staraya Kriuşa kəndində anadan olmuşdur. Təhsilini Moskva Universitetində və Moskvada A. Şpigelin Teatr Studiyasında almışdır. Səhnə fəaliyyətinə 1912-ci ildə Sankt-Peterburqda başlamış, həmin ildən 1916-cı ilədək buradakı musiqili dram teatrının solisti olmuşdur. 1916–1929-cu illərdə SSRİ-nin müxtəlif teatrlarında fəaliyyət göstərmişdir. 1929–1946-cı illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. Konstantin Knijnikov səhnədə 1946-cı ilədək çıxış etmişdir. O, ömrünün sonunadək pedaqoji fəaliyyət göstərərək bir sıra elmi əsərlər yazmış və 1948-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının professoru olmuşdur. Müğənni 1 noyabr 1952-ci ildə Bakıda vəfat etmişdir.
Snejnik (plato)
Snejnik (sloven. Snežnik) — Sloveniya ərazisində, Dinar öndağlığı ərazisində yerləşən, təxminən 85 km² ərazini əhatə edən geniş karst yaylası. == Coğrafi təsviri == Snejnik əsasən təbaşir və yura dövründən qalma əhəng daşlarından və yuxarı hissədə az miqdarda dolomitdən ibarətdir. Son buz dövrü zamanı səthi kəskin dəyişmişdir. Relyefi bir qayda olaraq düzdür, lakin çoxsaylı quru dərələrə, 300-ə yaxın mağaraya sahibdir. Səthi əsasən qayalıqdır. Yayla Adriatik dənizindən cəmi 28 km məsafədə olduğundan burada yağıntının miqdarı ildə 3000 millimetrə qədərdir. Qışda qarla örtülüdür. Yaylasın karst təbiətinə görə üzərində səthi su axını yoxdur. Yaylada bir keçid ilə ayrılmış iki zirvə vardsır.
Klinik psixologiya
Klinik psixologiya şəxsin zehni, funksional və emosional əskikliklərini araşdıran psixologiya sahəsidir. Psixoterapiya metodlarından mütəmadi olaraq istifadə edən klinik psixologiya, tədqiqat, tədris və proqram inkişafı ilə əlaqəli mövzuları əhatə edir. Klinik psixologiya bir ixtisas sahəsi olaraq, fərdlər, eləcə də ailələr və fəqrli irqlərə mənsub cəmiyyət həyatının qarşılaşdığı problemləri həll etməyə çalışır. Ümumi olaraq klinik psixologiya problemləri test və ya müsahibə üsulları vasitəsilə qiymətləndirmək, diaqnoz qoymaq, həll yollarını tapmaq məqsədilə müdaxilə etmək və elmi tədqiqat sahələrini əhatə edir. Yəni, burada təhsil, tədris və məsləhət metodları ilə yanaşı, ciddi psixopatoloji müdaxilə və elmi tədqiqat sahələrindən də istifadə olunur. Bu fəaliyyətləri idarə edən şəxslər psixiatriya sahəsi üzrə müəxəssislər və klinik psixoloqlardır. == Klinik psixoloq == Türkiyədə 2014-ci ildə çıxan 1219 saylı Qanun və 29007 saylı İdarəçiliklə Səhiyyə Nazirliyinə bağlı olaraq klinik psixologiya sahəsində çalışacaq peşə mənsubları və fəaliyyətləri təyin olunmuşdur. Bu qanunla ilk dəfə olaraq psixoloq və klinik psixooqların vəzifə sahələri aydın şəkildə müəyyənləşdirilmişdir. Rəsmi qazetdə yayımlanan İdarəçilikdə "Klinik psixoloq" obyektiv ölçü vasitələri, müşahidə və müsahibə üsullarından istifadə edərək psixoloji qiymətləndirmə ilə beynəlxalq diaqnoz və təsnifat sistemlərində xəstəlik olaraq qəbul edilməyən və Səhiyyə Nazirliyinin də uyğun hesab etdiyi hallarda psixoterapiya prosedurlarını həyata keçirir. Xəstəlik olaraq qəbul edilən vəziyyətlərdə isə mütəxəssis həkimin diaqnozuna və müalicə üçün istiqamətləndirməsinə uyğun olaraq psixoterapiya metodlarını tətbiq edir.
Klinik ölüm
Klinik ölüm - insanın bir müddət ölüm halına oxşar hala düşməsidir. Ürək dayandıqdan beyin qabığı ölənə qədər keçən vaxt klinik ölüm adlanır. Bu termin qan dövranının və nəfəs almağın dayanmasını ifadə edir ki, bu iki meyar insanların və bir çox digər orqanizmin həyatını davam etdirmək üçün zəruridir. Ölüm klinik və bioloji olmaqla 2 mərhələyə bölünür. Belə ki, orqanizmdə oksigen çatışmazlığına ən az davamlı beyin qabığıdır. Ürək fəaliyyəti və tənəffüs dayandıqdan sonra 2-3 dəqiqə ərzində beyin qabığı məhv olur. Xüsusi hallarda - bədən çox soyudulduqda və ya uşaqlarda bu müddət 10-15 dəqiqəyə qədər uzana bilər. Bu vaxt ərzində xəstənin ürək fəaliyyətini bərpa etmək mümkün olsa onu yenidən həyata qaytarmaq da mümkündür. Beyin qabığı məhv olduqdan sonra klinik ölüm bioloji ölümə keçir. Klinik ölüm vəziyyətinə hər birimiz şahid ola bilərik.
Nijniy Lomov
Nijniy Lomov — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Nijniy Taqil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nijnıy (ada)
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Nijnıy adası
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Kinik məktəbi
Kiniklər, siniklər (yun. κῠνικοί – it, lat. cynici) — ən tanınmış sokratçı məktəbinin ardıcılları olmuşdurlar. == Təlimləri == Kiniklərin fikrincə müdriklik nəzəri biliklər deyil, xeyrin nə olduğunun dərk edilməsidir. Həqiqi xeyir hər bir şəxsə ayrı-ayrılıqda aid edilə bilər. Ərdəmli (insanın müsbət keyfiyyətlərinin toplusu, xeyrə yönəlməsi və o xeyrin həyata keçirilməsidir) həyatın məqsədi bir məqamdır, yəni məmnunluq halıdır. Bu hala çatmağın şərti hər bir asılılıqdan (o cümlədən ailədən, əmlakdan) azad olmaqdır. Ona görə də kiniklər abidliyi, sadə həyat yaşamağı təbliğ etmişdirlər. Hətta onlardan bəziləri bir çox ehtiyac və tələbatlarını inkar edib onları rədd edirdilər. Onlar adətlərə və dini ayinlərə istehza ilə yanaşırdılar.
Nijni-Novqorod
Nijni Novqorod (rus. Нижний Новгород) — Rusiyada şəhər, Nijeqorod vilayətinin mərkəzi. 1932–1990-cı illərdə yazıçı Maksim Qorki şərəfinə Qorki (rus. Горький) adlanırdı. 1,3-milyonluq əhalisi olan Nijni Novqorod Rusiyanın beşinci ən iri şəhəridir. == Tarixi == Nijni Novqorod 1221-ci ildə böyük knyaz II Yuri Vsevolodoviç tərəfindən salınıb. Nijni-Novqorod Suzdal Rusunun forpost-qalası kimi onun şərq sərhəddində meydana gəldi və sonra Volqa boyu diyarlara istiqamətlənən müstəmləkəçilik tədbirlərinə dayaq məntəqəsi olaraq xidmət edirdi. Vladimir-Suzdal knyazı Yuri Dolqoroki (Dolqoroki – onun ləqəbidir, yəni "əliuzun", təcavüzkar) Oka çayının Volqaya töküldüyü yerdə yerli Mordva tatarlarınının Çul Kala kəndini tutdu və mordva tatar ölkəsinə qarşı 1221-ci ildə burada Nijni-Novqorod qalasını tikdirdi. O bu kəndi Novqorod Velikidən fərqləndirmək üçün onu Nijni-Novqorod (Aşağı yeni şəhər) adlandırdı. Lev Qumilyev bu şəhərin tarixi barədə yazırdı: XIII əsrdə Volqa hələ rus çayı deyildi.
Nijni Novqorod

Nijni Tagil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Kotic Medi-Klinik
Cottage Medi-Clinic – Namibiyanın Svakopmund şəhərində yerləşən özəl xəstəxana. 1984-cü ildə Rössinq kottec xəstəxanası kimi qurulmuşdur. Hazırda Medi-Clinic şirkətinə aiddir. Xəstəxananın 70 ədəd çarpayısı var.
Mərkəzi Klinik Xəstəxana
Mərkəzi Klinik Xəstəxana — 1960-cı ildə inşa edilərək 300 çarpayılıq Səhiyyə Nazirliyinin 1 nömrəli Klinik Xəstəxanası adı ilə fəaliyyətə başlamışdır. 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərancamı ilə Mərkəzi Klinik Xəstəxananın rekonstruksiyasına başlanmışdır. 2001-ci ilin iyun ayından Mərkəzi Klinik Xəstəxana adı ilə müasir səhiyyə sisteminin bütün faktor və meyarlarını özündə əks etdirən, beynəlxalq standartlara cavab verən, yüksək səviyyəli xəstəxana olaraq fəaliyyətə başlamışdır. Mərkəzi Klinik Xəstəxana 3 blok, 4 şöbə (poliklinika, diaqnostika, stasionar, təcili yardım), 97 yataq, 4 əməliyyatxana, 12 yataqlı reanimasiya və intensiv terapiya bölmələrindən ibarətdir. Xəstə yataq otaqları 1 nəfərlik, 2 nəfərlik, CİP-VİP xüsusiyyətlidir. Xəstəxanada 105 həkim, 250-yə yaxın tibb bacısı və kiçik tibb işçiləri və inzibati personal da daxil olmaqla 600 personal fəaliyyət göstərir.
Nijni Novqorod metropoliteni
Nijni Novqorod Metropoliteni — Rusiyanın Nijni Novqorod nəqliyyat vasitəsi. 20 noyabr 1985-ci ildə açıldı. Moskva və Sankt-Peterburq metrosundan sonra 3-cü yeri tutur. Metro iki xətdən ibarətdir: Avtozavodskaya və Sormovskaya. 15 stansiyası var. "Moskovskaya" stansiyası köçürmə stansiyasıdır. Bir anda 2 cərgə və 4 cığır var. Keçmiş Sovet İttifaqının ən böyük stansiyasıdır. Bu stansiyadan dəmir yolu stansiyasına və ya şəhər qatarına keçə bilərsiniz. Son açıq metro stansiyası "Strelka".
Nijni Novqorod metrosu

Nijni Novqorod stadionu
Nijni Novqorod stadionu – Rusiyanın Nijni Novqorod şəhərində yerləşən stadiondur. Həmçinin, 2018 FİFA Dünya Kubokunun bəzi oyunlarına ev sahibliyi etmişdir. Tamaşaçı tutumu 44899 nəfərdir. == Əsas faktlar == 2018 FİFA Dünya Kuboku üçün tikilən yeni stadion Spit (Strelki) adı ilə tanınan ərazidə tikilmişdir. Bundan əlavə ərazi iki böyük çayın: Volqa və Oka çaylarının qovuşduğu hissədə yerləşir. Memarlar Volqa regionunda əsas hava elementləri olan su və küləkdən təsirlənərək stadionu göy, mavi və ağ rənglərinin qarışığından olan bir rəng üslubu ilə klassik tərzdə tikdilər. Stadionun ətrafında olan kolonnadalar işıqlandırıcılarla gecələr stadionu aydınladır. Stadionun görünüşü dairə formada sütunlardan ibarət olan kolonnada şəklindədir. Stadionun üç əsas mərtəbəsi və iki asma qatı var. Layihənin əhatə etdiyi ərazi 127500 m²-dır.
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası
N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universiteti
Milli Tədqiqat N. İ. Lobaçevski adına Qorki Dövlət Universiteti (ННГУ) — Rusiyanın Nijeqorod vilayətinin ən böyük ali məktəbi, Rusiyanın milli tədqiqat universitetlərindən biri. Rusiyanın 100 aparıcı universitetinin rəqabət qabiləyyətinin yüksəldilməsi üçün proqramına daxildir.