Nijni Novqorod stadionu

Nijni Novqorod stadionu Rusiyanın Nijni Novqorod şəhərində yerləşən stadiondur. Həmçinin, 2018 FİFA Dünya Kubokunun bəzi oyunlarına ev sahibliyi etmişdir. Tamaşaçı tutumu 44899 nəfərdir.[2]

Nijni Novqorod stadionu
Стадион Нижний Новгород
Xəritə
Yeri Nijni Novqorod, Rusiya
Təməli qoyulub 2015
Tikilib 2018
Tikinti xərcləri 17,9 milyard
Sahibi Nijni Novqorod
Tamaşaçı tutumu 44899 (rəsmən)
43319 (2018 FİFA Dünya Kuboku)[1]
Ev sahibi komanda Nijni Novqorod FK
Meydançanın ölçüləri 105 x 68 m
Ot örtüyü GrassMaster (hibrid ot)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2018 FİFA Dünya Kuboku üçün tikilən yeni stadion Spit (Strelki) adı ilə tanınan ərazidə tikilmişdir. Bundan əlavə ərazi iki böyük çayın: VolqaOka çaylarının qovuşduğu hissədə yerləşir. Memarlar Volqa regionunda əsas hava elementləri olan su və küləkdən təsirlənərək stadionu göy, mavi və ağ rənglərinin qarışığından olan bir rəng üslubu ilə klassik tərzdə tikdilər. Stadionun ətrafında olan kolonnadalar işıqlandırıcılarla gecələr stadionu aydınladır. Stadionun görünüşü dairə formada sütunlardan ibarət olan kolonnada şəklindədir. Stadionun üç əsas mərtəbəsi və iki asma qatı var.

Layihənin əhatə etdiyi ərazi 127500 m²-dır.[3]

Nijni Novqorod FK bu stadionda öz ev oyunlarını keçirir. Stadion "Strelka" metro stansiyasının yanında yerləşir.

2014-cü ilin sonunda Rusiya İdman Nazirliyi OAO Stroytransgaz şirkəti ilə stadionun tikintisi üçün 16,7 milyard rublluq müqavilə imzaladı. Stadiona çəkilən bütün xərc isə tikintiyə və dizayna çəkilən əlavə xərclər də nəzərə alınaraq 17,9 milyard rubl oldu..[4]

Stadionun tikinti işləri 2015-ci ildə başlandı.

2015-ci ilin sonuna doğru, JSC Stroytransgaz öz ana fəaliyyətini genişləndirdi.

2016-cı ildə bəzi əsas işlər tamamlandı – stadionun bütün mərtəbələri və üst platforması tikildi. İnşaatçılar mühəndislik sistemləri qurmağa başladılar. 2016-cı ilin sonunda şirkət tribunaların üzərindəki metal konstruksiyaları inşa etdi və ərazinin 50 %-indən çoxunu əhatə edən dəstək halqasını da tikdi. Həmin il həm də, stadionun dam örtüyü, fasadı və stadionun ot örtüyü və zəmini tikildi. İşlər yavaş-yavaş yekunlaşırdı.[5][6] Territory improvement and commissioning will be carried out.

Müqavilənin qaydalarına görə işlər 2017-ci ilin dekabrında başa çatmalı idi.

2018 FİFA Dünya Kuboku zamanı

[redaktə | mənbəni redaktə et]
Tarix Saat Komanda #1 Nəticə Komanda #2 Mərhələ Tamaşaçı sayı
18 iyun 2018 15:00  İsveç 1–0  Cənubi Koreya F qrupu 42300[7]
21 iyun 2018 20:00  Argentina 0–3  Xorvatiya D qrupu 43319[8]
24 iyun 2018 15:00  İngiltərə 6–1  Panama G qrupu 43319[9]
27 iyun 2018 21:00 İsveçrə İsveçrə 2–2  Kosta-Rika E qrupu 43319[10]
1 iyul 2018 21:00  Xorvatiya 1–1 (3–2 pen.)  Danimarka 1/8 Final 40851[11]
6 iyul 2018 17:00  Uruqvay 0–2  Fransa 1/4 Final 43319[12]

Turnirdən sonra

[redaktə | mənbəni redaktə et]

Stadion multifuksional şəkildə tikilib. Stadionda şoular, konsertlər və digər mədəni tədbirlər keçirilə bilər. Bu idman kompleksinin lobbisi sərgilər və expolar keçirməyə də imkan verir. Arenanın meydançalarına park, futzal meydançaları və tennis kortları daxildir.

  1. "Nizhny Novgorod Stadium". FIFA. 2018-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2018.
  2. "Russia 2018 Fifa World Cup: artist's impressions of stadiums". 7 dekabr 2010. 2018-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22 – www.telegraph.co.uk vasitəsilə.
  3. Стадион на 45000 зрительских мест к Чемпионату мира по футболу в Нижнем Новгороде.
  4. Стадион на 45000 зрительских мест к Чемпионату мира по футболу в Нижнем Новгороде
  5. На «Стадионе Нижний Новгород» началась подготовка к устройству витражей
  6. Видео со строительства стадиона "Нижний Новгород" 28 January 2017
  7. "Matç hesabatı – F qrupu – İsveç - Cənubi Koreya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 18 iyun 2018. 2018-06-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyun 2018.
  8. "Matç hesabatı – D qrupu – Argentina - Xorvatiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 21 iyun 2018. 2018-06-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 iyun 2018.
  9. "Matç hesabatı – G qrupu – İngiltərə - Panama" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 24 iyun 2018. 2018-06-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 iyun 2018.
  10. "Matç hesabatı – E qrupu – İsveçrə - Kosta-Rika" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 27 iyun 2018. 2018-06-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 iyun 2018.
  11. "Matç hesabatı – 1/8 Final – Xorvatiya - Danimarka" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 1 iyul 2018. 2018-09-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 iyul 2018.
  12. "Matç hesabatı – 1/4 Final – Uruqvay - Fransa" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 6 iyul 2018. 2018-07-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 iyul 2018.