M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası — 1961-ci ildən fəaliyyətə başlamışdır. Respublika Klinik xəstəxanası əsasən respublika tabeçiliyində olan şəhərlərin və kənd rayonlarının əhalisinə və tibb müəssisələrinə çoxprofilli, ixtisaslaşmış, stasionar, konsultativ, planlı yardım göstərməklə yanaşı Respublika Səhiyyə Nazirliyinin təşkilatı-metodiki işlərinin bazası olub, respublika müalicə-profilaktika idarələrinin təşkilatı-metodiki işlərinə köməklik etməyə borclu olan aparıcı tibb müəssisələrindən biridir. Respublika Klinik Xəstəxanası eyni zamanda tibbi kadr hazırlayan Azərbaycan Tibb Universitetinin və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun, 1 saylı tibb texnikumu və 2 saylı tibb texnikumunun tədris bazasıdır. İcbari tibbi sığortanın tətbiqi ilə Respublika Uşaq Klinik Xəstəxanası 2021-ci il 28 may tarixində Respublika Klinik Xəstəxanasının nəzdinə verilmişdir.[1]

Respublika Klinik Xəstəxanası
Respublika Klinik Xəstəxana

1-ci korpus girişi

Map
Əsası qoyulub 1961
Tip Xəstəxana
Direktor Elviz Qasımov
Şəhər Bakı Bakı
Ölkə
Ünvan Bakı, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 762 AZ1012
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xəstəxananın müalicə şöbələrində tibbi təhsil müəssisələrinin 11 kafedrası, o cümlədən Azərbaycan Tibb Universiteti üzrə; urologiya, cərrahi xəstəliklər və farmakoterapiya kafedraları;[2] Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitunun 2-ci terapiya, nefrologiya, nevrologiyafizioterapiya, mama-ginekologiya, rentgenologiya, hematologiya, anestaziologiya-reanimasiya, üz-çənə cərrahiyəsi və otorinolarinqologiya kafedraları fəaliyyət göstərir.[3]

Göstərilən kafedra, laboratoriya və mərkəzlərdə 121 elmi işçi, o cümlədən 16 professor, 30 dosent, 35 assistent və digər işçilər elmi və tədris işləri ilə yanaşı xəstələrin diaqnostika və müalicəsində xəstəxana personalı ilə birlikdə fəaliyyət göstərirlər. Bunlardan başqa nefrologiya, nevrologiya şöbələri müvafiq profillər, hematologiya şöbəsi ilə hemofiliya xəstəliyi üzrə mərkəz statusuna malikdir.

Şöbələrin sayı — 44
Kabinetlərin sayı — 3
Bölmələrin sayı — 27
Korpusların sayı — 3
Çarpayı sayı — 1035

Tibbi personal ilə bağlı[redaktə | mənbəni redaktə et]

Həkim — 370> Orta tibb işçisi — 643
Kiçik tibb işçisi — 357
Digər — 270
Rezidentlər — 20
Professorlar — 13
Dosentlər — 21

Şöbə, bölmə və kabinetlər haqqında[redaktə | mənbəni redaktə et]

  • Nefrologiya şöbəsi — 40 çarpayı
  • Kardiologiya — 45 çarpayı
  • 1-ci Hemodializ şöbəsi — 30 çarpayı
  • 2-ci Hemodializ şöbəsi — 50 çarpayı
  • 1-ci sinir xəstəlikləri şöbəsi — 50 çarpayı
  • 2-ci sinir xəstəlikləri şöbəsi — 50 çarpayı
  • Endokrinologiya şöbəsi — 75 çarpayı
  • Allerqologiya şöbəsi — 20 çarpayı
  • Anesteziologiya,reanimasiya və intensiv terapiya şöbəsi(I)
  • Otorinolarinqologiya şöbəsi — 20 çarpayı
  • Qastroentrologiya şöbəsi — 25 çarpayı
  • Urologiya şöbəsi — 40 çarpayı
  • Hematologiya — 50 çarpayı
  • Oftalmologiya — 20 çarpayı
  • Üz-çənə cərrahiyyəsi — 30 çarpayı
  • Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi(II) — 25 çarpayı
  • Mərkəzi Sterilizasiya
  • 1-ci Cərrahiyyə şöbəsi — 50 çarpayı
  • 2-ci Cərrahiyyə şöbəsi — 50 çarpayı
  • Proktologiya — 30 çarpayı
  • Travmatologiya və ortopediya şöbəsi — 40 çarpayı
  • Ginekologiya şöbəsi — 40 çarpayı
  • Doğum şöbəsi — 95 çarpayı
  • Uşaq şöbəsi I — 45 çarpayı
  • Uşaq şöbəsi II — 40 çarpayı
  • Laboratoriya şöbəsi
  • Uşaq Kardiologiya — 40 çarpayı
  • Uşaq Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi — 15 çarpayı
  • Arxiv, Katiblik, KİV və Məlumat şöbəsi
  • İnformasiya texnologiyaları şöbəsi
  • Dəstək xidmətləri şöbəsi — 4 bölmə
  • Texniki dəstək, UKX təsərrüfatı, təsərrüfat və təhlükəsizlik bölmələri
  • İnsan Resursları şöbəsi — 1 bölmə
  • Əməyin mühafizəsi bölməsi
  • Satınalma şöbəsi
  • Maliyyə şöbəsi — 3 bölmə
  • Hesabatlıq, büdcə planlama və mühasibatlıq bölmələri
  • Xəstə xidmətləri şöbəsi — 5 bölmə
  • Koordinasiya, qeydiyyat, pediatrik qeydiyyat, xəstə qəbulu və pediatrik xəstə qəbulu bölmələri

Yardımçı şöbələrə laboratoriya, şüa-diaqnostika, fizioterapiya, müalicəvi bədən tərbiyəsi, endoskopiya, qanköçürmə və poliklinika şöbəsi aiddir.


Hemodializ[redaktə | mənbəni redaktə et]

Hemodializ şöbəsi 2004-cü ilin iyul ayının 17-dən fəaliyyət göstərir. Şöbə 1-ci korpusun 1-ci mərtəbəsində yerləşir. Şöbədə: Frensenus markalı müasir tipli süni böyrək aparatı; Osmos otağı – su təmizləyici qurğular sistemi; Qraunomiks – dializator hazırlayan aparat fəaliyyət göstərir. Hemodializ ambulator müalicədir, lakin bəzi hallarda xəstələrin ağırlaşmaları zamanı onlar diaqnostik və laborator müayinələrdən keçirilir. Lazım gəldikdə müalicə müvafiq stasionarda davam etdirilir. Respublikanın digər diaqnostik mərkəzlərində hemodializ alan və vəziyyəti ağırlaşmış xəstələrdə RKX-nın reanimasiya və intensiv terapiya şöbəsində yerləşdirilir və hemodializ şöbəsində seanslarına davam edirlər.

Ginekologiya[redaktə | mənbəni redaktə et]

Ginekologiya şöbəsi 1-ci korpusun 2-ci mərtəbəsində yerləşir. Həkimlərimiz atestasiyadan orta tibb işçiləri isə təkmilləşmə kurslarından keçmişlər. Şöbədə baxış, kiçik əməliyyat(manipuliyasiya), müalicə sarğı, professorun, şöbə müdirinin, kafedra işçilərinin, həkimlərinin, baş tibb bacısının, təsərrüfat bacısının, USM həkiminin otaqları var. Sanitar rejiminə ciddi əməl olunur. İşçilər vaxtında tibbi müayinələrdən keçirlər. Dərman və ərzaq təchizatı daimidir.

Qastroenterologiya[redaktə | mənbəni redaktə et]

Qastroenterologiya şöbəsi 1-ci korpusun 4-cü mərtəbəsində yerləşir. Şöbədə 8 palata və 20 çarpayı funksional fəaliyyətdədir. Şöbədə mədə-bağırsaq, qaraciyər, öd yolları, mədəaltı vəz xəstəliyi olan xəstələr stasionar müalicə olunurlar.

Allerqologiya[redaktə | mənbəni redaktə et]

Xəstəxananın Allerqologiya şöbəsi 1-ci korpusun 4-cü mərtəbəsində yerləşir. Xəstəxanada stasionar müalicə alan xəstələr menyu üzrə hazırlanmış yemək və dərmanlarla təmin olunurlar. Əsasən aşağıdakı xəstələr müayinə və müalicə olunur. Derman allergiyası, Layella sindromu, alergik dermatidlər, alergik rinit, qida alergiyası, pnevmaniya, xroniki bronxit, ACXOX.

Nefrologiya[redaktə | mənbəni redaktə et]

Nefrologiya şöbəsi 1-ci korpusun 5-ci mərtəbəsində yerləşir. Şöbə yeni təmir olunub, müasir avadanlıqlarla, istilik sistemi, 3 dəfə menyu üzrə qidalanma, dərman müalicəsi, minlərlə xəstələri öz sağlamlığına qovuşmağa kömək edir. Şöbədə savadlı, sertifikasiyadan keçmiş nefroloqlar fəaliyyət göstərir. Əsasən diabetik nefropatiya, xroniki qlomerulonefrit, nefrogen hypertoniyalar, xroniki pielonefrit, birləşdirici toxumanın sistem xəstəlikləri böyrək zədələnməsi ilə, böyrəklərin polikistozu, böyrəklərin amilaidozu, mübadilə pozğunluqları-daşlar, sidik turşusu əsas müalicə istiqamətlərimizdir. Bakı şəhərinin digər xəstəxanalarında ağır nefroloji xəstələr tərəfimizdən konsultasiya olunur. Sanaviasiya xətti ilə bölgələrdə nefroloqumuz fəaliyyət göstərir, xəstələr RKX-na çatdırılır. Respublikanın bütün hemodializ mərkəzləri ilə sıx əlaqələrimiz vardır. Şöbəmizin bazasında nefroloji kafedra yerləşir. Professor və dosent heyəti həkimlərimizlə birgə keçirilən elmi konfranslarda iştirak edir, nefrologiyanın ən yeni nailiyyətlərinin tədbiqindən yararlanırlar. Abxodlar keçirilir, birgə müalicələr aparılır.

Kardiologiya[redaktə | mənbəni redaktə et]

Xəstəxananın Kardiologiya şöbəsi 1-ci korpusun 5-ci mərtəbəsində yerləşir. Xəstələr kardioloji, revmatoloji müayinələr: EKQ, EXOKQ, xolter manitor, labarator müayinələr, müxtəlif növlərdə fizio-terapevtik prosedurlar, masaj müalicəvi idman ilə sağlamlıqlarına qovuşurlar. Şöbə istilik sistemi, palatalar duş və sanitar qovşağı ilə təchiz olunmuşdur. Xəstələr dərman müalicəsi və 3 dəfə qidalanma ilə təmin olunurlar.

Şüa diaqnostika[redaktə | mənbəni redaktə et]

Şüa diaqnostika şöbəsi 2-ci korpusun -1-ci mərtəbəsində yerləşir. 2009-cu ildən RKX-nın nəznində fəaliyyət göstərməyə başladı. Şüa diaqnostika şöbəsində rentgen üzrə, ultrasəs müayinə üzrə, flüroqrafiya üzrə, komputer tomoqrafiyası üzrə(KT), nüvə maqnit rezonans(NMR) üzrə müayinələr aparılır. Şüa diaqnostika şöbəsi dünya üzrə ən son texniki avadanlıqla təchiz olunub və bütün müayinələr uğurla yüksək səviyyədə aparılır.

Ortopediya[redaktə | mənbəni redaktə et]

Ortopediya şöbəsi 2-ci korpusun 1-ci mərtəbəsində yerləşir. 2010-cu ildə şöbə əsaslı təmir olunmuşdur. Palatalarda hamam və sanitar qovşaq mövcuddur. Şöbədə çalışan həkimlər Respublikamızda və xarici dövlətlərdə təkminləşmə kursları və elmi-praktiki konfranslarda iştirak etmişlər. Şöbədə bütün növ sınıqların, onların fəsadlarının ortopedik patalogiyaların konservativ və cərrahi müalicəsi müasir və ənənəvi üsullarla aparılır.

Hematologiya[redaktə | mənbəni redaktə et]

Hematologiya şöbəsi 2-ci korpusun 4-cü mərtəbəsində yerləşir. Şöbə yaranandan onun bazasında Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun " Hematologiya və transfuziologiya kafedrası " və 1973-cü ildən Respublika üzrə hemofiliyalı vətəndaşların müayinə və müalicəsi aparılır. Bu respublikada yeganə şöbədir ki, ağır qan xəstəlikləri olanlar konservativ müalicə ilə yanaşı, çox uğurla cərrahi əməliyyatlar olunur. Splenektomiya, xolesistektomiya və s. İrsi qan durğunluğu olan, hemofiliya və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən xəstələrə ortopedik, ümumi cərrahi, stomatoloji, uroloji və s. əməliyyatları xüsusi ilə qeyd etmək lazımdır.

Fizioterapiya[redaktə | mənbəni redaktə et]

Xəstəxananın Fizioterapiya və tibbi bərpa şöbəsi 2-ci korpusun 4-cü mərtəbəsində yerləşir. Şöbəmizdə dərman maddələrin elektroforez qalamizasiya, amplipulasiya, diadinamo terapiya, maqnito-terapiya, darsanvalizasiya, ultrasəs terapiya, ultra yüksək tezlikli elektromaqnit sahəsi ilə müalicə, inhalyasiya, Lazer-kvant terapiya, işıq, naftalan, parafin müalicələri həyata keçirilir.

Diaqnostik laboratoriya[redaktə | mənbəni redaktə et]

Diaqnostik laboratoriya şöbəsi kliniki, biokimyəvi, seroloji, bakterioloji və immunoloji bölmələri birləşdirir. Hal-hazırda mərkəzi laboratoriya xəstəxana ərazisində 2 mərtəbəli binada fəaliyyət göstərir. Laboratoriya şöbəsi reaktivlərlə, kimyəvi maddələrlə və bir sıra aşağıda göstərilən müasir standartlara uyğun cihazlarla təmin olunmuşdur: Biokimyəvi analizator, Aparat "KEMVEC", İmmunoferment analizator(İFA), Termostat, Sentrifuqa, Hematoloji analizator, Koaquoloqraf, Sidik analizatoru, Mikroskop

Dövlət proqramları[redaktə | mənbəni redaktə et]

Hemodializ şöbəsi[redaktə | mənbəni redaktə et]

Respublika Klinik Xəstəxanasının nefrologiya şöbəsində hemodializ şöbəsi yaradılması və bu xidmətin aparılması daima zəruri olmuşdur.

Xəstəxananın reanimasiya şöbəsi tərkibində 1990-cı illərdə cüzi də olsa ancaq kəskin böyrək çatmamazlığı zaman aseptika qaydaları əməl olunmadan hemodializ seansları aparılmış, lakin bəzi texniki problemlərə görə hemodializ seansları dayandırılmışdır. 1997-ci ildən 4 hemodializ yeri olduğu halda cihazlar yararsız olduğuna görə il ərzində cəmi 2 seans aparılmışdır. Respublikada xroniki böyrək çatışmazlığı ilə hemodializ müalicəsinə ehtiyacı olan xəstələrə xidmətin daha da yaxşılaşdırılması məqsədilə Respublika Səhiyyə Nazirliyinin 19.04.2004-cü il tarixli 55 saylı əmri ilə Respublika Klinik Xəstəxanasında hemodializ şöbəsi üçün müvafiq iş otaqları qaydaya salınmış və bu şöbədə işləyəcək həkim və orta tibb işçilərini ixtisas üzrə hazırlamaq məqsədilə onlar Respublika Uroloji Xəstəxanasına iş yerinə göndərilib tələb olunan səviyyədə ixtisasa yiyələnmişdir.

Xüsusi ilə qeyd edilməlidir ki, hemodializ şöbəsinin fəaliyyəti üçün tələb olunan çox bahalı müasir aparatların məbləği Respublika Səhiyyə Nazirliyinin vəsaiti hesabına ödənilmişdir.

29 iyun 2004-cü ildə hemodializ şöbəsi müasir standartlara cavab verən aparatlarla, su sistemi ilə təmin olunmuş və fəaliyyətə başlamışdır. Hemodializ şöbəsində 27 hemodializ yeri olmaqla 2013-cü ildə 177 xəstəyə 17,512 hemodializ seansı aparılmışdır.

Dağınıq skleroz[redaktə | mənbəni redaktə et]

Dağınıq skleroz üzrə Dövlət proqramı 2013-cü il yanvar ayında Respublika Klinik Xəstəxanasında xidmət göstərməyə başlamışdır.[4] Bu müddət ərzində 550 nəfər müraciət etmiş, müayinə və müalicə aparılmışdır. Xəstələrə pulsuz Maqnit Rezonans Tomoqrafiyası və dərmanlarla təmin olunmuşdur.

Hesabat ilində xəstəxanaya "Dağınıq skleroz" diaqnozu ilə olan olan xəstələrin müalicə və müayinəsi üçün pulsuz 2,946,453,780 manatlıq dərman preparatlarının ayrılması bu xəstələrin müalicəsində müsbət rol oynamışdır.

Bu proqrama Ə.Əliyev adına Həkimlərin Təkmilləşmə İnstitunun nevroloji kafedrasının müdiri prof. Rəna xanım Şirəliyeva rəhbərlik edir.

Hemofiliklər[redaktə | mənbəni redaktə et]

Elmi-Praktik Hemofiliya Mərkəzi 1973-cü ildə Akad. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsində yaradılmışdır. Bu mərkəzdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun hematologiya kafedrasının və Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin əməkdaşları birgə çalışırlar.[3]

"Hemofiliya və Talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət proqramı" 2006-cı ildən Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.[5] Bu proqrama əsasən hemofiliyalı xəstələr hemostaz məqsədilə qan preparatları ilə(faktor konsentratları ilə) pulsuz təmin olunurlar. O, dövrdə 1000 hemofiliyalı xəstə bu dərmanlarla təmin olunurdu. 2013-cü ildən isə 1460-dan çox xəstə bu dərmanlarla təmin olunur. Hesabat dövründə 2711 xəstə ambulator, 389 xəstə stasionar müalicə alıb, 36 xəstə kiçik və böyük cərrahi əməliyyat olunub.

Xəstələrə ev şəraitində, ambulator və stasionar müalicələrlə yanaşı I və II-li proflaktika müalicəsidə aparılır. Mərkəzin qeydiyyatında çox ağır formalı xəstələr yəni faktor faizi <1% — 279 nəfər, orta ağır 1%-5% — 300-dən çox, yüngül < 5% yuxarı — 500-ə qədərdir. Mərkəzdə qeydiyyatda olan xəstələrin vahid registri yaradılmışdır.

2013-cü ildə bu xəstələrdən müxtəlif diaqnozlarla 4 nəfər rəhmətə gedib.

Bu proqrama Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının müdiri, dosent Qədimova E.Ə. rəhbərlik edir.

Kitabxana[redaktə | mənbəni redaktə et]

Ak. Mir Qasımov adına Respublika Klinik Xəstəxana kitabxanasında vahid fond 22,906 nüsxədə kitab və jurnal var.
Milli ədəbiyyat — 1800
Xarici ədəbiyyat — 21,106
Səhiyyə Nazirliyinin Respublika Dövlət Elmi Tibb Kitabxanası mütəmadi olaraq fondun komplektləşdirilməsində köməklik göstərir.

2013-cü ildə 100-dən çox adda kitab və jurnal hədiyyə olunub(Oftolmalogiya,kliniki tövsiyələr, formokoloji məlumatlar, müxtəlif sahə üzrə protokollar və s.)

Kitabxanamızda bütün tibb sahələri üzrə kitab və jurnallar var. Xəstələr üçün bədii ədəbiyyatlarımızda mövcuddur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanda tibb müəssisələri birləşdirilir" (az.). 2021-09-28 tarixində arxivləşdirilib.
  2. "Azərbaycan Tibb Universiteti Urologiya kafedrası" (az.). 2022-09-22 tarixində arxivləşdirilib.
  3. 1 2 "Əziz Əliyev Adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnsitutunun nəzdində ixtisaslar üzrə hazırlıq keçən həkim-rezidentlər üçün klinik bazaların siyahısı" (az.). 2022-01-22 tarixində arxivləşdirilib.
  4. "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" (az.). 2018-04-07 tarixində arxivləşdirilib.
  5. ""Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" (az.). 2021-10-08 tarixində orijinalından arxivləşdirilib.