Konstantin Lvoviç Knijnikov (rus. Константин Львович Книжников; 20 may 1883, Staraya Kriuşa[d], Voronej quberniyası[d] – 1 noyabr 1952, Bakı) — sovet opera müğənnisi (dramatik bariton), professor, Azərbaycan SSR xalq artisti (1940).
Konstantin Knijnikov | |
---|---|
rus. Константин Львович Книжников | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Staraya Kriuşa[ru], Boquçar qəzası[ru], Voronej quberniyası[ru], Rusiya İmperiyası |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi, musiqi pedaqoqu |
Fəaliyyət illəri | 1912-ci ildən |
Səs tembri | dramatik bariton |
Mükafatları |
|
Konstantin Knijnikov 20 may 1883-cü ildə Voronej quberniyasının Staraya Kriuşa kəndində anadan olmuşdur.[1] Təhsilini Moskva Universitetində və Moskvada A. Şpigelin Teatr Studiyasında almışdır. Səhnə fəaliyyətinə 1912-ci ildə Sankt-Peterburqda başlamış, həmin ildən 1916-cı ilədək buradakı musiqili dram teatrının solisti olmuşdur. 1916–1929-cu illərdə SSRİ-nin müxtəlif teatrlarında fəaliyyət göstərmişdir.[2] 1929–1946-cı illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.[3][4]
Konstantin Knijnikov səhnədə 1946-cı ilədək çıxış etmişdir. O, ömrünün sonunadək pedaqoji fəaliyyət göstərərək bir sıra elmi əsərlər yazmış və 1948-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının professoru olmuşdur.[5] Müğənni 1 noyabr 1952-ci ildə Bakıda vəfat etmişdir.[1]
Dramatik bariton səsli Konstantin Knijnikov bir sıra operalarda müxtəlif partiyalar ifa edib:[6]