Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kauçuk
Kauçuk (təbii) - bitkilərdən alınan təbii polimerdir. Ondan vulkanizasiya yolu ilə rezin əldə edilir. Kauçuk yüksək molekulalı, otaq temperaturunda yüksək qayıdış deformasiya xassələrinə malik elastomerlər qrupuna aiddir. Kauçuk təbii yolla Braziliyada heveya adlanan ağaclardan alınan lateksdən hazırlanır. Bu maddənin adı Braziliyia əhalisinin lateksdən hazırladıqları "kauçu" (kau-ağac, uçu-axmaq deməkdir) sözü ilə bağlıdır. Kauçuk, plastik kütlə, sintetik liflər və s.dedikdə polimer maddələr nəzərdə tutulur. Müasir sənayenin yüksək texniki səviyyəsini kauçuksuz təsəvvür etmək çətindir. Rezin müxtəlif sahələr üzrə istifadə edilməsini səviyyələndirmək üçün yada salmaq kifayətdir ki, TU-104 markalı sərnişin təyyarəsində 126 min müxtəlif rezin hissə var. Bir tankın istehsalına 800 kq, bir yük avtomobilinə 240 kq, təyyarəyə 600kq, böyük gəmiyə isə 68 ton kauçuk sərf olunur. Bir sıra müsbət xassələrinə - elastikliyinə, elektriki keçirməməsinə, havanı müxtəlif qazları, habelə suyu özündən buraxmamasına, sürtünməməyə qarşı davamlılığına, kimyəvi cəhətdən aqressiv sayılan maddələrdə xarab olmamasına və s.görə kauçuk,sənayenin müxtəlif sahələri üçün olduqca qiymətli və əvəz edilməz materialdır.
Orucov
Orucov — Azərbaycan soyadı.
Bruco
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Krunk
Krunk (erm. Կռունկ - durna) — Abxaziyada yaradılan erməni mədəni və xeyriyyə cəmiyyəti. Krunk Suxumi və şərqi Abxaziyada erməni maraqlarını təmsil edən əsas təşkilat idi. == Tarixi == 1989-cu ildə Krunk hərəkatının fəalları Ermənistana səfər edib və Ermənistan dini lideri katolikos I Vazgen tərəfindən qəbul edilib. Siyasi partiyalar Erməni İnqilabi Federasiyası (Daşnaksütun) ilə əlaqələri yaradıb, öz növbəsində Daşnaksütun də strukturlarını qurmaq üçün Krunka dəstək verib. Məhz bundan sonra Krunk yaradılıb. 1990-cı il yanvarın 27-də təşkilat ilk təsis qurultayını keçirib. 1991-ci il fevralın 21-də Krunk Soyuz ictimai-siyasi təşkilatlar blokunun qurucu üzvü idi. 2004-cü il 15 apreldə, Krunk Ermənistan Mədəniyyət Mərkəzi və Maştots cəmiyyəti ilə birləşib, Abxaziya erməni cəmiyyətini yaratmışdır. Abxaziyada Krunk erməni mədəni və xeyriyyə cəmiyyəti kimi sosial, hüquqi və digər ictimai sahələrdə erməni icmasına qarşı ayrı-seçkilik fonunda narazı cəmiyyət formalaşdırırdı.
Kubok
Kubok— ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.
Afər Orucov
Afər Yafət oğlu Orucov (13 mart 1996, Quba rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Afər Orucov 1996-cı il martın 13-də Quba rayonunun Aşağı Atuc kəndində anadan olmuşdur. 2001-2013-cü illərdə Quba rayon Aşağı Atuc kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Afər Orucov 2014-2015-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Müddətdən artıq xidmətini Azərbaycanın Daxili Qoşunlarında "çavuş" rütbəsiylə etmişdir. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Afər Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Afər Orucov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Afər Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Allahverdi Orucov
Allahverdi Orucov (20 avqust 1944, Araz Yağlıvənd, Qaryagin rayonu) — Azərbaycan Texniki Universitetinin "Elektromexanika və elektrik avadanlığı" kafedrasının professoru, Azərbaycan Texniki Universitetində keçmiş I prorektoru. == Həyat və fəaliyyəti == 20 avqust 1944-cü ildə Füzuli rayonunun Yağlıvənd kəndində doğulub. 1961-ci ildə orta məktəbi bitirərək Bakı Neft Texnikumuna daxil olub. 1964-cü ildə texnikumu fərqlənmə diplomu ilə qurtarıb. Həmin il Azərbaycan Politexnik Institutuna (indiki Azərbaycan Texniki Universiteti) qəbul olunub. 1969-cu ildə təhsilini başa vuraraq 1971-ci ilə qədər Mingəçevirdəki "Azərkabel" zavodunda mühəndis-texnoloq vəzifəsində çalışıb. 1971-ci ilin oktyabrında Azərbaycan Politexnik Institutuna müəllim kimi işə dəvət olunub və "Ümumi elektrotexnika" kafedrasında assistent kimi fəaliyyətə başlayıb. 1972-ci ilin yanvarında Moskva Energetika Institutunun əyani aspiranturasına qəbul edilib. 1975-ci ildə aspiranturanı uğurla bitirərək və elmi işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. Aspiranturanı bitirdikdən sonra yenidən Azərbaycan Politexnik Institutuna qayıdıb.
Arif Orucov
Arif Kabı oğlu Orucov (d. 15 sentyabr 1961, Dilican ş.) — Fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == 1961-ci ilsentyabırın 15-də Dilican şəhərində anadan olmuş; 1969–1978-ci illərdə İcevan rayonunda Polad kənd orta məkətəbində oxumuş; 1979–1981 illərdə hərbi xidmətdə olmuş; 1981–1987-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil almış; 1982-ci ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var. == Əmək fəaliyyəti == 1987–1995-ci illərdə Bakı Dövlət Universitetinin Ümumi fizika kafedrasında baş laborant və qiyabi aspirant; 1982–1987-ci illərdə Ümumifizika kafedrasında laborant; 1995–2001-ci illərdə BDU-da Ümumi fizika kafedrasında laboratoriya müdiri; 2001-ci ildə f.r.-e.n., "Üzərində təbəqə olan bəzi keçid metalların səthində fiziki proseslər" 2001-ci ildən Bakı Dövlət Universitetində müəllim; Bakı Dövlət Universitetində Apardığı dərslər: Ümumi fizika kursu, elektromaqnetizm. 35 elmi məqalənin müəllifidir. === Tədqiqat sahəsi === Qrafit monotəbəqəsi ilə örtülmüş bəzi keçid və nadir metalların səthi nə yad atomları nadsorbsiyası zamanı səth–həcm sərhəddində baş verən fiziki-kimyəvi proseslərin tədqiqi. == Əsərləri == Оруджов А.К., Рагимов Р. Ш. Внедрение атомов углерода в рений и получение графитой пленки на поверхности рения. Tətbiqi fizika və energetikanın aktual məsələləri Beynəlxalq Elmi Konfransı, Bakı, SDU, 2018, s. 110–112 Оруджов А.К., Гюлахмедов О.Г. Диффузия атомов углерода в рений и получение графитой.
Ayaz Orucov
Ayaz Orucov (1 yanvar 1959, Jdanov rayonu) — Azərbaycan Respublikasının Milli Məclisinin IV çağırış deputatı, Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru. == Həyatı == Orucov Ayaz İsmayıl oğlu 1959-cu il yanvarın 1-də Beyləqan rayonunun Şahsevən kəndində ziyalı ailəsində anadan olmuşdur. 1966–1974-cü illərdə Şahsevən kənd orta məktəbində oxumuş, riyaziyyat fənnində yüksək nailiyyətlər göstərdiyinə görə, 1974-cü ildə Bakı şəhərində 1 nömrəli Fizika- riyaziyyat təmayüllü məktəbə daxil olmuş və 1976-cı ildə həmin məktəbi bitirmişdir. Orucov Ayaz İsmayıl oğlu 1980–1985-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun " Yol-İnşaat " fakültəsində təhsil almışdır. Bu dövrdə yüksək təhsil göstəricilərinə nail olmuş, eyni zamanda institutun ictimai həyatında fəal iştirak etmişdir. O hələ ikinci kursda oxuyarkən institutun komsomol komitəsinə üzv, daha sonra komsomol komitəsinə katib müavini seçilmiş və özünü bacarıqlı təşkilatçı kimi təsdiq etmişdir. Tələbə inşaat dəstələrində rəhbər vəzifələrdə çalışmışdır. Dəfələrlə fəxri fərmanlarla və müxtəlif mükafatlarla təltif edilmişdir. Ayaz Orucov əmək fəaliyyətinə 1985-ci ildə tikinti-quraşdırma və neft kimya sahəsində başlamışdır. Əmək fəaliyyəti dövründə özünü yüksək ixtisaslı və peşəkar bir mütəxəssis kimi doğrultmuşdur.
Bayram Orucov
Bayram Çərkəz oğlu Orucov (17 fevral 2001, Alpout, Göyçay rayonu – 24 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bayram Orucov 2001-ci il fevral 17-də Göyçay rayonunun Alpout kəndində anadan olub. 2007-2018-ci illərdə Göyçay rayon Alpout kənd Xosrov Cəfərov adına tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Bayram Orucov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdi. Azərbaycan Ordusunun əsgəri olan Bayram Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə polkovnik Şükür Həmidovun komandanlığı altında savaşıb. Bayram Orucov oktyabrın 24-də Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ceyhun Orucov
Ceyhun Namaz oğlu Orucov (17 dekabr 1996, Nağaraxana, Şamaxı rayonu – 30 oktyabr 2020, Füzuli rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Orucov 1996-cı il dekabrın 17-də Şamaxı rayonunun Nağaraxana kəndində anadan olub. 2003-2014-cü illərdə A.S.Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ceyhun Orucov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Ceyhun Orucov gizirlik kurslarından keçərək "gizir" hərbi rütbəsinə yiyələnib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Ceyhun Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ceyhun Orucov oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub.
Coşqun Orucov
Coşqun Oruc oğlu Orucov (28 yanvar 2001, Xoşkeşin, Naxçıvan Muxtar Respublikası – 25 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Coşqun Orucov 28 yanvar 2001-ci ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olmuşdur. 2007-ci ildə Suraxanı rayonuna köçmüşdür. Orta təhsilini Suraxanı rayonunda yerləşən 315 nömrəli məktəbdə almışdır. == Hərbi xidməti == Coşqun Orucov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuşdur. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlısı olaraq xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Coşqun Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı snayper olaraq 16 oktyabrdan iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Coşqun Orucov 25 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində Şuşa rayonuna gedən yolda döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Elman Orucov
Elman İzzət oğlu Orucov (24 avqust 1959) - Azərbaycan Silahlı Qüvvələrinin General Mayoru, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. == Hərbi xidməti == 1980-ci ildə Sverdlovsk ali hərbi-siyasi tank və artilleriya məktəbini və 1994-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun hər ikisini qırmızı diplomla bitirib. 1992-ci ildən Azərbaycan Milli Orudusunda müxtəlif hərbi-siyasi və komandir vəzifələrində xidmət edib. Xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni, "За боевые заслуги", "Hərbi xidmətdə fərqlənməyə görə", o cümlədən, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və digər dövlət mükafatları ilə təltif olunub. Qarabağ müharibəsində fəal iştirak edib və yaralanıb. Ailəlidir, 5 övladı var.
Elmir Orucov
Elmir Elyar oğlu Orucov (4 yanvar 2002; Poylu, Ağstafa rayonu — 6 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Orucov 2002-ci il yanvarın 4-də Ağstafa rayonunun Poylu kəndində anadan olub. 2009–2014-cü illərdə 73 saylı Böyükşor qəsəbə tam orta məktəbində, 2014–2018-ci illərdə isə 136 saylı Binə qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elmir Orucov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmir Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Orucov noyabrın 6-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elvin Orucov
Elvin Rövşən oğlu Orucov (18 dekabr 1991; Qazax rayonu, Azərbaycan- 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Orucov 1991-ci il dekabrın 18-də Qazax rayonunda anadan olub. 1999-2005-ci illərdə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində, 2005-2009-cu illərdə İ.Qayıbov adına 3 saylı Qazax şəhər tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Elvin Orucov 2010-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsində xidmət edirdi. Elvin Orucov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Elvin Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Elşən Orucov
Elşən Orucov (aktyor) — Azərbaycanlı aktyor. Elşən Orucov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi. Elşən Orucov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Vətən müharibəsinin şəhidi.
Hidayət Orucov
Hidayət Xuduş oğlu Orucov (5 sentyabr 1944, Maralzəmi, Meğri rayonu) — Azərbaycan dövlət xadimi, diplomat və şair-dramaturq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1991), Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2012–2021), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2006–2012), Azərbaycan Respublikası Milli siyasət məsələləri üzrə Dövlət müşaviri (1993–2005), Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri (1992–1993), İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru (1968–1984). == Həyatı == Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə Ermənistan SSR Meğri rayonunun Maralzəmi kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Bir müddət kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləmiş, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına başçılıq etmişdir. Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs demişdir. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranmış, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görmüş, "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunmuşdur. Hidayət Orucovun həyatının İrəvan dövründə poeziya, publisistika, nəsr, tərcümə kitabları nəşr edilmiş, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulmuşdur. Ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə ona 1978-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilmişdir. Hidayət 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina etmişdir. 1984-cü ildə Bakıya köçərək "Gənclik" nəşriyyatının baş redaktor müavini (mart 1984 — mart 1986), sonra baş redaktoru (1986–1992-ci illər) vəzifələrində işləmişdir.
Həmzəağa Orucov
Orucov Həmzəağa Davudoğlu (1 fevral 1949, Şamaxı) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Həmzəağa Orucov 1949-cu il fevralın 1-də Şamaxıda anadan olub. 1966-cı ildə orta məktəbi bitirib.1967–1972-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsinin riyaziyyat ixtisasında təhsil almıb.1972–1975-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika institutunun aspirantı çalışmışdır. 1975–1978-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika institutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.1976-cı ildə "Yüksək tərtib operator diferensial ifadələrin öz-özünə qoşma genişlənmələrinin tədqiqi" sahəsi üzrə Fizika-riyaziyyat elmləri namizədi olmuşdur.1986–1995 Bakı Dövlət Universitetində dosent işləyib.1995-ci ildə "Diferensial operator tənliklər üçün sərhəd məsələləri" sahəsi üzrə Fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır.1995-ci ildən Bakı Dövlət Universitetində professor vəzifəsində çalışır. Həmzəağa Orucovun əsas tədqiqat sahəsi diferensial tənliklər sahəsi ilə əlaqədardır. 60-dan çox elmi məqalənin və 4 dərs vəsaitinin müəllifidir. Yüksək ixtisaslı kadrların yetişdirilməsində böyük əməyi var. 31 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. == Əsərləri == Seçilmiş əsərlər 1. Poliharmonik Tənlik üçün Yarımoxda Dırixle Məsələsinin Təqribi həlli.
Kinyaz Orucov
Kinyaz Zirəddin oğlu Orucov (10 may 2000; Gəncə, Azərbaycan — 7 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kinyaz Orucov 2000-ci il mayın 10-da Gəncə şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kinyaz Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kinyaz Orucov oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kinyaz Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kinyaz Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kredok boğazı
Kredok boğazı (ing. Cradock Channel) - Sakit okeanı ilə Xaurak körfəzini birləşdirir. Burada üç boğazdan biridir (ikisi isə Celliko boğazı və Kolvill boğazı). Boğaz Okslendən şimal-şərqdə yerləşir. Kredok boğazı Qreyt-Barrier adasını Little-Barrier adasından ayırır. Boğazın ən dərin yeri 120 m təşkil edir. Boğazın eni 100 km, uzunluğu isə 30 km-dir. Suları balıq və dəniz məhsulları ilə zəngindir.
Kruzov adası
Kruzov adası (ing. Kruzov Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Ada 1804-cü ildə Yuri Lisyanski tərəfindən kəşf edilmişdir və rus admiralı Aleksandr Kruzun adını daşıyır. Baranov adasının qərbində, Sitka şəhəri ilə üzbəüz ərazidə yerləşir. Uzunluğu təxminən 37 km, eni isə 13 km-dir. Adanın sahəsi 433,7 km²-dir. Buda onu ABŞ-da 41-ci ən böyük ada edir. Kruzov adasının cənub ucunda konusunun hündürlüyü dəniz səviyyəsindən 976 m (adanın ən yüksək nöqtəsi) olan Eckom adlı sönmüş vulkan vardır. Daimi əhalisi yoxdur.
Mikayıl Orucov
Mikayıl Orucov — Azərbaycan samboçusu, Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı == Həyatı == Mikayıl Orucov 1993-cü ildə Naxçıvan Muxtar Respublikasında dünyaya göz açıb. 2001-ci ildən etibarən idmanla məşğul olmağa başlayıb. Sambo və cüdo üzrə Azərbaycan çempionatlarında iştirak edərək 20 dəfə fəxri fərman və diplomlar alıb. 2010-cu ilin aprel ayında gənclər arasında Afinada keçirilən avropa çempionatında 3-cü yeri tutaraq bürünc medal qazanıb. 25 iyul 2010-cu il tarixdə "Borçalı" ictimai cəmiyyətinin təşəbbüsü ilə Gürcüstan Respublikasının Dmanisi Rayonunun Armudlu yaylasında keçirilən "Borçalı Türklərinin II Elat Mədəniyyəti günü" tədbirinə idmançı kimi dəvət olunub. Azyaşlı olduğuna görə etibarnamə ilə Gürcüstana getməsi cəmiyyətin nümayəndəsinə həvalə edilib. Həmin nümayəndənin səhlənkarlığı, məsuliyyətsizliyi səbəbindən Armudlu gölündə çimərkən boğulub dünyasını dəyişib. Amma hüquq mühafizə orqanları həmin məsuliyyətsiz cəmiyyət nümayəndəsi haqqında heç bir tədbir görməyib..
Rafiq Orucov
Orucov Rafiq Miryusif oğlu (aprel 1972 və ya 1972, Fərraş, Laçın rayonu – 10 fevral 1994, Füzuli rayonu) — “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş döyüşçü. == Həyatı == 1972-ci ilin aprel ayında Laçın rayonunun Fərraş kəndində doğulmuşdur. Orta məktəbi bitirmiş və 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsinə daxil olmuşdur. Oxuduğu müddətdə Leytenant Şmidt adına zavodda işləmişdir. 1990-cı ildə hərbi xidmətə yollanmış, əvvəlcə Almaniya Demokratik Respublikasında, sonra isə Moskvada xidmət keçmişdir. Daha sonra Bakıya qayıtmış və könüllü olaraq Milli Ordu sıralarına daxil olmuşdur. 1992-ci ildə Bakı şəhəri ətrafındakı hərbi hissələrdən birində xidmət etmişdir. Xocalı, Goranboy rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə ona kiçik leytenant rütbəsi verilməklə Füzuli-Cəbrayıl uğrunda gedən döyüşlərə göndərilmişdir. 1994-cü il fevralın 10-da mühüm əməliyyatı yerinə yetirərkən snayper gülləsindən qəhrəmancasına həlak olmuşdur.
Raquf Orucov
Raquf İbrahim oğlu Orucov (12 iyul 1972, Cinli, Ağdam rayonu — 4 aprel 2016, Talış kəndi, Ağdərə rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi iştirakçısı, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == === Erkən illəri === Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət Özbəkistanda xidmət etdikdən sonra Qarabağ müharibəsinin başlaması xəbərini almış və Sovet ordusundan ayrılaraq Azərbaycan Ordusunun sıralarına qoşulmuş, üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası almışdı. O, Qarabağda döyüşməyə başlayarkən Ağdamda Allahverdi Qənbərovun rəhbərlik etdiyi özünümüdafiə batalyonuna qatılmışdı. Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda Ağdam rayonunun Cinli kəndini işğal edilməsi nəticəsində şəhid olmuşdur. Elə həmin ildən Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə vermiş, lakin ertəsi il həmin məktəbə qəbul ola bilmişdi. === Şəxsi həyatı === Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurmuşdu, Aqşin və Nihad adında iki oğlu var idi. == Hərbi xidməti == Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnmişdi. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat almış, amma gənc zabit ön cəbhədə olmağa üstünlük vermişdi.
Rüstəm Orucov
Rüstəm Fəzail oğlu Orucov (d. 4 oktyabr 1991, İrkutsk, Rusiya Federasiyası) — Azərbaycanlı cüdoçu. Rüstəm Orucov 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Rüstəm Orucov Avropa Çempionatında; 2016-cı ildə qızıl medala (komanda yarışlarında bürünc medal) layiq görülüb. Rüstəm Orucov 2016-cı ildə "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. == Həyatı == Rüstəm Orucov 1991-ci ilin 4 oktyabr tarixində Rusiya Federasiyasının İrkutsk vilayətinin Ust-İlimsk şəhərində Azərbaycan ailəsində anadan olub. Rüstəm Orucov hələ 7 yaşından cüdonun sirrlərinə yiyələnməyə başladı. O, 16 yaşına gədər İrkutsk vilayətində yaşadı və burada yeniyetmələr arasında bir-sıra yarışlarda mübarizə apardı. Daha sonra Rüstəm Orucov ailəsi ilə birgə doğma vətəninə, Azərbaycana köçdü və burada "Atilla" klubunda məşq etməyə başladı. Rüstəm Orucov 2014-cü ilin 28 sentyabr tarixində Elnarə Orucova ilə ailə həyatı qurdu.