Elmir Elyar oğlu Orucov (4 yanvar 2002; Poylu, Ağstafa rayonu — 6 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elmir Orucov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Poylu, Ağstafa rayonu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Binə Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2022 2020 2021 |
Elmir Orucov 2002-ci il yanvarın 4-də Ağstafa rayonunun Poylu kəndində anadan olub.[1] 2009–2014-cü illərdə 73 saylı Böyükşor qəsəbə tam orta məktəbində, 2014–2018-ci illərdə isə 136 saylı Binə qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi.
Elmir Orucov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmir Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Orucov noyabrın 6-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]