Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
AHİK
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 5–6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 17430 həmkarlar ittifaqı təşkilatını və təqribən 1600000 həmkarlar ittifaqı üzvünü əhatə edir. 24 fevral 1994-cü ildə "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. == AHİK-in orqanları == Qurultay Məclis-hər üzv təşkilatdan 5 nəfər təmsil olunur. İcraiyyə Komitəsi- hər üzv təşkilatdan 1 nəfər təmsil olunur. AHİK-in sədri: Mehbalıyev Səttar Suliddin oğlu "Ülfət" qəzeti-AHİK-in mətbu orqanı AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür. AHİK sədri Səttar Mehbalıyev 2014-cü ilin may ayından BHİK-in vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidentidir. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. 1998-ci ildə I Qurultayı, 2003-cü ildə II Qurultayı, 2008-ci ildə III Qurultayı, 2013-cü ildə IV Qurultayı keçirilib.
Ahıl
Qocalıq — orqanizmin nəslin davam etdirilməsi qabiliyyətini itirməsindən ölümə qədər olan insan həyatı dövrü.
BŞİH
Bakı Şəhər İcra Hakimiyyəti — Bakı şəhərində fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanı. == Tarixi == 1870-ci ildə Bakı Şəhər Duması təsis edilmişdir. 1917-18-ci ilədək fəaliyyət göstərmiş, daha sonra isə yerində sırasıyla Bakı Soveti, Bakı İctimai Təhlükəsizlik Komitəsi, Bakı İctimai Təşkilatlar Şurası və Bakı Şəhər İctimai Özünüidarəsi yaradılmışdır. 1939–1977-ci illərdə Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti, 1977–1991-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti yaradılmışdır. 1991-ci ildə isə müstəqilliyin əldə olunmasıyla Bakı Şəhər İcra Hakimiyyəti yaradılmışdır. == Rəhbərlik == Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinə və "Yerli icra hakimiyyətləri haqqında" Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən həyata keçirilir və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı şəhər ərazisi üzrə Prezdentin səlahiyyətli nümayəndəsidir.
KDIS
KDIS — radio Disneyin qapalı radiostansiyası Kaliforniyanın Pasadena şəhərində lisenziyalı şəkildə fəaliyyət göstərir. Radiostansiya Los-Angeles ərazisində 1110 kHs AM tezliyində yayımlanır. == Tarixi == Bu stansiya 1942-ci ildə KPAS çağırış siqnalı altında meydana gəlmişdir. Əvvəlcə onun musiqili bir radiostansiya olacağı təxmin edilmişdir. Lakin 1945-ci ildə stansiya öz yayım tərzini dəyişdi və KXLA-nın çağırış siqnalı əsasında yalnız ölkə musiqisini yayımlayırdı . Efirdə Tennessi ştatından, əsasən, iki şəxs vardı: Erni Ford və Sten Freberq. Əvvəlcə stansiya El-Montedən ötürücü vasitəsilə yayımlanırdı. === KRLA (1959 - 2000-ci illər) === 3 sentyabr 1959-cu ildə stansiya KRLA adlanan daha bir çağırış siqnalı aldı. Daha sonra stansiya Los Angeles ərazisində KFWB və KHJ ilə rəqabət edən ən yaxşı radiostansiyalardan biri olur. Vitse-prezident qismində fəaliyyət göstərən Laboenin fəaliyyəti əsasında KRLA müvəffəqiyyətli bir radiostansiyaya çevrilir.
Kahı
Kahı (lat. Lactuca sativa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. Kalsium mineralı ilə A və C vitaminləri baxımından zəngin bir tərəvəzdir. Ayrıca kahıda B, D, E vitaminləri və dəmir, natrium, mis, yod, fosfor və sink mineralları da var. == Faydaları == Sinirləri yatırar. Təzyiqi salar. Sakitləşdirici təsiri ilə yuxusuzluq çəkənlər üçün faydalıdır. Aybaşı halını nizamlar və ağrısını yüngülləşdirər. İştah açar və həzmi asanlaşdırar. Sidik sökdürücüdür.
Klin
Klin — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Klio
Kalio (yun. Κλειώ) Zevsin Mnemosinadən olan doqquz qızından biri, tarix və ya salnamə muzası. Klionun Makedoniya çarı olmuş Pierusdan bir oğlu: Hiaçint dünyaya gəlmişdir.
Knin
Knin (xorv. Knin) — Xorvatiyanın Şibenik-Knin qraflığında, Dalmatiya diyarnın iç bölgəsində yerləşən şəhər. Şəhər Krka çayının mənbəyinin yaxınlığında olub Zaqreb ilə Split arasındakı qovşağın və dəmiryol xətləri üzərindədir. Knin şəhərinin əhəmiyyəti tarixdə iki dəfə artmışdır. Həm orta əsrlərin Xorvatiya Krallığının, həm də XX əsrin sonunda Krayina Serb Respublikasının paytaxtı olmuşdur. == Ad == Orta əsrlərdə şəhər macarca Tinin, italyanca Tenin, latınca Tinum adlanmışdır. Tinum sözü indi də bir yepiskop titulu adı kimi işlənməkdədir. == Coğrafiya == Knin şəhəri Dalmatiya diyarında yerləşmiş olub sahil şəhəri Şibenikdən 56 km uzaqlıqdadır. Şəhərin yaxınlığında Knin meşəsi, Krka çayı, Dinar Alp dağları yerləşir. == Milli etnik tərkib == == İdman == Şəhərin başlıca futbol klubu 1913-cü ildə qurulmuş "Dinara" FK-dır.
Koch
Karl Lüdviq Kox (alm. Carl Ludwig Koch‎; 21 sentyabr 1778 – 23 avqust 1857, Nürnberq, Mərkəzi Frankoniya) — Almaniya entomoloqu və araxnoloqu. O, çoxlu sayda hörümçəkləri təsnif etmişdir. == Əsərləri == Die Pflanzenläuse, Aphiden. Lotzbeck, Nürnberg 1857. Übersicht des Arachnidensystems. Zeh, Nürnberg 1837–50. Deutschlands Crustaceen, Myriapoden und Arachniden. Pustet, Regensburg 1835–44. Die Arachniden.
Krik
Krik — daimi axarı olmayan çaylar. Bu çayların suyu yalnız qısamüddətli yağışlar zamanı artır. Digər vaxtlarda su buxarlanır və çay quruyur. Kriklər səhra və yarımsəhralarda yaranır.Avstraliya üçün səciyyəvidir.Kriklər xəritədə qırıq-qırıq xətlər ilə göstərilir.
Krip
Krip (rus. крип, ing. creep) — ağırlıq qüvvəsinin təsiri altında kövrək örtüyün yavaş-yavaş yamac aşağı sürüşməsi. Ağırlıq qüvvəsinin təsiri altında baş verir. Suyun olması, rütubətlənmənin və qurumanın, donuşluğun və ərimənin, bitkilərin kökünün inkişafının və qurumasının növbələşməsi və yereşən heyvanların fəaliyyəti, prosesi asanlaşdırır.
Krit
Krit (yun. Κρήτη / Kriti) və ya Kirid (osman. گريد / Girid) — Yunanıstanın tərkibində, Aralıq dənizində ada. Sahəsi 8,3 min km², əhalisi 537,2 min nəfərdir. == Tarixi == Krit qədim egey mədəniyyətinin mərkəzlərindən biridir. E.ə. 67-ci ildə Krit Roma tərəfindən işğal edilmişdi. 395–823, 961–1204-cü illərdə Bizansa, 823–961-ci illərdə ərəblərə məxsus idi. 1204-cü ildə səlibçilər Kriti zəbt etmiş və Venetsiyaya satmışdılar. 1715-ci ildən Osmanlı imperiyasının tərkibində idi.
Krım
Krım, Krım yarımadası (ukr. Крим, rus. Крым) və ya Qırım, Qırım yarımadası (krımtat. Qırım, türk. Kırım, osman. قريم, Qırım, azərb-əbcəd. قريم) — Ukraynanın tərkibində yarımada. Yarımadada Krım Respublikası yerləşir. Yarımada Or bərzəxi vasitəsi ilə materikə birləşir. 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır.
Kuhin
Kuhin (azərb. Köhün Gədiyi, کؤهون گَدیگی‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Kuhin bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,398 nəfər və 388 ailədən ibarət idi. Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.
Kuin
Queen – İngiltərə rok qrupu. 1970-ci ildə Smayl qrupunun dağılması ilə Brayan Mey, Rocer Teylor və Freddi Merkuri Londonda Queen qrupunu yaratdılar. Bir il sonra Con Dikonun qrupa daxil olması ilə qrup tamamlanmışdır. 70-ci illərin sonlarında məşhurlaşan qrup indiki dövrə qədər geniş heyran kütləsinə sahibdir. Nə qədər nəzərə alınmasa da qrupun arena rok, qlem rok, hard rok, hevi metal, pop rok kimi tərzlərin inkişafında böyük rolu olmuşdur. 1999-cu ildə Channel 4 tərəfindən keçirilən `Music of the Millenium sorğusunda Queen ən yaxşı ikinci qrup seçilmişdir. Queen qrupunun 18 albomu 18 sinql 8 DVD-si dünya üzrə məşhurluq qazanmış və ən çox albom satan qruplar arasında yerini almışdır. Dünya üzrə 300 milyon albom satmışdır. Bunun 35,5 milyonu ABŞ-də satılmışdır. == Üzvlər == Freddi Merkyuri – solist və pianoçu.
Anthemis chia
Anthemis chia (lat. Anthemis chia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Ayıdağ (Krım)
Ayıdağ (ukr. Аю-Даг, krımtat. Ayuv Dağ, Аюв Дагъ) — Krımda yerləşən dağ zirvəsi. Dağın hündürlüyü dəniz səviyyəsindən 571 metr (570,80 m) yuxardadı, şimal qərb istiqamətində dağ massivi 2400 metrədək azca uzanır. Ümumi sahəsi təxminən 4 kvadrat kilometrdi. Ayuv Dağ kompleksi dövlət təbiət yasaqlığı sayılır. == Geoloji mənşə == Ayu-Daq klassik lakkolitdir, yəni tam formalaşmamış vulkandı. Dağ təxminən 150 milyon il əvvəl yer qabığının sınıq yerlərinə maqmanın daxil olması nəticəsində orta yura geoloji dövründə yaranıb. Bugünə kimi burada 18 mineral aşkar edilmişdir. == Flora və fauna == Flora təmsilçilərindən bunları qeyd etmək olar: palıd ağaclarının növləri (Quercus petraea və Quercus pubescens), adi göyrüş,adi quşarmudu, bereka, adi zoğal, tikanlı qaratikan, həmərsin.
Belaqorsk (Krım)
Qarasuvbazar ya da Beloqorsk (1944-cü ilə qədər Qarasubazar; ukr. Білогірськ, krımtat. Qarasuvbazar, Къарасувбазар) — Krım yarımadasında yerləşən şəhər. İnzibati cəhətdən Ukrayna, Krım Muxtar Respublikası, Beloqorski rayonu ərazisinə daxildir. == Coğrafiyası == Böyük-Qarasu çayı sahilində, Krımın paytaxtı Simferopol şəhərindən 42 km şərqdə yerləşir. Simferopolu Krımın şərqi ilə birləşdirən magistral yolu keçir (Sudak, Feodosiya, Kerç). == Adı == Şəhərin tarixi adı Qarasubazar olmuşdur. Krım-tatar dilində işlənən bu şəhər adı «Qarasuda bazar» mənasını verir. Şəhər ərazisindən kiçik olan Böyük-Qarasu çayı axır. Yunanlar isə şəhəri Mavron Kastron (Qara qəsr) olaraq adlandırırdılar.
Ceci Chuh
Ceci Schmitz-Chuh (1991, Almaniya Federativ Respublikası) — Alman aktrisa. Ulduzu The Unpolished ilə parlayan aktrisa, 2007-ci ildə istehsal etdiyi Die Unerzogenen filmində Alman aktyor Birol Ünel ilə gənc yaşda güclü bir aktyor idi. == Filmoqrafiyası == 2007: Die Unerzogenen 2008: Hilfe, meine Schwester kommt! 2009: Wenn die Welt uns gehört 2010: Verre Vrienden/Ferne Freunde 2011: Der Heiland 2012: Escape 2013: Der allerletzte Gast 2013: Wer glaubt denn noch an Märchen 2013: Love, Yesterday 2014: Sommerfreundin 2014: Sin & Illy still alive 2014: Umsonst 2014: Von Mädchen und Pferden 2015: Tod eines Rappers 2015: Boy 7 2015: Allein unter Irren 2015: Bube Stur 2015: Die Illuminaten 2016: Letzte Spur Berlin == İstinadlar == == Xarici keçidlər == Ceci Chuh — IMDb sayfası.
Dschinghis Khan
Dschinghis Khan (alman dilindən — "Chenghis Khan") 1979-cu ildə musiqi prodüseri Ralf Siegel tərəfindən dördüncü yeri tutduğu Eurovision Mahnı Müsabiqəsində iştirak etmək üçün Almaniyada yaradılan Qərbi Alman diskoteka qrupudur. O, daha çox "Dschinghis Khan", "Moskau", "Rocking Son of Dschinghis Khan" kimi mahnıları ifa etməklə tanınır.
Fransis Krik
Fransis Harri Kompton (8 iyun 1916[…], Northempton – 28 iyul 2004[…], La-Hoyya[d], Kaliforniya) ― İngilis molekulyar bioloq, biofizik və nevroloq idi. O, Ceyms Uatson və Rosalind Franklin DNT molekulunun sarmal quruluşunun deşifrə edilməsində mühüm rol oynadılar. Krik və Uatson'un 1953-cü ildə "Təbiət" jurnalında yazdığı məqalə DNT quruluşunu və funksiyalarını öyrənmək üçün təkan verdi. Moris Uilkins ilə birlikdə "Nuklein turşularının molekulyar quruluşu və canlı materialda məlumat ötürülməsi üçün əhəmiyyətinə dair kəşflərinə görə" 1962-ci ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülmüşdülər. Krik nəzəri molekulyar bioloq olması DNT-nin sarmal quruluşunu ortaya çıxarmaq ötrü əlaqəli araşdırmalar aparmasında mühüm rol oynadı. Məlumat nuklein turşularından (DNT və ya RNT) zülallara ötürüldükdə, nuklein turşularına geri dönə bilməyəcəyi fikrini ümumiləşdirmək üçün "mərkəzi dogma" ifadəsini istifadə etməklə məşhurdur. Başqa sözlə, nuklein turşularından zülallara informasiya axınındakı son addım geri dönməzdir. Karyerasının qalan dövründə J.V.Kiekhefer, Kaliforniya, La Jolladakı Salk Bioloji Araşdırmalar İnstitutunda xüsusi tədqiqat professoru kimi fəaliyyət göstərmişdir. Onun sonrakı tədqiqatları nəzəri neyrobiologiya və insan şüurunun elmi tədqiqatını inkişaf etdirmək cəhdləri üzərində quruldu. Ölənə qədər bu vəzifədə qaldı; Kristoff Kox, "elm adamı ölüm yatağından acı sona qədər bir əlyazma yaratmalıdır" dedi.
Fredi Kvin
Fredi Kvin (27 sentyabr 1931, Avstriya) — Avstriya müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində Almaniyanı "So geht das jede Nacht"" mahnısı ilə təmsil etmişdir.
High Hopes
"High Hopes" (azərb. Böyük ümidlər‎) — Pink Floyd qrupunun 1994-cü ildə yayımladığı The Division Bell albomundakı on birinci və son mahnı. Musiqisi Devid Gilmorun, sözləri isə Gilmor və Polli Semsonundur. Mahnının sözləri bir şəxsin həyatda qazanıb itirə biləcəyi şeylərdən bəhs edir. Gilmor bildirmişdir ki, mahnı daha çox onun erkən günləri və məmləkətini tərk etməsi haqqındadır. Gilmourun dostu Duqlas Adams albomun adını bu mahnının bir misrasından seçmişdir. Canlı versiyalar Pink Floydun Pulse, həmçinin Gilmorun In Concert, Remember That Night, Live in Gdańsk və Live at Pompeii buraxılışlarına daxil edilib. Echoes: The Best of Pink Floyd albomunda bu mahnının bir qədər qısaldılmış versiyasından Sid Barrettin "Bike" mahnısına keçid edilir. Bu, "High Hopes"-un sonundakı kilsə zəngi səsinin velosiped zəngi səsi ilə əvəz olunması vasitəsilə yerinə yetirilmişdi. Sinqlın 7 düymlük val versiyası şəffaf üzlüklə buraxılmışdır.
Hipertonik kriz
Hipertonik kriz — arterial təzyiqin başlanğıc səviyyədən (normal və ya yüksəlmiş) qəflətən yüksək həddə yüksəlməsidir. Hipertonik kriz zamanı beyin, ürək, böyrək qan dövranı kəskin pisləşir və ciddi ağırlaçmalar meydana çıxır (insult, infarkt, aorta divarının laylanması, ağciyər ödəmi, kəskin böyrək çatmamazlığı). Hipertonik krizlər bir neçə prinsiplər üzrə təsnif edilir. AT-nin yüksəlmə mexanizmlərinə əsasən hipertonik krizlər hiperkinetik, hipokinetik və eukinetik tiplərə bölünür. Hiperkinetik krizlər periferik damarların normal və ya zəifləmiş tonusu, ürək atımının yüksəlməsi ilə xarakterizə olunur – belə hallarda sistolik təzyiq artır. Hipokinetik krizin inkişaf mexanizmi ürək atımının azalması, periferik damarların müqavimətinin kəskin artması ilə bağlıdır, bu da əsasən diastolik təzyiqin yüksəlməsinə gətirib çıxarır. Eukinetik hipertonik krizlər normal ürək atımı və periferik damarların yüksək tonusu ilə səciyyələnir, nəticədə həm sistolik, həm də diastolik təzyiq yüksəlir. Klinik əlamətlərinə görə hipertonik krizin 2 qrupa ayrılması qəbul olunmuşdur: ağırlaşmamış hipertonik kriz (I tip); ağırlaşmış hipertonik kriz (II tip). == Hipertonik kriz səbəbləri == Kriz hipertoniya xəstəliyinin istənilən mərhələsində baş verə bilər. Əsas səbəblərə aiddir: yüksək psixoemosional gərginlik; hipertoniya xəstəliyinin qeyri-adekvat müalicəsi; antihipertenziv preparatların qəbulunun dayandırılması; xörək duzunun izafi qəbulu; alkoqoldan çox miqdarda istifadə; bəzi ikincili hipertenziyalar və s.
Hüseynabad (Kuhin)
Hüseynabad (fars. حسين اباد‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 944 nəfər yaşayır (241 ailə).