Ayıdağ[1] (ukr. Аю-Даг, krımtat. Ayuv Dağ, Аюв Дагъ) — Krımda yerləşən dağ zirvəsi. Dağın hündürlüyü dəniz səviyyəsindən 571 metr (570,80 m) yuxardadı, şimal qərb istiqamətində dağ massivi 2400 metrədək azca uzanır. Ümumi sahəsi təxminən 4 kvadrat kilometrdi. Ayuv Dağ kompleksi dövlət təbiət yasaqlığı sayılır.[2]
Ayıdağ | |
---|---|
ukr. Аю-Даг, krımtat. Ayuv Dağ | |
Ümumi məlumatlar | |
Dağ sistemi | Krım dağları |
Dağ silsiləsi | Krım dağları |
Mütləq hündürlüyü | 571 m |
Yerləşməsi | |
44°37′ şm. e. 34°20′ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Region | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ayu-Daq klassik lakkolitdir, yəni tam formalaşmamış vulkandı. Dağ təxminən 150 milyon il əvvəl yer qabığının sınıq yerlərinə maqmanın daxil olması nəticəsində orta yura geoloji dövründə yaranıb. Bugünə kimi burada 18 mineral aşkar edilmişdir.[3]
Flora təmsilçilərindən bunları qeyd etmək olar: palıd ağaclarının növləri (Quercus petraea və Quercus pubescens), adi göyrüş,adi quşarmudu, bereka, adi zoğal, tikanlı qaratikan, həmərsin. Həmçinin, burada relikt bitkiləri də var: arbutus andrachne, hündür və tikanlı ardıc, tikanlı bigəvər və s. Ayuv Dağ qoruğunun bitki aləmində bitkilərin ümümlikdə 577 növü tanınır, onlardan 44-ü Qırmızı kitaba salınmışdır.[3]
Ayuv dağında tülküyə, porsuğa, dələyə, kirpiyə, sincaba, gəmiricilərə və başqalarına rast gəlmək olar. Ayuv Dağda yaşayan 16 heyvan növü Qırmızı kitaba salınıb.[4] 1974-cü ildən Ayuv Dağ dövlət təbiət yasaqlığı sayılır.
Ayuv Dağ kompleksinin adı iki krımtatar sözlərindən ibarətdir: ayuv — ayı və dağ. Ancaq, Krımın görkəmli tədqiqatçılarından Pyotr İvan Keppenanın araşdırmasına görə hələ XIX əsrin başlanğıcında krım tatarları bu dağı Biyuk-Kastel (Böyük Qala) adlandırırdılar, P.İ.Keppenin ehtimalına görə, dağ orta əsrlərdə Aya (yun. Ἁγία - müqəddəs) adını daşıya bilərdi,[5] sonra isə yunan sözü "Aya" krımtatar olan "Ayuv"-a dəyişdi.[6]
Dağın antik dövrdə hansı adı daşıdığı tam məlum deyil. Ayuv Dağ Parfenion və Partenion burunları ilə tez-tez eyniləşdirilir,[7] Bu versiyanın xeyrinə dağın ətəyində yerləşən Partenit qəsəbəsinin adını çəkmək olar. Bir sıra tədqiqatçılar, məsələn, İvan Pavloviç Blaramberq hesab edir ki, antik yazılarda Ayuv Dağ "Kriumetopon" (yun. Qoyun alnı) burunu kimi göstərilib.[8] Lakin, fərziyyələrin hər ikisi mübahisəlidi.