Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kargu
Kargu — Türkiyə istehsalı pilotsuz uçuş aparatı. Hazırlayan və istehsalçı - Türk Müdafiə Şirkəti (Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ). == Ümumi məlumat == Kargu hekikopter tipli kamikaze dronudur. 2017-ci ildən bəri Türk ordusunun arsenalına daxildir. 2019-cu ildən STM, təkmilləşdirilmiş Kargu-2 dronlarının istehsalına başlamışdır. 2020-ci ilin əvvəlində Türkiyə hökuməti bu tip 356 PUA alınması üçün müqavilə imzalamışdır. Kargu-2-nin çəkisi 15 kq ağırlığındadır. Eyni zamanda, Kargu-2 havada 30 dəqiqəyə qədər qalma qabiliyyətinə malikdir. İdarəetmə operator tərəfindən yerdən həyata keçirilir. Bu səbəbdən dron hərəkətdə olan obyektlər də daxil olmaqla istənilən hədəfə tərəf yönəldilə bilər.
Kayzu
Kayzu (海津市, Kaizu-shi) — Yaponiyanın Gifu prefekturasında yerləşən şəhər. Müasir Kayzu şəhəri 28 mart 2005-ci ildə keçmiş Kayzu şəhərinin, Hirata və Nanno şəhərlərinin (hamısı keçmiş Kayzu qəzasının tərkib hissəsi idilər) qurulmuşdur. Şəhərin böyük hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir, buna görə də Kayzu dambaları ilə məşhurdur. 1 iyul 2014-cü ilin məlumatına görə şəhərin əhalisi 36.030 nəfərdir, hər km² ərazidə 321 nəfər yaşayır. Şəhərin sahəsi 112,31 km²-dir. == Coğrafiya == Şəhər Yaponiyanın Honşu adasında, Çubu regionunun Gifu prefekturasında yerləşir. Şəhər dambaları ilə məşhurdur. Şəhərin qərb hissəsi Gifu və Mie prefekturalarının sərhədində yerləşir. Burada şimaldan cənuba Yoro dağları uzanır və Nobi düzənliyində 3 çay — İbi, Naqara və Kiso çayları birləşir. Şəhərin içi ilə Tsuya, Oqure və Oe çayları axır.
Kaqu
Kaqu (lat. Rhynochetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinin kaqular fəsiləsinə aid heyvan cinsi.
Kaydu xan
Kaydu xan (1230–1301) — 1296–1301-ci illər arasında Monqol xanı. 30 ildən çox Kubilay xana qarşı savaşmışdır. == Həyatı == Çingiz xanın oğullarından Ögeday qaanin nəvəsiydi. Atası Kaşin Ögedayın beşinci oğluydu. 1263-cü ildə Türkistan üzərində haqq iddia etdi və xüsusən Arık Bökə ilə apardığı əsgəri ittifaqların yardımıyla bölgəni ələ keçirdi. 1269-cu ildə bəzi Monqol öndərlərincə xan seçildi. Bir müddət üçün, əski paytaxt Qaraqorumla birlikdə Monqol torpaqlarının önəmli bir bölümünü idarəsi altında tutduysa da, Kubilay xana qarşı qalıcı bir zəfər qazana bilmədi. 1294-cü ildə Kubilay xanın ölməsindən sonra da saldırılarını sürdürdü. 1301-cü ildə Qaraqurum yaxınlarında yenik düşdü və qaçarkən öldürüldü.
Kayu (cizgi serialı, 1997)
Kayu (fr. Caillou) — Kanadaya çəkilən cizgi teleserialdır. Télétoon və Teletoon kanalında 1997-ci ilin sentyabr ayından göstərilir. == Cizgi filmi haqqında == Cizgi filmi Kayu adlı 4 yaşındakı bir oğlan uşağın insanlarla münasibətlərini və gündəlik həyatından bəhs edir. Orijinal dili fransızca olan cizgi filmi, fərqli dillərə, eyni zamanda Azərbaycan dilinə tərcümə edilib. ABŞ-dən Almaniyaya, İngiltərədən Türkiyəyə, Türkiyədən Azərbaycana qədər bir çox ölkədə yayımlanır.
Aygün
Aygün — Azərbaycanda qız adı. Aygün Kazımova — Azərbaycan müğənnisi. Aygün Bünyadzadə — Azərbaycan uşaq yazıçısı.
Bayquş
Bayquşlar (lat. Strigidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinə aid heyvan fəsiləsi. Bayquşun bədəni 17–74 sm uzunluğunda, ağırlığı isə 50 qr-dan 3,25 kq-dək olur. Yırtıcı qarmaqdimdik, qüvvətli iri caynaqları olan bayquşlar əsasən gecələr ova çıxırlar. Səssiz uçan bu quşlar dağ yamaclarındakı kolluqlarda, meşədəki ağac koğuşunda, qayalardakı yarıq yerlərdə, köhnə uçuq xarabalıq ərazilərdə və s. yaşayırlar. Dişi bayquş yuvasında qoyduğu 8–10 yumurtadan 2–3 cücə çıxarır. Onlar kənd təsərrüfatına zərər vuran həşəratlar və sünbülqıran gəmiricilərlə qidalanırlar. Bayquşlar əkin sahələrinə, meşədəki ağaclara zərər verən həşərat və xırda gəmiriciləri məhv etdiyindən xeyirli quşlardır. Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər.
Dayqo
Dayqo — Yaponiya adı. Dayqo Nişi — Yaponiya futbolçusu. Dayqo Kobayaşi — Yaponiya futbolçusu.
Duyğu
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.
Hayku
Hayku (yap. 俳句) - yapon poeziyasındakı janrlardan biridir. Hayku 3 sətirdən ibarət olub 5-7-5 heca sisteminə əsaslanır.
Kakau
Klavdemır Ceroynımo Alfredo Bereto (Kakau) (d. 27 may 1981, San Paulo, Braziliya) — Hücumçu Alman Futbolçu.
Kanqe
Kanqe (kor. 강계시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimalında yerləşən şəhər, Çaqando vilayətinin inzibati mərkəzi. Şəhər yerləşdiyi yerə görə tarixən strateji əhəmiyyətə malikdir. == Tarixi == Koreya müharibəsi zamanı, Pxenyan şəhərindən qovulduqdan sonra Kim İr Sen və hökuməti müvəqqəti olaraq Kanqe şəhərinə köçmüşdür. == Coğrafiyası == Şəhər, Çanca çayı daxil olmaqla dörd çayın birləşdiyi yerdə yerləşir. == İnzibati bölgüsü == Şəhər 34 məhəlləyə və 2 kəndə bölünmüşdür: == İqlim == Orta illik hava temperaturu — 7,3 °C Havanın nisbi rütubətliyi — 72,6% Orta külək sürəti — 0,5 m/s == Nəqliyyat == Kanqe şəhəri digər şəhərlərə quru yolu, dəmiryolu və hava yolu ilə bağlı olan bir nəqliyyat mərkəzidir. Şəhər Kanqe və Manpo dəmiryolu xəttlərinin qovşağında yerləşir. Bundan əlavə olaraq, avtomobil yolları şəhəri paytaxt Pxenyana və KXDR-ın digər şəhərlərinə birləşdirir. Şəhər, hərbi və mülki məqsədli hava limanının yaxınlığında yerləşir. == Mədəniyyət == Şəhərdə Kanqe Təhsil Universiteti, Kanqe Texnologiya Universiteti və Kanqe Tibb Universiteti yerləşir.
Kaoru
Kaoru — Yapon adı.
Katiu
Katiu (fr. Katiu) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Makemo atolundan 25 km şimal-şərqdə, Raevski adalarından 13 km şimalda yerləşir. == Coğrafiya == Atollun sahəsi 27 km²-dir. Daxilində laqun vardır. Laqun okeanla kiçik boğazla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada 285 nəfər yaşayır. Hitianau əsas yaşayış məntəqəsidir. == Tarixi == Ada 1820-ci ildə rus dənizçisi Faddey Bellinshauzen tərəfindən kəşf edilir.
Kayak
Kayak və ya eskimos qayığı — eskimoslar, aleutlar və başqa Arktika xalqları tərəfindən istifadə edilən qayıq növü. Hal-hazırda turizm və idman məqsədləri üçün istifadə edilir. Onların materialları dəniz axımına qarşı bir-birindən fərqlənir. Qayıqlar ağacdan hazırlanır. Onun bir çox plastik növləri də mövcuddur.
Kayan
Kayan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Kaynuu
Kaynuu (fin Kainuun; isv. Kajanaland) - Finlandiyanın vilayətidir. Bu vilayət Şimali Ostrobotniya, Şimali Savoniya, Şimali Kareliya vilayətəri və Rusiyanın Kareliya Respublikası ilə sərhəddədir. Mərkəzi Kayaani şəhəridir. == Coğrafiyası == Bainal meşəsi Kaynuudakı biomun böyük hissəsini təşkil edir. Kaynuudakı meşələrdə, əsasən, ağcaqayın, şam və ladan ağacları bitir. Atipik regional coğrafiya və landşaft göllərdən, təpələrdən və geniş yaşayış olmayan meşə sahələrindən ibarətdir. Bölgədəki ən böyük göl Finlandiyanın ən böyük göllərindən biri olan Ouluyarvidir (928.09 km²). Kaynuudakı sahillər, açıq sular və adalar Vaala, Paltamo və Kayaani kommunalarına aiddir. Kaynuudakı ən yüksək nöqtə Hyuryunsalmi kommunasında yerləşən İso Tuomivaaradır(385 m).
Kinqu
Kinqu — Akkad mifologiyasında kosmoqonik Enuma eliş poemaya əsasən, Tiamatın əri, bir əcaib, div, okeanın duzlu suyu, ilk nəsil tanrı. İlk tanrılar tərəfindən yeri əhatə edən şirin su dəryası - Apsu öldürüldükdən sonra Tiamat tale cədvəlini Kinquya etibar edərək onu özünə ər, həmhökmdar və onu tabesində olan tanrılar və on bir əcaib div ordusuna başçı edir. Marduk ox-kaman, dəyənək və torla silahlanaraq dörd külək və yeddi çovğunla on bir əcaib Timatın üzərinə hücum çəkərək döyüşə girir. Tiamat güclü küləyin təsiindən açıq ağzını yuma bilmir. Marduk dərhal onu öz oxu ilə öldürür və dünyaya sahib olmaq üçün Kinqunu ələ keçirir.Daha sonra Marduk dünyanı yaradır: Timatın bədənini ikiyə parçalayaraq, gövdəsinin aşağı hissəsindən yeri yuxarı hissəsindən göyü, kəlləsindən dağları, gözlərindənisə Dəclə və Fərat çaylarını yaratmış olur. Buna görə də Tiamat yerlə, Kinqu isə onu zərbələrdən qoruyan ayla xarakterizə olunur.
Qayğı
Qayğı (film, 1943)
Kamau
Kamau (vyet. Cà Mau) — Vyetnamın cənub hissəsində, Mekonq deltasında şəhər, Kamau vilayətinin paytaxtı. Kamau 8 şəhər məhəlləsi və 7 kənd icmasına bölünür. Şəhərin özünəməxsus nəqliyyat kanalları sistemi var, burada xeyli yük axını qayıqlarda və barjalarda daşınır. Vyetnamın Baş naziri Nquyen Tan Zunq burada anadan olmuşdur. == Əhalisi == 2010-cu ilə olan məlumata görə, şəhərin əhalisi təqribən 204,895 nəfərdir. Onların əksəriyyəti etnik vyetlər və çinlilərdir (həmçinin, Hoa xalqı), khmerlər də böyük bir hissəni (300 ailə) təşkil edir.
Alber Kamyu
Alber Kamü (fr. Albert Camus; 7 noyabr 1913[…], Dreön, Fransa Əlcəzairi[d], Fransa – 4 yanvar 1960[…], Villeblevin[d], Yonna, Fransa) — fransız filosof, yazıçı və jurnalist. O, 44 yaşında 1957-ci ildəki Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq, tarixdəki ən gənc ikinci laureat olmuşdu. Onun məşhur əsərlərinə Yad, Taun, Sizif haqqında mif, Çöküş və Üsyan daxildir. Kamü Əlcəzairdə (O vaxt Fransa müstəmləkəsi idi) fransız ailəsində dünyaya gəlmişdir. O, Fransa vətəndaşı idi. Kamünün uşaqlığı kasıb bir məhəllədə keçmiş və daha sonra Əlcəzair Universitetində fəlsəfə təhsili almışdır. O, İkinci Dünya müharibəsində almanlar Fransanı işğal edəndə Parisdə idi. Kamü qaçmağa çalışsa da, sonda qeyri-qanuni fəaliyyət göstərən Kombatda baş redaktor olaraq xidmət etdiyi Fransa Müqavimət Hərəkatına qoşuldu. Müharibədən sonra o, məşhur fiqura çevrildi və çoxlu mühazirələr deməyə başladı.
Albert Kamyu
Alber Kamü (fr. Albert Camus; 7 noyabr 1913[…], Dreön, Fransa Əlcəzairi[d], Fransa – 4 yanvar 1960[…], Villeblevin[d], Yonna, Fransa) — fransız filosof, yazıçı və jurnalist. O, 44 yaşında 1957-ci ildəki Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq, tarixdəki ən gənc ikinci laureat olmuşdu. Onun məşhur əsərlərinə Yad, Taun, Sizif haqqında mif, Çöküş və Üsyan daxildir. Kamü Əlcəzairdə (O vaxt Fransa müstəmləkəsi idi) fransız ailəsində dünyaya gəlmişdir. O, Fransa vətəndaşı idi. Kamünün uşaqlığı kasıb bir məhəllədə keçmiş və daha sonra Əlcəzair Universitetində fəlsəfə təhsili almışdır. O, İkinci Dünya müharibəsində almanlar Fransanı işğal edəndə Parisdə idi. Kamü qaçmağa çalışsa da, sonda qeyri-qanuni fəaliyyət göstərən Kombatda baş redaktor olaraq xidmət etdiyi Fransa Müqavimət Hərəkatına qoşuldu. Müharibədən sonra o, məşhur fiqura çevrildi və çoxlu mühazirələr deməyə başladı.
Aygül İdrisova
Aygül İldusovna İdrisova (başq. Иҙрисова Айгөл Илдус ҡыҙы, doğ. 11 iyul 1995-ci il) — Başqırdıstanlı dama üzrə beynəlxalq qrosmeyster. 2019-cu ildə keçirilən dünya çempionatının gümüş mükafatçısı, 2017-ci dünya çempionatının bürünc mükafatçısı. Avropa çempionu (2016). == Təhsili == 2002-ci ildən 2011-ci ilə qədər A. Validi (İşimbay) adına 2 nömrəli Başqırd respublika Gimnaziyasında (İşimbay), 2011-2013-cü illərdə R.Qaripov adına 1 nömrəli Başqırd respublika Grammatika Məktəbində (Ufa) oxumuşdur. Yüksək təhsil göstəricilərinə görə medalla təltif olunmuşdur. 2013-cü ildən Başqırd Dövlət Universitetinin Fiziki-Texniki İnstitutunun Tətbiqi Fizika kafedrasının tələbəsidir. == İdman karyerası == 6 yaşında, uşaq bağçasına gedəndə dama oynamağa başlamışdır. Birinci sinifə getdikdən sonra məktəbdəki dama bölməsinə qatıldı.
Ayqun müqaviləsi
Ayqun müqaviləsi — 16 may 1858-ci il tarixində Rusiya ilə Çin arasında Ayqun şəhərində imzalanmış müqavilə. Ayqun müqaviləsinə görə Arqun çayının Amura töküldüyü yerdən Amurun ağzınadək Amurun sol sahili Rusiyaya keçmişdir. Ussuri çayınadək Amurun sağ sahili Çində qalmışdır. 1860-cı il Pekin müqaviləsinə əsasən Ussuri çayından dənizədək ərazi də Rusiyaya keçmişdir. Ayqun müqaviləsinə görə Amur, Ussuri və Sunqari çaylarıda yalnız rus və Çin gəmilərinin işləməsinə icazə verilmişdir. Ayqun müqaviləsini 2 iyun 1858-ci ildə Çin boqdıxanı və 8 iyun 1858-ci ildə Rusiya hökuməti təsdiq etmişdir. Rusiya ilə Çin arasında sərhəd qəti olaraq 1860-cı il Pekin müqaviləsi ilə müəyyən edilmişdir. Bu müqavilə Ayqun müqaviləsini və 1858-ci ildə imzalanmış Tyanszin müqaviləsini təsdiq etmiş, Ussuri çayı sərhəd müəyyən olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Айгунский договор 1858 // А — Анкетирование. — М. : Большая российская энциклопедия, 2005.
Baycu noyon
Baycu noyon (təq. 1201, Böyük Monqol imperiyası – 1260) — Besut ulusundan monqol sərkərdəsi. == Həyatı == Baycu noyon Hülaku xanın sərkərdəsi idi. Tümənbəyi sayılırdı. 30 min qoşunla Sivasda Səlcuqlulara qalib gəldi. Baycu noyon 1261-ci ildə Hülaku xan tərəfindən öldürüldü. == Ailəsi == Baycu noyonun Adak noyon adlı oğlu vardı.
Baydu xan
Baydu xan (1260 — 4 oktyabr, 1295) — Hülaku xanın beşinci oğlu Tarağayın oğlu, Elxan. == Həyatı == 1260-cı ildə doğulmuşdu. Atası Hülaku xanın beşinci oğlu Tarağay idi. 1284-cü ildə Bağdad və Diyarbəkr valisi idi. 1294-cü ildə çaonun uğursuzluğu və Keyxatu tərəfindən təhqir olunması ona üsyan üçün bəhanə yaratmışdı. 21 mart 1295-ci ildə Keyxatu xan məğlub olundu, 3 gün sonra edam edildi. == Hakimiyyəti == Əmir Tağaçarın əli ilə taxta gələn Baydu Qazanın etirazları ilə rastlaşdı. Hakimiyyəti bölüşdürmək təklifinə etiraz edən Qazan xan Bayduya hücum etdi. Xan, Naxçıvana qaçdı, lakin 4 oktyabr 1295-ci ildə ələ keçirilərək edam edildi.