Kargu — Türkiyə istehsalı pilotsuz uçuş aparatı. Hazırlayan və istehsalçı - Türk Müdafiə Şirkəti (Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ).[1]
Kargu | |
---|---|
Tipi | hücum Pilotsuz uçuş aparatı |
Hazırlayan | Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ |
İstehsalçı | Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ |
İlk uçuş | 2016 |
İstismara verilmə tarixi | 2017 |
Status | kütləvi istehsal |
İstismarçılar | Türkiyə Hərbi Hava Qüvvələri |
Vikianbarda əlaqəli mediafayllar |
Kargu hekikopter tipli kamikaze dronudur. 2017-ci ildən bəri Türk ordusunun arsenalına daxildir. 2019-cu ildən STM, təkmilləşdirilmiş Kargu-2 dronlarının istehsalına başlamışdır.[2]
2020-ci ilin əvvəlində Türkiyə hökuməti bu tip 356 PUA alınması üçün müqavilə imzalamışdır.[3]
Kargu-2-nin çəkisi 15 kq ağırlığındadır. Eyni zamanda, Kargu-2 havada 30 dəqiqəyə qədər qalma qabiliyyətinə malikdir. İdarəetmə operator tərəfindən yerdən həyata keçirilir. Bu səbəbdən dron hərəkətdə olan obyektlər də daxil olmaqla istənilən hədəfə tərəf yönəldilə bilər. Əgər dron hədəfi məhv etməyibsə, sonradan istifadə üçün operatorun yanına qayıda bilər.
Ayrıca Kargu-2 dronunda hədəfləri müstəqil olaraq aşkar edə və vura biləcəyi yarı-avtonom uçuş və axtarış rejimi mövcuddur. Bu halda operatora yalnız onu müəyyən bir istiqamətə yönəltmək qalır. Operator lazım gələrsə, pilotsuz təyyarənin hücumunu ləğv edə və ya başqa bir hədəfə yönləndirə bilər.[4]
Döyüş başlığı düşmən personalı və digər silahsız hədəfləri məhv etmək üçün parçalanan, yüngül zirehli nəqliyyat vasitələrinə hücum üçün məcmu və ya qapalı məkanda hədəfləri məhv etmək üçün isə termo bomba şəklində ola bilər.
STM bu hücum PUA-larının ixracını artırmaq üçün fəal şəkildə çalışır. Orta Şərq və türkdilli ölkələrdə bu dron kamikadzeyə xüsusi maraq göstərirlər.[5]