Kanqe (kor. 강계시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimalında yerləşən şəhər, Çaqando vilayətinin inzibati mərkəzi. Şəhər yerləşdiyi yerə görə tarixən strateji əhəmiyyətə malikdir.
Şəhər | |
Kanqe | |
---|---|
강계시 | |
40°58′ şm. e. 126°36′ ş. u.HGYO | |
Ölkə | Şimali Koreya |
Region | Kvanso |
Rayon | Çaqando |
Tarixi və coğrafiyası | |
Sahəsi | 263.667 km² |
Saat qurşağı | UTC+8:30 |
Əhalisi | |
Əhalisi | 251,971[1] nəfər (2008) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +850 67хххххх |
Vikianbarda əlaqəli mediafayllar |
Koreya müharibəsi zamanı, Pxenyan şəhərindən qovulduqdan sonra Kim İr Sen və hökuməti müvəqqəti olaraq Kanqe şəhərinə köçmüşdür.[2][3]
Şəhər, Çanca çayı daxil olmaqla dörd çayın birləşdiyi yerdə yerləşir.
Şəhər 34 məhəlləyə və 2 kəndə bölünmüşdür:
|
|
NASA-ya əsasən Kanqe şəhərində orta gündəlik hava temperaturu[4] | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
−12,6 °C | −7,5 °C | 0,4 °C | 9,2 °C | 15,5 °C | 20,2 °C | 23,2 °C | 22,7 °C | 16,2 °C | 8,6 °C | −0,4 °C | −9,2 °C | 7,3 °C |
Kanqe şəhəri digər şəhərlərə quru yolu, dəmiryolu və hava yolu ilə bağlı olan bir nəqliyyat mərkəzidir. Şəhər Kanqe və Manpo dəmiryolu xəttlərinin qovşağında yerləşir. Bundan əlavə olaraq, avtomobil yolları şəhəri paytaxt Pxenyana və KXDR-ın digər şəhərlərinə birləşdirir. Şəhər, hərbi və mülki məqsədli hava limanının yaxınlığında yerləşir.
Şəhərdə Kanqe Təhsil Universiteti, Kanqe Texnologiya Universiteti və Kanqe Tibb Universiteti yerləşir.
Turistlərin marağına daxildir — İnpun pavilyonu, Ryonva dağı.
1945-ci ildən bəri şəhərdə istehsal sənayesi sürətlə inkişaf etmişdir. Şəhər mis, sink, kömür və qrafit istehsal edən mədən sənayesinə malikdir. Kanqe şəhəri Çaqando vilayətinin və Şimali Koreyanın əsas ağac emalı zavodlarından birinə ev sahibliyi edir.
Kanqe ağac emalı zavodu Kanqe şəhərində yerləşən kiçik bir dövlət zavodudur. Əməliyyatların əvvəllərindən əl işi ilə yalnız iki növ mebel hazırlanırdı (yemək masaları və sterilizə çubuqlar). Zavod vaxt keçdikcə istehsalat yüzlərlə müasir avadanlıqları hazırlayaraq, ağac emalı istehsalını əhatə edən müasirləşdirilmiş mebel istehsalçısına çevrilmişdir.
Zavod, ağac emalı prosesinin mühüm bir hissəsi olan qurutma işini müsirləşdirmə proqramına cəhd etmişdir. Zavod texniki yeniliklər edərək fabrik istehsalını artırmış və işçi qüvvəsini azaltmışdır.