Kayzu (海津市, Kaizu-shi?) — Yaponiyanın Gifu prefekturasında yerləşən şəhər. Müasir Kayzu şəhəri 28 mart 2005-ci ildə keçmiş Kayzu şəhərinin, Hirata və Nanno şəhərlərinin (hamısı keçmiş Kayzu qəzasının tərkib hissəsi idilər)[2] qurulmuşdur. Şəhərin böyük hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir, buna görə də Kayzu dambaları ilə məşhurdur.
Kayzu | |
---|---|
yap. | |
35°13′00″ şm. e. 136°38′00″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Region | [[Çubu regionu]] |
Prefektura | [[Gifu prefekturası]] |
Mer | Kiyohiko Matsunaqa[1] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 28 mart 2005 |
Sahəsi | 112,31 km² |
Saat qurşağı | UTC+9 |
Əhalisi | |
Əhalisi | 36 030 nəfər (2014) |
Sıxlığı | 320,81 nəf./km² |
Milli tərkibi | yaponlar |
Rəsmi dili | yapon dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 〒503-0695 |
Digər | |
city.kaizu.lg.jp/index.html (yap.) | |
Vikianbarda əlaqəli mediafayllar |
1 iyul 2014-cü ilin məlumatına görə şəhərin əhalisi 36.030 nəfərdir, hər km² ərazidə 321 nəfər yaşayır. Şəhərin sahəsi 112,31 km²-dir.
Şəhər Yaponiyanın Honşu adasında, Çubu regionunun Gifu prefekturasında yerləşir. Şəhər dambaları ilə məşhurdur. Şəhərin qərb hissəsi Gifu və Mie prefekturalarının sərhədində yerləşir. Burada şimaldan cənuba Yoro dağları uzanır və Nobi düzənliyində 3 çay — İbi, Naqara və Kiso çayları birləşir. Şəhərin içi ilə Tsuya, Oqure və Oe çayları axır.
Kayzu şəhərində Dzyomon dövrünə aid balıqqulaqları, alətlər və insan izləri tapılmışdır. Ərazidə tapılmış artifaktlar buranın 2.500 il məskunlaşıldığını göstərir. Bu dövrdə Kayzu okeana daha yaxın idi və şəhərdə Corbiculidae molyusklarını tez-tez tapmaq olardı.
1319-cu ildə — Kamakura dövrünün sonlarına yaxın şəhərdə ilk dairəvi damba tamamlanmışdır. Əvvəllər, dambalar ancaq şəhərin şimal hissəsində yerləşirdi. Buna görə də şəhərin aşağı hissəsində tez-tez sel təhlükəsi baş verirdi. İlk dairəvi dambanının tikilməsindən sonra ətraf ərazilərdə çoxlu sayda dairəvi damba tikilmişdir.
2014-cü ilin məlumatına görə şəhərin əhalisi 36.030 nəfərdir, hər km² ərazidə 320,81 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi:[3]
|
Şəhər əsasən pomidor və satsuma məhsulları ilə tanınır. Kayzu Yaponiyanın şimal nöqtəsində satsumanın geniş yetişdirildiyi yerdir.
Kayzu şəhərində Kisosansen parkı yerləşir. Şəhərdə Naqara, İbi və Kiso çayları bir-biri ilə görüşür. Bura idman fəaliyyətləri və illik çiçək festivalını keçirmək üçün əla yerdir. Şəhərin panoramasına Kisosansen parkında yerləşən müşahidə qülləsindən tamaşa etmək mümkündür.
Şəhərin simvolik ağacı şam ağacı, simvolik gülü Satsuma hesab olunur.[4]