Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lespar-Medok (rayon)
Lespar-Medok (fr. Lesparre-Médoc) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Jironda. Suprefektura — Lespar-Medok. Rayon əhalisi 2006-cı ildə 45 602 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 35 nəf / km². Rayon sahəsi — 1318 km².
Bedik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Bədik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Depok
Depok (sunda yazısı. ᮓᮦᮕᮧᮊ᮪) — İndoneziyanın Böyük Cakarta metropol bölgəsində yerləşən Qərbi Yava əyalətindəki şəhər. 200,29 km² sahəsi var. 2021-cü il siyahıyaalmasına görə əhalisi 2.462.215 nəfər, sıxlığı 8.746 nəfər / km² idi. 27 aprel 1999-cu ildə Depok ayrı bir şəhər olaraq elan edildi. == İstinadlar == == Xarici linklər == VikiSəyahətdə Depok haqqında səyahət məlumatları var. (indon.) depok.go.id — Depok rəsmi saytı Jakarta Globe News article by Tasa Nugraza Barley dd. August 26, 2010.
Deyok
Deyok və ya Dayaukku (yunan: Δηιόκης; e. ə. 700-cü illər – e.ə. 675) – Herodota görə Midiya dövlətinin əsasını qoymuş şəxs və həmin dövlətin ilk hökmdarı. Deyok e.ə. VIII əsrdə Mannanın Midiya vilayətinin hakimi olmuş, həmin vilayəti müstəqil elan edərək Midiya dövlətinin əsasını qoymuşdur. == Herodotun qeydlərində == Herodot qeyd edir ki, Deyok hələ dövlətin əsası qoyulmamışdan əvvəl "böyük bacarığa və gücə malik olmuş" Fraortanın oğludur. Ona tabe olan insanlar, eləcə də qonşu kəndlərin əhalisi mübahisələr zamanı, onu həll etməsi üçün Deyoka müraciət edirdilər. Beləliklə onu öz hökmdarları seçərək dedilər ki, "bizim üçün elə qaydalar müəyyənləşdir ki, biz normal qaydaları olan dövlətdə yaşayaq və belə qarışıq bir vəziyyətdə öz evlərimizi tamamilə itirməyək." Onlar Deyokun rəhbərliyi altında özlərinə yaşayış evləri inşa etdilər və beləliklə sonralar böyük Midiya dövlətinin paytaxtı olmuş möhtəşəm Ekbatan şəhərinin əsası qoyuldu. O, tabelik haqqında ciddi müqavilə hazırladı və hər kəs həmin müqavilənin şərtlərinə tabe oldu.
Fedon
Phædo və ya Phaedo ( /ˈfiːdoʊ/ ; yun. Φαίδων : Φαίδων , Phaidon [pʰaídɔːn] ), qədim oxucular tərəfindən Ruh haqqında kimi də tanınan Respublika və Simpoziumla birlikdə Platonun orta dövrünün ən məşhur dialoqlarından biridir.
Fədək
Fədək (ərəb. فدك‎) — Hicaz məntəqəsində Mədinə şəhərinin 160 kilometrəliyində, keçmişdə su və bulaqları olan bir kənd. Fədəkin yaxınlığında Şəmrux adlı bir qala varmış ki, indi onun yerində Haet adlı Xurma palması dolu böyük bir kənd var. == Tarixi == Fədək xeybərin yaxınlığındadı və hicaz yəhudilərinə strategi baxımdan böyük önəm daşıyırdı. islam ordusu yəhudiləri xeybərdə məğlub etdikdən sonra yəhudilərin gücünün aradan aparilması üçün peyğəmbər Mohit adlı bir səfiri fədəkin başçılarına göndərdi. Fədək başçıları sülhü savaşdan üstün tutdular və təəhüd etdilər ki fədəkin məhsullarının yarısını ildə müsəlmanlara göndərib islam bayrağı altında yaşasınlar. == Strategiya önəmliyi == Fədəkin çoxlu Xurma ağacı coşan bulaqları habelə verimli yerləri onu hicazlılar üçün çox dəyərli qılmışidi. o zamanın ağacları kufənin 7-ci qərndəki ağaclarının dəyəri ilə birdi. ömər yəhudiləri ərəbistandan eşiyə ötürəndə 50-min dirhəm fədəkin qalan yarısı üçün onlara verdi. == Fədəkin Fatiməyə bağışlanması == === Əhli Şiə mənbələri === Bir çox Əhli Şiə alimləri öz təfsir (Qurani Kərimin İsra surəsinin 26-cı ayəsinin nazil olma səbəbində) və tarix kitablarında Fədəyin Xanım Fatiməyə peyğəmbər tərəfindən bağışlanmasını qeyd etmişlər.
Gədik
Gədik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Gədik oyk., sadə. Quba r-nunun Vəlvələ i.ə.v,-də kənd. Gədik çayının (Vəlvələ çayının qolu) sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Gədik Seyidlər olmuşdur. Sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Toponimik termin kimi gədik türk dillərində, o cümlədən Azərb. dilində "hündür dağ, dağ keçidi, aşırım" deməkdir. Kənd belə bir coğrafi mövqedə yerləşdiyi üçün Gədik adlandırılmışdır. Oykonim "gədikdə yerləşən Seyidlər kəndi" mənasındadır.
Hədik
Hədik — Mərasim və mövsümi səciyyəli milli yemək növü. Əvvəlcədən islağa qoyulmuş buğda və qarğıdalını qazana töküb üzərinə su əlavə edib bişirirlər. Buğda bişib açıldıqdan (çatladıqda) sonra qazana lobya, noxud (yarıbişmiş), lərgə, mərcimək tökülür. Hədik süfrəyə verilərkən yanına qoz ləpəsi də qoyulur. Adətən uşaq ilk dişini çıxardıqda bişirilir və qonum-qonşuya paylanır. Məhərrəmlik zamanı (aşura günü), həmçinin payız və qış aylarında çərəz məqsədi ilə də bişirilir. == Həmçinin bax == Hədik Arxivləşdirilib 2015-05-28 at the Wayback Machine == Mənbə == Һәдик // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Ledeb.
Karl Fridrix fon Ledebur (ing. Carl Friedrich von Ledebour; d. 8 iyul 1786 – 4 iyul 1851) — Almaniya alimi. Botanik.
Ledra
Ledra (yun. Λήδρα) və ya Ledrae — Kipr adasının mərkəzində, bu gün Lefkoşanın olduğu yerdə iştirak edən bir şəhər krallığıydı. Bəzi mənbələrə görə e.ə. 1050-ci ildə qurulan şəhər e.ə. 330-cu ilda kiçik bir kənd qədər küçülmüştü. Bir dövr Asurlular tərəfindən də idarə.
Ledum
Rododendron (lat. Rhododendron) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi. == Maraqlı faktlar == Bu bitki Nepalda ölkənin milli bitkisi hesab olunur.
Lensk
Lensk (rus. Ленск, IPA: [lʲɛnsk]; yakut. Лиэнскэй, Lienskey) — Rusiya Federasiyasının Saxa Respublikasının Lenski rayonunun şəhər və inzibati mərkəzi. 2010-cu il siyahıyaalınmasına əsasən, əhalisi 24,966 nəfər idi. == Coğrafiya və iqlim == Lensk Lena çayının sol sahilində, Lena yaylasının cənub kənarında, respublikanın paytaxtı Yakutskdan təxminən 800 kilometr (500 mil) qərbdə yerləşir. Şəhər alçaq dağlarla əhatə olunmuş vadidə yerləşir. Lena çayı bölgənin əsas su yoludur və nəqliyyat və balıq ovu üçün istifadə olunur. Lensk subarktik iqlimə malikdir (Köppen iqlim təsnifatı Dfc). Qışlar çox soyuq və uzun, orta temperatur yanvarda -34,1 ilə -25,3 °C (-29,4 ilə -13,5 °F) arasında dəyişir. Yay mülayim, lakin qısadır, orta temperatur 10 ilə 23,9 °C (50,0 ilə 75,0 °F) arasında dəyişir.
Lerik
Lerik — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati mərkəzi. == Tarixi == Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur. == Coğrafiyası və iqlimi == === Relyefi === Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir.
Ləçək
Ləçək - Çiçək tacında şəklini dəyişmiş yarpaq. Tozlayıcı həşaratları cəlb etmək üçün şəklini dəyişmiş və parlaq rənglərdə olurlar. Dişicik və erkəkciyi qoruyan hissədir. Tozlaşmaya yardım edir. Botanika sahəsində daha geniş olaraq öyrənilir.
Medik.
Fridrix Kazimur Medikus (alm. Friedrich Kasimir Medikus‎ və ya alm. Friedrich Casimir Medicus‎, 6 yanvar 1736 — 15 iyul 1808) — alman botaniki, həkim. == Elmi əsərləri == Botanische Beobachtungen (Мангейм, 1780—1784). Beiträge zur schönen Gartenkunst (Мангейм, 1782). Über einige künstliche Geschlechter aus der Malven-Familie, denn der Klasse der Monadelphien (Мангейм, 1787). Historia et Commentationes Academiae Electoralis Scientiarum et Elegantiorum Literarum Theodoro-Palatinae (1790). Pflanzen-Gattungen nach dem Inbegriffe sämtlicher Fruktifications-Theile gebildet mit kritischen Bemerkungen (Мангейм, 1792). Über nordamerikanische Bäume und Sträucher, als Gegenstände der deutschen Forstwirthschaft und der schönen Gartenkunst (Mangeym, 1792). Critische Bemerkungen über Gegenständen aus dem Pflanzenreiche (Mangeym, 1793).
Mədək
Mədək çökəkliyi — Quba rayonu ərazisində çökəklik. Mədək (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Olenok
Olenok (saxa Өлөөн) — Rusiya ərazisində Şərqi Sibirdən axan çay. Krasnoyarsk diyarı ərazisindən axaraq Yakutiya ərazisində dənizə tökülür. Rusiyanın ən uzun çaylarından biridir. Cəmi 92 km məsafədə naviqasiya mümkündür == Coğrafiyası == Çay Orta Sibir öndağlığı ilə Şimali Sibir çökəkliyi ilə axır. Laptevlər dənizinə daxil olan Olenok körfəzinə tökülür. Dənizə töküldüyü yerdə sahəsi 475 km² olan delta əmələ gətirir. Çayın uzunluğu 2292 km, hövzəsinin sahəsi 219 min. km² təşkil edir. Çayın deltasında bir qrup adalar vardır: Canqılax, Kuqun-Arıta, Ulaxan Arı (iri adalar), Bılıktax-Arıta, Oççuquy-Arı, Oqonner-Arıta, Ot-Arı, Bolder-Arıta, Syuqyulder-Arlta, Olete-Arıta, Okuollax-Arıta, Kersyose-Arıta, Xobuox-Arıta, Kasyan-Arıta, Şved-Mayaktax-Arıta, Eppet-Belkey, Kyiryor-Arı, Tonqolox-Belkee, Xastax-Arı, Tiqyan-Arı, Xaxıs-Belkee, Borid-Arıta, İsay-Belkee (kiçik adaları). Çayın dənizə töküldüyü yerdə Şaxtalax-Arı adası yerləşir.
Lekos
Lekos — "leqlər"in əfsanəvi əcdadı və eponimi. "Qafqaz dağlıları haqqında məlumatlar toplusu"na görə, "Dağıstan dağlılarının əcdadı gürcü qəhrəmanı Lekosun adı, böyük ehtimalla, etnik lakla bağlıdır". Gürcüstan filoloqu A. V. Kiknadzeyə görə, Lekos indiki ləzgilərin əcdadıdır. == Etimologiya == Strabon leqləri gellərlə birlikdə "skiflər" adlandırır. Bunlar terminin elmi mənasında skiflər deyil. Mixail İxilov belə bir fikrə istinad edir ki, kadusilər bir neçə qohum tayfanın, o cümlədən gellərin və leqlərin ümumi adı olmuşdur. Klavdi Ptolemey "Coğrafiya" əsərində (VI kitab) kadusi və leqləri müəyyən etmiş, gellərin şimalda yaşadıqlarını bildirmişdir. Kay Brodersen bütün mövcud fraqmentləri müqayisə edərək, Plininin mətnindəki "leqlər" sözünün köçürmə zamanı itmiş ola biləcəyini təklif edir.
Levon
Levon — erməni adı. Levon Ter-Petrosyan — Ermənistan birinci prezidenti (11 noyabr 1991 – 3 fevral 1998). I Levon — Kilikiya Erməni Çarlığının ilk kralı. II Levon — Hetumidlər sülaləsindən Kilikiya Erməni Çarlığının IV çarı. Levon Çorbacıyan — erməni əsilli ABŞ sosioloqu. Levon Mirzoyan — dövlət və partiya xadimi, Azərbaycan SSR Kommunist Pariyası I katibi (1926–1929). Levon Aronyan — şahmat üzrə erməni əsilli ABŞ qrossmeysteri. Levon Çukasyan — Ermənistan sənətşünası. Levon Larents — Erməni əsilli Osmanlı yazıçısı, tərcüməçisi, jurnalisti, redaktoru. Levon Minasyan — Fransız əsilli erməni musiqiçisi, bəstəkar və duduk ifaçısı.
SEDOL
SEDOL (ing. Stock Exchange Daily Official List) — Böyük Britaniya və İrlandiyada istifadə edilən təhlükəsizlik identifikasiya kodlarının siyahısı. Yeddi rəqəmli SEDOL kodları qiymətli kağızın emitentinin müraciəti əsasında London Fond Birjası tərəfindən təyin edilir. Kodlar SEDOL Böyük Britaniyada buraxılmış bütün qiymətli kağızlar üçün Milli İdentifikasiya Nömrəsi (NSIN) kimi xidmət edir və buna görə də onların ISIN kodunun bir hissəsini təşkil edir. SEDOL kataloqu (SEDOL Masterfile, SMF) həmçinin milyonlarla qlobal investisiya alətləri üçün identifikatorları ehtiva edir, onların hər biri öz bazarında unikal identifikatora malikdir. Xüsusilə, CUSIP kodu olmayan qeyri-ABŞ alətləri üçün çoxlu SEDOL kod identifikatorları mövcuddur. ISIN və SEDOL identifikatorları arasındakı fərq ondan ibarətdir ki, ISIN alət üçün unikal koddur, SEDOL isə müxtəlif platformalarda eyni alət ticarəti üçün bir neçə koda malik ola bilər. Məsələn, Fransa Birjasında və DAX-da satılan Total səhmləri eyni ISIN və fərqli SEDOL kodlarına malikdir. Bu kodlara əlavə olaraq, Reuters simvolik identifikatorları tez-tez istifadə olunur - Reuters Instrument Code (RIC) və bir çox başqaları. == Təsviri == Yeddi rəqəmli SEDOL kodu iki hissədən ibarətdir: altı rəqəmli simvol-rəqəm kodu və doğrulama rəqəmi.
Aran (Lerik)
Aran — Azərbaycan Respublikasının Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Dağətəyi ərazidədir.
Azərbaycan (Lerik)
Günəşli (keçmiş adı Ozobijon (2007-ədək)) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 826 nəfərdir. == Tarixi == 8 may 2007-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Lerik rayonunun Noda kənd inzibati ərazi dairəsi tərkibindəki Azərbaycan kəndi Günəşli kəndi adlandırılmışdır.
Ağçay (Lerik)
Ağçay — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Bilnə (Lerik)
Bilnə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 329 nəfərdir. == Tarixi == Aşağı Bilnə Lerik rayonunun Noda inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. XIX əsrdə Bilnə (indiki Yuxarı Bilnə) kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. "Bilnə kəndinin Aşağı hissəsi" deməkdir. Kənd öz adını ərazidəki Bilnəçayın adından almışdır. Türk dillərində bilan "dağ kecidi"; Azərbaycan dilinin dialektlərində bilin "tunel, dağın altından açılan yol" mənalarında işlənməkdədir. Onu da qeyd etmək lazımdır ki, 1917-ci ildə Lənkəran qəzasında iki Bilnə və bir Bilinə kəndi qeydə alınmışdır. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Noda kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bilnə kəndi Bilnə kəndi adlandırılmışdır.