Fədək

Fədək (ərəb. فدك‎) — Hicaz məntəqəsində Mədinə şəhərinin 160 kilometrəliyində, keçmişdə su və bulaqları olan bir kənd.[1][2][3] Fədəkin yaxınlığında Şəmrux adlı bir qala varmış ki, indi onun yerində Haet adlı Xurma palması ilə dolu olan böyük bir kənd var.[4][5]

YAŞAYIŞI
Ad və Ləqəbləri · Fədəkiyyə xütbəsi · Fədək ·
FATİMƏ QURANDA
İnsan surəsi · Kovsər surəsi · Təthir ayəsi · Mübahilə ayəsi · Nur ayəsi
YERLƏR
Fədək · Beytül Əhzan · Bəni Haşim məhəlləsi · Səqifə
İNSANLAR
AİLƏMəhəmməd · Xədicə · Əli
ÖVLADLARHəsən · Hüseyn · Zeynəb · Ümmü Külsüm · Möhsün
YAXINLARIFizzə · Ümmü İmən · Əsma
BAŞQALARIÖmər bin Xəttab · Qonfoz · Müğəyrə
BAĞLI
Fatimə təsbihatı · Fatimə kitabı · Fatimə lövhəsi hədisi · Mübahilə günü · Fatimiyə günləri

Fədək Xeybərin yaxınlığındadı və Hicaz yəhudiləri üçün strateji baxımdan böyük əhəmiyyət daşıyırdı.[6] İslam ordusu yəhudiləri Xeybərdə məğlub etdikdən sonra yəhudilərin gücünün aradan aparılması üçün peyğəmbər Mohit adlı bir səfiri fədəyin başçılarına göndərdi. Fədək başçıları sülhü müharibədən üstün tuturlar və təəhüd etdilər ki fədəyin məhsullarının yarısını ildə müsəlmanlara göndərib İslam bayrağı altında yaşasınlar.[7]

Strateji əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Fədəyin çoxlu xurma ağacı, coşan bulaqları habelə məhsuldar əraziləri onu hicazlılar üçün çox əhəmiyyətli etmişdi.[1][8] O zamanın ağacları Kufənin 7-ci qərndəki ağaclarının dəyəri ilə birdi.[9] Ömər yəhudiləri Ərəbistandan çıxardanda 50 min dirhəm pulu fədəyin qalan yarısı üçün onlara vermişdir.[10]

Fədəyin Fatiməyə bağışlanması

[redaktə | mənbəni redaktə et]

Şiə mənbələri

[redaktə | mənbəni redaktə et]

Bir çox Şiə alimləri öz təfsir (Qurani Kərimin İsra surəsinin 26-cı ayəsinin nazil olma səbəbində) və tarix kitablarında Fədəyin Xanım Fatiməyə peyğəmbər tərəfindən bağışlanmasını qeyd etmişdirlər.[11][12][13][14]

Əhli Xilaf mənbələri

[redaktə | mənbəni redaktə et]

Bir çox Əhli xilaf alimləri öz təfsir (Qurani Kərimin İsra surəsinin 26-cı ayəsinin nazil olma səbəbində) və tarix kitablarında Fədəyin Xanım Fatiməyə peyğəmbər tərəfindən bağışlanmasını qeyd etmişdirlər.[15][16][17][18][19][20][21][22][23][24][25][26]

Fədəkiyyə xütbəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Fədəkiyyə xütbəsi

Fədəkiyyə xütbəsində həzrəti Fatimə Əbubəkrdən fədəkin qaytarılmasını istəyir, bunun sənədləri əhli sünnət kitablarında vardır.[27][28][29][30][31]

Fədəyin Fatimədən alınması

[redaktə | mənbəni redaktə et]

Səqifə[32] macərasından sonra Əbu Bəkr demişdir ki, Fədək Fatimənin ola bilməz və onun adamlarıni fədəkdən çıxardır və buna görə Fatimə Əbubəkrin yanına gedir və aralarında bir söhbət keçir:

Əbubəkr sən öləndə irsin kimə yetişər?

Arvad və uşaqlarıma.

İndi nə olub ki sən peyğəmbərdən irs aparırsan amma biz yox!?

Ey Peyğəmbər qızı, atan heç bir pul və mal irsi qoymayıbdır.

Amma bizim Xeybərdən payımız və fədəkdən sədəqəmiz necə olacaq?

Atandan eşitdim ki dedi: mən ta diriyəm bu yerdə bir şeyə sahibəm və öləndən sonra hər şeyim müsəlmanlarındır.

Amma peyğəmbər fədəyi mənə bağışlayıb!

Şahidin varmı?

Hə, var ərim Əli və Ümmi imən şahiddirlər.

Ey Peyğəmbər qızı, bilirsən ki, Ümmi imən arvaddır və onun şahidliyi mükəmməl deyil, gərək bir ayrı arvad yada başqa kişini şahid gətirəsən.[33][34]

Beləliklə fədək Fatimədən alındı amma Fatimə Əbu bəkrin dediyi hədisi qəbul etməyib və öz haqqının alınmasında qərarlı idi.

Peyğəmbərdən irs aparılmama hədisi

[redaktə | mənbəni redaktə et]

Əhli sünnət alimlərinin dediyinə görə bu hədisi[35] yalnız Əbubəkr nəql edib və kimsə onu təsdiqləməmişdir.[36][37][38]

Buna görədə bəzilərinin qarşı durmasına səbəb oldu:
Əhli-Beyt

Əbu Bəkrin bu[39] hədisi peyğəmbərdən eşitdiyi israrına baxaraq əhli beyt bu hədisi qəbul etməyib və ona qarşı durdular.[40][41][42] iş o yerə yetirdi ki ömər dedi ki Həzrəti Əli və Abbas Peyğəmbərin əmisi əbubəkri yalançı bilirdilər.[43]

Peyğəmbərin zövcələri

Əhli Beyt və Abbasdan əlavə Peyğəmbərin Arvadlarıda əbubəkri bu uydurma hədisi nəql etdiyi üçün qınqdılar.[44][45]

Əhli sünnət alimləri

Əhli sünnət alimlərindən Fəxrəddin Razi(فخر رازی),Caru allahi ziməxşəri(جارالله زمخشری),Təbəri(طبری ) və Bəyzavi(بیضاوی ) Quranda ki həzərati Zəkariya,Yəhya, Davud peyğəmbərSüleyman Peyğəmbərlərin birbirlərindən irs aparması ayələrinin təfsirində əbubəkrin bu hədisi nəql etməsini doğru bilməyib və onu yalanlayıblar.[46][47][48][49][50][51]

Əhli sünnətin bəzi alimləri əbubəkrin bu işini onun xəlifə olduğu və onun xilafət və ictihad icazəsi baxımından bu işi görmuş amma şiələr bu işin fəqət əbubəkr zamanında olduğunu və o hökumətinin əsasını beytülmal və belənki qəsbi malların bağışı ilə möhkəmləşdirməyi düşünürlər və Peyğəmbərin dediyi kimi Fatiməni incidən Məni incidib və Məni incidən Allahı icidib sözünün ayaq altına alınması və əbubəkrin böyük günah işlədiyini düşünürlər.[52]

Fədəyin qəsbi və Əbubəkr xilafətilə əlaqəsi

[redaktə | mənbəni redaktə et]

İmami mötəzili nəql edir ki, bir gün Bağdadın qərb mədrəsəsinin böyük alimlərindən biri olan Əli ibn Fariqidən soruşdum:

Fatimeyi Zəhra düz deyirdi ki, Fədək mənimdir?

Hə, düz deyirdi.

O zaman Əbubəkr niyə Fədəyi Fatiməyə vermədi və bilirdi ki o düz deyir?

Alim gülümsəyərək dedi ki, əgər o gün Əbubəkr Fədəyi Fatiməyə qaytarsaydı, sabah Fatimə gəlib deyərdi sən mənim ərimin yerini qəsb etmisən və Əbubəkr gərək xilafəti Əliyə verərdi.

İmam mötəzili alimin sözünü nəql etdikdən sonra deyir: Bu söz doğru sözdür.[53]
  1. 1 2 *Möcəmül buldan-cild 4- s238
  2. *merased ol etlal-cild 3-s 1020
  3. *lisanül ərəb-ibni mənzur-cild 10-s 437
  4. *Möcəm məalimül hicaz-cild1s 205.206
  5. *Fədək-cild 7-s 23
  6. merased ol etlal-Fədək
  7. 3-ə bax
  8. *lisanül ərəb-ibni mənzur-cild 1-s 437
  9. Nəhcül bəlağə şərhi- ibni əbilhədid-cild 16-s 236
  10. Əlsəqifə və Fədək-s 98
  11. Əllamə Kuleyni, “əl-Kafi”, c. 1, səh.543, hədis 5
  12. "Şeyx Səduq, "Uyunu Əxbar ər-Rıza ", s. 229-230, bab 23, hədis 1". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-04.
  13. Şeyx Razi, "Nəhcül Bəlağə", məktub 45
  14. "Seyid Haşim Bəhrani, "Qayrətul Məram", c. 3, səh. 284-286". 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-04.
  15. "Əbu Yala, "Müsnəd", c.2, səh.334, hədis 1075". 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-04.
  16. Hakimi Həskani, "Şəvahidül Tənzil", c. 1, səh. 438-442
  17. Kand Həlvi, "Həyatül Səhabə", c. 2, səh. 519
  18. Razi, "əl Cərhül Tədil", c. 1, səh. 257
  19. Qunduzi Hənəfi, "Yənəbiul Məvəddə", səh. 119,439
  20. Əl-Xarəzmi, "Məqtəlül Huseyn", c. 1, səh. 70
  21. Cəlaləddin Süyuti, "əd Durrul Mənsur", c. 2, səh. 158
  22. Cəlaləddin Süyuti, "əd Durrul Mənsur", c. 5, səh. 273-274
  23. İbni Əbu Hatəm, "Təfsir"
  24. İbni Əbil Hədid Əbdülhəmid, "Şərhi Nəhcül Bəlağə", c. 16, s. 208-209
  25. Yaqut əl Həməvi, "Mucəm əl Buldan", c. 4, s. 238
  26. Əbu-l-Abbas Əhməd ibn Yəhya ibn Cabir əl-Bəlazuri, "Kitab Fütuh əl Buldan", c. 2, s. 46
  27. Futuhul boldan cild 1 s 35
  28. Əlməğanimül Mütalibə s 312
  29. Ümdətül əxbar s 394
  30. Vəfaül vəfa cild 3 s 999
  31. Mücəmül buldan cild 4 s 238
  32. Səqifə Ərəbistanda bir yerdir ki orada Əbubəkri ilk xəlifə seçirlər və şiələrə görə Əlinin imamət haqqını qəsb etmişdirlər.
  33. *Futuhul boldan cild 1 s 36
  34. *Ənsabül əşraf s 519
  35. Atandan eşiddim ki dedi: mən ta diriyəm bu yerdə bir şeyə sahibəm və öləndən sonra hər şeyim müsəlmanlarındır.
  36. *Siyuti tarixül xüləfa s 86
  37. *İbni həcər Əl səvaiqul mohreqə(الصواعق المحرقه) s 19
  38. *İbni əbilhədid şafei nəhculbəlağə şərhi cild 16 s 227.245
  39. 16-ya bax
  40. *Təbəqati ibni səıd(طبقات ابن سعد) cild 2 s 315
  41. *Siyuti Müsnədi Fatimə(مسند فاطمه) s 33 çap:الکتب الثقافیه
  42. *Kenzül emal(کنزالعمال) cild 5 s 365
  43. Səhihi müslim((صحیح مسلم(الجهاد و السیر) cild 5 s 151.153
  44. *əl ənsabül əşraf(انساب الاشراف) cild 1 s 520
  45. *Futuhol boldan(فتوح البلدان) cild 1 s 347
  46. *Qərtəbi((تفسیر الجامع لأحکام القرآن(قرطبی) cild 11 s 78
  47. *Təfsiri kəbir(تفسیر کبیر) cild 24 s 186
  48. *Təfsiri keşafi zeməxşəri(تفسیر کشاف زمخشری) cild 4 s 91 çap (چاپ دارالکتاب العربی، لبنان)
  49. *Rəbiül əbrar ziməxşəri(ربیع الأبرار زمخشری) bab:29
  50. *Ənavrül tənzil(انوار التنزیل) cild 2 s 309
  51. *Təfsiri təbəri(تفسیر طبری) cild 8 s 308
  52. Hadi alimzadə Əbbəkr böyük islam dairətül məarifi cild 5 s 232
  53. Şərhi ibni əbilhədid(شرح ابن ابی‌الحدید) cild 16 s 284

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]