Hədik — Mərasim və mövsümi səciyyəli milli yemək növü.
Əvvəlcədən islağa qoyulmuş buğda və qarğıdalını qazana töküb üzərinə su əlavə edib bişirirlər. Buğda bişib açıldıqdan (çatladıqda) sonra qazana lobya, noxud (yarıbişmiş), lərgə, mərcimək tökülür. Hədik süfrəyə verilərkən yanına qoz ləpəsi də qoyulur. Adətən uşaq ilk dişini çıxardıqda bişirilir və qonum-qonşuya paylanır. Məhərrəmlik zamanı (aşura günü), həmçinin payız və qış aylarında çərəz məqsədi ilə də bişirilir.