Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lidiya
Lidiya çarlığı — Lidiya, Anadoluda Tunc dövründən II minilliyin ikinci yarısında hökm sürən çarlıqdır. Maians adlı bir qəbilənin yaşadığı bilinən bölgəyə qədim zamanlarda Lidiya deyilirdi. Paytaxt Sardis şəhəri olmuşdur. Şərqdə Fripiya (Afyon , Eskişehir , Kütahya), şimalda Mysia (Balıkesir), qərbdə Ailoia və Ioania (İzmir) , cənubda Karia (Aydın , Muğla) və Homer ilə əhatə olunmuşdur. == Tarix və Mənşəy == İlk gəliş tarixləri dəqiq bilinmir. Bəziləri Lidyalıların Anadoluya Tunc dövrünün sonunda (miladdan öncə 2002) Friglərlə eyni zamanda gəldiyini söyləyirlər. Bəziləri, Lidiya dili ilə Hitit arasında bir əlaqənin olduğunu və Lidyalıların II minilliyin əvvəllərində Anadolunun qərbinə gəlib yerləşdiklərini iddia edirlər. Araşdırmalarda Lidiyalıların isdifadə etdiyi mixi yazı bunuda ehtimal edir ki, Lidyalıların II minillikdən əvvəl şərqə gələn Hind-Avropa olmaları mümkündür. Lidiya tarixi dəqiq olaraq bilinmir, lakin Lidiyalıların tunc dövrünün sonlarında Fragiyalılarla eyni zamanda (təxminən e.ə 1300–1200 dönəmləri) Anadoluya yerləşdikləri ehtimal edilir. Herodot , Lidiya Krallığının eramızdan əvvəl VII əsrdən əvvəl 3 kral sülaləsi tərəfindən idarə olunmuşdur.
Modika
Modika (it. Modica) — İtaliyanın Siciliya regionunda şəhər.
Rodigia
Tayaotu (lat. Crepis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == == Növləri == Crepis achyrophoroides Vatke Crepis aculeata (DC.) Boiss. Crepis acuminata Nutt. Crepis aitchisonii Boiss. Crepis alaica Krasch. Crepis albescens Kuvaev & L.S.Demidova Crepis albida Vill. Crepis albida subsp. asturica (Lacaita & Pau) Babc. Crepis albida subsp.
David Loriya
David Loriya - Qazaxıstanlı futbol oyunçusu. Qapıçı mövqeyində çıxış edir. 2014-cü ildən Türkiyənin Karşıyaka klubunun oyunçusudur. == Karyerası == David Loriya bir çox klubun formasını geymişdir. Daha çox icarədə oynadığı klublarda tanınmışdır. 2012-ci ildə Çaykur Rizespora transfer olmuşdur. 2013-cü ildə Kayrat FK-ya dönmüş, amma sonra Karşıyaka klubuna transfer olmuşdur. == Milli karyerası == Qazaxıstan milli futbol komandası ilə Dünya çempionatının 2002, 2006 və 2010-cu illəri və Avropa çempionatının 2008-ci il üçün olan seçmə mərhələlərinə qatılmışdır. == Uğurları == === Şəxsi === 2000 - Qazaxıstanda ən yaxşı qapıçı 2006 - Qazaxıstanda ən yaxşı qapıçı 2006 - "GOAL Journal" jurnalına görə Qazaxıstanın ən yaxşı qapıçısı === Komanda === Astana FK ilə: Qazaxıstan çempionluğu: 2002, 2001, 2006 Qazaxıstan kuboku: 2000, 2002.
Ladoqa gölü
Ladoqa gölü — Rusiyanın Avropa hissəsində göl, Avropada ən böyük. Sah. 18135 km², uzunluğu 219 km, orta eni 83 km, maksimal dərinliyi 230 km-dir. Dekabrdan mayadək donmuş olur. Üzərində təqribən 660 ada var. Gölə tökülən ən böyük çaylar Volxov, Svir, Vuoksa. Gölündən Neva çayı axır. Suyu şirin, hidrokarbonatlı-kalsiumludur. Mühüm gəmi dayanacaqları: Petrokrepost, Priozyorsk, Sortavala, Sviritsa. Leninqradın blokadası illərində təchizat və müdafiədə mühüm rol oynamış donmuş göldən avtomobil yolu kimi istifadə olunurdu.
Ladoqa nerpası
Ladoqa nerpası (lat. Pusa hispida ladogensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Ladoqa gölündə yaşayır. Baltik halqaşəkilli suiti 10750 əvvəl Ladoqa gölünə keçmiş və 10200–10000 əvvəl yarımnöv yaranmağa başlamışdır. Genetik baxımından Sayma nerpası ilə qohumluq əlaqəsi vardır. Bunun səbəbi Sayma gölü ilə Ladoqa gölü arasında olan Vuoksa çayı ilə birləşməsidir. Kiçik dəstələr əmələ gətirirki oradada 7–15 baş arası fərd olur. Yayda onlar gölün az məskunlaşmış şimal sahillərinə, kiçik adalarına, qayalıqları və burunlar üzərində dinçəlməyi xoşlayırlar. Qışda isə cənub və cənub şərq sahillərini üstün bilirlər. Əsasən göldə olan balıqlarla qidalanırlar.
Ledi Qodiva
Ledi Qodiva (ing. Godiva, latınlaşmış qədim ingiliscə Godgyfu, Godgifu sözündən — "Tanrının bəxş etdiyi"; 980–1067) — Mersiya qrafı Leofrikin həyat yoldaşı olmuş anqlosakson qrafinyası. Əfsanəyə görə, ərinin öz təbəələri üzərinə qoyulan hədsiz sayda vergiləri azaltması üçün Böyük Britaniyada yerləşən Koventri şəhərinin küçələrini at üstündə çılpaq şəkildə gəzmişdir. == Əfsanə == Əfsanəyə görə, Qodiva Leofrikin həyat yoldaşı olub. Ledi Qodiva qrafın təbəələrinin vergilərin çoxluğundan əziyyət çəkdiyini görüb, ərini vergilərin sayını azaltmaq üçün razı salmağa çalışmışdır. Bir dəfə növbəti məclislərin birində hədsiz sərxoş olan Leofrik öz həyat yoldaşının Koventri şəhərinin küçələrini çılpaq keçəcəyi təqdirdə vergilərin sayını azaldacağını bildirir. O əmin idi ki, bu cür şərt Qodiva üçün qəbuledilməzdir. Amma Qodiva bu addımı atır. Onu çox sevən və hörmət bəsləyən şəhərin bütün sakinləri təyin olunmuş gündə evlərinin bütün qapı və pəncərələrini bağlamışdılar. Bu cür nəzərə çarpmayan şəkildə Qodiva bütün şəhərdən keçir.
Lidiya Herst
Lidiya Mari Herst-Şou (ing. Lydia Marie Hearst-Shaw; 19 sentyabr 1984) — ABŞ fotomodeli, aktrisası və bloggeri. Siyasətçi Vilyam Randolf Herstin nəvəsidir. == Həyatı və təhsili == Herst-Şou 19 sentyabr 1984-cü ildə aktrisa Petti Herst və keçmiş San-Fransisko polisi Bernard Şounun ailəsində doğulmuşdur. 2003-cü ilə qədər Kentukki ştatının Ferfild şəhərində yerləşən Müqəddəs Ürək Universitetində təhsil almıdır. == Karyerası == === Jurnallar === Fotoqraf Stiven Meysel Hersti "kəşf etdi" və ilk dəfə 2004-cü ilin aprel ayında "Vogue Italia" jurnalının üz qabığı üçün çəklişdə iştirak etdi. O vaxtdan bəri "Vogue", "Harper's Bazaar", "Elle", "Marie Claire", "GQ", "L'Officiel" və "Esquire" kimi müxtəlif beynəlxalq jurnalların üz qabığında yer almışdır. Meyseldən başqa Patrik Demarkelier, Ellen fon Anvörs, Mario Testino, Piter Lindberq, İnez fan Lamsvird və Vinud Matadin kimi məşhur fotoqraflarla birlikdə çalışmışdır. Herst 2008-ci ildə "Michael Awards"da "İlin fotomodeli" və "Glamour Awards"da "Ən yaxşı beynəlxalq supermodel" seçilmişdir. Herst həmçinin Chanel, Fendi, Katerina Malandrino, Nikola Miller və Ceremi Skott kimi dəb dizaynerləri üçün fotomodel olaraq çalışmışdır.
Lidiya Horvat
Lidiya Horvat (d. 5 may 1982; Zaqreb, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Lidiya Horvat Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Lidiya Kopaniya
Lidiya Kopaniya (pol. Lidia Kopania-Przebindowska; 12 may 1978) — Polşalı sənətçi. == Həyatı == Lidiya Kopaniya 12 may 1978-ci ildə Lodzda anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Polşanı "I Don’t Wanna Leave" (Azərbaycanca:"Mən getmək istəmirəm") mahnısı ilə təmsil etmişdir və finala keçə bilməmişdir.
Lidiya Kulikovski
Lidiya Kulikovski (rum. Lidia Kulikovski) — Sovet, Moldova kitabxanaçısı və biblioqrafı. 200-ə yaxın elmi məqalənin müəllifi, Moldova yazıçıları, rəssamları və alimləri haqqında 25 kitabın nəşrinə rəhbərlik etmişdir. Moldova SSR-in əməkdar mədəniyyət işçisi (1987). == Bioqrafiya == 1951-ci il martın 8-də Moldova SSR-in Drokiyevski rayonunun Nikoren kəndində anadan olub. 1973-cü ildə Kişinyov Universitetinin (indiki Moldova Dövlət Universiteti) filologiya fakültəsini (kitabxana şöbəsi) bitirmişdir. 2003-cü ildə “Demokratikləşmiş Cəmiyyətdə Aztəminatlılar üçün Kitabxana Xidmətinin Təkamülü” adlı dissertasiya işi ilə pedaqogika üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Bitirdikdən sonra Kişinyovda Bələdiyyə Kitabxanasının filialında işləmiş, daha sonra ona rəhbərlik etmişdir. 1978-1982-ci illərdə Lidiya Kulikovski Kaqul şəhərində Mərkəzləşdirilmiş Kitabxana Sisteminə rəhbərlik edib. 1982-1989-cu illərdə o, «Achiziție și completare» xidmətinə rəhbərlik edib, bundan sonra respublikanın paytaxtına qayıdıb və Hasdeu Bələdiyyə Kitabxanasının direktoru olub, 2013-cü ilə qədər bu vəzifəni tutub.
Lidiya Redondo
Lidiya Redondo (d. 7 mart 1992) — İspaniyanı təmsil edən bədii gimnast. Lidiya Redondo, İspaniyanı 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lidiya Redondo, 2012-ci ildə İspaniyanın bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Sandra Aguilar Navarro, Yelena Lopez, Lordes Mohedano, Alexandra Quereda və Loreto Açaerandio ilə finalda 54.950 xal topladı və fəxri 4-cü yeri tutdu.
Lidiya Rəsulova
Lidiya Xudat qızı Rəsulova (4 dekabr 1941, Bakı – 5 fevral 2012, Bakı) — Azərbaycanın dövlət xadimi == Həyatı == Lidiya Rəsulova 1941-ci il dekabr ayının 4-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirərək o, 1959–1965-ci illərdə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda ali təhsil almışdır. Əmək fəaliyyətinə 1958-ci ildə Bakının ümumtəhsil və məktəbdənkənar tədris müəssisələrində başlayan Lidiya Rəsulova 1962–1981-ci illərdə gənclər təşkilatlarında, partiya və sovet orqanlarında ayrı-ayrı vəzifələrdə çalışmışdır. Lidiya Rəsulova 1981–1988-ci illərdə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının sədri, 1988–1992-ci illərdə Azərbaycan Respublikasının sosial təminat naziri olmuş, daha sonra Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi sədrinin müavini, 1993-cü ildən etibarən Azərbaycan Respublikasının təhsil naziri işləmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar 1997-ci ildə təhsil naziri vəzifəsindən azad olunan Lidiya Rəsulova bir neçə çağırış SSRİ və Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Lidiya Rəsulova bir çox orden və medallarla təltif edilmiş, dövlət quruculuğunda fəal iştirakına görə Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülmüşdür. 2002-ci ildən prezident təqaüdçüsü olub. Lidiya Xudat qızı Rəsulova 2012-ci il fevralın 5-də vəfat etmişdir. == Xatirəsi == 2023-cü ildə tanınmış ictimai-siyasi xadim Lidiya Rəsulovaya həsr olunan və Dilarə Rüstəmin müəllifi olduğu "Tarixə yazılmış ömür" kitabı işıq üzü görmüşdür.
Lidiya Salixova
Lidiya Skoblikova
Lidiya Skoblikova (8 mart 1939[…], Zlatoust, Çelyabinsk vilayəti) — Rusiyalı konkisürən. Lidiya Skoblikova 1960 və 1964-cü illərdə keçirilən Qış Olimpiya Oyunlarının 6 qat qızıl medalçısıdır. Lidiya Skoblikova 1960 və 1964-cü ildə "Qırmızı Əmək Bayrağı" ordeninə, 1999-cu ildə isə "Vətənə xidmətə görə" 3-cü dərəcli ordeninə layiq görülmüşdür. == Həyatı == Lidiya Skoblikova 8 mart 1939-cu ildə Rusiyanın Zlatoust vilayətində anadan olmuşdur. Lidiya Skoblikova 14 yaşında yüngül atletika yarışlarında Zlatost şəhərinin Çempionatında 800 m. qızıl medal qazandı. 1 ildən sonra o qüvvəsini konkisürmədə sınadı. Lidiya Skoblikova 1956-cı ildə doğma şəhərinin çempionu oldu. Həmin il o həmçinin Çelyabinsk Pedaqoji İnstitutuna qəbul oldu və 4 ildən sonra 1960-cı ildə həmin institutu bitirdi. == Karyerası == Lidiya Skoblikova Olimpiya Oyunlarında birinci uğurunu 1960-cı ildə qazandı.
Lidiya Velejeva
Lidiya Leonidovna Velejeva (2 oktyabr 1966, Kiyev) — sovet və rus teatr və kino aktrisası, teleaparıcı, ictimai və siyasi xadim. Rusiya Federasiyası əməkdar artisti(2010). Şimali Osetiya (Alaniya) respublikasının əməkdar artisti. "Единая Россия" partiyasının üzvü (26 may 2012-ci ildən). == Həyatı == Lidiya hələ bir yaşında olmadığı zaman atası ailəni tərk etmişdi. Anası — Lyubov Leonidovna Velejeva bütün vaxtını qızlarını qidalandırmaq üçün işə həsr etmişdir. Lidiyadan 5 dəqiqə əvvəl doğulan bir bacısı İrina var. Qızlar hərtərəfli internat məktəbində oxumuşlar, burada dərindən həyatı öyrənmişlər. Dərs ilə yanaşı, qızlar bir çox dərnək və bölmələrə qatıldılar. Rusiya kinosunun ulduzu müxtəlif illərdə həndbol oynadı, rəqs öyrəndi, gitara və fortepiano ifa etdi.
Lidiya Vertinskaya
Lidiya Vertinskaya (d. 14 aprel, 1923, Çin – ö. 31 dekabr, 2013, Moskva) — Rusiyalı aktrisa. == Həyatı == L.Vertinskaya 1923-cü ilin 14 aprelində Çində anadan olub. O, “Don Kixot”, “Çəkməli pişiyin yeni sərgüzəştləri”, “Sadko” və s. filmlərdə çıxış edib. Lidiya Vertinskayanın qızları Marianna və Anastasiya da tanınmış aktrisalardır. Lidiya Vertinskaya 2013-cü il dekabrın 31-də uzun sürən xəstəlikdən sonra 90 yaşında vəfat edib.
Lidiya çarlığı
Lidiya çarlığı — Lidiya, Anadoluda Tunc dövründən II minilliyin ikinci yarısında hökm sürən çarlıqdır. Maians adlı bir qəbilənin yaşadığı bilinən bölgəyə qədim zamanlarda Lidiya deyilirdi. Paytaxt Sardis şəhəri olmuşdur. Şərqdə Fripiya (Afyon , Eskişehir , Kütahya), şimalda Mysia (Balıkesir), qərbdə Ailoia və Ioania (İzmir) , cənubda Karia (Aydın , Muğla) və Homer ilə əhatə olunmuşdur. == Tarix və Mənşəy == İlk gəliş tarixləri dəqiq bilinmir. Bəziləri Lidyalıların Anadoluya Tunc dövrünün sonunda (miladdan öncə 2002) Friglərlə eyni zamanda gəldiyini söyləyirlər. Bəziləri, Lidiya dili ilə Hitit arasında bir əlaqənin olduğunu və Lidyalıların II minilliyin əvvəllərində Anadolunun qərbinə gəlib yerləşdiklərini iddia edirlər. Araşdırmalarda Lidiyalıların isdifadə etdiyi mixi yazı bunuda ehtimal edir ki, Lidyalıların II minillikdən əvvəl şərqə gələn Hind-Avropa olmaları mümkündür. Lidiya tarixi dəqiq olaraq bilinmir, lakin Lidiyalıların tunc dövrünün sonlarında Fragiyalılarla eyni zamanda (təxminən e.ə 1300–1200 dönəmləri) Anadoluya yerləşdikləri ehtimal edilir. Herodot , Lidiya Krallığının eramızdan əvvəl VII əsrdən əvvəl 3 kral sülaləsi tərəfindən idarə olunmuşdur.
Lolita (1962)
Lolita(1962) Stenli Kubrik tərəfindən 1962-ci ildə çəkilmiş film. Ssenarisi Nabokovun eyni adlı romanı əsasında elə Nobokovun özü tərəfindən yazılmışdır. Baş rollarda Ceyms Mezon, Şelli Uinters, Piter Sellers və Syue Leyon yer alır. 1955-ci ildə Parisdə çap olunan kitab əsasında çoxlu sensasiyyalar yaranmışdı. Çünki ortayaşlı bir adama aşiq olan və onunla müəyyən əlaqəsi olan bir qız o dövr üçün çox marginal idi. Belə bir hadisə asanlıqla qəbul edile bilməzdi. Ancaq hər zaman qeyri-adi işləri ile tanınan məşhur və usta rejissor Stanley Kubrick bu hekayəni ekranlaşdırmaq istəyir. Və edir də. Film 1962-ci ildə kinoteatrlarda tamaşaçıya təqdim edilir. Böyük söz-söhbət təkrarlanır.
Lolita Torres
Lolita Torres, anadan olanda adı Beatriz Mariana Torres Iriarte, 26 mart 1930, Avelyaneda, Buenos-Ayres əyaləti[d] – 14 sentyabr 2002, Buenos-Ayres) — Argentinali aktrisa və müğənni. Beş uşağın anası idi, sonuncusu müğənni Dieqo Torres idi. Keçmiş Sovet İttifaqında Torresin filmləri ("Sevgi əsri", "Laura üçün kürəkən", "İlk baxışdan sevgi") çox məşhur idi. Bu filmlər bir çox sənətçinin - həm kino aktrisalarının (Qurçenko ), həm də opera müğənnilərinin həyatına təsir etdi(Sinyavskaya ) bir çox gələcək sənətkarlarının taleyinə təsir etdilər.
Lolita dəbi
Lolita dəbi (ロリータ・ファッション, Rorita faşşon) – Viktoriya dövrünün dəbindən və rokoko elementlərindən təsirlənən Yaponiya altmədəniyyəti. Lolita dəbinin əsas fərqləndirici xüsusiyyəti şirinlik estetikasıdır. Lolita dəbinin 3 əsas stili var: qotik, klassik və şirin. Bunlardan əlavə, dəbin başqa stilləri də mövcuddur: dənizçi, kənd, şahzadə, erotik, qrotesk, qi və va, pank, şiro (ağ), kuro (qara), stimpank və s. Lolita dəbi Yaponiyada 1990 və 2000-ci illərdə inkişaf etmişdir. == Terminologiya == "Lolita" termini ilk dəfə "Ryukou Tsushin" dəb jurnalının 1987-ci il sentyabr buraxılışında peyda olmuşdur. Terminin mənşəyi Vladimir Nabokovun "Lolita" romanı ilə bağlıdır. == Tarixi == Lolita dəbinin mənşəyi dəqiq məlum deyil. 1970-ci illərin sonunda "otome" adlı yeni mədəniyyət ortaya çıxmışdı və bu mədəniyyət lolita dəbinə böyük təsir göstərmişdir. Otomenin ortaya çıxmasından öncə - 1970-ci illərin əvvəllərində kavaii mədəniyyəti yaranmışdır.
Lolita modası
Lolita dəbi (ロリータ・ファッション, Rorita faşşon) – Viktoriya dövrünün dəbindən və rokoko elementlərindən təsirlənən Yaponiya altmədəniyyəti. Lolita dəbinin əsas fərqləndirici xüsusiyyəti şirinlik estetikasıdır. Lolita dəbinin 3 əsas stili var: qotik, klassik və şirin. Bunlardan əlavə, dəbin başqa stilləri də mövcuddur: dənizçi, kənd, şahzadə, erotik, qrotesk, qi və va, pank, şiro (ağ), kuro (qara), stimpank və s. Lolita dəbi Yaponiyada 1990 və 2000-ci illərdə inkişaf etmişdir. == Terminologiya == "Lolita" termini ilk dəfə "Ryukou Tsushin" dəb jurnalının 1987-ci il sentyabr buraxılışında peyda olmuşdur. Terminin mənşəyi Vladimir Nabokovun "Lolita" romanı ilə bağlıdır. == Tarixi == Lolita dəbinin mənşəyi dəqiq məlum deyil. 1970-ci illərin sonunda "otome" adlı yeni mədəniyyət ortaya çıxmışdı və bu mədəniyyət lolita dəbinə böyük təsir göstərmişdir. Otomenin ortaya çıxmasından öncə - 1970-ci illərin əvvəllərində kavaii mədəniyyəti yaranmışdır.
Loniya bərqvuranı
Palicourea prodiga
Palicourea prodiga (lat. Palicourea prodiga) — boyaqotukimilər fəsiləsinin palicourea cinsinə aid bitki növü.
Lidiya Abramova
Lidiya Pavlovna Abramova — Sovet rus opera müğənnisi, Rusiya Federasiyasının xalq artisti (2002), Alfred Şnitke adına Moskva Dövlət Musiqi İnstitutunun professoru.. == Həyatı == Lidiya Abramova 30 may 1950-ci ildə Belorusiya SSR, SSRİ-nin Postavı şəhərində anadan olub. Yeddi illik kənd məktəbini bitirdikdən sonra Abramova Kazan Kimya Texnologiyası kollecinə daxil olub, sonra altı il müdafiə zavodunda işləyib. Lidiya Abramova bayram konsertlərinin fəal iştirakçılarından biri idi. Zavodda işləməyə davam edərək, Kazan Musiqi Texnikomunun vokal fakültəsini qiyabi bitirib, sonra Moskvadakı Qnessin adına Musiqi-Pedaqoji İnstitutuna daxil olub, 1975-ci ildə orta məktəbi bitirib. İnstitutda P. L. Troninanın sinfində oxuyub. 1978–1997-ci illərdə Lidiya Abramova Moskva Dövlət Akademik Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. Onun geniş repertuarı var, o mindən çox əsəri, o cümlədən rus və xarici klassiklərin bütün proqramlarını, köhnə romansları və xalq mahnılarını ifa edib. Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, Malta və digər ölkələrdə qastrol səfərləri ilə çıxış edən müğənni tez-tez Rusiyada və xaricdə çıxış edir. Lidiya Abramova 1986-cı ildə aspiranturanı bitirdikdən sonra, Moskvanın təhsil müəssisələrində solo ifaçılıqdan dərs deyir.