Lidiya Rəsulova

Lidiya Xudat qızı Rəsulova (4 dekabr 1941, Bakı5 fevral 2012, Bakı) — Azərbaycanın dövlət xadimi.

Lidiya Rəsulova
2 sentyabr 1993 – 13 sentyabr 1997
Əvvəlkiqurum yaradılıb
SonrakıMisir Mərdanov
bayraq
Azərbaycan Respublikasının sosial təminat naziri
bayraq2
5 fevral 1991 – 10 dekabr 1992
Əvvəlkiqurumun adı dəyişdirilib
Sonrakıqurum ləğv edilib
bayraq
Azərbaycan SSR sosial təminat naziri
bayraq2
26 dekabr 1988 – 5 fevral 1991
ƏvvəlkiMəmməd Qazıyev
Sonrakıqurumun adı dəyişdirilib
bayraq
Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri
bayraq2
24 yanvar 1981 – 27 mart 1989
ƏvvəlkiZüleyxa Hüseynova
SonrakıRüfət Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi 4 dekabr 1941(1941-12-04)
Doğum yeri
Vəfat tarixi 5 fevral 2012(2012-02-05) (70 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi

Təltifləri "Oktyabr inqilabı" ordeni "Xalqlar dostluğu" ordeni "Şöhrət" ordeni

Lidiya Rəsulova 1941-ci il dekabr ayının 4-də Bakı şəhərinin Sabunçu rayonunda, neftçi ailəsində anadan olmuşdur.[1] O, Xudat Rəsulov və Məhbubə Rəsulovanın 7 övladından biri olub.[2] 1959-cu ildə Bakıda 45 saylı orta məktəbi qızıl medalla bitirən Rəsulova Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub, 1965-ci ildə universiteti rus dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bitirib.[2]

O, əmək fəaliyyətinə 1958-ci ildə Bakının ümumtəhsil və məktəbdənkənar tədris müəssisələrində başlayıb.[1] 1963-1966-cü illərdə sekçili gənclər təşkilatlarında, 1966-1981-ci illərdə partiya və sovet orqanlarında müxtəlif vəzifələrdə çalışıb.[1][2]

Rəsulova 1964-1965-ci illərdən 1971-ci ilə qədər Lenin rayonu (indiki Sabunçu rayonu) partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1971-ci ildən isə Azərbaycan Kommmunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) elm və təhsil şöbəsinin müdiri vəzifəsini icra edib.[3] 1973-cü ildə MK-nın elm və təhsil şöbəsinin müdiri təyin edilib. [3]

O, 1975-ci ilin 25 dekabrında etibarən 5 il Nəsimi rayon partiya komitəsinin birinci katibi vəzifəsini yerinə yetirib.[3] Burada işlədiyi dövrdə AKP MK-nın birinci katibi Heydər Əliyev tərəfindən Rəsulovanın MK-nın Təftiş komissiyasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb.[3]

1981–1988-ci illərdə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının sədri olub.

1988–1992-ci illərdə Azərbaycan Respublikasının sosial təminat naziri olmuş, daha sonra Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi sədrinin müavini, 1993-cü ildən etibarən Azərbaycan Respublikasının təhsil naziri işləmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar 1997-ci ildə təhsil naziri vəzifəsindən azad olunan

Lidiya Rəsulova bir neçə çağırış SSRİ və Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.

Lidiya Rəsulova bir çox orden və medallarla təltif edilmiş, dövlət quruculuğunda fəal iştirakına görə Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülmüşdür. 2002-ci ildən prezident təqaüdçüsü olub.[4]

Lidiya Xudat qızı Rəsulova 2012-ci il fevralın 5-də vəfat etmişdir.

2023-cü ildə tanınmış ictimai-siyasi xadim Lidiya Rəsulovaya həsr olunan və Dilarə Rüstəmin müəllifi olduğu "Tarixə yazılmış ömür" kitabı işıq üzü görmüşdür[5].

  1. 1 2 3 Qurbaqızı, Zümrüd. "Unudulmaz ictimai xadim". Respublika qəzeti. 1 dekabr 2016. 5.
  2. 1 2 3 Azərbaycan Respublikasının Təhsil Nazirliyi. Azərbaycanın Təhsil Nazirləri. Bakı: Bakınəşr. 2010.
  3. 1 2 3 4 Ахундова, Эльмира. "При Гейдаре Алиеве я прошла невероятную школу". Бакинский рабочий. 2023-02-15.
  4. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
  5. Real TV. ""Tarixə yazılmış ömür" kitabı təqdim edildi" (az.). Youtube.com. 08.06.2023. 2023-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-09.