Lidiya Mari Herst-Şou (ing. Lydia Marie Hearst-Shaw; 19 sentyabr 1984) — ABŞ fotomodeli, aktrisası və bloggeri. Siyasətçi Vilyam Randolf Herstin nəvəsidir.
Lidiya Herst | |
---|---|
Doğum tarixi | 19 sentyabr 1984 (39 yaş) |
Doğum yeri | Vilton, Kentukki, ABŞ |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Kris Hardvik (2016) |
Uşağı | 1 |
Anası | Petti Herst |
Təhsili | Müqəddəs Ürək Universiteti |
Fəaliyyəti | model[d], sosial fiqur[d], televiziya aktrisası, kino aktrisası |
Vikianbarda əlaqəli mediafayllar |
Herst-Şou 19 sentyabr 1984-cü ildə aktrisa Petti Herst və keçmiş San-Fransisko polisi Bernard Şounun ailəsində doğulmuşdur.[1][2] 2003-cü ilə qədər Kentukki ştatının Ferfild şəhərində yerləşən Müqəddəs Ürək Universitetində təhsil almıdır.[3]
Fotoqraf Stiven Meysel Hersti "kəşf etdi" və ilk dəfə 2004-cü ilin aprel ayında "Vogue Italia" jurnalının üz qabığı üçün çəklişdə iştirak etdi.[4] O vaxtdan bəri "Vogue", "Harper's Bazaar", "Elle", "Marie Claire", "GQ", "L'Officiel" və "Esquire" kimi müxtəlif beynəlxalq jurnalların üz qabığında yer almışdır. Meyseldən başqa Patrik Demarkelier, Ellen fon Anvörs, Mario Testino, Piter Lindberq, İnez fan Lamsvird və Vinud Matadin kimi məşhur fotoqraflarla birlikdə çalışmışdır.
Herst 2008-ci ildə "Michael Awards"da "İlin fotomodeli"[5] və "Glamour Awards"da "Ən yaxşı beynəlxalq supermodel" seçilmişdir.[6]
Herst həmçinin Chanel, Fendi, Katerina Malandrino, Nikola Miller və Ceremi Skott kimi dəb dizaynerləri üçün fotomodel olaraq çalışmışdır.[7]
Herst Prada, Louis Vuitton, Alexander McQueen, Bottega Veneta, Sephora, L'Oreal Ferria, DKNY, MYLA Lingerie, H&M, NARS Cosmetics, MAC Cosmetics, Miss Me Jeans, Moschino Cheap & Chic və Puma şirkətlərinin reklam kompaniyalarında iştirak etmişdir.[8][9][10]
Herst qısa müddətlik "New York Post" qəzetinin "Page Six" bölməsinin hazırlanmasında iştirak etmişdir.[11]
İl | Başlıq | Rol | Qeydlər |
---|---|---|---|
2008 | Last International Playboy | Stella | |
2008 | Fame Fatale[12] | Qısa film | |
2009 | Cepheus[13] | Model/özü | |
2009 | Consumed[14] | Model/özü | Qısa film |
2009 | Gossip Girl | Ameliya | Epizod: "Much 'I Do' About Nothing" |
2012 | Two Jacks | Aleksis | |
2012 | Velvet Morning[15] | Velvet | Qısa film |
2012 | Amnesia | Mikela | |
2012 | I Am AiKO[16] | Aiko | Qısa film |
2013 | Delirium | Cennifer | |
2013 | Mistresses | Stori | Epizod: "Ultimatum" |
2014 | Desire | Penelopa | Qısa film |
2014 | Automobile Waltz[17] | Penelopa | Qısa film |
2014 | The Barber | Melissa | |
2014 | Cabin Fever: Patient Zero[18] | Bricet | |
2015 | Condemned[19] | Tess | |
2015 | #Horror | Liza | |
2015 | Stealing Chanel | Çanel | |
2015 | South of Hell[20] | Şarlotta Roberts | 7 epizod |
2016 | Swing State | Culiya Davies | |
2016 | All at Once | Emi | |
2018 | 50k | Kloi | |
2018 | Z Nation | Pandora | 5-ci mövsüm |
2019 | The Haunting of Sharon Tate | Ebiqeyl Folqer | |
2019 | Between Worlds | Meri | |
2020 | The Shadow Diaries | Kristina / Mariya | Səsləndirmə; podkast |
2021 | The Downside of Bliss | Bliss Derek | |
2021 | Grace and Grit | Emi | |
2021 | Aileen Wuornos: American Boogeywoman | Cennifer Fell | |
2022 | Titanic 666[21] | İdina Bess | |
TBA | Slayers |
Herst 20 avqust 2016-cı ildə Kaliforniya ştatının Pasadena şəhərində Kris Hardviklə evlənmişdir.[22] 2021-ci ilin avqust ayında qız övladı gözlədiklərini açıqladılar[23] və 29 yanvar 2022-ci ildə qız övladları doğuldu.[24]
Herst göstərdiyi xeyriyyəçiliklərə görə 2012-ci ildə "Smile" mükafatı alıb.[25] Həmçinin 2014-cü ildə humanitar mükafat almışdır.[26]