Lolita modası

Lolita dəbinə uyğun şəkildə geyinmiş yapon qadın.

Lolita dəbi (ロリータ・ファッション, Rorita faşşon?)Viktoriya dövrünün dəbindən və rokoko elementlərindən təsirlənən Yaponiya altmədəniyyəti.[1][2][3][4][5][6] Lolita dəbinin əsas fərqləndirici xüsusiyyəti şirinlik estetikasıdır.[7][8] Lolita dəbinin 3 əsas stili var: qotik, klassik və şirin.[3][9] Bunlardan əlavə, dəbin başqa stilləri də mövcuddur: dənizçi, kənd, şahzadə, erotik, qrotesk, qi və va, pank, şiro (ağ), kuro (qara), stimpank və s. Lolita dəbi Yaponiyada 1990 və 2000-ci illərdə inkişaf etmişdir.[10][11][12][13][14]

"Lolita" termini ilk dəfə "Ryukou Tsushin" dəb jurnalının 1987-ci il sentyabr buraxılışında peyda olmuşdur.[10] Terminin mənşəyi Vladimir Nabokovun "Lolita" romanı ilə bağlıdır.

Lolita dəbinin mənşəyi dəqiq məlum deyil. 1970-ci illərin sonunda "otome" adlı yeni mədəniyyət ortaya çıxmışdı və bu mədəniyyət lolita dəbinə böyük təsir göstərmişdir. Otomenin ortaya çıxmasından öncə - 1970-ci illərin əvvəllərində kavaii mədəniyyəti yaranmışdır. "Sanrio" şirkəti kavaii paltarlar dizayn edərək onu daha da populyarlaşdırmışdır.[15][16][17] 1980-ci illərdə kavaii mədəniyyəti öz populyarlığının zirvəsinə çatmışdı.[18][19] Otome mədəniyyətindən sonra ortaya çıxan kukla stili lolita dəbinin sələfi olmuşdur.[20][21]

Klassik lolita.

1977-98-ci illərdə Haracuku bölgəsi bazar günləri nəqliyyata bağlı olduğu üçün Haracukuda piyadalar arasında interaksiyalar artmışdı.[22] Pink House,[10][23] Milk,[10] Angelic Pretty[24] kimi brendlər kavaii paltarlar satmağa başladıqdan sonra yeni stil ortaya çıxmış və bu stil "lolita" adlanmışdır.[25] Bundan sonra "Baby", "The Stars Shine Bright",[26] "Metamorpho temps de fille"[27] kimi yeni brendlər lolita modasını inkişaf etdirmişdir. "Malice Mizer" kimi musiqi qrupları lolita dəbini daha da populyarlaşdırmışdır.[26] 1990-cı illərdə Yaponiyada baş verən iqtisadi böhran müxtəlif altmədəniyyətlərin yayılmasına təkan vermişdir. Lolita dəbi Kansay regionundan digər regionlara yayılmış və Tokioya çatmışdır.

1990-cı illərin axırlarda Haracuku körpüsü lolita dəbi fanatlarının görüş yerinə çevrilmişdir.[10][28][29][30] Bu dövrdə "Gothic & Lolita Bible" (2001), "KERA" (1998) və "Fruits" (1997) lolita jurnalları ortaya çıxmışdır.[31][32] Bu jurnalların ingiliscə versiyalarının nəşr olunması lolita dəbinin digər ölkələrə də sıçramasına səbəb olmuşdur. İnternetin yayılması və lolita brendlərinin Paris, Nyu-York kimi şəhərlərdə dükanlar açması lolita dəbini xaricdə də məşhurlaşdırmışdır.[14][33]

2010-cu illərdən etibarən "Fruits" kimi jurnalların nəşrinin dayanması və küçə dəbinə olan marağın azalmasına görə lolita dəbi populyarlığını itirməkdədir.[34][35]

Yukari Tamura, Mana və Novala Takemoto kimi şəxslər lolita dəbini populyarlaşdırmışdılar. Novala 2002-ci ildə "Kamikaze qızları" adlı roman yazmışdır.[11][36] Roman Momoko adlı lolita qızın məhəbbətindən bəhs edir. Roman əsasında film[11][37][38][39][40] və 2004-cü ildə manqa istehsal olunmuşdur. Mana isə qotik lolita üslubunu populyarlaşdırmışdır.[5] "Malice Mizer" rok qrupunun musiqiçisi olan Mana 2002-ci ildə "Moi Dix Mois" qrupunu da qurmuşdur. Hər iki qrup da lolita dəbinin populyarlaşmasına töhfələr vermişdir. 1999-cu ildə isə qotik lolita dəbində olan geyimlər istehsal edən "Moi-même-Moitié" brendini qurmuşdur.[41][42][43][44]

Yaponiya hökuməti də lolita dəbini yaymağa çalışmışdır. Yaponiyanın Xarici İşlər Nazirliyi 2009-cu ilin fevralında müxtəlif şəxslərə "kavaii səfir" titulu verərək yapon populyar mədəniyyətini yaymaq istəmişdir.[45] Belə səfirlərdən biri olan Misako Aoki lolita dəbini təmsil etmişdir.[46][47] Lolita dəbini populyarlaşdırmaq üçün Haracukuda beynəlxalq gəzintilər keçirilmişdir.[48]

  1. Hardy Bernal, 2011. səh. 20
  2. Monden, 2008
  3. 1 2 Robinson, 2014. səh. 9
  4. Gatlin, 2014. səh. 16
  5. 1 2 Haijima, 2013. səh. 32
  6. Coombes, 2016. səh. 36
  7. Monden, 2008. səh. 29
  8. Younker, Terasa. "Lolita: dreaming, despairing,defying" (PDF). New York University: 97. 1 November 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 September 2020.
  9. Berry, 2017. səh. 9
  10. 1 2 3 4 5 Kawamura, Yuniya. Harajuku: The Youth in Silent Rebellion // Fashioning Japanese Subcultures. 2012. doi:10.2752/9781474235327/KAWAMURA0008. ISBN 9781474235327.
  11. 1 2 3 Haijima, 2013. səh. 33
  12. Staite, 2012. səh. 75
  13. Robinson, 2014. səh. 53
  14. 1 2 Monden, 2008. səh. 30
  15. Coombes, 2016. səh. 28
  16. Koma, K. "Kawaii as Represented in Scientific Research: The Possibilities of Kawaii Cultural Studies". Hemispheres, Studies on Cultures and Societies (28). 2013: 103–117. 12 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2018.
  17. Christopherson, 2014. səh. 5
  18. Valdimarsdótti, 2015. səh. 29
  19. Onohara, 2011. səh. 35
  20. Hardy Bernal, 2011. səh. 119–121
  21. Hardy Bernal, Kathryn A. Lolita Latina : an examination of Gothic and Lolita Style in the Mexican environment : a thesis submitted in fulfilment of the requirements for the degree of Doctor of Philosophy in Visual and Material Culture, College of Creative Arts, Massey University, Wellington, New Zealand (Thesis). Massey University. 2019. 17 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2021.
  22. Valdimarsdótti, 2015. səh. 13
  23. Hardy Bernal, 2011. səh. 119
  24. Christopherson, 2014. səh. 24
  25. Coombes, 2016. səh. 35
  26. 1 2 Atkinson, Leia. Down the Rabbit Hole: An Exploration of Japanese Lolita Fashion (Tezis). University of Ottawa. 2015. doi:10.20381/ruor-4249. hdl:10393/32560.
  27. "About Metamorphose". Metamorphose. 23 sentyabr 2004 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2018.
  28. Kawamura, Yuniya. "Japanese Teens as Producers of Street Fashion". Current Sociology. 54 (5). 2006: 784–801. doi:10.1177/0011392106066816.
  29. Kawamura, Yuniya. Geographically and Stylistically Defined Japanese Subcultures // Fashioning Japanese Subcultures. 2012. doi:10.2752/9781474235327/KAWAMURA0006a. ISBN 9781474235327.
  30. Gagné, Isaac. "Urban Princesses: Performance and "Women's Language" in Japan's Gothic/Lolita Subculture". Journal of Linguistic Anthropology. 18. 2008: 130–150. doi:10.1111/j.1548-1395.2008.00006.x.
  31. "Pretty in Pink". The Bold Italic Editors. 2010-04-08. 8 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2017.
  32. Onohara, 2011. səh. 33
  33. "Baby, the Stars Shine Bright and Tokyo Rebel to open retail locations in New York". Arama! Japan. July 2014. 8 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2017.
  34. "Fashion Magazine KERA to End Print Publication". Arama! Japan. 2017-03-30. 8 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2017.
  35. "What the Closure of FRUiTS Magazine Means for Japanese Street Style". Vice. 2017-02-06. 13 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2018.
  36. Staite, 2012. səh. 51
  37. Gatlin, 2014. səh. 29
  38. Coombes, 2016. səh. 31
  39. Staite, 2012. səh. 53
  40. Monden, 2008. səh. 25
  41. Hardy Bernal, 2007
  42. Hardy Bernal, 2011. səh. 72–73
  43. Coombes, 2016. səh. 39
  44. Valdimarsdótti, 2015. səh. 22
  45. "Press Conference, 26 February 2009". Ministry of Foreign Affairs of Japan. 12 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 August 2017.
  46. Borggreen, G. "Cute and Cool in Contemporary Japanese Visual Arts". The Copenhagen Journal of Asian Studies. 29 (1). 2013: 39–60. doi:10.22439/cjas.v29i1.4020.
  47. "The Kawaii Ambassadors (Ambassadors of Cuteness)". Trends in Japan. 11 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 August 2017.
  48. Gatlin, 2014. səh. 66

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]