Loniya bərqvuranı

Loniya bərqvuranı (lat. Thaleropis ionia) — Pulcuqlular dəstəsinə, Nimfalidlər fəsiləsinə aid kəpənək növü.

Loniya bərqvuranı
Thaleropis ionia 01.JPG
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Loniya bərqvuranı
Beynəlxalq elmi adı

Təsviri[redaktə | mənbəni redaktə et]

Qanadları açıq halda 40 – 50 mm-dir. Ön qanadların xarici kənar boyunca ensiz qonur haşiyə keçir. Qanadların ümumi rəngi narıncı, əsası tünddür. Ön qanadların yuxarı küncündə bir neçə ağ ləkə vardır. Qanadların yığmış vəziyyətdə budaqda oturmuş kəpənək rənginə və formasına görə saralmış, quru yarpağı xatırladır.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Asiya, Türkiyə, Şimali İran, Cənubi Qafqazda rast gəlinir. Azərbaycanda ZəngəzurDərələyəz silsiləsinin cənub yamaclarında yayılmışlar.[2]

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Kserofil kol bitkiləri olan yamaclar və ya seyrək meşəliklər, tək – tək hallarda yolların kənarı. Kəpənəklər may–iyun aylarında uçur, günün isti vaxtında yol üstünə, bulaq və gölməçə yanına qonurlar, ağacların aşağı budaqlarıüzərinə daha çox dağdağan və söyüd ağaclarına qonmağı xoşlayırlar. İyunun axırında elə həmin budaqlara yumurta qoyurlar. Tırtıllar iyulda və avqustun əvvəlində söyüd yarpaqları ilə qidalanır və sonradan müxtəlif sığınacaqlarda puplaşır və qışlayırlar. İldə bir nəsil verir. Puplar üzərində parazitlik edən təbii düşmənləri – Chalcidae fəsiləsindən olan xırda zarqanadlılardır.[3]

Sayı[redaktə | mənbəni redaktə et]

R. Əffəndi tərəfindən 5 kəpənəyi qeydə alınmışdır.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Ağacların qırılması, ot çalımı kəpənəyin sayına ciddi təsir göstərir. Avtomobillərdən çıxan zərərli qazlar da yol kənarlarında rast gəlinən gəlinən ioniya bərqvuranının populyasiya sıxlığına mənfi təsir göstərir. Həvəskar kolleksiyaçılar tərəfindən ovlanması da kəpənəyin sayını azaldan amillərdəndir.

Qorunması üçün qəbul edilmiş tədbirlər[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Qırmızı Kitabı.1989 il.
  2. Azərbaycan Qırmızı Kitabı, Bakı, II cild, 2013
  3. Миллер Е.Э. Чешуекрылые Кагызманского округа Карской области. М., 1923, 118 с.;
  4. Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф.дис.канд.биол.наук, Баку, 1971, 24 с.;
  5. Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич.обозрение, т. LI, вып. 1–2, 1972, с. 136–154, 352–368;
  6. Staudinger O. Catalog der Lepidopteren des palaearctischen Faunengebietes. I Theil. Berlin, 1901, 411 p.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Alp satiri

Hilata

Talış məxməri kəpənəyi

Xrizip

Şərqi aleksanor yelkənciyi

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Qırmızı Kitabı.1989 il.
  2. Azərbaycan Qırmızı Kitabı, Bakı, II cild, 2013
  3. Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф.дис.канд.биол.наук, Баку, 1971, 24 с.;

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]