Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lindsey Lohan
Lindsey Lohan (2 iyul 1986, Bronks, Nyu-York ştatı) — ABŞ aktrisası, model və musiqiçi. == Həyatı == Lindsay Lohan 2 iyul 1986-cı ildə Nyu-York şəhərinin, Bronks bölgəsində dünyaya gəlib, ailənin ilk uşağıdır.13 yaşından bəri modellik karyerasına başlayıb. Toys "R" Us, Calvin Klein, Abercrombie kimi bir çox məşhur firmaların siması olub.60-dan çox reklam filmində rol alıb.1996-cı ildə "Another World" adlı serialda rol alıb. Aktrisalıqdan əlavə musiqi karyerasına da sahibdir.50 Cent, Timbaland, Snoop Dogg və Pharrell Williams kimi bir çox prodüserlərlə birgə, musiqi karyerasında yeniliklər edib. İlk dəfə işıq üzü görək albomu – "Speak" 2004-cü ildə yayımlanmışdır. Daha sonra ikinci albomu – "A Little More Personal (Raw)" 2005-ci ildə işıq üzü görüb. Rumors, Over, First, I Live for The Day Bossy kimi sinqlların ifaçısıdır.
Lindsi Lohan
Lindsey Lohan (2 iyul 1986, Bronks, Nyu-York ştatı) — ABŞ aktrisası, model və musiqiçi. == Həyatı == Lindsay Lohan 2 iyul 1986-cı ildə Nyu-York şəhərinin, Bronks bölgəsində dünyaya gəlib, ailənin ilk uşağıdır.13 yaşından bəri modellik karyerasına başlayıb. Toys "R" Us, Calvin Klein, Abercrombie kimi bir çox məşhur firmaların siması olub.60-dan çox reklam filmində rol alıb.1996-cı ildə "Another World" adlı serialda rol alıb. Aktrisalıqdan əlavə musiqi karyerasına da sahibdir.50 Cent, Timbaland, Snoop Dogg və Pharrell Williams kimi bir çox prodüserlərlə birgə, musiqi karyerasında yeniliklər edib. İlk dəfə işıq üzü görək albomu – "Speak" 2004-cü ildə yayımlanmışdır. Daha sonra ikinci albomu – "A Little More Personal (Raw)" 2005-ci ildə işıq üzü görüb. Rumors, Over, First, I Live for The Day Bossy kimi sinqlların ifaçısıdır.
Loşan
Lövşan — İranın Gilan ostanında yerləşən şəhər. Lövşan əhalisinin əksəriyyətini lurlar, azərbaycanlılar və ləklər təşkil edir.
Zohan
Zuhan — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Zuhan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 707 nəfər və 233 ailədən ibarət idi.
Conni Loqan
Şon Patrik Maykl Şerrard (ing. Seán Patrick Michael Sherrard; d. 13 may 1954) - və ya səhnə adı olan Conni Loqan (ing. Johnny Logan) kimi tanınan və Avstraliyada dünyaya göz açmış İrlandiyalı müğənni və bəstəkar. Conni Loqan Avropada əsasən Avroviziya Mahnı Müsabiqəsində iki dəfə (1980 və 1987-ci illərdə) qələbə qazanmasına görə tanınır. O eyni zamanda 1992 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmış mahnının da bəstəkarı olmuşdur. Conni Loqan İrlandiyanı ilk dəfə Avroviziyada 1980-ci ildə "What's Another Year" adlı mahnı ilə təmsil etmiş və 19 ölkənin iştirak etdiyi müsabiqədə qələbə qazanmışdır. Daha sonra 1984-cü ildə İrlandiyanı həmin müsabiqədə Linda Martin Conni Loqanın bəstələdiyi "Terminal 3" adlı mahnı ilə təmsil etmiş və ikinci yerdə qərarlaşmışdır. Loqan Avroviziyaya iştirakçı olaraq ikinci dəfə 1987-ci ildə geri döndü. Müsabiqədə özü tərəfindən bəstələnmiş "Hold Me Now" adlı mahnını ifa edən müğənni İrlandiyaya Avroviziyada növbəti qələbə sevincini yaşatmışdır.
Dmitri Loban
Dmitri Valentinoviç Loban (belar. Дзмітрый Валянцінавіч Лобан; doğ. 3 may 1981) — Belarus paralimpyaçısı. Xizəksürmə və biatlon idmanı üzrə Paralimpiadanın bürünc mükafatçısı (Vankuver). Phençhan Paralimpiyadasının iki qat gümüş mükafatçısı. Dünya Kubokunun sahibi. Lidiya Dmitrevnanın həyat yoldaşı. LW12 kateqoriyasında çıxış edir. == Bioqrafiyası == Brest vilayətinin Qonçarı kəndində anadan olmuşdur. Peşə məktəbini bitiridikdən sonra inşaatçı işləyib və kənd təsərrüfatı işləri ilə məşğul olub.
Johan Hegg
Johan Hegg (29 aprel 1973, Stokholm) — İsveçli rokçu. Amon Amarth qrupunun vokalisti. == Həyatı == 29 aprel 1973-cü ildə İsveçin paytaxtı Stokholmda doğulub. Hal-hazırda fəaliyyətini davam etdirir.
Lauren Cohan
Loren Koen (ing. Lauren Cohan; 7 yanvar 1982, Çerri-Hill, Nyu Cersi) — amerikalı-britaniyalı aktrisa və model. AMC telekenalında yayımlanan "Gəzən ölülər" serialındakı Meqqi Qrin personajı ilə tanınma qazanmışdır. O, 2023-cü ildən etibarən "The Walking Dead: Dead City" serialında öz rolunu yenidən ifa edir. Loren həm də "Fövqəltəbii", "Vampirin gündəlikəri" və "Çak" seriallarına çəkilmişdir. == Həyatı == Loren Koen 7 yanvar 1982-ci ildə Nyu-Cersi ştatının Çerri-Hill şəhərində anadan olmuşdur. Atası amerikalı, anası isə şotlanddır. O, 13 yaşına qədər Nyu-Cersidə böyümüşdür. Gənc yaşlarında anasının vətəni olan Böyük Britaniyaya, Surreyə köçmüşdür. Loren həm də bir il Corciya ştatında yaşamışdır.
Logan Grove
Qambolun heyrətamiz dünyası (ing. The Amazing World of Gumball) — Ben Bokle(en) tərəfindən yaradılmış cizgi serialı. Serialda Kaliforniyanın uydurma şəhəri Elmorda yaşayan 12 yaşlı insanabənzər mavi pişik Qambol Uotterson və ögey qardaşı qızıl balıq Darvin Uottersonun sərgüzəştlərindən bəhs olunur. Serial 3 may 2011-ci ildən etibarən Cartoon Network telekanalında yayımlanır. Serialın yaradıcısı Ben Bokle yeni televiziya şousu hazırlamaq istəyirdi. Beləliklə o, ailə və məktəbdə keçən əyləncəli cizgi serialı ideyasını Cartoon Network telekanalına təqdim etdi. Onlar bu ideyanı çox bəyəndilər və layihə üzərində işləməyə başladılar. Cizgi serial "Cartoon Network Studios Europe(en)", "Boulder Media(en)" və "Studio Soi" animasiya studiyalarının iştirakı ilə hazırlandı. Cizgi serial müxtəlif animasiya üslublarından istifadə edilərək hazırlanmışdır. Səhnələrin əksəriyyəti kuklalar, kompüter animasiyası, stop-motion, real kadrlar və s.
Loqan Hanneman
Loqan Hanneman (2 iyun 1993) — ABŞ-lı xizək yürüşçüsü. Loqan Hanneman ABŞ-ni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Loqan Hanneman birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Hanneman 3:20.74 saniyəlik nəticəsi ilə 80 atlet arasında 42-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Loqan medalı
Loqan medalı (Logan Medal) — Kanada Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal "XIX əsrin ən görkəmli alimlərindən biri olan" Kanada geoloqu Vilyam Edmond Loqanın şərəfinə adlandırılmışdır.
Loran Blan
Loran Rober Blan (fr. Laurent Robert Blanc; d. 19 noyabr 1965, Ales, Fransa) — Fransa futbolçusu və baş məşqçisi. == Klub karyerası == Loren Blan karyerasına yarımmüdafiəçi kimi çıxış etdiyi "Monpelye"də başlamışdır. O, klubun qol vuran futbolçularından biri olmuşdur. Blanın çıxış etdiyi komanda 1987-ci ildə 1-ci liqadan ən yüksək səviyyəyə yüksəlmiş və 1990-cı ildə Fransa kubokunu qazanmışdır. O, 1991-ci ildə "Napoli"yə keçmişdir. Blan burada 31 oyun keçirmiş və 6 qol vurmuşdur. O, millidə oynamaq istədiyinə görə mövsümün sonunda komandadan ayrılmışdır.
Loran Fabius
Loran Fabius (fr. Laurent Pierre Emmanuel Fabius; 20 avqust 1946[…], XVI arondisman (Paris)[d]) — fransız siyasətçisi, Fransa Xarici İşlər naziri və Sosialist Partiyasının üzvü vəzifələrində çalışmış, 1984-1986-cı illərdə (37 yaşında) Fransanın Baş Naziri olmuşdur. == Həyatı == Loran Fabius 1946-cı ildə Parisdə sadə bir sənətkar ailəsində anadan olmuşdur. Fransanın ən nüfuzlu ali təhsil müəssisələrindən birini bitirdikdən sonra Fabius Dövlət Şurasının auditoriasında çalışdı. 1978-ci ildə ilk olaraq Sosialist Partiyasından Milli Məclisə üzv seçildi. Tezliklə Fabius Sosialist lideri Fransua Mitteranın daxili dairəsinə daxil oldu. 1981-ci ildə Mitteran prezident seçildikdə Fabius da Büdcə naziri oldu və iki il sonra Baş nazir oldu. O, bazar iqtisadiyyatına açıq olan "yeni" bir Fransız sosializmi müdafiə etdi. 1986-cı ildə parlament seçkilərində Sosialistlərin məğlubiyyətindən sonra təqaüdə çıxdı. 1988-ci ildə 41 yaşında Milli Məclisin sədri seçildi.
Melani Loran
Melani Loran (fr. Mélanie Laurent; 21 fevral 1983-cü il, Paris, Fransa) — Fransa aktrisası, rejissor, müğənni, Sezar mükafatı laureatı (2006). == Həyatı == Melani Loran yəhudi ailəsində anadan olmuşdur. Uşaqlıq illərini Parisin 9-cu dairə adlanan ərazisində keçirmişdir. Gənclik illərində kinematoqrafla maraqlanmışdır. Kinoda ilk rolunu "İki çay arasında körpü" filmində ifa etmişdir. Melani Loran bu rolu "Asteriks və Obeliks Sezara qarşı" filminin çəkilişlərində təsadüfən tanış olduğu Jerar Depardyenin sayəsində əldə edə bilir. 1999-2009-cu illərdə 20 filmdə çəkilmişdir. Melani Loran rejissor Filipp Liorenin "Narahat olma, mən yaxşıyam" filmində itmiş əkiz qardaşı üçün darıxan və buna görə ruh düşkünlüyünə məruz qalan 19 yaşlı qəhrəmanı ifa etmişdi. Bu rola görə aktrisa Ən yaxşı ümidverici aktrisa kimi "Sezar" mükafatına layiq görülmüşdü.
Qabriel Loqan
Qabriel Loqan - Syphon Filter adlı oyunun baş qəhrəmanı. Oyunun ilk 6 hissəsində iştirak etmişdir. O, 12 il 75-ci reyncer alayında xidmət etmiş və Qrenadada hərbi əməliyyatlarda iştirak etmişdir. Geyb oyunun digər personajı Lian Sinq ilə Əfqanıstanda tanış olmuşdur.Syphon Filer:Logan`s shadow adlı hissədə Loqan Lianı qorumaq istəyərkən 4 güllə yarası alır. Lian onun nəfəs almadığını söyləyir və pərdə bağlanır...
Yohan Bleyk
Yohan Bleyk (26 dekabr 1989) — Yamaykalı 100 metr və 200 metr qaçan atlet. 2012 Yay Olimpiya Oyunlarında 100 metr yarışında 9.75 dərəcəsi ilə şəxsi rekordunu vurmaqla Useyn Boltun ardından ikinci yer tutmuşdur. Sonraki "Diamond League" yarışında 9.69 dərəcəsi ilə Tayson Geyi geridə qoymuşdur.
Yohan Heqq
Johan Hegg (29 aprel 1973, Stokholm) — İsveçli rokçu. Amon Amarth qrupunun vokalisti. == Həyatı == 29 aprel 1973-cü ildə İsveçin paytaxtı Stokholmda doğulub. Hal-hazırda fəaliyyətini davam etdirir.
Yohan Heyzinq
Yohan Heyzinq, Niderlandlı filosof və tarix professorudur. Fiziologiya professoru Dirk Heyzinqin ailəsində Qroningendə dünyaya gəlib. Anası Yakoba Tonkens Yohanın doğumundan iki il sonra öldü. Yohan Heyzinq Hind-german dillərini öyrənməyə başladı və təhsilini 1895-ci ildə tamamladı. Daha sonra müqayisəli dilçilik oxudu. Sanskrit dilinə hakim oldu. Dissertasiya işini təlxəyin Hind Teatrındakı yeri mövzusunda 1897-ci ildə etdi. 1902-ci ildə Orta əsrlərə və Renesansa yönəldi. Heyzinq Qərbi Avropa, Orta əsrlər və İntibah tarixi ilə əlaqədar tədqiqatlar vasitəsilə dünya şöhrəti qazandı . Ən məşhur əsərləri Orta əsrlərin payızı ( 1919 ) və Erasmus ( 1924 ).
Yohan Qutenberq
İohann Qutenberq (alm. Johannes Gutenberg‎; ən tezi 1393 və ən geci 1406[…], Mayns, Müqəddəs Roma imperiyası – ən geci 26 fevral 1468, Mayns, Mayns kurfürstlüyü, Müqəddəs Roma imperiyası) — bəşər tarixində ilk dəfə olaraq metal lövhələrin köməyi ilə kitab çapetmə üsulunu tətbiq etmiş alman ixtiraçı. == Həyatı == Kitab çapında hərəkətli metal lövhələrin tətbiqi inqilab törədir. Avropada kitab istehsalı güclənir və bütün dünyaya geniş yayılmağa başlayır. O, renessans dövrünün açarı hesab edilir. Gutenberqin ilk çap olunan Bibliya öz yüksək keyfiyyəti ilə məşhurdur. Yohan Qutenberq təxminən 1397–1400-ci illərdə Mayns şəhərində anadan olmuşdur. Onun atası cənab Qensflayş ticarətdə çalışırdı. O, dövrün dəbinə görə Yohan Qensflayş öz soyadını dəyişərək, vaxt ilə yaşadıqları yerin adını götürür. 1411–1420-ci illərdə Qutenberq ailəsi patrisiya və vətəndaşlar arasında baş vermiş münaqişəyə görə Maynsdan Strasburq şəhərinə köçürlər.
Yohan Stolan
Yohan Stolan (30 mart 1939 – 24 oktyabr 2016) — İşçilər Partiyasının üzvü olmuş Norveçli siyasətçi. O, 1977–1981, 1981–1985 və 1985–1989-cu illər arasında Sor-Torndelaqdan seçilmiş nümayəndə kimi Norveç Milli Məclisində deputat vəzifəsində çalışmışdır. Yerli səviyyədə Stolan 1987–2003-cü illəri arasında Hemne bələdiyyəsinin meri olmuşdur. Stolan 2016-cı il oktyabrın 24-də 77 yaşında vəfat etmişdir.
İohan Bax
İohann Sebastyan Bax (21 (31) mart 1685[…], Eyzenax, Saksen-Eyzenax[d], Müqəddəs Roma imperiyası – 28 iyul 1750[…], Leypsiq, Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası) — dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri. Bax yaradıcılığı özündən sonra gələn bəstəkarların yaradıcılığına böyük təsir göstərmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == İohann Sebastian Bax Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində anadan olmuşdur. O Müqəddəs Georq kilsəsinin orqan ifaçısı İohann Ambrisius Baxın və Mariya Elizabeta Lammerhirt Baxın sonbeşiyi idi. Atası balaca İohanna hələ uşaq ikən skripka və klavesində ifa etməyi öyrədir. Onun əmilərinin hamısı peşəkar musiqiçilər idilər. Onlar kilsədə orqan ifaçılığından tutmuş saray kamera bəstəkarlığına kimi müxtəlif vəzifələrdə işləyirdilər.Əmilərindən biri İohann Kristof Bax xüsusilə məşhur idi. O, qardaşı oğluna orqan ifaçılığının incəliklərini öyrədir. Bax ailəsinin musiqi nailiyyətləri ilə fəxr edir və sonralar özünün "Musiqiçi Bax ailəsinin mənşəyi" adlı əsərini yazır.
İohan Edel
İohan Vilhelm Edel və ya İvan Edel (1863, Çerniqov quberniyası[d] – 14 fevral 1932, Bakı) — alman əsilli rusiyalı memar, dövlət müşaviri. Hacınskinin evi, Mitrofanovun evi, Qrifonlu ev kimi Bakıdakı bir çox tarixi binaların memarı. == Həyatı == === İlk dövrləri === İohan Edel 1863-cü ildə Çerniqov quberniyasının, Borznensk uyezdində yerləşən alman koloniyası Bilovaçda, sonradan Bakı mayakında işləyəcək alman zadəgan nəslindən olan Vilhelm Edelin ailəsində anadan olub. Pravoslav kilsəsində vəftiz olunduqdan sonra İohan Vasilyeviç adını alır dünyada isə İvan Vasilyeviç kimi tanınır. Moskva Rəsm, Heykəltəraşlıq və Memarlıq Məktəbində təhsil aldığı müddətdə o, lüteran dua evinin məktəbin və pastoratın layihəsini hazırlayır. 1886-cı ildə isə Bakıdakı lüteran cəmiyyəti üçün yeni layihə hazırlayır, lakin bu layihəyə əsasən yalnız məktəb və Evangelik lüteran kilsəsi tikilir. A. Savrasovdan dərs alan o məktəbi qızıl medalla bitirir. Bu medalı o, "Hamamda" rəsminə görə alır. Əmisi və atası Bakıda işlədiklərinə görə tezliklə o da, 1880-ci illərin əvvəlində Bakıya gəlir. === Yaradıcılıq dövrü === 1888-ci ildə Edel Marinski Qadın Gimnaziyasında rəsm dərsi keçməyə başlayır.
İohan Karpini
Covanni Plano Karpini və ya İoann Karpini (it. Giovanni da Pian del Carpine, lat. Iohannes de Plano Carpini; 1182 — 1 aprel 1252) — italiyalı fransiskan rahibi. Böyük Monqol imperiyasına səyahət etmiş ilk avropalı. Səyahətləri əsasında Historia Mongalorum quos nos Tartaros appellamus ("Bizim tatar adlandırdığımız, monqalların tarixi") və Liber Tartarorum ("Tatarlar haqda kitab") əsərlərini yazmışdır.
İohan Kepler
İohann Kepler (alm. Johannes Kepler‎; 27 dekabr 1571 – 15 noyabr 1630[…], Reqensburq, Müqəddəs Roma imperiyası) — alman astronomu və riyaziyyatçısı; planetlərin hərəkət qanunlarını kəşf etmişdir. == Həyatı == İohann Kepler Veyl-der-Ştadtda kasıb protestant ailəsində anadan olmuşdur. Monastır məktəbini, Tübingen akademiyası nəzdində ruhani seminariyasını və Tübingen akademiyasını bitirmişdir. Həmin məktəbin astronomiya müəllimi onu dünyanın heliosentrik sistemi ilə tanış etmişdir. 1594-cü ildən Qras Universitetində riyaziyyat və astronomiyanı tədris etmişdir. İlk əsərini ("Kainatın sirri") burada 1596-cı ildə yazmışdır. Dini təqiblərə görə Praqaya Tixo Bragenin yanına köçmüş, onun vəfatından (1602) sonra isə imperator II Rudolfonun yanında işləmişdir. Burada teleskopla bağlı "Dioptrika" (1611) əsərini yazmış, Bragenin müşahidələrində və Marsın hərəkətindəki qanunauyğunluqları öyrənmiş və Kepler qanunlarının ilk ikisini kəşf etmişdir. O, bu qanunları 1609-cu ildə yazdığı "Yeni astronomiya" kitabında qeyd etmişdir.
Nil Mohan
Nil Mohan (14 iyul 1972, Lakhnau) — 16 fevral 2023-cü ildə Syuzan Voyçiçkidən sonra YouTube-un dördüncü və hazırkı CEO-su olan Hindistan əsilli amerikalı biznes meneceri.